Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-150/2022 24.01.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron Rayon Məhkəməsi Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi Əliyeva Arzu Siyavuş qızının katibliyi, İddiaçı Cavabdeh iştirakı ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı kredit müqaviləsi üzrə mübahisələr tələbinə dair iddia ərizəsi üzrə mülki işə 24 yanvar 2022-ci il tarixdə Xırdalan şəhərində məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Kreditor "xxxx" MMC məhkəməyə ərizə ilə müraciət edərək, borclu Cavabdeh 22.10.2019-cu il tarixli müqaviləyə əsasən Samsung LED markalı Televizor üçün 1277 (min iki yüz yetmiş yeddi) manat ödənilməmiş hissə və 30 manat ödənilmiş dövlət rüsumu, cəmi 1307 manatın alınaraq "xxxx" MMC-yə ödənilməsi barədə məhkəmə əmrinin verilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, borclu "xxxx" MMC ilə 22.10.2019-cu il tarixli müqaviləsinə əsasən Samsung LED markalı Televizor almış və nəticədə 1277 (min iki yüz yetmiş yeddi) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə alqı-satqı qiyməti 1458 manat olan Samsung LED markalı Televizor üçün ümumilikdə 1277 (min iki yüz yetmiş yeddi) manat borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 181 manat təşkil edir. Göstərilənləri nəzərə alaraq borclu Cavabdeh 22.10.2019-cu il tarixli müqaviləyə əsasən Samsung LED markalı Televizor üçün 1277 (min iki yüz yetmiş yeddi) manat ödənilməmiş hissə və 30 manat ödənilmiş dövlət rüsumu, cəmi 1307 manatın alınaraq "xxxx" MMC-yə ödənilməsi barədə məhkəmə əmrinin verilməsi xahiş edilmişdir. Abşeron Rayon Məhkəməsinin 12 mart 2021-ci il tarixli 2(012)-2364/2021 saylı əmri ilə borclu Cavabdeh kreditor "xxxx" MMC-nin xeyrinə 1277 (min iki yüz yetmiş yeddi) manat borc, 30 manat məbləğində ödənilmiş dövlət rüsumu, cəmi 1307 manat məbləğində pulun tutulması əmr edilmişdir. Borclu Cavabdeh həmin məhkəmə əmrinin ləğv edilməsi üçün etirazla məhkəməyə müraciət etmiş, Abşeron Rayon Məhkəməsinin 25 noyabr 2021-ci il tarixli, 2(012)- 2364/2021 saylı qərardadı ilə Abşeron Rayon Məhkəməsinin 12 mart 2021-ci il tarixli 2(012)-2364/2021 saylı məhkəmə əmrinin ləğv edilməsi, materialların iddia icraatına keçirilməsi qərara alınmışdır. İddiaçı məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən, məhkəməyə gəlməmişdir. Cavabdeh məhkəmə iclasında iddia tələbini qəbul etmədiyini, iddiaçı ilə aralarında müqavilə bağlansa da, əşyanı özü üçün götürmədiyi,başqa şəxs üçün götürdüyünü , ödənişlər edə bilmədiyini bildirərək nəzərə alınmasını xahiş etdi. Məhkəmə cavabdehin izahatını dinləyib, işin materiallarını araşdırıb, işdə olan sübutlara qiymət verərək hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməlidir. İş materiallarında olan "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 22.10.2019-cu il tarixli, 00998779 saylı müqavilədən, ödəniş cədvəlindən və əyaların təhvil-təslim aktından görünür ki, qiyməti 1458 manat olan Samsung LED markalı Televizor alıcının istifadəsinə verilmiş, alıcı alınan əşyanın dəyərini 18 ay ərzində ödəniş cədvəli üzrə hər ay 81 manat olmaqla hissə-hissə ödənilməsini öhdəsinə götürmüşdür. İş materiallarında əlavə edilmiş 19.05.2020-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, Cavabdeh borcunun ödənilməsi barədə "xxxx" MMC tərəfindən xəbərdarlıq edilmişdir. İş materiallarında olan 13 noyabr 2020-ci il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh "xxxx" MMC-yə 22.10.2019-cu il tarixli müqaviləyə əsasən Samsung LED markalı Televizor üçün ödənilməmiş hissə olan 1277 (min iki yüz yetmiş yeddi) manat borcu vardır. İş materiallarında olan 24.11.2020-ci il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı "xxxx" MMC tərəfindən hazırki ərizənin məhkəməyə verilməsi ilə əlaqədar 30 manat məbləğindən dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlara və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi, icra müdəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar ücün cavabdehdir. Mülki Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Mülki Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Mülki Məcəllənin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Məhkəmə iclasında toplanmış sübutlar əsasında müəyyən edilmişdir ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 00998779 saylı, 22.10.2019-cu il tarixli müqaviləyə əsasən qiyməti 1458 manat olan Samsung LED markalı Televizor alıcının istifadəsinə verilmiş, alıcı alınan əşyaların dəyərini 24 ay ərzində ödəniş cədvəli üzrə hər ay ümumilikdə 81 manat olmaqla hissə-hissə ödənilməsini öhdəsinə götürmüşdür. Cavabdeh müqavilə ilə müəyyən edilmiş müddətdə qaytarmalı olduğu pul məbləğini iddiaçıya qaytarmayaraq öz üzərinə düşən öhdəlikləri yerinə yetirməmiş, nəticədə onun "xxxx" MMC-yə 22.10.2019-cu il tarixli müqavilə üzrə 1277 (min iki yüz yetmiş yeddi) manat borcu yaranmışdır. Göründüyü kimi, cavabdeh müqavilə ilə üzərinə götürdüyü öhdəliyi lazımınca icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmiş, bununla da müqavilənin şərtlərini pozmuşdur. Həmçinin cavabdehin əmlak vəziyyətinin əhəmiyyətli dərəcədə pisləşməsinə səbəb olmuşdur. Ona görə də cavabdeh onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, müqavilə üzrə yaranmış borcunu iddiaçıya ödəməlidir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə istinad edərək hesab edir ki, 30 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçı təşkilata ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilm iş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 22.10.2019-cu il tarixli müqaviləyə əsasən Samsung LED markalı Televizor üçün ödənilməmiş hissə olan 1277 (min iki yüz yetmiş yeddi) manat pul alınaraq və iddia ərizəsinin verilməsinə görə ödənilmiş 30 manat dövlət rüsumunun əvəzi, cəmi 1307 (min üç yüz yeddi) manat məbləğində pul alınaraq iddiaçı "xxxx" MMC-yə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 284-1 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 22.10.2019-cu il tarixli müqaviləyə əsasən Samsung LED markalı Televizor üçün ödənilməmiş hissə olan 1277 (min iki yüz yetmiş yeddi) manat pul alınaraq və iddia ərizəsinin verilməsinə görə ödənilmiş 30 manat dövlət rüsumunun əvəzi, cəmi 1307 (min üç yüz yeddi) manat məbləğində pul alınaraq iddiaçı "xxxx" MMC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Cəmilə Səfiyeva
Məhkəmə qərarları › İş №2(012)-150/2022
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-150/2022
24.01.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver