Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-1539/2021 28.04.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron Rayon Məhkəməsi Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Əliyeva Arzu Siyavuş qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı kredit müqaviləsi üzrə mübahisələr tələbinə dair iddia ərizəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı ASC Cavabdeh qarşı kredit müqaviləsi üzrə mübahisələr tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 17.10.2019-cu il tarixli kredit müqaviləsinə əsasən, Cavabdeh əsas məbləğ üzrə 11447.34 manat borc, hesablanmış və ödənilməmiş 742.77 manat faiz borcu, 131.8 manat cərimə borcu olmaqla, ümumilikdə 12321.91 manat məbləğində pulun və dövlət büdcəsinə köçürülmüş 30 manat dövlət rüsumunun İddiaçı ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ASC iddia ərizəsində bildirmişdir ki, 17.10.2019-cu il tarixli kredit müqaviləsinə əsasən Cavabdeh “xxxx” İKB ASC-dən illik 19 faizlə 31 ay müddətinə 15000 manat kredit götürmüşdür. Lakin Cavabdeh müqavilənin şərtlərini pozaraq borc öhdəliyini icra etməkdən boyun qaçırır. 20 noyabr 2020-ci ilədək Cavabdeh 17 oktyabr 2019-cu il tarixli kredit müqaviləsinə əsasən İddiaçı ASC-yə olan borcu əsas məbləğ üzrə borc 11447.34 manat, hesablanmış və ödənilməmiş 742.77 manat faiz borcu, 131.8 manat cərimə borcu olmaqla, ümumilikdə 12321.91 manat təşkil edir. İddiaçı ASC-nin nümayəndəsi X1 məhkəməyə yazılı ərizə ilə müraciət edərək, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini,işə mahiyyəti üzrə baxılaraq iddianın tam təmin edilməsini xahiş etmişdir. Məhkəmə mülki işə iddiaçının nümayəndəsi olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh öz çıxışında iddia tələbini qismən qəbul etdiyini bildirdi. İş materiallarında olan kredit müqaviləsi Cavabdeh ilə İddiaçı ASC arasında 17.10.2019-cu il tarixdə bağlanmışdır. İş materiallarında olan 20.11.2020-ci il tarixli maliyyə arayışından da görünür ki, hazırda Cavabdeh əsas məbləğ üzrə 11447.34 manat borcu, hesablanmış və ödənilməmiş 742.77 manat faiz borcu, 131.8 manat cərimə borcu olmaqla, ümumilikdə 12321.91 manat məbləğində İddiaçı ASC-yə borcu vardır. Məhkəmə işin materiallarını araşdrıb, işdə olan sübutlara qiymət verərək hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə qismən təmin edilməlidir. Mülki Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlara və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Mülki Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər ücün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri ücün kreditor qarşısında məsuliyyət daşıyır. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar ücün cavabdehdir. Mülki Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Mülki Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, 17.10.2019-cu il il tarixli müqavilə üzrə hesablanmış 131.8 manat cərimənin məbləği azaldılmalı və 11 manat müəyyən edilməlidir. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə istinad edərək hesab edir ki, 30 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçı təşkilata ödənilməlidir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək hesab edir ki, İddiaçı ASC ilə Cavabdeh arasında müqavilə bağlanmasına baxmayaraq, Cavabdeh müqavilə ilə üzərinə düşən öhdəliyi vaxtında yerinə yetirmədiyindən və bununla da onun əmlak vəziyyətinin əhəmiyyətli dərəcədə pisləşməsi müəyyən edildiyindən, əsas məbləğ üzrə 11447.34 manat borc, hesablanmış və ödənilməmiş 742.77 manat faiz borcu, 11 manat cərimə borcu olmaqla, ümumilikdə 12201.11 manat məbləğində pul və dövlət büdcəsinə köçürülmüş 30 manat Cavabdeh tutularaq İddiaçı ASC-yə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-in 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikası MPM-in 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Azərbaycan Respublikası MPM-in 284-5.3-cü ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 284-1 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. 17.10.2019-cu il tarixli kredit müqaviləsinə əsasən, əsas məbləğ üzrə 11447.34 manat (on bir min dörd yüz qırx yeddi manat otuz dörd qəpik) borc, hesablanmış və ödənilməmiş 742.77 manat (yeddi yüz qırx iki manat yetmiş yeddi qəpik) faiz borcu, 11 manat (on bir manat) cərimə borcu olmaqla, ümumilikdə 12201.11 manat (on iki min iki yüz bir manat on bir qəpik) məbləğində pul və dövlət büdcəsinə köçürülmüş 30 manat (otuz manat) Cavabdeh tutularaq İddiaçı ASC-yə ödənilməlidir. İddia qalan hissədə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. HAKİM: Cəmilə Səfiyeva
Məhkəmə qərarları › İş №2(012)-1539/2021
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-1539/2021
28.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver