Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-151/2022 14.01.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Mirzəzadə Şəbnəm Çingiz qızının katibliyi, İddiaçı BOKT ASC-nin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı BOKT ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı «mənzildən istifadə hüquqlarına xitam verilməsi, mənzildən çıxarılma və mənzilin boşaldılması» tələbinə dair mülki işə Abşeron rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı BOKT ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 Abşeron rayonu, Quşçuluq yaşayış massivi, H.Z.Tağıyev küçəsi, ev 6, mənzil 11-dən (yeni qaydalarla Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti, 6 saylı evin, 11 saylı mənzili) istifadə hüquqlarına xitam verilməsinə, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 və Abşeron rayonu, Quşçuluq yaşayış massivi, H.Z.Tağıyev küçəsi, ev 6, mənzil 11-də yeni qaydalarla Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti, 6 saylı evin, 11 saylı mənzili) yaşayan digər şəxslərin həmin mənzildən əşyaları ilə birlikdə çıxarılmalarına, mənzilin boşaldılmasına və ödənilmiş dövlət rüsumunun iddiaçının xeyrinə cavabdehlərdən tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı BOKT ASC-nin nümayəndəsi X4 məhkəmədə iddia tələbini müdafiə edərək izahatında bildirdi ki, İddiaçı BOKT ASC ilə Cavabdeh3 arasında 12 noyabr 2015-ci il tarixli, 2015/00223-01 №-li kredit müqaviləsi bağlanmışdır. Kreditin təminatı olaraq şikayətçi Cavabdeh3 mülkiyyətində olan Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti, 6 saylı evin, 11 saylı mənzilini ipoteka predmeti kimi İddiaçı BOKT ASC-yə təqdim etmişdir. İddiaçı təşkilat qarşısında öhdəliyini lazımınca yerinə yetirməmiş və tərəflərindən Abşeron Rayon Məhkəməsinə müraciət edilmişdir. Abşeron Rayon Məhkəməsi tərəfindən bütün xüsusatlar araşdırılmış və məhkəmə qətnaməsi qəbul edilmişdir. Abşeron Rayon Məhkəməsinin 15 noyabr 2018-ci il tarixli 2(012)-2727/2018 saylı qətnaməsinə əsasən, İddiaçı BOKT ASC-nin iddiası qismən təmin edilərək, 12568.28 ABŞ dolları əsas borc, 6479.91 ABŞ dolları faiz borcu, 830 ABŞ dolları cərimə borcu, cəmi 19878.19 ABŞ dolları məbləğinə pul və 30 manat dövlət rüsumu Cavabdeh3 tutularaq İddiaçı BOKT ASC-yə ödənilməli, tutma ipoteka ilə yüklü edilmiş Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti, 6 saylı evin, 11 saylı mənzilinə yönəldilməli, mənzilin ilkin satış qiyməti 40.000 manat müəyyən edilməklə açıq hərracdan satılmalı, satışdan əldə edilən pul vəsaiti hesabına cavabdehin İddiaçı BOKT ASC-yə olan borcu ödənilməli, qalan məbləğ Cavabdeh3 qaytarılmalı, ipoteka ilə yüklü edilmiş mənzilə tutma yönəldildikdən və mənzil satıldıqdan sonra cavabdeh 1 ay əzində əşyaları ilə birlikdə həmin mənzildən çıxarılmalıdır. Qeyd olunan qətnamədən Cavabdeh3 tərəfindən apellyasiya şikayəti verilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin 07 fevral 2020-ci il tarixli 2(105)-262/2020 saylı qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilmiş, Cavabdeh3 ipoteka predmeti olan Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti, 6 saylı evin, 11 saylı mənzilindən satıldıqdan 1 ay sonra əşyaları ilə birlikdə məcburi çıxarılması hissəsində iddia təmin edilməmiş, Abşeron rayon Məhkəməsinin 15 noyabr 2018-ci il tarixli 2(012)-2727/2018 saylı qətnaməsi Cavabdeh3 830 ABŞ dolları dəbbə pulunun tutulması hissəsində dəyişdirilmiş və həmin məbləğ 100 ABŞ dolları müəyyən edilmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin 7 fevral 2020-ci il tarixli 2(105)-262/2020 saylı qətnaməsi qanuni qüvvəsini almış və icra olunması üçün Abşeron rayon İcra və Probasiya Şöbəsinə göndərilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin 7 fevral 2020-ci il tarixli 2(105)-262/2020 saylı qətnaməsi üzrə verilmiş icra vərəqəsinə əsasən, Abşeron rayon İcra ə Probasiya Şöbəsinin sifarişinə əsasən ipoteka predmeti açıq hərracda satılması üçün “X2 Mərkəzi” MMC-yə göndərilmişdir. Həmin əmlak açıq hərraca çıxarılmış, lakin satılmadığından “İpoteka Haqqında” Azərbaycan Respublikası Qanunun 43.7-ci maddəsinə əsasən İddiaçı BOKT ASC-yə təklif edilmişdir. “X2 Mərkəzi” MMC ilə İddiaçı BOKT ASC arasında “hərracın yekunları üzrə əmlakın alqı-satqısı müqaviləsi” bağlanmış və hərracın nəticələri haqqında Yekun Protokol imzalanmışdır. Həmin müqaviləyə və hərracın nəticələri haqqında yekun protokola əsasən Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti, 6 saylı evin, 11 saylı mənzilinə İddiaçı BOKT ASC-nin mülkiyyət hüququnu təsdiq edən Çıxarış alınmışdır (Qeydiyyat № **********, tarix: 25.01.2021). İpoteka predmeti olan əmlakın İddiaçı BOKT ASC-nin mülkiyyətinə keçməsinə baxmayaraq, cavabdehlər hal-hazırdada Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti, 6 saylı evin, 11 saylı mənzilində qeydiyyatdadırlar və həmin ünvanda yaşayırlar. Bu isə bir mülkiyyətçi kimi İddiaçı BOKT ASC-nin hüquqlarını pozur, mənzildən istifadə etmək və sərəncam vermək hüququnu məhdudlaşdırır. Buna görə də tərəflərindən hazırki iddianın qaldırılması zərurəti yaranmışdır. «İpoteka haqqında» AR Qanununun 59.3-cü maddəsinə əsasən, ipoteka qoyulmuş yaşayış evinə, qeyri-yaşayış sahəsinə və ya mənzilə tutma yönəldikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsindən tərk etməlidirlər. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 2-ci bəndinə görə mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. Həmin Məcəllənin 178.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Qeyd olunanlara əsasən hesab edir ki, cavabdehlərin Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti, 6 saylı evin, 11 saylı mənzilinə istifadə hüquqularına xitam verilməli, cavabdehlər və həmin mənzildə yaşayan digər şəxslər əşyaları ilə birlikdə çıxarılmalı və mənzil boşaldılmalıdır. Odur ki, o, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iş üzrə cavabdehlər məhkəmə iclasına gəlməmiş və gəlməmə səbəbi barədə məlumat verməmişlər. Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən məhkəmə işə cavabdehlərin iştirakı olmadan baxmağı məqsədə müvafiq hesab etmişdir. İş materiallarında olan Abşeron Rayon Məhkəməsinin 15 noyabr 2018-ci il tarixli 2(012)- 2727/2018 saylı qətnaməsindən görünür ki, 12568.28 ABŞ dolları əsas borc, 6479.91 ABŞ dolları faiz borcu, 830 ABŞ dolları cərimə borcu, cəmi 19878.19 ABŞ dolları məbləğində pul tutulduğu anda Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ABŞ dollarının manata məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat məbləğində pulun Cavabdeh3 alınaraq İddiaçı BOKT ASC-yə ödənilməsi, tələbin ipoteka ilə yüklü edilmiş Cavabdeh3nın mülyyətində olan Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti, 6 nömrəli evin, 11 nömrəli mənzilinə yönəldilməsi, həmin mənzilin ilkin satış qiymətini 40000 manat müəyyən edilməklə açıq hərrac yolu ilə satılması, həmin mənzilin satışından əldə olunan vəsaitdən cəmi 19878.19 ABŞ dolları məbləğində pul tutulduğu anda Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ABŞ dollarının manata məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat məbləğində pulu İddiaçı BOKT ASC-yə ödənilməsi, qalan məbləğin Cavabdeh3 verilməsi, ipoteka predmeti olan qeyd olunan mənzilə tutma yönəldikdən və mənzil satıldıqdan sonra 1 ay ərzində Cavabdeh3 əşyaları ilə birlikdə həmin mənzildən çıxarılması, iddianın digər hissədə təmin edilməməsi qət edilmişdir. İş materiallarında olan Sumqayıt Apelyasiya Məhkəməsinin 07 fevral 2020-ci il tarixli 2(105)- 262/2020 saylı qətnaməsindən görünür ki, apelyasiya şikayəti qismən təmin edilmiş, Cavabdeh3 ipoteka predmeti olan Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti, 6 saylı evin, 11 saylı mənzilindən satıldıqdan 1 ay sonra əşyaları ilə birlikdə məcburi çıxarılması hissəsində iddia təmin edilməmiş, Abşeron rayon Məhkəməsinin 15 noyabr 2018-ci il tarixli 2(012)-2727/2018 saylı qətnaməsi Cavabdeh3 830 ABŞ dolları dəbbə pulunun tutulması hissəsində dəyişdirilmiş və həmin məbləğ 100 ABŞ dolları müəyyən edilmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan AR ƏMDK yanında DƏDRX-nin çıxarışından görünür ki, Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti, 6 saylı evin, 11 saylı mənzil 25.01.2021-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə İddiaçı BOKT ASC-nin mülkiyyətinə qeydiyyata alınmışdır. İş materiallarında olan “Elektron notariat” X1 Çıxarışdan görünür ki, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti, 6 saylı evin, 11 saylı mənzildə qeydiyyatdadırlar. Məhkəmə iddiaçı şirkətin nümayəndəsini dinləyib, iş materiallarını araşdırıb, mümkün və mötəbər sübutların məcmusuna hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin olunmalıdır. Belə ki, Abşeron Rayon Məhkəməsinin 15 noyabr 2018-ci il tarixli 2(012)-2727/2018 saylı qətnaməsi ilə 12568.28 ABŞ dolları əsas borc, 6479.91 ABŞ dolları faiz borcu, 830 ABŞ dolları cərimə borcu, cəmi 19878.19 ABŞ dolları məbləğində pul tutulduğu anda Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ABŞ dollarının manata məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat məbləğində pulun Cavabdeh3 alınaraq İddiaçı BOKT ASC-yə ödənilməsi, tələbin ipoteka ilə yüklü edilmiş Cavabdeh3nın mülyyətində olan Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti, 6 nömrəli evin, 11 nömrəli mənzilinə yönəldilməsi, həmin mənzilin ilkin satış qiymətini 40000 manat müəyyən edilməklə açıq hərrac yolu ilə satılması, həmin mənzilin satışından əldə olunan vəsaitdən cəmi 19878.19 ABŞ dolları məbləğində pul tutulduğu anda Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ABŞ dollarının manata məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat məbləğində pulu İddiaçı BOKT ASC-yə ödənilməsi, qalan məbləğin Cavabdeh3 verilməsi, ipoteka predmeti olan qeyd olunan mənzilə tutma yönəldikdən və mənzil satıldıqdan sonra 1 ay ərzində Cavabdeh3 əşyaları ilə birlikdə həmin mənzildən çıxarılması, iddianın digər hissədə təmin edilməməsi qət edilmişdir. Qeyd olunan qətnamədən Cavabdeh3 tərəfindən apelyasiya şikayəti verilmiş və Sumqayıt Apellyasiya Məhkəməsinin 07 fevral 2020-ci il tarixli 2(105)-262/2020 saylı qətnaməsi ilə apelyasiya şikayəti qismən təmin edilmiş, Cavabdeh3 ipoteka predmeti olan Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti, 6 saylı evin, 11 saylı mənzilindən satıldıqdan 1 ay sonra əşyaları ilə birlikdə məcburi çıxarılması hissəsində iddia təmin edilməmiş, Abşeron rayon Məhkəməsinin 15 noyabr 2018-ci il tarixli 2(012)-2727/2018 saylı qətnaməsi Cavabdeh3 830 ABŞ dolları dəbbə pulunun tutulması hissəsində dəyişdirilmiş və həmin məbləğ 100 ABŞ dolları müəyyən edilmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Əmlak açıq hərraca çıxarılmış, lakin satılmadığından “İpoteka Haqqında” Azərbaycan Respublikası Qanunun 43.7-ci maddəsinə əsasən İddiaçı BOKT ASC-yə təklif edilmişdir. “X2 Mərkəzi” MMC ilə İddiaçı BOKT ASC arasında “hərracın yekunları üzrə əmlakın alqı-satqısı müqaviləsi” bağlanmış və hərracın nəticələri haqqında Yekun Protokol imzalanmışdır. Həmin müqaviləyə və hərracın nəticələri haqqında yekun protokola əsasən Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti, 6 saylı evin, 11 saylı mənzilinə İddiaçı BOKT ASC-nin mülkiyyət hüququnu təsdiq edən Çıxarış alınmışdır (Qeydiyyat № **********, tarix: 25.01.2021). İpoteka predmeti olan əmlakın İddiaçı BOKT ASC-nin mülkiyyətinə keçməsinə baxmayaraq, cavabdehlər hal-hazırdada Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti, 6 saylı evin, 11 saylı mənzilində yaşayırlar. Bu isə mülkiyyətçi olaraq İddiaçı BOKT ASC-nin hüquqlarını pozur, mənzildən istifadə etmək və sərəncam vermək hüququnu məhdudlaşdırır. “İpoteka haqqında” Qanunun 59.3-cü maddəsinə görə ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki: yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; və ya ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İ və İV bəndlərinə görə hər kəsin mülkiyyət hüququ vardır. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1 və 152.5-ci maddələrinə görə mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Azərbaycan Respublikası Mülki Məcəllənin 157.2-ci maddəsinə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəllənin 157.4-cü maddəsinə görə əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Məhkəmə Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə istinad edərək hesab edir ki, iddiaçı təşkilat tərəfindən işə məhkəmədə baxılması üçün ödənilmiş 30,40 manat dövlət rüsumu da cavabdehlərdən alınmalı və iddiaçı təşkilata ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında təqdim olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 Abşeron rayonu, Quşçuluq yaşayış massivi, H.Z.Tağıyev küçəsi, ev 6, mənzil 11-dən (yeni qaydalarla Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti, 6 saylı evin, 11 saylı mənzil) istifadə hüquqlarına xitam verilsin. Abşeron rayonu, Quşçuluq yaşayış massivi, H.Z.Tağıyev küçəsi, ev 6, mənzil 11-də( yeni qaydalarla Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti, 6 saylı evin, 11 saylı mənzilində) yaşayan cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və digər şəxslər həmin mənzildən əşyaları ilə birlikdə çıxarılsın, mənzil boşaldılsın və ödənilmiş 30,40 manat dövlət rüsumu cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 İddiaçı BOKT ASC-nin xeyrinə tutulsun. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Abşeron rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. HAKİM: ELMAN MƏMMƏDOV
Məhkəmə qərarları › İş №2(012)-151/2022
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-151/2022
14.01.2022 · Mənzil mübahisələri - Mənzildən çıxarılma - Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver