Məhkəmə qərarları › İş №2(012)-1554/2021

Abşeron Rayon Məhkəməsi Qərardad — İş №2(012)-1554/2021

10.03.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair mülki iş - Mənəvi zərərin ödənilməsi - Maneənin
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 2(012)-1554/2021 10.03.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Mirzəzadə Şəbnəm Çingiz qızının katibliyi, İddiaçı Cavabdeh vəkili-nümayəndəsi X1, Digər iş üzrə İddiaçı1 vəkili-nümayəndəsi Vəkil iştirakları ilə, İddiaçı Cavabdeh İddiaçı1 qarşı «qanunsuz tikilinin sökülməsi və torpaq sahəsinin boşaldılması» tələbinə dair və iddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı «qanunsuz hərəkətlərə son qoyulması, maneələrin aradan qaldırılması, maddi və mənəvi zərər» tələbinə dair iddia ərizələri üzrə işlərin bir icraatda birləşdirilməsi məsələsinə baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh İddiaçı1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun Abşeron rayonu, Novxanı kəndi ərazisində 0.015 ha torpaq sahəsinin 0,005 ha hissəsində, cavabdeh İddiaçı1 qanunsuz inşa etdirdiyi tikililərin, cavabdehin hesabına sökülməsi və torpaq sahəsinin boşaldılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Digər iş üzrə iddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı1 məxsus torpaq sahəsinin hasarının Cavabdeh tərəfindən dağıdılmasına yönəlmiş qanunsuz hərəkətlərə son qoyulmasına və hasarın bərpa edilməsi ilə bağlı maneənin aradan qaldırılması, Cavabdeh iddiaçılar İddiaçı1 və İddiaçı2 xeyrinə maddi zərər kimi 5000 manat, mənəvi zərərə görə 20000 manat tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Hər iki iş üzrə iddiaçıların vəkili-nümayəndələri məhkəmədə mülki işlərin bir icraatda birləşdirilməsinə etiraz etmədiklərini bildirdilər. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdırıb belə nəticəyə gəlir ki, hər iki mülki işdə göstərilən tələblər bir-biri ilə əlaqəli olduğundan həmin mülki işlər Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 169.3-cü maddəsinə əsasən bir icraatda birləşdirilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 169.3-cü maddəsinə görə hakim həmin məhkəmənin icraatında eyni tərəflərin iştirak etdiyi eyni növlü bir neçə işin, yaxud bir iddiaçının müxtəlif cavabdehlərə, yaxud müxtəlif iddiaçıların eyni cavabdehə iddiaları üzrə bir neçə işin olduğunu müəyyən etdikdə, bu işlərin birləşdirilməsini məqsədə müvafiq hesab edərsə, onları birlikdə baxılması üçün bir icraatda birləşdirə bilər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 169.4-cü maddəsinə görə bu Məcəllənin 169.1-169.3-cü maddələrində göstərilən hərəkətləri hakim çəkişmə prinsipinə əməl etməklə həmin məsələ üzrə işdə iştirak edən şəxsləri dinlədikdən sonra edə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 169-cu maddəsini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: İddiaçı Cavabdeh İddiaçı1 qarşı «qanunsuz tikilinin sökülməsi və torpaq sahəsinin boşaldılması» tələbinə dair 2(012)-1151/2021 saylı mülki işlə və iddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı «qanunsuz hərəkətlərə son qoyulması, maneələrin aradan qaldırılması, maddi və mənəvi zərər» tələbinə dair 2(012)-1554/2021 saylı mülki iş bir icraatda birləşdirilsin və hər iki işə 2(012)-1151/2021 nömrəsi verilsin. HAKİM: ELMAN MƏMMƏDOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar