Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-1522/2024 06.05.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Mirhəsənli Mirnəsir Mirfazil oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Əliyev Fərid Ələmşah oğlunun katibliyi, İddiaçı, Cavabdeh və onun nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbi barədə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, övladları - xx.xx.2011-ci il təvəllüdlü X10, xx.xx.2015-ci il təvəllüdlü X6 və xx.xx.2016-cı il təvəllüdlü X4 yetkinlik yaşına çatana qədər saxlanması üçün hər uşağa 235 (iki yüz otuz beş ) manat olmaqla 705 (yeddi yüz beş ) manat sabit pul məbləğində alimentin cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, rəsmi nikaha daxil olaraq Cavabdeh ilə ailə qurmuşdur. Faktiki nikahdan üç övladıları-xx.xx.2011-ci il təvəllüdlü X10, xx.xx.2015-ci il təvəllüdlü X6 və xx.xx.2016-cı il təvəllüdlü X11 dünyaya gəlmişdir. Abşeron rayon məhkəməsinin 2012-ci il tarixli qətnaməsi ilə cavabdehlə arasında olan nikah pozulmuş və övladları xx.xx.2011-ci il təvəllüdlü X10 , xx.xx.2015-ci il təvəllüdlü X6 və xx.xx.2016-cı il təvəllüd X4 onun yanında qalması barədə qətnamə çıxmışdır. Qətnamə üzrə cavabdeh hər uşağa görə 100 ( yüz ) manat aliment ödəyirdi. Övladları orta məktəbdə təhsil alır. Lakin cavabdeh valideyn olaraq övladları ilə maraqlanmır və heç bir xərcini ödəmir. Belə olduğu halda məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Göstərilənlərə əsasən iddia təmin edilməlidir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək onun təmin edilməsini xahiş etdi. O, bildirdi ki, uşaqlar artıq böyüyüb və onların tələbatı artıb. O isə həmin tələbatları ödəməkdə çətinlik çəkir. Cavabdeh malyar ustası işləyir və kifayət qədər qazancı var. Məhkəmə iclasında Cavabdeh iddiaya etiraz edərək, bildirdi ki, özü xəstəlikdən əziyyət çəkir. Təyin edilmiş aliment məbləğini ödəyə bilmir. Hal-hazırda işsizdir. Ona görə də iddianın rədd edilməsini xahiş edir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X7 iddia tələbinin rədd edilməsini xahiş edərək bildirdi ki, nəvələri onunla görüşəndə ona qarşı hörmətsizlik edir. Oğlu xəstədir və heç yerdə işləmir. İddiaçı isə işləyib uşaqları saxlaya bilər. Məhkəmə tərəfləri dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan AZ-İİ 786684 saylı, AZ-İİİ 560794 saylı və AZ-İV 125169 saylı doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, tərəflərin birgə nikahından xx.xx.2011-ci il təvəllüdlü X10, xx.xx.2015-ci il təvəllüdlü X6 və xx.xx.2016-cı il təvəllüdlü X11 adlı uşaqlar doğulmuşdur. İş materiallarında olan Abşeron Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(012)- 1542/2018 saylı qətnaməsindən görünür ki, iddia qismən təmin edilmiş, Abşeron Rayon Məhkəməsinin 03 avqust 2015-ci il tarixli 2(012)-3261/2015 saylı qətnaməsinə əsasən xx.xx.2011-ci il tarixdə anadan olmuş X5 və xx.xx.2015-ci il tarixdə anadan olmuş X3 yetkinlik yaşma çatanadək saxlanması üçün müəyyən olunan alimentin miqdarı dəyişdirilməklə Cavabdeh hər ay hər uşağa 100 (yüz) manat olmaqla, cəmi, 200 (iki yüz) manat sabit pul məbləğində aliment tutularaq iddiaçı X1 ödənilməsi və həmin məbləğdə alimentin tutulmasının əvvəli 13 fevral 2018-ci il tarixdən hesablanması qət edilmişdir. İş materiallarında olan Abşeron Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(012)- 1531/2018 saylı qiyabi qətnaməsindən görünür ki, İddiaçı - Cavabdeh qarşı atalığın müəyyən olunması və aliment tələbinə dair iddiası təmin edilmiş, 11 sentyabr 2016-cı il təvəllüdlü X8 atasının Cavabdeh olması müəyyən edilməsi, yeni doğum haqqında şəhadətnamə verilərkən ata qrafasında Cavabdeh yazılması, Cavabdeh 11 sentyabr 2016-cı il təvəllüdlü X8 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay İddiaçı xeyrinə 154 manat sabit pul məbləğində alıment tutulması, alimentin tutulmasının 13 fevral 2018-ci il tarixdən hesablanması qət edilmişdir. Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər övladlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətə layiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 112-ci maddəsinə görə aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi üzrə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad ola bilər. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 27 iyul 2016-cı il tarixli Qərarına əsasən belə hesab edilmişdir ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə bu Qərarda formalaşdırılan hüquqi mövqeyi rəhbər tutaraq alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın təminat səviyyəsinə və aliment ödəyənin maddi vəziyyətinə təsirini nəzərə almalıdır. Hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verilməlidir. Bu Qərarın 1-ci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 28 mart 2016-cı il tarixli 8-2/2016 nömrəli Qərarının 8.2-ci bəndi ilə məhkəmələrə izah edilmişdir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. "Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında" Azərbaycan Respublikası Qanununa əsasən 2024-cü il üçün yaşayış minimumu uşaqlara görə 235 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə tərəfindən işin araşdırılan hallarından müəyyən edilir ki, iddiaçı təyin edilmiş aliment məbləğinin hazırda birgə nikahdan doğulmuş uşaqların saxlanması üçün kifayət etmədiyini iddia edir. Birgə nikahdan doğulmuş uşaqlar iddiaçının himayəsindədir və onların maddi ehtiyacları artmaqdadır. Məhkəmə uşaqların mənafeyini, normal inkişaf etməsini, uşaqlar üçün hal-hazırda minimum yaşayış həddinin məbləğini nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilməli, Abşeron Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(012)-1542/2018 saylı və xx.xx.2018-ci il tarixli, 2(012)-1531/2018 saylı qətnamələrinə əsasən xx.xx.2011-ci il tarixdə anadan olmuş X5 və xx.xx.2015-ci il tarixdə anadan olmuş X3 yetkinlik yaşına çatanadək saxlanması üçün təyin olunmuş hər ay cəmi 200 manat sabit pul məbləğində alimentin miqdarı artırılaraq, hər ay hər uşaq üçün 170 manat, cəmi 340 manat, həmçinin xx.xx.2016-cı il təvəllüdlü X8 yetkinlik yaşına çatanadək saxlanması üçün təyin edilmiş 154 manat sabit pul məbləğində alimentin miqdarı artırılaraq hər ay 170 manat – ümumilikdə 510 manat məbləğində aliment Cavabdeh tutularaq İddiaçı verilməli və alimentin tutulmasının əvvəli bu qətnamə qanuni qüvvəyə mindiyi vaxtdan hesablanmalıdır. Qalan hissədə iddia təmin edilməməlidir. MPM-nin 217.3-cü maddəsində göstərilir ki, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Abşeron Rayon Məhkəməsinin 03 avqust 2015-ci il tarixli 2(012)-3261/2015 saylı qətnaməsi ilə tutulan alimentin miqdarı dəyişdirilsin. xx.xx.2011-ci il təvəllüdlü X5 və xx.xx.2015-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər uşaq üçün 170 manat olmaqla, cəmi 340 manat sabit pul məbləğində aliment Cavabdeh tutularaq İddiaçı ödənilsin. Abşeron Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(012)-1531/2018 saylı qiyabi qətnaməsi ilə tutulan alimentin miqdarı dəyişdirilsin. xx.xx.2016-cı il təvəllüdlü X8 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 170 manat sabit pul məbləğində aliment Cavabdeh tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Cavabdeh tutulan alimentin miqdarının dəyişdirilməsinin əvvəli bu qətnamənin qanuni qüvvəyə mindiyi gündən hesablansın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Mirnəsir Mirhəsənli
Məhkəmə qərarları › İş №2(012)-1522/2024
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-1522/2024
06.05.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver