Məhkəmə qərarları › İş №2(012)-1520/2024

Abşeron Rayon Məhkəməsi Qərardad — İş №2(012)-1520/2024

18.01.2024 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 2(012)-1520/2024 18.01.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron Rayon Məhkəməsinin hakimi Elman Tofiq oğlu Məmmədov İddiaçı Cavabdehnə qarşı «müəyyən olunmuş ödənişin daha aşağı ödənişlə əvəz edilməsi və Cavabdehnə yeni ödəniş qrafikinin verilməsi» barədə iddia ərizəsini nəzərdən keçirərək, MÜƏYYƏNETDİ: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək ona təyin olunmuş ödənişin daha aşağı ödənişlə əvəz edilməsini və öhdəliyini vaxtında yerinə yetirməsi üçün Cavabdehnə yeni ödəniş qrafikinin verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbul edilməsindən imtina edilməlidir. Belə ki, İddiaçı Cavabdehnə qarşı «müəyyən olunmuş ödənişin daha aşağı ödənişlə əvəz edilməsi və Cavabdehnə yeni ödəniş qrafikinin verilməsi» tələbinə dair iddia ərizəsinə məhkəmə tərəfindən iddia icraatı qaydasında deyil,İcra Haqqında Azərbaycan Respublikası qanunun 15-ci maddəsi və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 231-ci maddəsi ilə müəyyən edilmiş qaydada baxılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin 153.2.1-ci madəsinə əsasən ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin 153.4-cü maddəsinə əsasən ərizəni qəbul etməkdən imtina haqqında qərardad ərizəyə əlavə olunmuş bütün sənədlərlə birlikdə ərizəçiyə rəsmi qaydada verilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin 153.5-ci maddəsinə əsasən ərizəni qəbul etməkdən imtina edilməsi ərizəçiyə həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin 153.6-cı maddəsinə əsasən iddia ərizəsini qəbul etməkdən imtina barədə qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi ilk gündən verilmiş hesab edilir. İcra Haqqında Azərbaycan Respublikası qanunun 15-ci maddəsinə görə tərəflər icra sənədinin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icrası yaxud icra sənədinin icrası üsulunun və qaydasının dəyişdirilməsi haqqında işə baxmış məhkəməyə müraciət edə bilərlər. Borclunun əmlak vəziyyətini və digər halları nəzərə alaraq, məhkəmə həmin müraciətlərə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 231-ci maddəsi ilə müəyyən edilmiş qaydada baxır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 231.1-ci maddəsinə əsasən işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 153, 231, 263, 264, 267 və 268-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddiaçı Cavabdehnə qarşı «müəyyən olunmuş ödənişin daha aşağı ödənişlə əvəz edilməsi və Cavabdehnə yeni ödəniş qrafikinin verilməsi» tələbinə dair ərizəsi iddianın yol verilməzliyinə görə qəbul edilməkdən imtina edilsin. İddia ərizəsini qəbul etməkdən imtina barədə qərardad iddia ərizəsinə əlavə olunmuş bütün sənədlərlə birlikdə İddiaçı rəsmi qaydada verilsin. İddiaçı Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 231.1-ci maddəsinə uyğun olaraq məhkəməyə müraciət etmək hüququnun olması izah edilsin. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində qərardadı qəbul etmiş məhkəməyə şikayət verilə bilər. HAKİM: ELMAN MƏMMƏDOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar