Məhkəmə qərarları › İş №2(012)-1582/2022

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-1582/2022

17.05.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-1582/2022 17.05.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron Rayon Məhkəməsi Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Sultanov Əlisahib Həbib oğlunun katibliyi, İddiaçı Sumqayıt şəhər Probasiya şöbəsinin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Sumqayıt şəhər Probasiya şöbəsinin Cavabdeh qarşı maddi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə 17 may 2022-ci il tarixdə, Xırdalan şəhərində, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Sumqayıt şəhər Probasiya şöbəsi Cavabdeh qarşı maddi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh elektron mobil nəzarət qurğusu xüsusi proqram təminatı ilə dəyəri, yəni 1346,03 (min üç yüz qırx altı manat üç qəpik) manat məbləğində pulun alınmasına dair qətnamə qət edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh Bərdə Rayon Məhkəməsinin 27 iyun 2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə təqsirli bilinərək 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Hökmün icrası barədə göstəriş icra olunması üçün 31 iyul 2018-ci il tarixdə Abşeron Rayon İcra və Probasiya Şöbəsinin icraatına daxil olmuş və 01 avqust 2018-ci il tarixdə məhkum qeydiyyatda götürülmüşdür. 04 noyabr 2018-ci il tarixdə nəzarət subyekti Cavabdeh yaşadığı ünvanda elektron nəzarət vasitəsi tətbiq edilmiş, ona 1 ədəd mobil nəzarət qurğusu, 1 ədəd elektron qolbaq və 2 ədəd ev siqnal ötürücüsü təhvil verilmişdir. Eyni zamanda, ona məhkəmə hökmünün tələbləri, cəzanın icrasının pozulmasının hüquqi nəticələri, həmçinin elektron nəzarət vasitəsinin daşınması, işlək vəziyyətdə saxlanılması üçün xidmət qaydaları, habelə hər hansı müdaxilənin və ya cihazın üzərindən çıxarılmasının yolverilməzliyi və həmin vasitəni zədələdikdə və ya digər üsulla yararsız vəziyyətə saldıqda, dəyərinin ondan tutulacağı izah edilərək yaddaş kitabçası verilmiş və bu barədə müvafiq protokol tərtib olunmuşdur. Cavabdeh ona təhvil verilmiş elektron nəzarət vasitəsinin mobil nəzarət qurğusunu sındırmışdır. Belə olan halda hesab edilir ki, cavabdeh məsuliyyətli olmadığından elektron mobil nəzarət qurğusunu sındırmış və maddi ziyan vurulmuşdur. Avadanlığın dəyəri 1346,03 (min üç yüz qırx altı manat üç qəpik) manat təşkil edir. Məhkəmə baxışı iclasında iştirak edən iddiaçının nümayəndəsi X3 iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmənin əvvəlki iclasında iddianı qəbul etmişdir,sonrakı məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəblərini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən, məhkəməyə gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə mülki işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, işin materiallarını araşdırıb, işdə olan sübutlara məcmu qiymət verərək hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməlidir. Belə ki, iş materiallarında olan Bərdə Rayon Məhkəməsinin 27 iyun 2018-ci il tarixli 1(021)-84/2018 saylı hökmü ilə Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinmiş və ona 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş, Cavabdeh azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində, Abşeron rayonu, Xırdalan şəhəri, 26-cı məhəllə, bina 3, mənzil 16-da çəkməsi, cəza çəkməsinin əvvəli cəzanı idarə edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanması, cəza çəkdiyi dövr ərzində Cavabdeh elektron nəzarət vasitəsi tətbiq edilməsi, təyin edilmiş cəza müddəti Cavabdeh üzərinə üzərinə yaşayış yerini hər gün saat 22:00-dan 07:00-dək olan vaxt ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitəni işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Abşeron rayonu, Xırdalan şəhəri inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək və ya təhsil alçağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqanına məlumat verməklə, cəzanın icrasına nəzarət edən orqanın iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq kimi vəzifələr qoyulması, Cavabdeh təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək Abşeron rayon İcra və Probasiya şöbəsinə həvalə edilməsi, Cavabdeh barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri qanuni qüvvəyə minənədək qüvvəsində saxlanılması, iş üzrə 159,50 (bir yüz əlli doqquz manat 50 qəpik) manat məbləğində ekspertiza xərci Cavabdeh tutularaq Büdcə tənifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci, SAP (XİİS), Dövlət xəzinədarlığı agentliyi, KOD 210005, VÖEN **********, Müxbir hesab: AZ41 NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, hesab AZ34CTRE******************** hesaba ödənilməsi hökm edilmişdir. İş materiallarında olan Abşeron rayon Məhkəməsinin 18.03.2019-cu il tarixli, 7(012)- 37/2019 saylı Azadlığın məhdudlaşdırılmış məhkumun üzərinə qoyulmuş vəzifələrin dəyişdirilməsi haqqında qərardan görünür ki, Bərdə Rayon Məhkəməsinin 27 iyun 2018-ci il tarixli, 1(012)-84/2018 saylı hökmünə əsasən məhkum Cavabdeh Bərdə rayon Məhkəməsinin hökmü ilə təyin olunmuş azadlığın məhdudlaşdırılması növündə cəzası ilə bağlı üzərində qoyulmuş vəzifələr genişləndirilməklə Cavabdeh üzərinə yaşayış yerini hər gün saat 22:00-dan saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Abşeron rayonu və Bakı şəhəri inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqana məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanın iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcəddən məlumatlandırmaq vəzifəsi qoyulmuşdur. İş materiallarında olan icra məmuru Cavad Həsənov və Cavabdeh tərəfindən tərtib edilmiş azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmiş şəxsə elektron nəzarət vasitələrinin tətbiq olunması və ona cəzanın icrası ilə bağlı hüquq və vəzifələrinin izah edilməsi barədə 04.11.2018-ci il tarixli protokolun surətindən görünür ki, Cavabdeh mobil qurğu, mobil qurğunun enerji adapteri, mobil qurğunun enerji toplayıcı kabeli, sadə elektron qolbaq üçün nəzərdə tutulmuş yüklənmə qurğusu, 2 ədəd ev siqnal ötürücüsü, elektron nəzarət cihazlarından istifadə qaydaları haqqında kitabça təhvil verilmişdir. Məhkuma məhkəmə hökmünün (qərarının) tələbləri, cəzanın icrası qaydaları, həmin qaydalarının pozulmasının hüquqi nəticələri, o cümlədən üzərində elektron nəzarət vasitəsi daşımalı olduğunu, həmin vasitənin işlək vəziyyətdə saxlanması üçün ona xidmət qaydaları, hər hansı müdaxilənin və ya cihazın üzərindən çıxarılmasının yol verilməzliyi, habelə həmin vasitəni zədələdikdə və ya digər üsulla yarasız vəziyyətə saldıqda dəyərinin ondan tutulacağı izah edilmiş və ona yaddaş kitabçası verilmişdir. İş materiallarında olan elektron nəzarət dəstəsinin vəziyyəti haqqında texniki rəyin surətindən görünür ki, 07.08.2020-ci il tarixdə keçirilmiş texniki baxış nəticəsində müəyyən olunmuşdur ki, nəzarət subyekti olan Cavabdeh təhkim olunmuş mobil qurğunun ekranı sınıdırılmışdır. İş materiallarında olan Maliyyə və təminat idarəsinin rəisi tərəfindən Probasiya xidmətinin rəisinə ünvanlanmış məktubun surətindən görünür ki, Probasiya xidmətinin qeydiyyatında olan dəyəri 1.346,03 manat olan 1 ədəd xüsusi proqram təminatı ilə mobil nəzarət qurğusunun dəyərinin nəzarət subyektindən tutulması xahiş edilmişdir. Məhkəmə tərəfindən işin araşdırılan hallarından müəyyən edilir ki, Bərdə Rayon Məhkəməsinin 27 iyun 2018-ci il tarixli hökmü ilə Cavabdeh Azərbaycan Respublikası CMnin 178.2.4-cü maddəsi ilə təqsirli bilinərək 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, hökmün icrasının Abşeron rayon İcra və Probasiya şöbəsinə həvalə olunmuş, Sumqayıt şəhər Probasiya şöbəsi tərəfindən hökmün icrası ilə əlaqədar Cavabdeh 1 ədəd mobil nəzarət qurğusu, 1 ədəd elektron qolbaq və 2 ədəd ev siqnal ötürücüsü təhvil verilmişdir. Sumqayıt şəhər Probasiya şöbəsi tərəfindən Cavabdeh təhvil verilmiş mobil nəzarət qurğusunun şüşə hissəsi sınmış, nəticə də 1.346,03 manat maddi ziyan dəymişdir. Hazırda iddiaçı təşkilat vurulmuş 1.346,03 manat maddi ziyanın Cavabdeh tutulmasını tələb edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə görə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, qeyd edilən mobil nəzarət qurğusunun bərpası mümkün olmadığından, bir ədəd 1.346,03 manat dəyərində mobil nəzarət qurğusuna Cavabdeh dəymiş maddi ziyan 1.346,03 manat qiymətləndirilməli, iddia təmin edilərək 1.346,03 manat məbləğində pul cavabdehdən alınaraq X1 hesabına (müxbir hesab: AZ41NABZ ********************, Kod: 210005; SWİFT: CTREAZ22) köçürülsün. Eyni zamanda iddiaçının ödəməkdən azad edildiyi 33,46 manat məbləğində dövlət rüsumuna görə pul da Cavabdeh dövlət nəfinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh dəymiş maddi ziyana görə 1.346,03 manat məbləğində pul alınaraq X1 hesabına (müxbir hesab: AZ41NABZ ********************, VÖEN: **********, Kod: 210005; SWİFT: CTREAZ22) köçürülsün. Cavabdeh dövlət nəfinə 33,46 manat rüsuma görə pul tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Cəmilə Səfiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar