Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-1462/2021 21.04.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Əliyeva Arzu Siyavuş qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı pul tələbinə dair mülki işə 21 aprel 2021-ci il tarixdə, Xırdalan şəhərində, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh qarşı pul tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək, Cavabdeh “SNTV” əmtəə nişanı ilə fəaliyyət göstərən İddiaçı MMC-nin kabel şəbəkəsinə müvafiq müqavilə bağlamadan qanunsuz qoşulma nəticəsində 76.56 manat abunə haqqı qismində vurulmuş zərər məbləğində vurulmuş zərərin, hüquqi xidmət göstərilməsi və qrafik üzrə 50 manat, ödənilmiş dövlət rüsumu üçün 20 manat, 0.40 manat bank xidməti haqqı olmaqla, cəmi 146.96 manat məbləğində pulun tutularaq İddiaçı MMCyə verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, “SNTV” əmtəə nişanı ilə fəaliyyət göstərən İddiaçı MMC kabel şəbəkəsi qurmaqla kabel televizyasının yayımlanması üçün vətəndaşlarla müqavilə əsasında onların mənzillərinə kabel xəttləri çəkir. Xidmət haqqı isə 01.09.2015-ci ildən bəri 10 manat təşkil edir. Buna baxmayaraq, bir çox vətəndaşlar müqavilə bağlamadan qanunsuz olaraq “SNTV”-yə məxsus kabeı şəbəkəsinə qoşulurlar. Cavabdeh məxsus mənzilə 20.06.2012-ci il tarixdə baxış keçirən zaman kabel şəbəkəsinə qanunsuz qoşulma faktı aşkar edilmiş və bu barədə 20.06.2012-ci il tarixli 0521 R saylı akt tərtib edilmiş və kabel şəbəkədən ayrılmışdır. Oraya keçirilən son baxış 01.11.2011-ci il tarixdə olmuşdur. Həmin tarixdən aktın tərtib edilməsinədək olan müddət 232 gün təşkil edir. Bir günlük abunə haqqının 0.33 manat olmasını nəzərə alaraq, müəyyən edilmişdir ki, cavabdehin iddiaçıya vurduğu zərər 76.56 manat təşkil edir. İddiaçı MMC ilə “xxxx” hüquq firması arasıdna bağlanmış müqaviləyə əsasən MMC hüquqi xidmətlərin göstərilməsi və nəzarət baxış zamanı binaların yoxlanması üçün 50 manat pul ödəyir. Qeyd edilənlərə əsasən iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı MMC-nin nümayəndəsi məhkəməyə teleqram ünvanlayaraq, mülki işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə mülki işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbinə etiraz edərək izahatında bildirdi ki, dəfələrlə iddiaçıya müraciət edib ki, 2012-ci ilin yay ayından etibarən evi satıb çıxmışdır. İstifadə etdiyi günədək xidmət haqqını ödəəyib,iddia əsassızdr. Rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə cavabdehin izahatını dinləyib, işin materiallarını araşdırıb, işdə olan sübutlara qiymət verərək hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməməlidir. Məhkəmə tərəfindən işin araşdırılan hallarından müəyyən edilir ki, iddiaçı MMC kabel televiziyasının yayınlanması üçün mənzillərə müqavilə əsasında kabel çəkir. MMC iddia edir ki, cavabdeh qanunsuz olaraq kabel şəbəkəsinə qoşulmaqla ona maddi ziyan vurmuşdur. Bu barədə akt tərtib edilmişdir.Akt birtərəfli tərtib edilmişdir. Cavabdeh isə iddiaya etiraz edərək akt tərtib olunduğu vaxt evi satdığını bildirir.İddiaçı aktın mötəbərliyini təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Məhkəmə işin materiallarını və faktiki hallarını araşdıraraq hesab edir ki, iş materialları arasına iddiaçı MMC tərəfindən tərtib edilən akt əlavə edilsə də, aktın mötəbərliyi və əsaslılığı mübahisə edilir. Belə ki, akt bir tərəfli qaydada tərtib olunub və cavabdehin iştirakı təmin edilməyib. Beləliklə, məhkəmə hesab edir ki, iddia əsassız olduğundan, İddiaçı MMC-nin Cavabdeh qarşı pul tələbi barədə iddiası təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 89.3-cü maddəsində göstərildiyi kimi tərəflər məhkəməyə lazımi sübutların əslini və ya lazımi qaydada təsdiq olunmuş surətlərini təqdim etməlidirlər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı MMC-nin Cavabdeh qarşı pul tələbi barədə iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər Hakim: Cəmilə Səfiyeva
Məhkəmə qərarları › İş №2(012)-1462/2021
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-1462/2021
21.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver