Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-1573/2022 22.02.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Kiçibəyov Fərid Faiq oğlunun katibliyi ilə, İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh 26500 manat borcun və ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra İddiaçı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə Mülki Prosessual Məcəllə adlanacaq) 53-cü maddəsinin tələblərinə əsasən, iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək iddia tələbləri qalan hissədə saxlanılmaq şərtilə, cavabdehdən 01.11.2014-cü il tarixli 72/7 saylı müqavilə əsasında icarəyə götürdüyü “ayaqaltı iskələ” sistemlərini (avadanlıqları) İddiaçı qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia ərizəsini müdafiə edərək izahatında göstərmişdir ki, İddiaçı Cavabdeh ilə 01.11.2014-cü il tarixli 72/7 saylı avadanlıqların icarəyə verilməsi barədə müqavilə bağlamış, müqaviləyə 1 saylı əlavəyə əsasən tərəflər müqavilənin predmetində nəzərdə tutulmuş “ayaqaltı iskələ” sistemlərinin icarə haqqını 26500 manat məbləğində razılaşdırmışlar. Şərtlərə uyğun olaraq Cavabdeh kv.m-i 5 manat olmaqla 5300 kv.m-lik ayaqaltı-iskələ sistemlərini götürmüş və işlədiyi müxtəlif təmir-tikintilərdə istifadə etmişdir. Lakin bu günə qədər Cavabdeh icarəyə götürdüyü avadanlıqları geri qaytarmamış və avadanlıqlara görə müəyyən edilmiş icarə haqqını ödəməmişdir. Dəfələrlə İddiaçı borcunu ödəməsini tələb etsə də müxtəlif bəhanələr gətirərək cavabdeh ödəniş etməkdən boyun qaçırmışdır. Sonuncu dəfə İddiaçı cavabdehlə 13.08.2020-ci il tarixdə aralarında yaranmış borcla bağlı üzləşmə apararaq akt tərtib etmiş və cavabdeh borcunu qısa zamanda ödəyəcəyinə söz vermişdir. Lakin üzləşmədən sonra xeyli vaxt keçməsinə baxmayaraq cavabdeh bu günədək üzərinə götürdüyü öhdəliyi yerinə yetirməyərək borcunu ödəməmişdir. Göründüyü kimi, tərəflər arasında müqavilə bağlanmaqla cavabdeh öz üzərinə öhdəlik götürmüş, lakin öhdəliyi yerinə yetirməmişdir. Ona görə də göstərilənlərə əsasən iddia ərizəsinin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda məhkəmə, Mülki Prosessual Məcəllənin 185.5. maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının nümayəndəsi və vəkilinin izahatını dinləyib, mülki iş materiallarını nəzərdən keçirərək və məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi aşağıda göstərilənlərə əsasən təmin edilməlidir. Belə ki, mülki iş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş: -İcarəyə verən İddiaçı ilə icarəçi Cavabdeh arasında bağlanmış 01.11.2014-cü il tarixli 72/7 saylı icarə müqaviləsindən görünür ki, icarəyə verən bu müqaviləyə əlavədə göstərilən müasir ayaqaltı və betonaltı iskələ və teleskopik dəmir dirəklər sistemlərini (“avadanlıqlar”) tikinti, təmir bərpa işləri məqsədi ilə icarəçinin sahibliyinə və istifadəsinə vermiş, icarəçi isə razılaşdırılmış icarə haqqını ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin 2.1-ci bəndinə əsasən icarə haqqı bir aylıq olaraq hesablanır və miqdarı bu müqaviləyə əlavədə göstərilir. Hər bir avadanlıq üzrə icarə haqqı avadanlıqların təhviltəslim aktında (aktlarında) və ya digər, ona bərabər olan, sənədlərdə göstərilən sahənin ölçüsünə uyğun olaraq hesablanır. Müqavilənin 3.1-ci bəndinə əsasən hazırki müqavilə 10 il müddətinə bağlanır. Müqavilə müddətinin başa çatmasına ən azı 10 təqvim günü qalanadək tərəflərdən hər hansı biri müddətin uzadılmayacağı barədə digər tərəfi yazılı xəbərdar etməzsə, müqavilə tərəflər arasında 1 il müddətinə uzadılmış hesab edilir və bu qayda növbəti illərdə də tətbiq edilir. Müqavilənin 4.1-ci bəndinə əsasən avadanlıq bu müqavilə imzalandığı, icarəyə götürən tərəfin öz hesabına nəql olunur və təhvil-təslim aktına əsasən məhsul şəxsə təhvil verilir. -İcarəyə verən İddiaçı ilə icarəçi Cavabdeh arasında bağlanmış 01.11.2014-cü il tarixli 72/7 saylı icarə müqaviləsinə 1 saylı əlavə olan qiymət razılaşdırma protokolundan görünür ki, icarəyəverən icarəçiyə 5300 kv.m qiyməti 5 manat olmaqla ümumi məbləği 26500 manat olan avadanlıqları təhvil vermişdir. -Fiziki şəxs İddiaçı ilə Cavabdeh arasında 01.11.2014-cü il tarixinə olan borcların 13.08.2020-ci il tarixli üzləşdirmə aktından görünür ki, tərəflər qarşılıqlı yoxlamaya əsasən borcları aşağıda göstərilənlərə uyğundur. Belə ki, 01.11.2014-cü il tarixinə Cavabdeh fiziki şəxs İddiaçı, aralarında olan müqaviləyə əsasən Lerik rayonu Boykəndil kəndində yerləşən 187 nömrəli məktəbin tikinti layihəsində olan ayaqaltı iskələ sistemlərin qalıq borcu cəmi 26500 manat təşkil edir. -İddiaçı Cavabdeh ünvanladığı 05.07.2021-ci il tarixli pretenziyadan görünür ki, icarəyə verən tərəfindən icarəçiyə icarə müqaviləsi üzrə borc 7 gün müddətində ödənilmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. -AA ******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, xx.xx.1988-ci il təvəllüdlü İddiaçı Azərbaycan Respublikasının vətəndaşıdır. -Asan-Sumqayıt tərəfindən verilmiş 24.10.2018-ci il tarixli AZE № ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Quliyev X1 rayonu Masazır kəndi M.Maqomayev küçəsi 31 saylı evdə qeydiyyatdadır. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, hazırki iş üzrə İddiaçı ilə Cavabdeh arasında icarə müqaviləsindən irəli gələn münasibətlər yaranmışdır. Belə ki, tərəflər arasında bağlanmış 01.11.2014-cü il tarixli 72/7 saylı icarə müqaviləsinə əsasən icarəyə verən bu müqaviləyə əlavədə göstərilən müasir ayaqaltı və betonaltı iskələ və teleskopik dəmir dirəklər sistemlərini (“avadanlıqlar”) tikinti, təmir bərpa işləri məqsədi ilə icarəçinin sahibliyinə və istifadəsinə vermiş, icarəçi isə razılaşdırılmış icarə haqqını ödəməyi öhdəsinə götürmüşdür. Tərəflər arasında bağlanmış icarə müqaviləsinə 1 saylı əlavə olan qiymət razılaşdırma protokolu ilə icarəyə verilmiş avadanlıqlar 5300 kv.m olmaqla qiyməti 5 manatdan razılaşdırılmış, ümumi məbləği 26500 manat olan avadanlıqları icarəçi təhvil almış, 13.08.2020-ci il tarixli üzləşdirmə aktı ilə tərəflər müqavilə əsasında borcları qarşılıqlı razılıq əsasında müəyyən etmişlər. Göründüyü kimi, icarəyəverən müqavilə üzrə öhdəliyini yerinə yetirərək avadanlıqları icarəyə vermiş, icarəçi isə icarə haqqının ödənilməsindən yayınaraq müqavilə üzrə öhdəliyini icra etməmişdir. Ona görə də iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra mətndə Mülki Məcəllə adlanacaq): 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. 329.2-ci maddəsinə əsasən əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. 331.1-ci maddəsinə əsasən yazılı əqd onun məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış sənədin tərtibi yolu ilə bağlanmalıdır. Mülki iş materiallarında olan, tərəflər arasında bağlanmış 01.11.2014-cü il tarixli 72/7 saylı icarə müqaviləsindən göründüyü kimi, icarəyə verən müqavilə ilə nəzərdə tutulmuş avadanlıqları icarəçiyə təhvil verməklə, icarəçi isə həmin avadanlıqları təhvil almaqla tərəflər arasında icarə hüquq münasibətlərindən irəli gələn hüquq yaranmış və tərəflər həmin müqavilə üzrə qarşılıqlı hüquq və vəzifələr daşımışlar. Mülki Məcəllənin: 700.1. maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. 700.2. maddəsinə əsasən icarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər. 700.3. maddəsinə əsasən əgər bu Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə bu Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. İşin müəyyən edilmiş hallarından aydın olur ki, tərəflər arasında bağlanmış 01.11.2014-cü il tarixli 72/7 saylı icarə müqaviləsinə 1 saylı əlavəyə əsasən icarəyə verilmiş avadanlıqlar 5300 kv.m olmaqla qiyməti 5 manatdan hesablanmaqla ümumi məbləği 26500 manat təşkil etmiş və həmin müqavilə əsasında icarəçinin 01.11.2014-cü il tarixinə olan borcu barədə tərtib olunmuş üzləşdirmə aktından göründüyü kimi, icarəçi icarəyə verənə 26500 manat borcunun olmasını imza etməklə təsdiq etmişdir. Bu səbəbdən də, məhkəmə iddia tələblərini 26500 manat pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulmasına dair əsaslı hesab edib təmin edilməsi qənaətinə gəlir. Mülki Məcəllənin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə iddiaçının iddia tələblərinin icarəçi tərəfindən icarə müqaviləsi üzrə icarəyə götürdüyü avadanlıqların geri qaytarılmasına dair hissəsinə hüquqi qiymət verərək qeyd edir ki, iddia tələbləri bu hissədə də əsaslı hesab edilərək təmin edilməlidir. Belə ki, Mülki Məcəllənin 701.2.4. maddəsinə əsasən, icarəyə xitam verildikdən sonra icarəçi mövcud ləvazimatı icarəyə verənə qaytarmalıdır. İcarəyə verən icarəçinin əldə etdiyi və təsərrüfatın lazımınca aparılması qaydalarına görə icarəyə götürülmüş obyekt üçün lüzumsuz və ya həddindən artıq qiymətli olan ləvazimat obyektlərini qəbul etməkdən imtina edə bilər; imtina edilmiş obyektlərə mülkiyyət hüququ imtina anında icarəçiyə keçir. İddia tələblərindən də göründüyü kimi, icarə müqaviləsi üzrə icarəyə verən icarəyə verilmiş avadanlıqların da geri qaytarılmasını tələb etdiyindən və onun bu hüququ qanunvericiliklə istisna edilmədiyindən, 01.11.2014-cü il tarixli 72/7 saylı icarə müqaviləsi üzrə cavabdehin icarəyə götürdüyü 5300 kv.m ayaqaltı iskələ avadanlıqları da geri qaytarılmalıdır. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edildiyindən iddia ərizəsinin verilməsinə görə ödənilmiş 30 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməlidir. Beləliklə, məhkəmə işin faktiki hallarına yuxarıda gəldiyi nəticələrə uyğun hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi əsaslı hesab olunaraq təmin edilməli, İddiaçı ilə Cavabdeh arasında bağlanmış 01.11.2014-cü il tarixli 72/7 saylı icarə müqaviləsi üzrə cavabdehdən iddiaçının xeyrinə 26500 manat pul vəsaiti və ödənilmiş dövlət rüsumuna görə 30 manat tutulmalı, 01.11.2014-cü il tarixli 72/7 saylı icarə müqaviləsi üzrə cavabdehin icarəyə götürdüyü 5300 kv.m ayaqaltı iskələ avadanlıqları da geri qaytarılmalıdır. Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə və Mülki Prosessual Məcəllənin 4-cü, 7-ci, 14-cü, 36-cı, 77-ci, 88-ci, 149-cu, 150-ci və 216-236-cı maddələrinə əsaslanaraq, məhkəmə QƏT ETDİ: İddia ərizəsi təmin edilsin. İddiaçı ilə Cavabdeh arasında bağlanmış 01.11.2014-cü il tarixli 72/7 saylı icarə müqaviləsinə əsasən Cavabdeh 26500 (iyirmi altı min beş yüz) manat, ödənilmiş dövlət rüsumuna görə 30 (otuz) manat olmaqla cəmi 26530 (iyirmi altı min beş yüz otuz) manat pul vəsaiti İddiaçı xeyrinə tutulsun. 01.11.2014-cü il tarixli 72/7 saylı icarə müqaviləsi üzrə Cavabdeh icarəyə götürdüyü 5300 kv.m ayaqaltı iskələ avadanlıqları İddiaçı geri qaytarılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Habil Əhmədov
Məhkəmə qərarları › İş №2(012)-1573/2022
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-1573/2022
22.02.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver