Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-1532/2022 13.05.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Mirzəzadə Şəbnəm Çingiz qızının katibliyi, İddiaçı vəkili-nümayəndəsi Nümayəndə, Cavabdeh və onun vəkili-nümayəndəsi Vəkil2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Abşeron rayon məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 23260 manat pulun və 159,78 manat dövlət rüsumunun Cavabdeh alınaraq mənim xeyrimə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ünvanlayaraq, 22500 manat əsas borc, 760 manat banka ödənilmiş faiz olmaqla, ümumilikdə 23260 manat pul və 159,78 manat dövlət rüsumunun Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı vəkili-nümayəndəsi Nümayəndə məhkəmə iclasında izahatında bildirdi ki, Cavabdeh İddiaçı həmkəndlisi olmaqla uzaq qohumudur. 2019-cu ilin may ayında iddiaçı Quba rayonu Qımılqışlaq kəndinə gələrkən, Namiqlə görüşmüşdür. Həmin vaxt Namiq iddiaçıya Rusiya Federasiyasına gavalı meyvəsini ixrac etməyi təklif etmiş və yaxşı qazanc qalacağını bildirmişdir. Bunun üçün 30000 manat pul lazım olduğunu bildirdikdən sonra iddiaçı Namiqlə razılaşmış və Bakı şəhərinə qayıtmışdır. İddiaçı Bakı şəhərində tanışı Tamaradan 15000 manat pul almış, qalan 15000 manatı isə iddiaçı düzəldərək Namiqə vemişdir. Namiq 30000 manat pulu götürmüşdür. Bundan 1 həftə sonra Namiq iddiaçıya zəng vuraraq, bir maşın gavalını Moskva şəhərinə göndərdiyini, 3 gün sonra həmin maşının dostu tərəfindən qarşılacayağını və tezliklə məhsulun pulunu (gəliri ilə birlikdə) iddiaçıya göndərəcəyini bildirmişdir. Lakin Namiq iddiaçıya pul göndərməmişdir. Sonradan iddiaçı və tanışı Namiqdən pulları tələb etsələr də, Namiq iddiaçıdan vaxt istəmişdir. Daha sonra tanışı iddiaçıdan 15000 manat pulu istədiyi üçün iddiaçı, "xxxx" ASCdən 15000 manat kredit götürərək, tanışının pulunu qaytarmışdır. İddiaçı "xxxx" ASC-dən götürmüş olduğu pula görə əlavə 760 manat faiz də ödəmişdir. Namiq iddiaçıdan 2019-cu ilin dekabr ayının sonunadək vaxt istəmiş, lakin buna baxmayaraq pulu qaytarmamışdır. İddiaçıya ümumilikdə 23260 manat ziyan dəymişdir. İddiaçı məcburiyyət qarşısında şikayət ərizəsi ilə Quba Rayon Polis Şöbəsinə müraciət etmişdir. Quba Rayon Polis Şöbəsində araşdırma aparıldıqdan sonra, 26 sentyabr 2020-ci il tarixdə “cinayət işinin başlanmasının rədd edilməsi barədə” qərar qəbul edilmiş və iddiaçıya bildirilmişdir ki, mülki qaydada məhkəməyə müraciət etməlidir. Həmçinin bildirmək istəyir ki, iddiaçının adı “X2” olmuş, 14 oktyabr 2021-ci il tarixdə iddiaçının adının Eduard adına dəyişdirilməsi barədə rəsmi şəhadətnamə almışdır. Qeyd olunanlara əsasən o, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasında izahatında bildirdi ki, iddiaçı onun uzaq qohumudur. 2019-cu ildə o, iddiaçıya Rusiya Federasiyasına gavalı meyvəsini ixrac etməyi təklif etmiş, bunun üçün 30000 manat pul lazım olduğunu bildirmişdir. İddiaçı da təklifi qəbul etmişdir. İddiaçı ona 28000 manat pul vermiş, 30000 manat pulun 20000 manatını isə Tamara adlı şəxsdən almışdır. Hazırda iddiaçı Tamara adlı şəxsin pulunu ondan tələb edir. Aralarındakı razılığa əsasən, məhsuldan əldə olunan gəlir onun, iddiaçının və Tamara adlı şəxsin arasında bölünməlidir. O, malları Rusiya göndərmiş, lakin məhsullar əvvəl yaxşı satılsa da, sonradan ziyana düşmüşdür. Quba Rayon Polis Şöbəsinin 26 sentyabr 2020-ci il tarixdə “cinayət işinin başlanmasının rədd edilməsi barədə” qərarı 2 il bundan əvvələ aiddir. Həmin qərardan sonra o, iddiaçının atasına 2300 manat, daha sonra 1500 manat pul göndərmişdir. Odur ki, onun iddiaçıya borcu yoxdur. Bu səbəbdən o, iddianın rədd edilməsini xahiş etdi. Cavabdeh vəkili-nümayəndəsi Vəkil2 məhkəmə iclasında cavabdehin izahatına uyğun izahat verdi. İş materiallarında olan Quba Rayon Polis İdarəsi tərəfindən verilmiş 26 sentyabr 2020-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarda Cavabdeh izahatında göstərmişdir ki, Rüfət Əmrahov onun qohumudur, əvvəllər aralarında heç bir ədavət və düşmənçilik olmamışdır. 2019-cu ilin may ayında Rüfət ilə Quba rayonu Qımıl-qışlaq kəndində görüşümüş və Rüfət onunla iş görmək istədiyini demişdir. Həmin vaxt o, Rüfətə RF-na gavalı göndərməsini təklif etmiş və bunun üçün 30000 manat pul lazım olduğunu demişdir. Daha sonra o, Rüfətə gavalını RFnın Moskva şəhərinə Rauf adlı şəxsin üzərinə göndərəcəyini dedikdən sonra Rüfət ona 14700 daha sonra isə 15300 manat pul gətirib vermiş və o, gavalı məhsulunu yığaraq 1 maşın gavalını RF-nin Moskva şəhərinə Rauf adlı tanışının üzərinə göndərmişdir. Bundan sonra Rauf ona bank vasitəsilə və şəxslərlə pul göndərmiş və o, göndərdiyi puldan ümumilikdə ayrı-ayrı vaxtlarda Rüfət Əmrahova cəmi 15700 pul vermiş, 14500 manat isə borclu qalmışdır. Lakin Rüfət ona bankdan pul götürdüyünü və həmçinin gilas yığarkən 5500 manat beh kimi verdiyini borcun üstünə gəlmiş və ona 22500 manat pul borclu olduğunu demişdir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdırıb, mümkün və mötəbər sübutların məcmusuna hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı məlum olmuşdur ki, Cavabdeh İddiaçı Rusiya Federasiyasına gavalı meyvəsini ixrac etməyi təklif etmiş, bunun üçün 30000 manat pul lazım olduğunu bildirmiş, iddiaçı da bununla razılaşmışdır. İddiaçı Cavabdeh 2019-cu ilin may ayından başlayaraq əvvəlcə 14700 daha sonra isə 15300 manat olmaqla, ümumilikdə 30000 manat pul vermiş, Cavabdeh ayrı-ayrı vaxtlarda İddiaçı həmin pulun müəyyən hissəsini qaytarsada 14500 manat borclu qalmışdır. Bu hallar məhkəmə iclasında İddiaçı nümayəndəsinin izahatı ilə yanaşı, iş materiallarında olan Quba Rayon Polis İdarəsi tərəfindən verilmiş 26 sentyabr 2020-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarda Cavabdeh izahatı ilə təsdiqini tapmış, bunları təkzib edəcək mötəbər sübutlar məhəmədə müəyyən edilmədiyindən, məhkəmə hesab edir ki, Cavabdeh 14500 manat məbləğində pul tutularaq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəllənin 425.1-ci maddəsinin tələbinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Azərbaycan Respublikası Mülki Məcəllənin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla isra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091-ci maddəsinə əsasən, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə istinad edərək hesab edir ki, 159,78 manat dövlət rüsumunun iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq 100 manat məbləğ cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında təqdim olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 14500 manat məbləğində pul və 100 manat dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Elman Məmmədov
Məhkəmə qərarları › İş №2(012)-1532/2022
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-1532/2022
13.05.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver