Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-1539/2025 25.04.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsi üzrə mülki işə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 4500 manat borc, 65,40 manat dövlət rüsumu və vəkilə ödənilmiş 160 manat pulun onun xeyrinə ödənilməsi üçün qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında izahatında bildirdi ki, o, Cavabdeh X1 vasitəsi ilə tanımışdır. Reyhan Məlikli qohumu olan Cavabdeh pul lazım olduğunu bildirmiş, o, Cavabdeh xx.xx.2024-cü il tarixində üç ay müddətinə qaytarmaq şərtilə 4500 manat pul vermiş və cavabdeh ondan pulu almağı ilə bağlı öz xətti ilə qəbz yazmışdır. Lakin cavabdeh hal-hazıra kimi borcunu qaytarmamışdır, son vaxtlar isə pulu qaytarmaqdan imtina edir. Dəfələrlə cavabdehə aldığı pulu qaytarmasını bildirsə də, eləcə də qeydiyyatda olduqları ünvanlara pretenziya məktubu göndərsə də heç bir müsbət nəticəsi olmamışdır. Bu səbəbdən də o, hazırki iddia ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd edir ki, cavabdeh Hacıyeva X2 şəhərində yaşayır və vaxtilə qızının toyu üçün ondan pul istəmiş, o da cavabdehə 2024-cü ilin avqust ayında 4500 manat məbləğində borc pul vermişdir. O, cavabdehdən pulu qaytarmaqla bağlı sual soruşduqda, cavabdeh ona borcunu ödəməyə imkanı olmadığını bildirmişdir. Hesab edir ki, cavabdehin əmisi qızı olan Reyhan Məlikli ona dələduzluq etmişdir. Əlavə olaraq qeyd edir ki, o, 1-ci qrup əlildir. Hazırki mülki iş ilə oxşar xarakterli iş Abşeron Rayon Məhkəməsinin icraatında olmuş və onun xeyrinə qətnamə çıxarılmışdır. Bildirir ki, onun vəkil xərci ilə bağlı qəbzi yoxdur və o, sözügedən məbləğdə pulu cavabdehə sələmə verməmişdir. Qeyd edilənlərə əsasən o, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahat verərək bildirdi ki, İddiaçı məhkəməyə təqdim etdiyi qəbzdəki imza ona məxsusdur. Lakin o, iddiaçıdan 3500 manat məbləğində pul almış və həmin pulu qaytarmışdır. Qeyd edilən məbləğdə pul İddiaçı tərəfindən ona sələmə verilmişdir. Bildirir ki, o, iddiaçını Reyhan Məlikli vasitəsilə tanımışdır və borc həqiqətdə Reyhan Məlikliyə aiddir. O, iddiaçıdan aldığı pulu Reyhan Məlikliyə vermişdir və bununla bağlı şahidləri də vardır. Bildirir ki, X3 şəhərində həbs edilmişdir. Hazırki iş ilə bağlı olan “Whatsapp” yazışmaları isə silinmişdir. Reyhan Məlikli İddiaçı pulun onda olduğunu, ona isə həmin pulu iddiaçıya qaytardığını bildirmişdir. İddiaçı onu təhqir edib söymüşdür. İddiaçı özü də bilir ki, onun borcu yoxdur. Odur ki, göstərilənlərə əsasən o, iddianın təmin edilməməsini xahiş etdi. İş materiallarında olan İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş qəbzdən görünür ki, Cavabdeh onun qızının xeyir işi ilə əlaqədar zəruri ehtiyacı olduğu üçün əmisi qızının tanışı olan İddiaçı əmisi qızı X1 iştirakı ilə 4500 manat borc pul götürmüş, İddiaçı olan borcunu 3 ay müddətində qaytaracağına dair öhdəlik götürmüş və qəbzi öz imzası ilə təsdiq etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını araşdırıb mümkün və mötəbər sübutların məcmusuna hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iddianın qanuni əsasını Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci, 425.1-ci, 442-ci və 739.1-ci maddələri təşkil edir. Belə ki, məhkəməyə təqdim edilmiş qəbzə əsasən İddiaçı Cavabdeh 4500 manat məbləğində borca pul vermiş, Cavabdeh isə borcu 3 ay müddətində İddiaçı qaytarmağı öz öhdəsinə götürmüşdür. İddiaçı Cavabdeh sözügedən məbləğdə pulu borc versə də cavabdeh öhdəliyini pozmuş və borcunu ödəməmişdir. Məhkəmə iclasında cavabdeh iş materiallarında olan qəbzdəki imzanın ona məxsus olduğunu etiraf etmiş, iddiaçıya olan borcunu ödədiyini bildirsə də bu faktı təsdiq edəcək sübutları məhkəməyə təqdim etməmişdir. Odur ki, cavabdeh iddiaçıya olan öhdəliklərini yerinə yetirmədiyindən məhkəmə hesab edir ki, Cavabdeh 4500 manat məbləğində pul tutularaq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. Bundan əlavə iddia tələbinin vəkilə ödənilmiş 160 manat məbləğində pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, iddiaçının hüquq xidmətlərinin göstərilməsinə görə vəkilə ödəniş etməsi ilə bağlı məhkəməyə hər hansı mötəbər sübut təqdim edilmədiyindən iddia tələbi bu hissədə rədd edilməlidir. Məhkəmə həmçinin Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə istinad edərək hesab edir ki, iddiaçının məhkəməyə müraciət etmək üçün dövlət rüsumu kimi ödədiyi 65,40 manat da cavabdehdən alınmalı və iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında təqdim olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh 4500 manat pul və 65,40 manat dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. İddia tələbi vəkilə ödənilmiş 160 manat məbləğində pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi hissəsində rədd edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə) apellyasiya şikayəti verilə bilər. Hakim: Elman Məmmədov
Məhkəmə qərarları › İş №2(012)-1539/2025
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-1539/2025
25.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver