Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-1529/2022 04.04.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron rayon məhkəməsi, Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Kazımlı Cənnət Mahir qızının katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair mülki işə 04 aprel 2022-ci il tarixdə Xırdalan şəhərində, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək, iddia ərizəsi məhkəməyə təqdim edildiyi gündən yetkinlik yaşına çatmayan 17.02.2013-cü il təvəllüdlü X6 və 18.10.2017-ci il təvəllüdlü X2 üçün onlar yetkinlik yaşına çatana qədər cavabdehdən tutulan alimentin məbləği artırılaraq hər ay hər bir uşağa görə 200 manat olmaqla cəmi 400 manat alimentin sabit pul məbləğində Cavabdeh tutularaq İddiaçı ödənilməsi qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Cavabdeh İddiaçı qarşı nikahın pozulması tələbinə dair iddia ərizəsi ilə Abşeron rayon Məhkəməsinə müraciət edərək onunla cavabdeh Məmmədova (Əliyeva) Türkanə Salman qızı arasında 25.03.2013-cü il tarixdə bağlanmış nikahın pozulmasını xahiş etmişdir. Məhkəmə gedişatında vəsatətlə məhkəməyə müraciət edərək alimentin tutulmasını istəmişdir. Məhkəmənin 18 oktyabr 2016-cı il tarixli, 2(012)-6752/2016 saylı qərardadına əsasən iddiaçı Cavabdeh 17.02.2013-cü il təvəllüdlü X1 üçün İddiaçı xeyrinə aylıq 117 manat məbləğində alimentin tutulması barədə qərardad qəbul edilmişdir. Sonradan onlar barışaraq nikahlarını davam etdirmiş və birgə nikahdan ikinci övladları 18.10.2017-ci il təvəllüdlü X12 anadan olmuşdur. Aralarında münasibətlər sonradan yenidən korlanmış və Cavabdeh yenidən nikahın pozulması tələbinə dair Abşeron rayon Məhkəməsində iddia qaldırmışdır. İş halhazırda məhkəmənin icraatındadır. İddiaçı da həmçinin, məhkəmədə iddia qaldıraraq 17.02.2013-cü il təvəllüdlü X11 və 18.10.2017-ci il təvəllüdlü X7 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşağa görə 170 manat olmaqla cəmi 340 manat sabit pul məbləğində alimentin tutulması, uşaqların müalicəsi üçün xərclədiyi 1379 manat vəsaitin birdəfəlik şəkildə cavabdehdən tutulması, uşaqların müalicəsi davam etdiyindən müalicə xərclərinin qarşılanması üçün cavabdehdən hər ay 100 manat vəsaitin tutulması barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Daha sonra İddiaçı iddia tələbini dəyişərək məhkəmədən 17.02.2013-cü il təvəllüdlü X11 və 18.10.2017-ci il təvəllüdlü X7 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşağa görə 175 manat olmaqla cəmi 350 manat sabit pul məbləğində alimentin tutulması, alimentin tutulmasını məhkəməyə müraciət edildiyi tarixdən deyil, cavabdehin evi tərk edib uşaqlarını faktiki olaraq maddi təminatısz qoyduğu 20.07.2020-ci il tarixdən tutulması, iddia ərizəsi üzrə soyadının “Məmmədova” kimi qeyd edilmiş hesab edilməsi barədə qətnamə çıxarılmasım məhkəmədən xahiş etmişdir. Abşeron rayon Məhkəməsi 26.04.2021-ci il tarixli, 2(012)- 1352/2021 saylı qətnaməsi ilə iddia tələbini qismən təmin edilərək Cavabdeh 17.02.2013cü il təvəllüdlü X6 və 18.10.2017-ci il təvəllüdlü X7 yetkinlik yaşına çatanadək saxlanılması üçün 13.01.2021-ci il tarixdən başlayaraq hər ay hər uşaq üçün 175 (yüz yetmiş beş) manat, cəmi 350 (üç yüz əlli) manat sabit pul məbləğində alimentin İddiaçı xeyrinə tutulmasını qət etmişdir. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək, Abşeron rayon Məhkəməsinin 26.04.2021-ci il tarixli, 2(012)-1352/2021 saylı qətnaməsinin qismən ləğv edilərək 17.02.2013-cü il təvəllüdlü X6 və 18.10.2017-ci il təvəllüdlü X7 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşaq üçün 100 manat olmaqla cəmi 200 manat sabit pul məbləğində alimentin İddiaçı xeyrinə tutulması barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsi 2(105)-2794/2021 saylı 13.10.2021-ci il tarixli qətnaməsi ilə Cavabdeh apellyasiya şikayətini qismən təmin edərək, Abşeron rayon Məhkəməsinin 26.04.2021-ci il tarixli, 2(012)-1352/2021 saylı qətnaməsini qismən ləğv edərək, qətnamə - “Cavabdeh 17.02.2013-cü il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 175 manat sabit pul məbləğində alimentin İddiaçı xeyrinə tutulsun” hissəsində ləğv edilməsi, iddianın həmin hissədə təmin edilməməsi, iddianın qismən təmin edilməsi, qətnamə - Cavabdeh 18.10.2017-ci il təvəllüdlü X7 yetkinlik yaşına çatanadək saxlanılması üçün 13.01.2021-ci il tarixdən başlayaraq hər ay 175 manat sabit pul məbləğində alimentin İddiaçı xeyrinə tutulsun, Cavabdeh 30 manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə keçirilməsi və qətnamə alimentin tutulması hissəsində dərhal icra olunsun” hissəsində dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Hal-hazırda X6 8 yaşı və 18.10.2017-ci il təvəllüdlü X7 isə 4 yaşı var. Abşeron rayon Məhkəməsi tərəfindən çıxarılmış qətnamədə və qərardada qeyd olunmuş aliment məbləği uşağın heç bir tələbatının ödənilməsinə yetmir. Böyük oğlu orta məktəbdə təhsil alır və ona görə də məsrəfləri yetərincə artmışdır. Bundan başqa, oğlu həm də allergiya xəstəsidir və həmçinin də oğlu Elcan göz xəstəliyindən əziyyət çəkir. Uşağın müalicəsinə, dərmanlarına və eynəklərinə dəyişilməsinə mütəmadi çox xərc çəkilir. İkinci oğlu da Məmmədli Uğur da həmçinin kəskin allergiya xəstəliyindən əziyyət çəkir və həmçinin diabetə meyllidir, onun da müalicə və müayinəsi dərmanlan xeyli xərc tələb edir. Mütəmadi olaraq hər 2 övladının müalicə və dərmanlarına pul vəsaiti lazımdır. Həmçinin ölkədə yetkinlik yaşına çatmamışlar üçün yaşayış minimumu da dəyişdirilmiş və 2022-ci ildə hər uşaq üçün 193 (yüz doxsan üç) manat müəyyən edilmişdir. Uşaqların təlimtərbiyəsi ilə məşğul olmaqla yanaşı, həm də maddi tələbatlarını ödəmək tək qadın olaraq iddiaçıya çox çətindir. Bundan əlavə də cavabdeh "xxxx" MMC-də aşbaz vəzifəsində işləyir və aylıq əmək haqqı ona məlum deyildir. İddiaçı məhkəməyə müraciət etməzdən əvvəl mediasiya qaydasında mübahisənin məhkəmədən kənar həll edilməsinə çalışsa da buna nail ola bilməmişdir. Buna görə də hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edib, iddia ərizəsində yazılanlara uyğun izahat verərək, iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasında iddia tələbini qəbul etmədiyini bildirdi. Qeyd etdi ki, bel nahiyəsindən əməliyyat olunmuşdur, əvvəlki qaydada iş fəaliyyəti yoxdur. İddiaçı məktəbdə müəllimə işləyir 531 manat maaş alır, o isə 350 manat maaş alır. Əlavə qazancı və gəlirləri yoxdur. Odur ki, alimentin təyin edilərkən nəzərə alınmasını xahiş etdi. Məhkəmə proses iştirakçılarının izahatını mülki iş materialları ilə birgə tədqiq edərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə X8 arasında 23.05.2013-cü ildə Abşeron rayon Qeydiyyat Şöbəsində rəsmi nikaha daxil olmuş, arvada Məmmədova soyadı verilmişdir. İş materiallarında olan doğum haqqında şəhadətnamələrin təsdiq olunmuş surətlərindən görünür ki, İddiaçı və Cavabdeh birgə nikahlarından 17.02.2013-cü il təvəllüdlü X11 və 18.10.2017-ci il təvəllüdlü X12 anadan olmuşdur. İş materiallarında olan X5 iştirak edilməməsi barədə 30.11.2021-ci il tarixli arayışdan görünür ki, Cavabdeh ilkin mediasiya sessiyasının tarixi, saatı və yeri barədə 5 gün əvvəlcədən rəsmi olaraq məlumatlandırılmışdır. İddiaçı X5 iştirak etdi və ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 50 (əlli) manat məbləğində mediasiyaya dair xərci ödədi. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzi tərəfindən verilmiş 01.06.2021-ci il tarixli arayışdan görünür ki, X4.Z.Əliyeva adına MOM-də müayinə keçib. Diaqnoz: OU-Alternik daxili çəpgözlük, OU-zəif dərəcəli hipermetropiya. İş materiallarında olan ambulator kitabçadan çıxarışdan görünür ki, X11 və X3 bronxit diaqnozu qoyulmuşdur. İş materiallarına əlavə olunan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Neyrocərrahiyə X10 Şəxs tərəfindən verilmiş xəstənin stasionar tibbi kartından çıxarışdan görünür ki, Cavabdeh 14.04.2020-ci il tarixdə “L5-fəqərəsinin soldan hissəvi hemilaminektomiyası, L5-S1-disk yırtığının xaric edilməsi” icra olunmuşdur. İş materiallarına əlavə olunan “City Catering” tərəfindən verilmiş 08.02.2022-ci il tarixli arayışdan görünür ki, Cavabdeh 07 yanvar 2013-cü il tarixdən hal-hazıradək "xxxx" QSC şirkətində aşbaz işləyir. Orta aylıq əmək haqqı 350 (üç yüz əlli) manat təşkil edir. İş materialların olan Sumqayıt Apellyasiya Məhkəməsinin 13.10.2021-ci il tarixli, 2(105)-2794/2021 saylı qətnaməsinin surətindən görünür ki, Cavabdeh apellyasiya şikayəti qismən təmin edilmiş, Abşeron Rayon Məhkəməsinin 26 aprel 2021-ci il tarixli, 2(012)-1352/2021 saylı qətnaməsi qismən ləğv edilmiş, qətnamə - «Cavabdeh 17.02.2013-cü il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün 13.01.2021-ci il tarixdən başlayaraq hər ay hər 175 (yüz yetmiş beş) manat sabit pul məbləğində aliment İddiaçı xeyrinə tutulsun» hissəsində ləğv edilmiş və iddia həmin hissədə təmin olunmamış, iddia qismən təmin olunmuş, qətnamə - «Cavabdeh 18.10.2017-ci il təvəllüdlü X7 yetkinlik yaşına çatanadək saxlanılması üçün 13.01.2021-ci il tarixdən başlayaraq hər ay 175 (yüz yetmiş beş) manat sabit pul məbləğində aliment İddiaçı xeyrinə tutulsun, Cavabdeh 30 manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə keçirilsin və qətnamə alimentin tutulması hissədə dərhal icra olunsun» hissəsində dəyişdirilmədən saxlanmışdır. Məhkəmə tərəfindən işin araşdırılan hallarından müəyyən edilir ki, Abşeron Rayon Məhkəməsinin 26 aprel 2021-ci il tarixli, 2(012)-1352/2021 saylı qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı aliment və müalicə xərclərinin tutulması tələbinə dair iddia qismən təmin edilmiş, Cavabdeh 17.02.2013-cü il təvəllüdlü X11 və 18.10.2017-ci il təvəllüdlü X7 yetkinlik yaşına çatanadək saxlanılması üçün 13.01.2021-ci il tarixdən başlayaraq hər ay hər uşaq üçün 175 (yüz yetmiş beş) manat olmaqla, cəmi 350 (üç yüz əlli) manat sabit pul məbləğində alimentin İddiaçı xeyrinə tutulması, Cavabdeh 30 manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə keçirilməsi və qətnamə alimentin tutulması hissədə dərhal icra olunması qət edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin 13.10.2021-ci il tarixli, 2(105)-2794/2021 saylı qətnaməsi ilə Abşeron Rayon Məhkəməsinin 26 aprel 2021ci il tarixli, 2(012)-1352/2021 saylı qətnaməsi qismən ləğv edilmiş, qətnamə - «Cavabdeh 18.10.2017-ci il təvəllüdlü X7 yetkinlik yaşına çatanadək saxlanılması üçün 13.01.2021-ci il tarixdən başlayaraq hər ay 175 (yüz yetmiş beş) manat sabit pul məbləğində aliment İddiaçı xeyrinə tutulsun, Cavabdeh 30 manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə keçirilsin və qətnamə alimentin tutulması hissədə dərhal icra olunsun» hissəsində dəyişdirilmədən saxlanmışdır. Hazırda iddiaçı təyin edilmiş aliment məbləğinin azyaşlıların saxlanması üçün kifayət etmədiyini iddia edir. Azyaşlı uşaqlar iddiaçının himayəsindədir və maddi ehtiyacları artmaqdadır. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin 2-ci hissəsinə görə uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının qanununun 5-cı maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların manafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdır. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunun 19-cu maddəsinə əsasən uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi təlabatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizə edilməsi valideynlərin vəzifələridir. “Uşaq hüquqları haqqında” Konvensiyanın 27-ci maddəsinə əsasən hər bir uşaq özünün fiziki, əqli, mənəvi, əxlaqi və sosial inkişafı üçün lazımi həyat səviyyəsi hüququna malikdir. Lazımi həyat səviyyəsinin təmin edilməsi üçün əsas məsuliyyəti valideyinlər daşıyır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 233.4-cü maddəsinə əsasən cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər övladlarını saxlamağa borcludurlar. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətə layiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 112-ci maddəsinə görə aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi üzrə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad ola bilər. "Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında" Azərbaycan Respublikası Qanununa əsasən 2022-ci il üçün yaşayış minimumu uşaqlara görə 193 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə tərəfindən işin araşdırılan hallarından müəyyən edilir ki, iddiaçı təyin edilmiş aliment məbləğinin hazırda azyaşlıların saxlanması üçün kifayət etmədiyini iddia edir. Azyaşlı uşaqlar hazırda iddiaçının himayəsindədir və maddi ehtiyacları artmaqdadır. Məhkəmə işdə olan sübutlara məcmu halda qiymət verərək tərəflərin birgə nikahından olan uşaqların ananın himayəsində olmasını, azyaşlı uşaqların mənafeyini, normal inkişaf etməsini, uşaqlar üçün qanunvericiliklə müəyyən edilmiş yaşayış minimumunun həddini, uşaqların əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanmasının zəruriliyini, habelə cavabdehin maddi vəziyyətini nəzərə alaraq hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Abşeron Rayon Məhkəməsinin 18 yanvar 2017-ci il tarixli, 2(012)-288/2017 saylı qətnaməsi ilə 17.02.2013-cü il təvəllüdlü X6 yetkinlik yaşına çatana kimi saxlanması üçün 18 yanvar 2017-ci il tarixdən başlayaraq Cavabdeh İddiaçı xeyrinə tutulan hər ay 137 manat sabit pul məbləğində alimentin, Abşeron Rayon Məhkəməsinin 26 aprel 2021-ci il tarixli, 2(012)-1352/2021 saylı qətnaməsi ilə 18.10.2017-ci il təvəllüdlü X7 yetkinlik yaşına çatanadək saxlanılması üçün 13.01.2021-ci il tarixdən başlayaraq Cavabdeh İddiaçı xeyrinə hər ay 175 (yüz yetmiş beş) manat sabit pul məbləğində aliment artırılaraq Cavabdeh hər ay, hər bir uşaq üçün 193 manat, 386 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilməli və alimentin tutulmasının əvvəli bu qətnamə qanuni qüvvəyə minən vaxtdan hesablanmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3. maddəsində göstərilir ki, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4. maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki – Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinə əsasən iddianın qiyməti aliment alınması haqqındakı iddialarda—bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən, aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Həmçinin, məhkəmə hesab edir ki, iddiaçının ödəməkdən azad edildiyi 58.4 manat məbləğində dövlət rüsumuna görə pul da dövlət nəfinə cavabdehdən tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki - Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Abşeron Rayon Məhkəməsinin 18 yanvar 2017-ci il tarixli, 2(012)-288/2017 saylı və 26 aprel 2021-ci il tarixli, 2(012)-1352/2021 saylı qətnamələri ilə müəyyən edilmiş alimentin məbləğləri artırılsın. 17.02.2013-cü il təvəllüdlü X6 və 18.10.2017-ci il təvəllüdlü X7 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər uşaq üçün 193 manat, cəmi 386 manat sabit pul məbləğində aliment Cavabdeh tutularaq İddiaçı verilsin. Alimentin tutulmasının əvvəli bu qətnamə qanuni qüvvəyə minən gündən hesablansın. Cavabdeh 58.4 manat dövlət rüsumuna görə pul dövlət nəfinə tutulsun. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə ondan Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Cəmilə Səfiyeva
Məhkəmə qərarları › İş №2(012)-1529/2022
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-1529/2022
04.04.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver