Məhkəmə qərarları › İş №2(012)-1534/2021

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-1534/2021

08.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-1534/2021 08.04.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi Məsləhətçi (məhkəmə iclas katibi) Şahbazov Abdulla Tofiq oğlunun katibliyi İddiaçının nümayəndəsi X1 iştirakı ilə İddiaçı “xxxx” MMC-nin Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı “xxxx” MMC Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 25.05.2019-cu il tarixli müqaviləsinə əsasən, İMEİ Kodu **********49052 olan Samsung J2 Core markalı telefon üçün 69 (altmış doqquz) manat ödənilməmiş hissə, 20 (iyirmi) manat dəbbə; 22.06.2019-cu il tarixli müqaviləsinə əsasən, HOFFMANN markalı Kondisioner üçün 490 (dörd yüz doxsan) manat ödənilməmiş hissə, 147 (yüz qırx yeddi) manat dəbbə; 23.09.2019-cu il tarixli müqaviləsinə əsasən, HP markalı notebook üçün 1488 (min dörd yüz səksən səkkiz) manat ödənilməmiş hissə, 334 (üç yüz otuz dörd) manat dəbbə; 06.10.2019-cu il tarixli müqaviləsinə əsasən, X4 üçün 35 (otuz beş) manat ödənilməmiş hissə, 10 (on) manat dəbbə; 23.10.2019-cu il tarixli müqaviləsinə əsasən, X5 üçün 42 (qırx iki) manat ödənilməmiş hissə, 12 (on iki) manat dəbbə pulu hesablanmışdır. Ümumilikdə, 2647 manat borc, 30 manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 2677 manat Cavabdeh alınaraq “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi X2 məhkəmə iclasında iddia tələbini müdafiə edərək izahatında bildirdi ki, cavabdeh, “xxxx” MMC ilə 25.05.2019-cu il, 22.06.2019-cu il, 23.09.2019-cu il. 06.10.2019-cu il, 23.10.2019-cu il tarixli müqavilələrinə əsasən, İMEİ Kodu **********49052 olan Samsung J2 Core markalı telefon, HOFFMANN markalı Kondisioner, HP markalı notebook, 2 ədəd X5 almış və nəticədə 2647 (iki min altı yüz qırx yeddi) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 25.05.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 276 (iki yüz yetmiş altı) manat (12 ay x 23 manat + 0 manat ilkin zəniş) İMEİ Kodu **********49052 olan Samsung J2 Core markalı telefon üçün ümumilikdə, 89 (səksən doqquz) manat olmaqla ondan, 69 (altmış doqquz) manat ödənilməmiş hissə, 20 (iyirmi) manat dəbbə; 22.06.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 840 (səkkiz yüz qırx) manat (12 ay x 70 manat + 0 manat ilkin ödəniş) HOFFMANN markalı Kondisioner üçün ümumilikdə, 637 (altı yüz otuz yeddi) manat olmaqla ondan, 490 (dörd yüz doxsan) manat ödənilməmiş hissə, 147 (yüz qırx yeddi) manat dəbbə; 23.09.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 1814 (min səkkiz yüz on dörd) manat (18 ay x 93 manat + 140 manat ilkin ödəniş) HP markalı notebook üçün ümumilikdə, 1822 (min səkkiz yüz iyirmi iki) manat olmaqla ondan, 1488 (min dörd yüz səksən səkkiz) manat ödənilməmiş hissə, 334 (üç yüz otuz dörd) manat dəbbə; 06.10.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 210 (iki yüz on) manat (6 ay x 35 manat + O manat ilkin ödəniş) X4 üçün ümumilikdə, 45 (qırx beş) manat olmaqla ondan, 35 (otuz beş) manat ödənilməmiş hissə, 10 (on) manat dəbbə; 23.10.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 131 (yüz otuz bir) manat (6 ay x 21 manat +5 manat ilkin ödəniş) X5 üçün ümumilikdə, 54 (əlli dörd) manat olmaqla ondan, 42 (qırx iki) manat ödənilməmiş hissə, 12 (on iki) manat dəbbə pulu hesablanmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 1147 manat təşkil edir. Cavabdehə iddiaçı tərəfindən edilmiş müraciətlər heç bir nəticə verməmişdir. Bu səbəbdən, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. Məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş; -“xxxx” MMC ilə Cavabdeh arasında bağlanmış 25.05.2019-cu il tarixli 00681391 nömrəli müqavilədən və ona əlavə olunmuş ödəniş cədvəlindən görünür ki, Cavabdeh “xxxx” MMC-dən 12 aya 23 manat aylıq icarə haqqı + 0 manat ilkin ödəniş ödəmək şərti ilə İMEİ Kodu **********49052 olan Samsung J2 Core markalı telefon almışdır. -“xxxx” MMC ilə Cavabdeh arasında bağlanmış 22.06.2019-cu il tarixli 00736556 nömrəli müqavilədən və ona əlavə olunmuş ödəniş cədvəlindən görünür ki, Cavabdeh “xxxx” MMC-dən 12 aya 70 manat aylıq icarə haqqı + 0 manat ilkin ödəniş ödəmək şərti ilə HOFFMANN markalı Kondisioner almışdır. -“xxxx” MMC ilə Cavabdeh arasında bağlanmış 23.09.2019-cu il tarixli 00932942 nömrəli müqavilədən və ona əlavə olunmuş ödəniş cədvəlindən görünür ki, Cavabdeh “xxxx” MMC-dən 18 aya 93 manat aylıq icarə haqqı + 140 manat ilkin ödəniş ödəmək şərti ilə HP markalı notebook almışdır. -“xxxx” MMC ilə Cavabdeh arasında bağlanmış 06.10.2019-cu il tarixli 00962406 nömrəli müqavilədən və ona əlavə olunmuş ödəniş cədvəlindən görünür ki, Cavabdeh “xxxx” MMC-dən 6 aya 35 manat aylıq icarə haqqı + 0 manat ilkin ödəniş ödəmək şərti ilə X5 almışdır. -“xxxx” MMC ilə Cavabdeh arasında bağlanmış 23.10.2019-cu il tarixli 01000544 nömrəli müqavilədən və ona əlavə olunmuş ödəniş cədvəlindən görünür ki, Cavabdeh “xxxx” MMC-dən 6 aya 21 manat aylıq icarə haqqı + 5 manat ilkin ödəniş ödəmək şərti ilə X5 almışdır. -20 noyabr 2020-ci il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh tərəfindən müqavilə öhdəlikləri lazımi qaydada yerinə yetirilməmiş, sonuncu hal-hazıra qədər 1564 manat ödəniş etmiş, nəticədə onun aldığı İMEİ Kodu **********49052 olan Samsung J2 Core markalı telefon, HOFFMANN markalı Kondisioner, HP markalı notebook, 2 ədəd X5 üçün 2124 manat ödənilməmiş hissə, 523 manat dəbbə, cəmi ümumilikdə 2647 manatborc manat təşkil etmişdir. -26 may 2020-ci il tarixli xəbərdarlıqdan görünür ki, “xxxx”MMC pretenziya qaydasına riayət edərək, Cavabdeh borcu qısa bir zamanda ödəməsini tələb etmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə onu xəbərdar etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllənin); 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunveiciliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. 328.1-ci maddəsinin tələbinə görə, əgər tərəflər hüquq və vəzifələrin əmələ gəlməsini baş verib-verməyəcəyi məlum olmayan hallardan asılı etmişlərsə, əqd şərtlə bağlanmış sayılır. 600.1-ci maddəsinin tələbinə görə, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.4-cü maddəsinin tələbinə görə, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra emədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Beləliklə iş materiallarında olan sənədlərdən və məhkəmə iclasında tədqiq olunmuş sənədlərdən görünür ki, Cavabdeh iddiaçı “xxxx” MMC-dən yuxarıda qeyd olunan müqaviləyə əsasən dəyərini hissə-hissə ödəmək şərti ilə İMEİ Kodu **********49052 olan Samsung J2 Core markalı telefon, HOFFMANN markalı Kondisioner, HP markalı notebook, 2 ədəd X5 almış, lakin ödənişləri vaxtı-vaxtında və tam həcmdə yerinə yetirməyərək, öhdəliklərini icra etməmişdir. İşin araşdırılan hallarından görünür ki, iddiaçı tərəfindən hər iki müqavilə üzrə əsas borca müqavilədə nəzərdə tutulmuş qaydada dəbbə pulu hesablanmışdır. Mülki Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən içranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin şərh edilməsinə dair 09 iyul 2009-cu il tarixli qərarında göstərilir ki, borclu şəxsin mülkiyyət maraqları qorunmalı və onun həddən artıq maliyyə məsuliyyətinə cəlb olunmasının qarşısı alınmalıdır. Bank müştərilərinin depozitləri üzrə öhdəliklərin lazımınca yerinə yetirilməsində ifadə olunan ümumi maraqla borclu şəxsin mülkiyyət hüquqlarının müdafiəsi arasında ədalət tarazlığına riayət olunmalıdır. İstinad edilən maddi hüquq normalarının tələbləri baxımından məhkəmə hesab edir ki, əsas fəaliyyəti kreditlər təqdim etməklə bu kreditlərin faizləri hesabına gəlir əldə edilməsi olan kredit münasibətlərində dəbbə pulu gəlir kimi çıxış edə bilməz. Belə ki, dəbbə pulu (cərimə) öhdəliklərin icrasının təminatı vasitəsidir, öhdəliklərin icra olunmaması halında nəzərdə tutulan maliyyə sanksiyasıdır və bu səbəbdən onun miqdarı tənasübsüz surətdə yüksək ola bilməz. Əks halda, bu öhdəliklərin icrası üçün nəzərdə tutulan tədbirlərin mahiyyətinə zidd olardı. Ona görə də məhkəmə bağlanmış 25.05.2019-cu il tarixli 00681391 nömrəli müqavilə üzrə 69 manat ödənilməmiş hissə üzrə hesablanmış 20 manat məbləğində cərimənin azaldılaraq 5 manat, 22.06.2019-cu il tarixli 00736556 nömrəli müqavilə üzrə 490 manat ödənilməmiş hissə üzrə hesablanmış 147 manat məbləğində cərimənin azaldılaraq 10 manat, 23.09.2019-cu il tarixli 00932942 nömrəli müqavilə üzrə 1488 manat ödənilməmiş hissə üzrə hesablanmış 334 manat məbləğində cərimənin azaldılaraq 10 manat məbləğində müəyyən edilməsini qanuni, əsaslı və ədalətli olmaqla, həm də iddiaçı təşkilatın əmlak mənafelərinə, həmçinin cavabdehin maddi, əmlak vəziyyətinə uyğun hesab edir. 23 noyabr 2020-ci il tarixli ödəniş qəbzindən görünür ki, məhkəmədə iddia qaldırılması üçün 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının MPM-nin; 119.1. maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, İMEİ Kodu **********49052 olan Samsung J2 Core markalı telefon üçün 69 (altmış doqquz) manat ödənilməmiş hissə, 5 (beş) manat cərimə, cəmi 74 (yetmiş dörd) manat, HOFFMANN markalı Kondisioner üçün 490 (dörd yüz doxsan) manat ödənilməmiş hissə, 10 (on) manat cərimə, cəmi 500 (beş yüz) manat borc, HP markalı notebook üçün 1488 (min dörd yüz səksən səkkiz) manat ödənilməmiş hissə, 10 (on) manat cərimə, cəmi 1498 (min dörd yüz doxsan səkkiz) manat borc, X5 üçün 35 (otuz beş) manat ödənilməmiş hissə, 10 (on) manat cərimə, cəmi 45 (qırx beş) manat borc, X5 üçün 42 (qırx iki) manat ödənilməmiş hissə, 12 (on iki) manat cərimə, cəmi 54 (əlli dörd) manat borc, ümumilikdə cəmi 2171 (iki min yüz yetmiş bir) manat borc, 30 (otuz) manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 2201 (iki min iki yüz bir) manat borc Cavabdeh “xxxx” MMC-nin xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası MPM-nin; 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119, 216-220 və 222.2-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. İMEİ Kodu **********49052 olan Samsung J2 Core markalı telefon üçün 69 (altmış doqquz) manat ödənilməmiş hissə, 5 (beş) manat cərimə, cəmi 74 (yetmiş dörd) manat, HOFFMANN markalı Kondisioner üçün 490 (dörd yüz doxsan) manat ödənilməmiş hissə, 10 (on) manat cərimə, cəmi 500 (beş yüz) manat borc, HP markalı notebook üçün 1488 (min dörd yüz səksən səkkiz) manat ödənilməmiş hissə, 10 (on) manat cərimə, cəmi 1498 (min dörd yüz doxsan səkkiz) manat borc, X5 üçün 35 (otuz beş) manat ödənilməmiş hissə, 10 (on) manat cərimə, cəmi 45 (qırx beş) manat borc, X5 üçün 42 (qırx iki) manat ödənilməmiş hissə, 12 (on iki) manat cərimə, cəmi 54 (əlli dörd) manat borc, ümumilikdə cəmi 2171 (iki min yüz yetmiş bir) manat borc, 30 (otuz) manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 2201 (iki min iki yüz bir) manat borc Cavabdeh “xxxx” MMC-nin xeyrinə tutulsun. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Habil Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar