Məhkəmə qərarları › İş №2(012)-1537/2024

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-1537/2024

05.06.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-1537/2024 05.06.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Məşədiyeva Fidan Eynur qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı vurulmuş maddi və mənəvi zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı vurulmuş maddi və mənəvi zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh 14000 manat, mənəvi zərərə görə 5000 manat pulun və 132 manat dövlət rüsumu olmaqla, cəmi 20032 manat pulun alınaraq onlara ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 1(101)-468/2021 saylı hökmünə əsasən, Cavabdeh Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2, 178.2.3, 178.2.4 və 32.4, 312-ci maddələri ilə təqsirli bilinərək 6 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Hazırda Cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 4 saylı X6 cəza çəkir. Həmin cinayət işində və hökmdə o, zərərçəkmiş şəxs kimi tanınmışdır. Hökmdən müəyyən olunur ki, cavabdeh ona qarşı dələduzluq edərək 14000 manat məbləğində pulunu ələ keçirmiş və qaytarmamışdır. Onun təqsiri üzündən ona həm də mənəvi zərər dəyərək, dərin mənəvi iztirab keçirmişdir. Ona görə də bu mənəvi zərərin əvəzi də ona cavabdeh tərəfindən ödənilməlidir. Bu səbəbdən də məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmə iclasında İddiaçı iddia ərizəsini müdafiə edərək, iddia ərizəsində göstərilənlərə uyğun izahat vermiş və iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və ərizə ilə məhkəməyə müraciət edərək, iddianı qəbul etmədiyini, iddiaçıdan pul almadığını, iddiaçıya borcunun olmadığını, ona heç bir mənəvi zərər vurmadığını bildirmiş və işə onun iştirakı olmadan keçirilməklə iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş egtmişdir. Məhkəmə, tərəflərin iddia tələbinə dair münasibətini, iş materiallarını nəzərdən keçirərək və məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi aşağıda göstərilənlərə əsasən qismən təmin edilməlidir. Belə ki, mülki iş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: -Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 1(101)-468/2021 saylı hökmündən görünür ki, Cavabdeh Azərbaycan Respublikası CM-in 178.2.1, 178.2.2, 178.2.3, 178.2.4 və 32.4, 312.2-ci maddələri ilə təqsirli bilinib, Azərbaycan Respublikası CM-in 178.2.1, 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələri ilə Azərbaycan Respublikası CM-nin 46.2-ci maddəsi tətbiq olunmaqla 01 il 06 ay müddətə dövlət və yerli özünüidarəetmə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 04 il müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası CMnin 32.4, 312.2-ci maddəsi ilə 05 il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, Azərbaycan Respublikası CM-in 66.3-cü və 66.4-cü maddələrinə əsasən, cəzalar qismən toplanılmaqla və əlavə cəza qəti əsas cəzaya birləşdirilməklə Cavabdeh qəti olaraq 01 il 06 ay müddətə dövlət və yerli özünüidarəetmə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 06 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Həmin hökmdən görünür ki, iş üzrə zərərçəkmiş şəxs İddiaçı və digərlərinə dəymiş maddi ziyanla bağlı Azərbaycan Respublikası CPM-nin 180.2-ci maddəsində nəzərdə tutulan mülki iddianı mülki mühakimə icraatı qaydasında vermək hüquqları izah edilmişdir. Həmin hökmdən daha sonra görünür ki, Cavabdeh aldatma və etibardan sui-istifadə etməklə 2022-ci ilin yay ayında 8000 manat pulunu ələ keçirib, xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Həmin hökmdən daha sonra görünür ki, Cavabdeh 2014-cü ilin sentyabr ayında tanışı X12 vasitəsi ilə tanıdığı X1 övladına toy etmək üçün 6000 manat məbləğində pul vəsaitinin lazım olduğunu bildirməklə Zenfira Büniatovadan özü barəsində formalaşdırdığı inam və etibardan sui-istifadə edərək, onu inandırıb, həmin məqsəd üçün sonuncunun Bakı şəhəri Səbail rayonu, Gənclər meydanı 3 ünvanında yerləşən Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında yerləşən xidməti otağında Zenfira Büniatovadan aldatmaqla 6000 manat məbləğində pul vəsaitini aldadaraq ələ keçirməklə, təkrarən dələduzluq etmişdir. Həmin hökmdən daha sonra görünür ki, X4 ifadəsində Cavabdeh vermis olduğu 6000 manat pulun qaytarılmadığını görüb, o, pulunu Aidə Manafovadan geri tələb etmiş və sonuncunun oğlu İddiaçı 2019-cu ildə X2 yaşadığı ünvana gedərək onun 6000 manat pulunu qaytarmışdır. -Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(103)-69/2022 saylı qərarından görünür ki, zərərçəkmiş şəxslər İddiaçı və digər şəxslərin apellyasiya şikayətləri təmin edilməmiş, Cavabdeh, X7 və X9 Azərbaycan Respublikası CM-in 178.2.1, 178.2.2, 178.2.3, 178.2.4 və 32.4, 312.2-ci maddələri ilə məhkum olunmalarına dair Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 1(101)-468/2021 saylı hökmü Cavabdeh aid hissədə dəyişdirilmiş, Cavabdeh elan olunmuş ittihamın təqsirli bilinməklə zərərçəkmiş şəxslər İddiaçı 8000 manat məbləğində xeyli miqdarda, təkrarən X3 6000 manat məbləğində xeyli miqdarda və təkrarən X8 3700 manat məbləğində ziyan vurmaqla törətdiyi dələduzluq epizodları üzrə cinayət məsuliyyətinə cəlb etmə müddətləri keçdiyindən ona həmin epizodlar üzrə cinayət təqibinə həmin hissədə xitam verilməsi və bununla əlaqədar olaraq “Cavabdeh vahid niyyətlə X5 məxsus 8095,08 manat məbləğində pul vəsaitini ələ keçirib ona xeyli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etməsi” epizodu üzrə “təkrarlıq” tövsifedici əlamət kimi xaric edilməsi, Cavabdeh aid qalan hissələrdə, X10 və X13 aid hissələrdə isə bütövlükdə dəyişdirilmədən saxlanılması qərara alınmışdır. -Azərbaycan Respublikası Ali Məhkəmənin cinayət kollegiyasının 1 (102)-641/ 2023 saylı xx.xx.2023-cü il tarixli Qərarına əsasən Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(103)-69/2022 saylı Qərarı qüvvəsində saxlanılmışdır. -Bakı şəhəri 44 saylı Notariat Ofisi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 190 saylı məktubdan görünür ki, ünvan 3 ünvanında qeydiyyatda olmuş, xx.xx.1944-cü il təvəllüdlü X15 xx.xx.2020-ci il tarixdə öldüyü üçün, onun adına vərəsəlik işi açılmış və İddiaçı birinci növbə vərəsədir. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, Cavabdeh ilə iddiaçının mərhum anası X15 arasında Türkiyə Respublikasından Azərbaycan Respublikası ərazisinə satış məqsədi ilə dərman preparatları gətirmək, eyni zamanda X12 vasitəsi ilə tanışı X4 ilə Cavabdeh arasında övladına toy etmək üçün onlardan, yəni X12 oğlu, iş üzrə İddiaçı 8000 manat, X1 isə 6000 manat pul məbləğləri almış, lakin vədinə əməl etməyərək aldatma və etibardan sui-istifadə edilməsi yolu ilə sonunculara qarşı dələduzluq etmişdir. X4 vermiş olduğu 6000 manat pul məbləğinin qaytarılmasını tələb etsə də, Cavabdeh vədinə əməl etməyərək onun pulunu qaytarmadığından, X4 6000 manat pulunu İddiaçı geri almışdır. Cavabdehin təqsiri Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2021-ci il tarixli 1(101)-468/2021 saylı hökmü ilə sübuta yetirilmiş, cinayət əməllərini törətməkdə təqsirli bilinərək 01 il 06 ay müddətə dövlət və yerli özünüidarəetmə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 06 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(103)-69/2022 saylı qərarından görünür ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 1(101)-468/2021 saylı hökmü Cavabdeh aid hissədə dəyişdirilmiş, Cavabdeh elan olunmuş ittihamın təqsirli bilinməklə zərərçəkmiş şəxslər İddiaçı 8000 manat məbləğində xeyli miqdarda, təkrarən X3 6000 manat məbləğində xeyli miqdarda və təkrarən X8 3700 manat məbləğində ziyan vurmaqla törətdiyi dələduzluq epizodları üzrə cinayət məsuliyyətinə cəlb etmə müddətləri keçdiyindən ona həmin epizodlar üzrə cinayət təqibinə həmin hissədə xitam verilmişdir. - Azərbaycan Respublikası Ali Məhkəmənin cinayət kollegiyasının 1 (102)-641/ 2023 saylı xx.xx.2023-cü il tarixli Qərarına əsasən Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(103)-69/2022 saylı Qərarı qüvvəsində saxlanılmışdır. Cavabdeh təqsirli bilindiyindən və məhkəmə hökmü ilə vurulmuş ziyan sübuta yetirildiyindən həmin cinayət işi üzrə zərərçəkmiş şəxs qismində çıxış edən, hazırki iş üzrə isə iddiaçı olan İddiaçı mülki iddiaçı qismində tanınaraq onlara mülki iddia icraatı qaydasında tələb etmək hüququ izah edilmişdir. Hazırda, İddiaçı həmin hökm əsasında təsdiqlənmiş borc olaraq ümumilikə 14000 manat pul vəsaitinin və ona dəymiş mənəvi zərərə görə 5000 manat pulun məhkəmə qaydasında tutulmasına dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiyasının: 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. 68-ci maddəsinə əsasən cinayət, habelə hakimiyyətdən sui-istifadə nəticəsində zərər çəkmiş şəxsin hüquqları qanunla qorunur. Zərər çəkmiş şəxsin ədalət mühakiməsinin həyata keçirilməsində iştirak etmək və ona vurulmuş zərərin ödənilməsini tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin: 65.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə, inzibati və ya iqtisadi mübahisəyə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. İddianın təmin edilməsi hüququnu təsdiq edən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü mülki işə baxılarkən məhkəmə üçün bu hissədə məcburidir. 180.2.-ci maddəsinə əsasən şəxs cinayət mühakimə icraatı zamanı mülki iddia verməmişsə, o, mülki mühakimə icraatı qaydasında mülki iddia verməyə haqlıdır. Mülki iş materiallarında olan Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2021-ci il tarixli 1(101)-468/2021 saylı hökmünə əsasən, Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2, 178.2.3, 178.2.4 və 32.4, 312-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsiri sübuta yetirilərək İddiaçı 14000 manat borc pulunun qalması sübuta yetirildiyindən hazırki iş üzrə iddiaçının mülki məhkəmə icraatı qaydasında məhkəməyə iddia ərizəsi ilə müraciət etmək hüququ yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra mətndə Mülki Məcəllə adlanacaq): 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Mülki Prosessual Məcəllənin 82.3. maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Həmin Məcəllənin 82.4. maddəsinə əsasən, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. “Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair 23 fevral 2016-cı il tarixli Qərarı”ndakı hüquqi mövqeyə görə, Mülki Prosessual Məcəllənin 82.3-cü maddəsinin mənasına görə, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində əks olunmuş, araşdırılmış, qiymətləndirilmiş, tələbin və (və ya) etirazların predmetinə aid olan faktların həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilməsi və yenidən sübut edilməsi yolverilməzdir. Qətnamənin əsaslılığı ilə bağlı Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu 11 iyul 1997-ci il tarixli 2 saylı Qərarında qeyd etmişdir ki, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Məhkəmə iddiaçının izahatını, mülki iş materiallarına əlavə olunmuş Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2021-ci il tarixli 1(101)-468/2021 saylı hökmünü və qanunvericiliyin tələblərini paralel şəkildə qiymətləndirib belə qənaətə gəlir ki, hökm əsasında İddiaçı zərərçəkmiş şəxs qismində tanındığından, hökmə əsasən cavabdehin iddiaçıya 14000 manat məbləğində dələduzluq etməklə təqsiri sübuta yerilərildiyindən və bununla da iddiaçıya 14000 manat maddi ziyan vurması öz təsdiqini tapdığından iddiaçının iddia tələbi bu hissədə əsaslıdır, ona görə də iddia tələbi həmin hissədə qismən təmin edilməlidir. Məhkəmə İddiaçı 5000 manat mənəvi zərərlə bağlı aşağıdakıları qeyd etməyi zrəruri hesab edir: Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarında deyilir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqları və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı iztirab verir. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri və əmlak vəziyyəti və sair vacib halların nəzərə alınması zəruridir. Hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən edilməlidir. Eyni zamanda, «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli 7 №-li Qərarında Plenum izah edir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X11 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyriəmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qeyd olunan qərarından görünür ki, şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Zərərvuran şəxsin eyni əmələ görə mülki, inzibati və yaxud cinayət məsuliyyətinə cəlb edilməsi zərərçəkənin ondan həm də mənəvi zərərin ödənilməsini tələb etmək hüququnu istisna etmir. Lakin Plenum izah edir ki, Mülki Məcəllənin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Beləliklə, məhkəmə Plenumun qeyd edilən mövqeyini nəzərə alıb hesab edir ki, iddiaçı keçirdiyi mənəvi iztirabların məhz cavabdehin hərəkətsizliyi nəticəsində yaranmasını (səbəbli əlaqə) sübuta yetirə bilmədiyindən iddia tələbi bu hissədə də təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllə adlandırılacaq) 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Mülki Prosessual Məcəllənin;

107. maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1. maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İşdə olan xx.xx.2023-cü il tarixli ödəniş qəbzindən görünür ki, iddia ərizəsinin verilməsinə görə İddiaçı tərəfindən 132 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə hesab edir ki, iddia ərizəsinin verilməsinə görə ödənilmiş 132 manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Beləliklə, məhkəmə işin faktiki hallarına yuxarıda gəldiyi nəticələrə uyğun hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi qismən təmin edilməli, Cavabdeh oğlundan 14000 manat pul vəsaiti İddiaçı xeyrinə tutulmalı xeyrinə tutulmalıdır. Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə və Mülki Prosessual Məcəllənin 4-cü, 7-ci, 14-cü, 36-cı, 77-ci, 88-ci, 149-cu, 150-ci və 216-236-cı maddələrinə əsaslanaraq, məhkəmə

QƏT ETDİ:

İddia ərizəsi qismən təmin edilsin. Cavabdeh 14000 (on dörd min) manat pul və 132 manat dövlət rüsumu tutularaq İddiaçı xeyrinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.

Hakim: Habil Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar