Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 2(012)-1519/2024 22.05.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi, İddiaçı nümayəndəsi X1, Cavabdeh «Fex Driver» şirkətinin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh «Fex Driver» şirkətinə qarşı «yol nəqliyyat hadisəsi nəticəsində dəymiş zərərin əvəzinin ödənilməsi» tələbinə dair mülki işə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən ona dəymiş maddi zərərin, ümumilikdə, 5919 manat və iddia ərizəsinin verilməsinə görə ödənilmiş 80 manat dövlət rüsumunun alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı nümayəndəsi X3 məhkəmə iclasında ərizə təqdim edərək, hazırda mülki iş üzrə cavabdeh «Fex Driver» şirkətinin nümayəndəsi tərəfindən 700 manat ödənildiyindən iddiadan imtina etdiyini bildirdi və hazırki mülki iş üzrə icraata xitam verilməsini, bundan əlavə iddia ərizəsinin verilməsinə görə ödənilmiş 80 manat dövlət rüsumunun ona qaytarılmasını xahiş etdi. Cavabdeh «Fex Driver» şirkətinin nümayəndəsi X5 məhkəmə iclasında izahatında hazırki mülki işə xitam verilməsini xahiş etdi. Məhkəmə iş materiallarını tam, hərtərəfli və obyektiv tədqiq edərək hesab edir ki, İddiaçı nümayəndəsi X3 məhkəməyə ərizə təqdim etmiş və həmin ərizədən görünür ki, cavabdeh «Fex Driver» şirkətinin nümayəndəsi tərəfindən 700 manat ödənildiyindən iddiadan imtina etmişdir və mülki iş üzrə icraata xitam verilməlidir. Аzərbaycan Respublikası Мülki Prosessual Мəcəlləsinin 191.1-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Аzərbaycan Respublikası Мülki Prosessual Мəcəlləsinin 191.2-ci maddəsinə əsasən hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Аzərbaycan Respublikası Мülki Prosessual Мəcəlləsinin 261.0.4-ci maddəsinə görə iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa, hakim iş üzrə icraata xitam verir. Аzərbaycan Respublikası Мülki Prosessual Мəcəlləsinin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Bundan əlavə iş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli, ********** nömrəli və xx.xx.2024-cü il tarixli, ********** nömrəli qəbzlərdən görünür ki, İddiaçı Abşeron Rayon Məhkəməsinə iddia ərizəsi verilməsi üçün ümumilikdə 80 manat məbləğində dövlət rüsumunu X7 vasitəsilə xx.xx.2024-cü ildə saat 13:08-də və xx.xx.2024-cü ildə 15:49-da Dövlət Büdcəsinə ödəmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.4-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla iş üzrə icraata xitam verilərsə, dövlət rüsumu geri qaytarılır. Həmin Məcəllənin 114.2-ci maddəsinə əsasən bu Məcəllənin 114.1.1-ci maddəsində nəzərdə tutulmuş hallarda dövlət rüsumunun artıq ödənilmiş hissəsi geri qaytarılır. Dövlət rüsumu Azərbaycan Respublikasının qanunları ilə nəzərdə tutulmuş digər hallarda da geri qaytarılır. Məhkəmə dövlət rüsumunun qaytarılması məsələsi barədə qərardad çıxarır, qərardadda dövlət rüsumunun tam və ya qismən qaytarılmasının əsasları göstərilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 5.1.3-cü maddəsinə əsasən məhkəmələr tərəfindən iş üzrə icraata xitam verildikdə, ödənilmiş dövlət rüsumu dövlət büdcəsindən qismən və ya tamamilə qaytarılır. Yuxarıda göstərilənlərə və АR МPМ-nin 261.0.4; 262-264; 266-268-ci maddələrini rəhbər tutaraq, qərara aldı: İddiaçı cavabdeh «Fex Driver» şirkətinə qarşı «yol nəqliyyat hadisəsi nəticəsində dəymiş zərərin əvəzinin ödənilməsi» tələbinə dair 2(012)-1519/2024 saylı mülki iş üzrə icraata xitam verilsin. İddiaçı cavabdeh «Fex Driver» şirkətinə qarşı «yol nəqliyyat hadisəsi nəticəsində dəymiş zərərin əvəzinin ödənilməsi» tələbinə dair iddia ərizəsi 2(012)-1519/2024 saylı mülki iş üzrə X7 vasitəsilə xx.xx.2024-cü il tarixli, ********** nömrəli qəbzdən ödəmiş olduğu 30 manat və xx.xx.2024-cü il tarixli, ********** nömrəli qəbzdən ödəmiş olduğu 50 manat məbləğində dövlət rüsumu olmaqla, ümumilikdə 80 manat məbləğində dövlət rüsumu dövlət büdcəsindən İddiaçı qaytarılsın. Qərardadın dövlət rüsumunun qaytarılması hissəsinin icrası Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Abşeron Rayon Maliyyə Şöbəsinə həvalə edilsin. Qərardaddan, təqdim edildikdən (və ya tərəf onu aldıqdan) 10 (on) gün müddətində şikayət verilə bilər. Hakim: Elman Məmmədov
Məhkəmə qərarları › İş №2(012)-1519/2024
Abşeron Rayon Məhkəməsi Qərardad — İş №2(012)-1519/2024
22.05.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver