Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-160/2023 06.03.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Abiyev Elnur Elman oğlunun katibliyi, Cavabdeh Fəxrət oğlunun iştirakı ilə, İddiaçı Cavabdeh Fəxrət oğluna qarşı zəbt olunmuş torpaq sahəsindən çıxarılma, torpaq sahəsində inşa edilmiş hasarın sökülərək torpağın əvvəlki vəziyyətə gətirilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Abşeron Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh Fəxrət oğluna qarşı zəbt olunmuş torpaq sahəsindən çıxarılma, torpaq sahəsində inşa edilmiş hasarın sökülərək torpağın əvvəlki vəziyyətə gətirilməsi tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək, Abşeron rayonu, Mehdiabad qəsəbəsində mülkiyyət hüququ əsasında ona məxsus **********36 nömrəli çıxarışla 0,10 ha torpaq sahəsində cavabdeh tərəfindən zəbt olunmuş, cavabdeh tərəfindən inşa edilmiş daş hasarın, cavabdehin hesabına sökülməsi, torpaq sahəsindən cavabdehin çıxarılmasını və torpaq sahəsinin əvvəlki vəziyyətə gətirilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Abşeron rayonu Mehdiabad qəsəbəsində mülkiyyət hüququ əsasında ona məxsus **********36 nömrəli çıxarışla 0,10 ha torpaq sahəsi vardır. 2020-ci ilin yaz ayında torpaq sahəsinə baxmaq üçün gedəndə, torpaq sahəsinin sol tərəfində tikinti işlərinin aparıldığını görmüşdür. Buna görə də Abşeron Rayon Polis İdarəsinə, Abşeron rayon Mehdiabad Bələdiyyəsinə və Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX 4 saylı Abşeron Ərazi idarəsinə müraciət etmişdir. Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX 4 saylı Abşeron Ərazi İdarəsindən alınmış xx.xx.2021-ci il tarixli 2/********** nömrəli məktubla ona bildirilmişdir ki, Abşeron rayonu Mehdiabad qəsəbəsi ərazisində X1 mülkiyyətində olan xx.xx.2009-cu il tarixli, **********36 reyestr nömrəli, 0,10 ha torpaq sahəsinə texniki baxış keçirilmiş və idarənin elektron kadastr bazasında araşdırılmışdır. Araşdırma zamanı məlum olmuşdur ki, torpaq sahəsini sənədi üzrə yerləşməsi ilə naturada yerləşməsi arasında fərq mövcuddur. Sənəd üzrə torpaq sahəsini 0,02 ha hissəsi (qərb tərəfdən) başqa şəxs tərəfindən mişar daşla hasara alınaraq istifadə olunur. Ona məlum olmuşdur ki, ona məxsus torpaq sahəsinin 0,02 ha hissəsi Cavabdeh tərəfindən zəbt edilmişdir. Onun Abşeron rayon Polis Şöbəsinə etdiyi şikayət ərizəsi ilə bağlı xx.xx.2021-ci il tarixdə Abşeron Rayon Polis idarəsinin İŞ-nin müstəntiqi X2 tərəfindən ərizəsi üzrə cinayət işinin başlanması rədd edilərək, mübahisənin həlli ilə bağlı mülki qaydada məhkəməyə müraciət etmək hüququ ona izah edilmişdir. Cavabdehin torpaq sahəsini zəbt etməsi torpaq sahəsinin mülkiyyətçisi kimi hüquqlarını pozur. Buna görə də onun mülkiyyətində olan torpaq sahəsi ona qaytarılmalıdır. Bu səbəbdən də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Əvvəlki məhkəmə iclasında iştirak etmiş İddiaçı iddia tələbini müdafiə edərək təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq İddiaçı məhkəməyə gəlməmiş, səbəbləri barədə isə heç bir məlumat verməmişdir. Məhkəmə mülki işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh Fəxrət oğlu məhkəmə iclasında iddia tələbinə etiraz verərək bildirmişdir ki, iddia tələbi əsassızdır və təmin edilməməlidir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsi "xxxx" MMC-nin mühəndisi Azər Əhmədov izahatında bildirdi ki, "Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 07 mart tarixli 818 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib olunması Qaydaları vardır. Belə ki, vətəndaşlara Dövlət Aktı əsasında pay kimi verilmiş kənd təsərrüfatı təyinatlı torpaqların naturada koordinatları müəyyən edilməklə, aralarında paylarına uyğun bölünmüşdür. Dövlət aktına əsasən onlara verilmiş torpaq sahələri alqısatqı əsasında digər şəxslərə satılırdı. 2006-cı ildən sonra vətəndaşlara torpaq sahələrinə dair çıxarış və plan ölçü verilirdi. Torpaq sahələrinə dair verilən dövlət aktlarına əsasən torpaq sahələrinin koordinatlarını müəyyən etmək mümkün olmur. Çünki qeyri-qanuni tikililər buna imkan vermir. Hazırki vəziyyətdə sürüşməni müəyyən etmək mümkün olmur. Məhkəmə cavabdehin izahatını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən əsassız olduğundan iddia təmin edilməməlidir. Belə ki, mülki iş materiallarında olan Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş xx.xx.2009-cu il tarixli, ********** qeydiyyat nömrəli, **********36 reyestr nömrəli çıxarışın notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Abşeron rayonu, Mehdiabad qəsəbəsi ünvanında yerləşən 0,10 ha torpaq sahəsi İddiaçı mülkiyyətindədir. Mülki iş materiallarında olan Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş xx.xx.2014-cü il tarixli, ********** qeydiyyat nömrəli, **********23 reyestr nömrəli çıxarışın notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Abşeron rayonu, Mehdiabad qəsəbəsi ünvanında yerləşən 0,06 ha torpaq sahəsi Cavabdeh Fəxrət oğlunun mülkiyyətindədir. Mülki iş materiallarında olan Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-in 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2021-ci il tarixli, **********09 saylı məktubundan görünür ki, Abşeron rayonu, Mehdiabad qəsəbəsi ərazisində onun mülkiyyətinə verilmiş (**********36 reyestr nömrəli) 0.10 ha torpaq sahəsinin döngə nöqtələrinin koordinatlarının naturada göstərilməsi barədə xx.xx.2021-ci il tarixdə, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDX yanında DƏDRX-in 4 saylı Abşeron Ərazi İdarəsinə daxil olmuş müraciətinə baxılmış, sözügedən torpaq sahəsinə dair tərtib edilmiş torpaq sahəsinin planı və ölçüsündə göstərilmiş döngə nöqtələrinin koordinatları GPS aləti vasitəsilə naturada müəyyən edilərək ona tanıdılmış, torpaq sahəsinin sənəd üzrə yerləşməsi ilə naturada yerləşməsi arasında fərqin mövcud olduğu, sənəd üzrə torpaq sahəsinin 0.02 ha hissəsi (qərb tərəfdən) başqa şəxs tərəfindən mişar daşla hasara alınaraq, istifadə olunduğu aşkar olunmuşdur. Mülki iş materiallarında olan Abşeron rayon Pİ-nin İŞ-nin müstəntiqi, polis kapitanı X2 tərəfindən qəbul edilmiş cinayət təqibinin başlanmasının rədd edilməsi barədə xx.xx.2021ci il tarixli qərardan görünür ki, toplanmış materialda cinayət tərkibi olmadığından material üzrə cinayət işinin başlanması rədd edilməsi, İddiaçı mövcud mübahisənin həlli ilə bağlı mülki qaydada məhkəməyə müraciət etmək hüququnun olmasının izah edilməsi qərara alınmışdır. Mülki iş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən təqdim olunmuş xx.xx.2022-ci il tarixli mütəxəssis rəyindən görünür ki, Dövlət Aktına əsasən verilmiş Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş ********** qeydiyyat nömrəli xx.xx.2009-cu il tarixli çıxarışa əsasən İddiaçı mülkiyyətində olan Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən 0,10 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin plan və ölçüsünün döngə nöqtələrinin koordinatları, ********** qeydiyyat nömrəli xx.xx.2014-cü il tarixli çıxarışa əsasən Cavabdeh Fəxrət oğlunun mülkiyyətində olan Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən 0,06 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin plan və ölçüsünün döngə nöqtələrinin koordinatları ilə elektron kadastr məlumat bazasında Abşeron rayonu Mehdiabad qəsəbəsi Abşeron üzüm istehsalı və emalı müəssisəsinin ərazisində aparılan torpaq islahatına dair kompleks yerquruluşu layihəsinə əsasən və faktiki istifadə vəziyyəti arasında müəyyən uyğunsuzluqlar (sürüşmələr) qeydə alındığı üçün məhkəmə tərəfindən qoyulmuş sualın cavablandırılması mümkün olmamışdır. Ərazidə aparılmış yerquruluşu işləri ilə bağlı əldə edilmiş məlumatlar sistemləşdirildikdən və elektron kadastr məlumat bazasına daxil edildikdən sonra, Abşeron Rayon Məhkəməsi tərəfindən qoyulmuş sualların cavablandırılması mümkün olacaqdır. Mülki iş materiallarında olan Azərbaycan Resublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 30 dekabr 2022-ci il tarixli 10/7793 nömrəli ekspert rəyindən görünür ki, 4 saylı Abşeron Ərazi İdarəsinin mütəxəssis rəyinə əsasən, Dövlət aktına əsasən verilmiş Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş ********** qeydiyyat nömrəli xx.xx.2009-cu il tarixli çıxarışa əsasən İddiaçı mülkiyyətində olan Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən 0,10 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin plan və ölçüsünün döngə nöqtələrinin koordinatları, ********** qeydiyyat nömrəli xx.xx.2014-cü il tarixli çıxarışa əsasən Cavabdeh Fəxrət oğlunun mülkiyyətində olan Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən 0,06 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin plan və ölçüsünün döngə nöqtələrinin koordinatları ilə elektron kadastr məlumat bazasında Abşeron rayonu, Mehdiabad qəsəbəsi Abşeron üzüm istehsalı və emalı müəssisəsinin ərazisində aparılan torpaq islahatına dair kompleks yerquruluşu layihəsinə əsasən və faktiki istifadə vəziyyəti arasında müəyyən uyğunsuzluqlar (sürüşmələr) qeydə alındığı üçün məhkəmə tərəfindən qoyulmuş sualın cavablandırılması mümkün olmamışdır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə görə mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsi ilə müəyyən edilir ki, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.4-cü maddəsindən görünür ki, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Həmin Məcəllənin 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Həmin Məcəllənin 180.4-cü maddəsinə görə tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Həmin Məcəllənin 239.2-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxsin mülkiyyətində olan torpaq sahəsinə onun mülkiyyətçisinin icazəsi olmadan girməyə, qanunla nəzərdə tutulan hallar istisna olmaqla, icazə verilmir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84-cü maddəsinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111-ci maddəsinə görə Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Məhkəmə tərəfindən işin araşdırılan hallarından müəyyən edilir ki, iddiaçı Hadıyev X3 rayonu, Mehdiabad qəsəbəsində mülkiyyət hüququ əsasında ona məxsus **********36 nömrəli çıxarışla 0,10 ha torpaq sahəsində cavabdeh tərəfindən zəbt olunmuş, cavabdeh tərəfindən inşa edilmiş daş hasarın, cavabdehin hesabına sökülməsi, torpaq sahəsindən cavabdehin çıxarılmasını və torpaq sahəsinin əvvəlki vəziyyətə gətirilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. İş üzrə ekspert rəyinə əsasən müəyyən edilmişdir ki, 4 saylı Abşeron Ərazi İdarəsinin mütəxəssis rəyinə əsasən, Dövlət Aktına əsasən verilmiş Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş ********** qeydiyyat nömrəli xx.xx.2009-cu il tarixli çıxarışa əsasən İddiaçı mülkiyyətində olan Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən 0,10 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin plan və ölçüsünün döngə nöqtələrinin koordinatları, ********** qeydiyyat nömrəli xx.xx.2014-cü il tarixli çıxarışa əsasən Cavabdeh Fəxrət oğlunun mülkiyyətində olan Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən 0,06 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin plan və ölçüsünün döngə nöqtələrinin koordinatları ilə elektron kadastr məlumat bazasında Abşeron rayonu Mehdiabad qəsəbəsi Abşeron üzüm istehsalı və emalı müəssisəsinin ərazisində aparılan torpaq islahatına dair kompleks yerquruluşu layihəsinə əsasən və faktiki istifadə vəziyyəti arasında müəyyən uyğunsuzluqlar (sürüşmələr) qeydə alındığı üçün məhkəmə tərəfindən qoyulmuş sualın cavablandırılması mümkün olmamışdır. Ərazidə aparılmış yerquruluşu işləri ilə bağlı əldə edilmiş məlumatlar sistemləşdirildikdən və elektron kadastr məlumat bazasına daxil edildikdən sonra, məhkəmə tərəfindən qoyulmuş sualların cavablandırılması mümkün olacaqdır. İşin araşdırılan hallarından göründüyü kimi iddiaçıya məxsus torpaq sahələrinin plan və ölçüsünün döngə nöqtələrinin koordinatları ilə elektron kadastr məlumat bazasında Abşeron rayonu, Saray kəndi "Saray" təsərrüfatı ərazisində aparılan torpaq islahatına dair kompleks yerquruluşu layihəsinə əsasən və faktiki istifadə vəziyyəti arasında müəyyən uyğunsuzluqlar (sürüşmələr) vardır. Həmin uyğunsuzluqlar Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 07 mart tarixli 818 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib olunması Qaydalarına, eləcə də Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 28 aprel tarixli 250 nömrəli Sərəncamı ilə "Dövlət və bələdiyyə mülkiyyətində, habelə xüsusi mülkiyyətdə olan bütün kateqoriyalı torpaqların elektron uçotunun aparılması və xəritələşdirilməsi yolu ilə torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılmasının və rəqəmsal kadastr xəritəsinin tərtib edilməsinin təmin olunmasına dair Tədbirlər Planı”na əsasən ərazidə aparılmış yerquruluşu işləri ilə bağlı əldə edilmiş məlumatlar sistemləşdirildikdən və elektron kadastr məlumat bazasına daxil edildikdən sonra qərardadın suallarını cavablandırmaq mümkün olduğu bildirilmişdir. Göründüyü kimi hələ iddiaçıya məxsus torpaq sahələrinin yerləşmə yerini müəyyən etmək mümkün deyildir. Ona görə də qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh Fəxrət oğluna qarşı zəbt olunmuş torpaq sahəsindən çıxarılma, torpaq sahəsində inşa edilmiş hasarın sökülərək torpağın əvvəlki vəziyyətə gətirilməsinə dair iddia tələbi əsassızdır və iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin Məcəlləsinin 107-ci maddəsində göstərilir ki, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbi təmin edilmədiyindən, iddiaçı tərəfindən dövlət rüsumu kimi ödənilmiş 100 manat məbləğində pul vəsaiti iddiaçının özünə aid edilməlidir. Eyni zamanda iş üzrə 50 manat məbləğində ekspertiza xərci və 95 manat mütəxəssis xərci vardır ki, iddia təmin edilmədiyindən həmin məbləğlər İddiaçı aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin Məcəlləsinin 216-220, 233, 234, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə, QƏT ETDİ: İddiaçı Cavabdeh Fəxrət oğluna qarşı zəbt olunmuş torpaq sahəsindən çıxarılma, torpaq sahəsində inşa edilmiş hasarın sökülərək torpağın əvvəlki vəziyyətə gətirilməsi tələbinə dair iddia tələbi təmin edilməsin. İddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu özünə aid edilsin. İddiaçı 50 manat ekspertiza xərci tutulub, Məhkəmə Ekspertizası Mərkəzinin dövlət xəzinədarlığı Agentliyinin AZ34 CTRE******************** saylı hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Cəmilə Səfiyeva
Məhkəmə qərarları › İş №2(012)-160/2023
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-160/2023
06.03.2023 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması - Sair mülki iş - Torpaq mübahisələri - Qanunsuz tikilinin sökülməsi - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver