Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-1477/2021 06.04.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Şahbazov Abdulla Tofiq oğlunun katibliyi ilə, İddiaçı Fətdan qızının iştirakı ilə İddiaçı Fətdan qızının cavabdeh X4 qarşı səhhətə yetirilmiş xəsarətlərlə bağlı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Fətdan qızı cavabdeh X4 qarşı səhhətə yetirilmiş xəsarətlərlə bağlı pul tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh X3 500 manat məbləğində pulun tutularaq ona ödənilməsinə dair qətnamə çıxarımasını xahiş etmişdir. İddiaçı Fətdan qızı məhkəmə iclasında iddia tələbi onunla əsaslandırmışdır ki, X6 10 noyabr 2019-cu il tarixdə saat 15 radələrində idarə etdiyi “İSUZU SAZ NP37” marakalı ** TV *** dövlət nomrə nişanlı avtobusla onu vuraraq sağlamlığını uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid bədən xəsarətləri yetirmişdir. Həmin avto qəza nəticəsində o uzun müddət xəstə yatmaqla müalicə edilmişdir. Məhkəmə baxışı zamanı 12 avqust 2020-ci il tarixdə X6 yazılı surətdə ona 500 manat ödəməsi barədə qəbz vermiş və o, cavabdehdən şikayətçi olmamışdır. Həmin vaxtdan xeyli müddət keçsə də cavabdeh ona ödəməli olduğu pulu ödəməmiş və hazırda da ödəmək istəmir. Odur ki, məcbur qalıb məhkəməyə marciət etmıli olmuşdur. Göstərilənlərə əsasən, İddiaçı Fətdan qızı iddianın təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh X6 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5. maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdırıb və toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 184.2. maddəsinin mahiyyətindən görünür ki, hakim işə əlavə edilmiş sübutlar və işdə olan mövcud materiallar əsasında işə baxmağa haqlıdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş; -DİN-in BPQMİ-nin MAPS şöbəsi tərəfindən 15.12.2020-ci il tarixdə verilmiş arayışdan görünür ki, X1 rayonu, Qobu qəsəbəsi, S.Vurğun küçəsi, ev 1 ünvanında qeydiyyatdadır. -X6 tərəfindən 12.08.2020-ci il tarixdə əlyazma formasında yazılaraq və imzalanaraq iddiaçıya verdiyi qəbzdə «Mən, X2 verirəm ki, 10 noyabr 2020-ci il tarixinədək zərərçəkmiş İddiaçı Fətdan qızına 500 (beş yüz) manat məbləğində pul verməyi öhdəmə götürürəm» sözləri yazılmışdır. -Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin 12.08.2020-ci il tarixli, 1(002)-146/2020 saylı Cinayət işi üzrə icraata xitam veriməsi haqqında qərarın suətindən görünür ki, X6 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilmiş və o, cinayət məsuliyyətindən azad edilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1096-cı maddəsinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Məhkəmə, iş üzrə məhkəmə iclasında tədqiq olunan sübutları qiymətləndirərək hesab edir ki, mülki hüquq pozuntusu (delikt) cavabdeh X6 tərəfindən törədilmiş və sonuncunun təqsirli və hüquqazidd əməli nəticəsində İddiaçı Fətdan qızına maddi zərər yetirilmişdir. Məhkəmə iclasında işin araşdırılan hallarından müəyyən edildi ki, cavabdeh X6 10 noyabr 2019-cu il tarixdə saat 15 radələrində idarə etdiyi “İSUZU SAZ NP37” marakalı ** TV *** dövlət nomrə nişanlı avtobusla İddiaçı Fətdan qızını vuraraq sağlamlığını uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid bədən xəsarətləri yetirmişdir. Həmin iş üzrə keçirilmiş Məhkəmə baxışı zamanı 12 avqust 2020-ci il tarixdə X6 yazılı surətdə iddiaçıya 500 manat ödəməsi barədə qəbz vermiş və o, cavabdehdən şikayətçi olmamışdır. Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin 12.08.2020-ci il tarixli, 1(002)-146/2020 saylı Cinayət işi üzrə icraata xitam veriməsi haqqında qərarın suətindən görünür ki, X6 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilmiş və o, cinayət məsuliyyətindən azad edilmişdir. Lakin cavabdeh pulu vermədiyindən iddiaçı hüquqlarının müdafiə edilməsi üçün məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin; 106.3. maddəsinə əsasən tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. 191.3. maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə İddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Məhkəmə hesab edir ki, cavabdeh X6 tərəfindən 12.08.2020-ci il tarixdə əlyazma formasında yazılaraq və imzalanaraq iddiaçıya verdiyi qəbz –işin həqiqi hallarına uyğundur və tərəflərin hüquqlarını pozmur və ona görə də etiraf kimi qəbul olunmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin; 324.1. maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. 324.2. maddəsinə əsasən əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. 324.3. maddəsinə əsasən bu Məcəlləyə və ya tərəflərin razılaşmasına uyğun olaraq bağlanması üçün bir tərəfin iradə ifadəsinin zəruri və yetərli olduğu əqd birtərəfli əqddir. 324.5. maddəsinə əsasən iradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. 325.1. maddəsinə əsasən başqa tərəfin qəbul etməsi tələb olunan iradə ifadəsi başqa tərəfə çatdığı andan etibarlı olur. 326 maddəsinə əsasən birtərəfli əqd onu bağlamış şəxs üçün vəzifələr yaradır. 328.1. maddəsinə əsasən əgər tərəflər hüquq və vəzifələrin əmələ gəlməsini baş verib-verməyəcəyi məlum olmayan hallardan asılı etmişlərsə, əqd şərtlə bağlanmış sayılır. Qanunun tələbindən göründüyü kimi cavabdehin əlyazma formasında yazılaraq və imzalanaraq iddiaçıya verdiyi qəbz birtərəfli əqdir. Həmin əqd cavabdehdə iddiaçı qarşısında vəzifələr yaratmışdır və bu vəzifələrin yerinə yetirilməsi öhdəliyini daşıyır. Eyni zamanda məhkəmə qeyd edir ki, iddia tələbi ilə bağlı cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə dəfələrlə məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasına gəlməmiş, iddia tələbinə qarşı öz etiraz və mülahizələrini bildirməklə özünü müdafiə etmək hüququndan istifadə etməmiş və bununla də iddia tələbi ilə razılaşması fikri yaratmışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1. maddəsinin tələbinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Avropa İnsan Hüquqları Məhkəməsi "Mahmudov Rusiya Federasiyasına qarşı” 26 iyul 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilir (§ 68). Eyni zamanda "Qavazov Bolqarıstana qarşı" iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, məhkəmə sübutları qiymətləndirərkən, bir qayda olaraq "əsaslı şübhədən kənar" sübut standartları tətbiq edilir (§ 93). Azərbaycan Respublikası MPM-nin; 14.2. maddəsində göstərilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. «X8» Azərbaycan Respublikasının Qanununun 8.1.1.maddəsinə əsasən iddia qiyməti 500 manatadək olduqda məhkəməyə verilən iddia ərizələrindən 20 manat məbləğində dövlət rüsumu tutulur. X8 Qanunun 9.1.3-cü maddəsinə əsasən şikəstlik, səhhətə digər xəsarətlər yetirilməsinə və ya ailəni dolandıranın ölümü nəticəsində dəyən ziyanın ödənilməsi barəsində iddialar üzrə – iddiaçılar dövlət rüsumundan azad edilir. Azərbaycan Respublikası MPM-nin 119.2. maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Məhkəmə, qanunvericiliyin tələbini nəzərə alaraq hesab edir ki, iddia tələbinin təmin olunmuş hissəsinə münasib olaraq, cavabdehdən 20 (iyirmi)manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə keçirilməlidir. Beləliklə, məhkəmə, məhkəmə iclasında tədqiq edilən sübutları məcmu halında qiymətləndirərək və qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alaraq hesab edir ki, iddia tələbi təmin edilməli, cavabdeh X3 İddiaçı Fətdan qızının xeyrinə 500 (beş yüz) manat məbləğində pul vəsaiti tutulmalı və 20 (iyirmi) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə keçirilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin; 217.4. maddəsində göstərilir ki, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3. maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh X3 İddiaçı Fətdan qızının xeyrinə 500 (beş yüz) manat məbləğində pul vəsaiti tutulsun. X3 20 (iyirmi) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə keçirilsin. Qətnamədən rəsmi qaydada təqdim olunduğu və ya alındığı gündən 1 ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şıkayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Habil Əhmədov
Məhkəmə qərarları › İş №2(012)-1477/2021
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-1477/2021
06.04.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver