Məhkəmə qərarları › İş №2(103)-10052/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-10052/2021

06.10.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair mülki iş - Mənəvi zərərin ödənilməsi - Maneənin
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-10052/2021 06.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X6 Sarıyevin sədrliyi ilə, Namiq Şamil oğlu Cəfərov və Emin Əlixan oğlu Mehdiyevdən ibarət tərkibdə, Məhkəmə iclas katibi İlahə Novruz qızı Həsənzadənin katibliyi ilə, İddiaçı nümayəndələri X4 və X3, Cavabdehlər Cavabdeh1 və Cavabdeh2, X1 iştirakları ilə, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 29 iyun 2021-ci il tarixli, 2(010)-1019/2021 saylı qərardadından Cavabdeh1 tərəfindən verilmiş şikayətə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 maddi zərər qismində 1937 manat və mənəvi zərər qismində 5.00 manat məbləğində pul vəsaitinin tutularaq, ona ödənilməsi, ona məxsus ünvan 1 ünvanında yerləşən yaşayış sahəsində təmir işlərini aparılmasına maneə törətmələrinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qadağan edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, ona məxsus Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, V.Quliyev küçəsi, 18 saylı evin, 11 saylı mənzili üzərində (2-ci mərtəbədə) cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən inşa edilmiş hamam və tualetin sökülməsi, ona məxsus ünvan 1 ünvanında yerləşən yaşayış sahəsində təmir işlərinin aparılmasına maneə törətmələrinin cavabdehlərə qadağan edilməsi və cavabdehlər Cavabdeh1 və Cavabdeh2 2937 (iki min doqquz yüz otuz yeddi) manat məbləğində maddi zərər və 5000 (beş min) manat məbləğində mənəvi zərərin tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 29 iyun 2021-ci il tarixli, 2(010)-1019/2021 saylı qərardadı ilə iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmişdir. Qərardaddan Cavabdeh1 şikayəti verərək, qərardadın ləğv edilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Həmin məhkəmənin 31 avqust 2021-ci il tarixli qərardadı ilə Cavabdeh1 tərəfindən verilmiş şikayət təmin edilməyərək, mülki iş baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şikayəti onunla əsaslandırmışdır ki, 26 iyun 2021-ci il tarixdə AR FHN DYNX-nin 4-cü X9 İdarəsi cavabdehdən şikayətçi olan şəxslərdən yanğın keçidini bağladıqlarına görə, qanuni şəkildə olan akt tərtib edilərək, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinə müraciət edilib. Məhkəmənin qərardadı isə cavabdehə 22 iyul 2021-ci ildə göndərilmişdir. Məhkəmə kollegiyasının iclasında Cavabdeh1 şikayəti müdafiə etdi, göstərilənlərə uyğun məzmunda izahat verərək, şikayətin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında Cavabdeh2 şikayəti müdafiə etdi, göstərilənlərə uyğun məzmunda izahat verərək, şikayətin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında İddiaçı, onun nümayəndələri X8 və X7 şikayəti qəbul etməyərək, onun təmin edilməməsini, qərardadın dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. Məhkəmə kollegiyası tərəfləri dinləyib, şikayətin dəlillərini araşdırıb, iş materiallarını tədqiq edərək hesab edir ki, iş üzrə Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 29 iyun 2021-ci il tarixli, 2(010)-1019/2021 saylı qərardadı qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, şikayət təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 255.0.5-ci maddəsinə əsasən məhkəmə tərəfindən ekspertiza təyin olunduqda hakim işdə iştirak edən şəxslərin ərizəsi üzrə və ya öz təşəbbüsü ilə iş üzrə icraatı dayandıra bilər. Prosessual Qanunvericiliyin tələbinə görə, qeyd olunan halda, iş üzrə icraatın dayandırılması ilə bağlı məhkəməyə hüquq verilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 256.0.2-ci maddəsinə əsasən iş üzrə icraat ekspert rəyi məhkəməyə təqdim edilənədək dayandırılır. Kollegiya hesab edir ki, məhkəmənin qəbul etdiyi 29 iyun 2021-ci il tarixli qərardadı ilə ekspertiza rəyi alınanadək iş üzrə icraat dayandırılması qənaətinə gələrkən haqlı olmuşdur. Çünki, iş üzrə ekspertizanın təyin olunması zamanı iş üzrə icraatın dayandırılması Azərbaycan Respublikası MPM-nin 255.05.-ci maddəsinin tələbinə uyğun olaraq hakimin hüququdur və hakim bu hüququndan istifadə etməklə, iş üzrə icraatı dayandırarkən haqlı olmuşdur. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, şikayət əsassız olmaqla, qərardadın ləğv edilməsi üçün əsas ola bilməz. Birinci instansiya məhkəməsi tərəfindən mülki prosessual qanunvericiliyin tələblərinə düzgün əməl olunmuşdur, ona görə də, məhkəmə qərardadı dəyişdirilmədən saxlanmalı, şikayət isə təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1, 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh1 tərəfindən verilmiş şikayət təmin edilməsin. Hazırki iş üzrə Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 29 iyun 2021-ci il tarixli, 2(010)- 1019/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən Xəyal Sarıyev Hakimlər Namiq Cəfərov Emin Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar