Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-1535/2021 15.04.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Mirzəzadə Şəbnəm Çingiz qızının katibliyi, İddiaçı «xxxx» MMC-nin nümayəndəsi X1, Cavabdeh iştirakları ilə, İddiaçı «xxxx» MMC-nin Cavabdeh qarşı pul tələbinə dair mülki işə 15 aprel 2021-ci il tarixdə Abşeron Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı «xxxx» MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 28.03.2018-ci il tarixli müqaviləyə əsasən, Russell Hobbs markalı ütü üçün 4 manat ödənilməmiş hissə, 0 manat dəbbə pulu, 19.05.2018-ci il tarixli müqaviləyə əsasən, Hoffmann Led markalı televizor, Hoffman markalı mini soba üçün 747 manat ödənilməmiş hissə, 224 manat dəbbə pulu, 11.07.2018-ci il tarixli müqaviləyə əsasən, Hoffmann markalı kondisioner üçün 1154 manat ödənilməmiş hissə, 346 manat dəbbə pulu, 18.07.2018-ci il tarixli müqaviləyə əsasən, İMEİ Kodu **********70191 olan Samsung J2 markalı telefon üçün 134 manat ödənilməmiş hissə, 43 manat dəbbə pulu, 20.07.2018-ci il tarixli müqaviləsinə əsasən, Braun markalı epilyator üçün 55 manat ödənilməmiş hissə, 16 manat dəbbə pulu olmaqla, ümumilikdə 2723 manat borc və ödənilmiş dövlət rüsumuna görə 30 manat pulun Cavabdeh alınaraq «xxxx» MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi X2 iddia tələbini onunla əsaslandırdı ki, cavabdeh «xxxx» MMC ilə bağladığı 28.03.2018-ci il, 19.05.2018-ci il, 11.07.2018-ci il, 18.07.2018-ci və 20.07.2018-ci il tarixli müqavilələrə əsasən, Russell Hobbs markalı ütü, Hoffmann Led markalı televizor, Hoffman markalı mini soba, Hoffmann markalı kondisioner, İMEİ Kodu **********70191 olan Samsung J2 markalı telefon, Braun markalı epilyator almış və 2723 manat borcu yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə alğı-satqı qiyməti 60 manat olan Russell Hobbs markalı ütü üçün 4 manat ödənilməmiş hissə, 0 manat dəbbə pulu, alğı-satqı qiyməti 1494 manat olan Hoffmann Led markalı televizor, Hoffman markalı mini soba üçün 747 manat ödənilməmiş hissə, 224 manat dəbbə pulu, alğı-satqı qiyməti 1890 manat olan Hoffmann markalı kondisioner üçün 1154 manat ödənilməmiş hissə, 346 manat dəbbə pulu, alğı-satqı qiyməti 362 manat olan İMEİ Kodu **********70191 olan Samsung J2 markalı telefon üçün 134 manat ödənilməmiş hissə, 43 manat dəbbə pulu və alğı-satqı qiyməti 132 manat olan Braun markalı epilyator üçün 55 manat ödənilməmiş hissə, 16 manat dəbbə pulu olmaqla, ümumilikdə 2723 manat borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 1844 manat təşkil edir. Qeyd olunanlara əsasən o, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmədə izahatında bildirdi ki, o, Türkiyəyə müalicəyə getmişdir. Türkiyədən gələndə isə iş qabiliyyətini itirmiş və işdən çıxmışdır. Lakin az-az da olsa ödəniş etmişdir. İş materiallarında olan 28.03.2018-ci il tarixli, 94793 saylı müqavilədən görünür ki, «xxxx» MMC ilə Cavabdeh arasında müqavilə bağlanmış və bu müqaviləyə əsasən Cavabdeh Russell Hobbs markalı ütü almış və malın qiymətini ödəniş cədvəlində qeyd olunmuş qaydada hissə-hissə ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan 19.05.2018-ci il tarixli, K00146105 saylı müqavilədən görünür ki, «xxxx» MMC ilə Cavabdeh arasında müqavilə bağlanmış və bu müqaviləyə əsasən Cavabdeh Hoffmann Led markalı televizor, Hoffman markalı mini soba almış və malın qiymətini ödəniş cədvəlində qeyd olunmuş qaydada hissə-hissə ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan 11.07.2018-ci il tarixli, k00209464 saylı müqavilədən görünür ki, «xxxx» MMC ilə Cavabdeh arasında müqavilə bağlanmış və bu müqaviləyə əsasən Cavabdeh Hoffmann markalı kondisioner almış və malın qiymətini ödəniş cədvəlində qeyd olunmuş qaydada hissə-hissə ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan 18.07.2018-ci il tarixli, K00218443 saylı müqavilədən görünür ki, «xxxx» MMC ilə Cavabdeh arasında müqavilə bağlanmış və bu müqaviləyə əsasən Cavabdeh İMEİ Kodu **********70191 olan Samsung J2 markalı telefon almış və malın qiymətini ödəniş cədvəlində qeyd olunmuş qaydada hissə-hissə ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan 20.07.2018-ci il tarixli, k00220821 saylı müqavilədən görünür ki, «xxxx» MMC ilə Cavabdeh arasında müqavilə bağlanmış və bu müqaviləyə əsasən Cavabdeh Braun markalı epilyator almış və malın qiymətini ödəniş cədvəlində qeyd olunmuş qaydada hissəhissə ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan 20 noyabr 2020-ci il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, Russell Hobbs markalı ütü üçün Cavabdeh 4 manat ödənilməmiş məbləğ və 0 manat dəbbə pulu, Hoffmann Led markalı televizor, Hoffman markalı mini soba üçün 747 manat ödənilməmiş hissə, 224 manat dəbbə pulu Hoffmann markalı kondisioner üçün 1154 manat ödənilməmiş hissə, 346 manat dəbbə pulu və İMEİ Kodu **********70191 olan Samsung J2 markalı telefon üçün 134 manat ödənilməmiş hissə, 43 manat dəbbə pulu və Braun markalı epilyator üçün 55 manat ödənilməmiş hissə, 16 manat dəbbə pulu olmaqla, ümumilikdə 2723 manat borcu vardır. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdırıb, mümkün və mötəbər sübutların məcmusuna hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir. Belə ki, tərəflər arasında 28.03.2018-ci il tarixli, 94793 saylı, 19.05.2018-ci il tarixli, K00146105 saylı, 11.07.2018-ci il tarixli, k00209464 saylı, 18.07.2018-ci il tarixli, K00218443 saylı və 20.07.2018-ci il tarixli, k00220821 saylı alğı-satqı müqavilələri bağlanmışdır. Bu müqavilələr Azərbaycan Respublikası Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada tam fəaliyyət qabiliyyətli şəxslər arasında bağlanıb və onların etibarsızlığına səbəb ola biləcək digər hallar da mövcud deyildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidirlər. 28.03.2018-ci il tarixli, 94793 saylı, 19.05.2018-ci il tarixli, K00146105 saylı, 11.07.2018-ci il tarixli, k00209464 saylı, 18.07.2018-ci il tarixli, K00218443 saylı və 20.07.2018-ci il tarixli, k00220821 saylı müqavilələr üzrə Cavabdeh üzərinə götürdüyü öhdəliyi, yəni aldğı malların qiymətini alğı-satqı müqavilələrinə və ödəmə cədvəlinə uyğun olaraq ödəməmiş və öhdəliklərini pozmuşdur. Mülki Məcəllənin 442-ci maddəsinə görə öhdəliyini icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Mülki Məcəllənin 445.1-ci maddəsinə əsasən, icra geçikdirmiş borclu geçikdirmə nəticəsində vurduğu zərər üçün və geçikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Mülki Məcəllənin 448.1-ci maddəsinə görə əgər bu Məcəllə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyət və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Məhkəmə hesab edir ki, iddiaçının cavabdehdən öhdəliyi lazımınca icra etmədiyi üçün cərimə pulu almaq tələbinin də qanuni əsasları vardır. Belə ki, Mülki Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və lazımınca icra edilmədyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Mülki Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin şərh edilməsinə dair 09 iyul 2009-cu il tarixli qərarında göstərilir ki, borclu şəxsin mülkiyyət maraqları qorunmalı və onun həddən artıq maliyyə məsuliyyətinə cəlb olunmasının qarşısı alınmalıdır. Bank müştərilərinin depozitləri üzrə öhdəliklərin lazımınca yerinə yetirilməsində ifadə olunan ümumi maraqla borclu şəxsin mülkiyyət hüquqlarının müdafiəsi arasında ədalət tarazlığına riayət olunmalıdır. Ona görə də məhkəmə hesab edir ki, dəbbə pulu hissələrində 19.05.2018-ci il tarixli müqaviləyə əsasən, Hoffmann Led markalı televizor, Hoffman markalı mini soba üçün hesablanmış 224 manat məbləğində cərimənin azaldılması cavabdehin maddi durumunu daha da yaxşılaşdıra biləcəyinə görə iddia tələbi qismən təmin edilərək 5 manat, 11.07.2018-ci il tarixli müqaviləyə əsasən, Hoffmann markalı kondisioner üçün hesablanmış 346 manat dəbbə pulu 10 manat, 18.07.2018-ci il tarixli müqaviləyə əsasən, Samsung J2 markalı telefon üçün hesablanmış 43 manat dəbbə pulu 3 manat və 20.07.2018-ci il tarixli müqaviləyə əsasən, Braun markalı epilyator üçün hesablanmış 16 manat dəbbə pulu isə 2 manat məbləğində olmalıdır. Məhkəmə həmçinin Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə istinad edərək hesab edir ki, iddiaçının məhkəməyə müraciət etmək üçün dövlət rüsumu kimi ödədiyi 30 (otuz) manat da cavabdehdən alınmalı və iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında təqdim olunmuş sübutlarla əsaslandırır. Məhkəmə həmçinin Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə istinad edərək hesab edir ki, iddiaçının məhkəməyə müraciət etmək üçün dövlət rüsumu kimi ödədiyi 30 (otuz) manat da cavabdehdən alınmalı və iddiaçıya ödənilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. 28.03.2018-ci il tarixli müqaviləyə əsasən, Russell Hobbs markalı ütü üçün 4 manat ödənilməmiş hissə, 0 manat dəbbə pulu, 19.05.2018-ci il tarixli müqaviləyə əsasən, Hoffmann Led markalı televizor, Hoffman markalı mini soba üçün 747 manat ödənilməmiş hissə, 5 manat dəbbə pulu, 11.07.2018-ci il tarixli müqaviləyə əsasən, Hoffmann markalı kondisioner üçün 1154 manat ödənilməmiş hissə, 10 manat dəbbə pulu, 18.07.2018-ci il tarixli müqaviləyə əsasən, İMEİ Kodu **********70191 olan Samsung J2 markalı telefon üçün 134 manat ödənilməmiş hissə, 3 manat dəbbə pulu və 20.07.2018-ci il tarixli müqaviləsinə əsasən, Braun markalı epilyator üçün 55 manat ödənilməmiş hissə, 2 manat dəbbə pulu olmaqla, ümumilikdə 2114 manat borc və dövlət rüsumu kimi ödənilmiş 30 manat pul Cavabdeh alınaraq «xxxx» MMC-yə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Elman Məmmədov
Məhkəmə qərarları › İş №2(012)-1535/2021
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-1535/2021
15.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver