Məhkəmə qərarları › İş №2(012)-1590/2020

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-1590/2020

23.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-1590/2020 23.09.2020 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədirliyi, Mirzəzadə Şəbnəm Çingiz qızının katibliyi, İddiaçıların vəkili-nümayəndəsi X3, Cavabdeh iştirakları ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə xx xxxxxxxx 2020-ci il tarixdə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçılar İddiaçı1 və İddiaçı2 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2019-cu il tarixli və xx.xx.2019-cu il tarixli iltizamlara əsasən, Cavabdeh İddiaçı1 8400 manat, İddiaçı2 xeyrinə isə 11.467 manat pulun və ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçılar İddiaçı1 və İddiaçı2 məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək,xx.xx.2019-cu il tarixli və xx.xx.2019-cu il tarixli iltizamlara əsasən, Cavabdeh İddiaçı1 xeyrinə 7500 manat, İddiaçı2 xeyrinə isə 7500 manat pulun və ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçıların vəkili-nümayəndəsi X4 iddia tələbini müdafiə edərək izahatında bildirdi ki, iddiaçılar Cavabdeh xeyli müddətdir ki, tanımış, normal münasibətləri yaranmış və bir-birlərinin etibarını qazanmışlar. Cavabdeh 2019-cu ilin ay aylarında X1 8400 manat və İddiaçı2 11467 manat borca pul götürmüşdür. Həmin pulların götürülməsində cavabdehin əsası ondan ibarət olmuşdur ki, övladının müalicəsi üçün lazım olmuş və tezliklə qaytaracağına dair söz vermişdir. İddiaçılar da cavabdehə inanmış və bir-birlərindən xəbərsiz borc vermişdirlər. Cavabdeh övladını müalicə etdirdikdən sonra iddiaçılara bankdan pul götürəcəyini bildirmişdir. Cavabdeh kirayədə qaldığı üçün daimi yaşayış yeri yoxdur. Cavabdeh ilə notariusa gedəndə notariat orqanı məbləğ yazmamış və belə bir səlahiyyətinin olmadığı deyilmişdir. İddiaçılar cavabdeh ilə xx.xx.2020-ci il tarixdə görüşmüş və hər ayın 10-dan 500 manat ödəmək şərtilə 15000 manat pul ödəməyə razılaşmışdır. Cavabdeh məhkəməyə gəlməmiş və əlyazma şəklində ödəməyə razı olduğunu bildirmişdir. Borc 2019-cu ildə verilmiş, lakin tərəflər arasında müqavilə olmamışdır. Həmçinin pulu alanda heç bir sənəd əvvəlcədən alınmamışdır və iddiaçılar öz tədbirlərini görərək cavabdehdən borcun alınması barədə iltizam almış və imzalatmışlar. Lakin hələ də cavabdeh borclarını qaytarmır. Bunlara əsasən o, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasında məhkəməyə rəsmi qaydada ərizə təqdim edərək iddiaçılardan İddiaçı1 və İddiaçı2 hər birinə 7500 manat, ümumilikdə 15000(on beş min) manat borcu olduğunu bildirmiş və buna uyğun qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını tədqiq edərək belə hesab edir ki, aşağıdakılara əsasən iddia təmin edilməlidir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli razılıq ərizəsindən görünür ki, Cavabdeh iddiaçılar İddiaçı2 7500 manat, İddiaçı1 7500 manat olmaqla, cəmi 15000 manat məbləğində borcu olduğunu qəbul etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 220.4-cü maddəsinə əsaslanaraq hesab edir ki, cavabdeh tərəfindən rəsmi qaydada verilmiş xx.xx.2020-ci il tarixli razılıq ərizəsinə əsasən borc cavabdeh tərəfindən etiraf edildiyindən və borc məbləği mübahisə edilmədiyindən iddia təmin edilməli,15000 manat pul Cavabdeh alınaraq İddiaçılar İddiaçı1 7500 manat və İddiaçı2 7500 manat olmaqla ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəllənin 220.4-cü maddəsinə əsasən, qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və normativ hüquqi aktlar göstərilməlidir. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Azərbaycan Respublikası Mülki Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəllənin 425.1-ci maddəsinin tələbinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Azərbaycan Respublikası Mülki Məcəllənin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla isra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəllənin 739.1-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Məhkəmə həmçinin Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə istinad edərək hesab edir ki, iddiaçının məhkəməyə müraciət etmək üçün dövlət rüsumu kimi ödədiyi 30 manat cavabdehdən alınmalı və iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227 və 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia təmin edilsin. İddiaçı2 xeyrinə 7500 manat, İddiaçı1 xeyrinə 7500 manat pul olmaqla, cəmi 15000 manat pul və dövlət rüsumu kimi ödədiyi 30 manat pul Cavabdeh alınaraq, İddiaçı2 və İddiaçı1 ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Elman Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar