Məhkəmə qərarları › İş №2(012)-1553/2021

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-1553/2021

15.03.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-1553/2021 15.03.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron rayon məhkəməsi, Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Əliyeva Arzu Siyavuş qızının katibliyi, İddiaçı qızının iştirakı ilə, İddiaçı qızının Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair mülki işə xx xxxx 2021-ci il tarixdə, Xırdalan şəhərində, məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək, Sumqayıt Apelyasiya Məhkəməsinin 2(105)-2421/2018 saylı, xx xxxx 2018-ci il tarixli qətnaməsi ilə təyin olunmuş hər uşağa görə 154 manat, cəmi 308 manat sabit aliment məbləğinin artırılaraq, birgə nikahdan dünyaya gəlmiş xx.xx.2008-ci il təvəllüdlü X2 və xx.xx.2010-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün hər uşağa görə 175 manat, ümumilikdə 350 manat sabit pul məbləğində alimentin cavabdehdən onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə arasında xx xxxxx 2007-ci ildə qeydə alınmış rəsmi nikah xx xxxxxxxx 2013-cü il tarixli Quba Rayon Məhkəməsinin qətnaməsi ilə pozulmuşdur. Birgə nikahdan xx.xx.2008-ci il təvəllüdlü X2 və xx.xx.2010-cu il təvəllüdlü X3 dünyaya gəlmişlər. Sumqayıt Apelyasıya Məhkəməsinin 2(105)-2421/2018 saylı, xx.xx.2018-ei il tarixli qətnaməsi ilə birgə nikahdan dünyaya gəlmiş xx.xx.2008-ci il təvəllüdlü X2 və xx.xx.2010-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşağa 154 manat, ümumilikdə 308 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. Cavabdeh tərəfindən ödənilən alimentin məbləği hazırda azyaşlıların tələbatlarını ödəmir. Məktəb xərcləri, həmçinin gündəlik məişət xərclərinin ödənilməsi üçün iddiaçının maddi imkanı kifayət etmir. Bu səbəbdən də, “alimentin miqdarının artırılması” tələbi ilə bağlı məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Cavabdeh məhkəməyə ərizə ilə müraciət etmiş, iddia tələbinə etiraz edərək bildirmişdir ki, hazırda ailəlidir və digər nikahdan iki övladı var. Bu səbəbdən də hazırki iddia tələbi ilə bağlı alimentin artırılması məqsədəmüvafiq deyil. Məhkəmə prosesində İddiaçı iddia tələbini müdafiə edib iddia ərizəsində yazılanlara uyğun izahat verdi. Cavabdeh məhkəməyə ərizə ilə müraciət edərək, məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirmişdir. Məhkəmə mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, mülki iş materialları ilə birgə tədqiq edərək işdə olan sübutlara qiymət verib hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. İşin məhkəmə tərəfindən araşdırılan hallarından müəyyən edilir ki, Sumqayıt Apelyasıya Məhkəməsinin 2(105)-2421/2018 saylı, xx.xx.2018-ei il tarixli qətnaməsi ilə tərəflərin birgə nikahlarından anadan olan azyaşlıların yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdehdən iddiaçının xeyrinə hər ay hər uşaq üçün 154 manat, cəmi 308 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. İddiaçı izahatında bildirmişdir ki, azyaşlıların tələbatları artmaqdadır və aliment artırılmalıdır. Məhkəmə müəyyən etmişdir ki, cavabdeh ailəlidir və 2 uşağı var. Cavabdehin maddi vəziyyətinin əvvəlkindən daha yaxşı olması barədə iş materialları arasında hər hansı sübut yoxdur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1 maddəsinə əsasən valideynlər övladlarını saxlamağa borcludurlar. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.2 maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətə layiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 112-ci maddəsinə görə aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi üzrə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad ola bilər. "Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında" Azərbaycan Respublikası Qanununa əsasən 2021-ci il üçün yaşayış minimumu uşaqlara görə 175 (yüz yetmiş beş) manat məbləğində müəyyən edilmişdir. Məhkəmə işin müəyyən edilən faktiki hallarına hüquqi qiymət verərək hesab edir ki, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunandan sonra cavabdehin maddi vəziyyətinin əvvəlkindən daha yaxşı olması sübut olunmadığından, İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair iddiası əsassız hesab edilməli və təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki - Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılmasına dair iddia tələbi təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə ondan Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Cəmilə Səfiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar