Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № e-2(027)-27/2025 25.11.2025 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Kamilli Günel Hakim qızının sədrliyi, Xudaverdiyev Elşad Mütəllim oğlunun katibliyi ilə Tərəflərin iştirakı olmadan İddiaçı Cavabdeh qarşı “maneələrin aradan qaldırılması, tikilinin sökülməsi və torpaq sahəsindən çıxarılma” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ona məxsus olan ünvan 1 ünvanda yerləşən ümumi sahəsi 0,0330 ha torpaq sahəsində inşa etdiyi tikilinin onun öz hesabına sökülməsi, həmin torpaq sahəsində əvvəl mövcud olmuş daş hasarın onun hesabına bərpa edilməsi və cavabdehin oradan çıxarılması, torpaq sahəsinin boşaldılaraq onun mülkiyyətinə qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı ərizəni onunla əsaslandırmışdır ki, Quba şəhəri, Heydər Əliyev prospekti, ev 227B ünvanda olan sahəsi 0.0330 ha olan torpaq sahəsi və üzərində inşa edilmiş ümumi sahəsi 52.60 kv.m olan daşınmaz əmlak onun xüsusi mülkiyyətindədir. Cavabdeh ona məxsus olan həmin sahənin hasarını sökərək ona məxsus olan sahənin bir hissəsini zəbt etməklə orada qanunsuz tikili inşa etmişdir. Həmin şəxsə torpaq sahəsinin xüsusi mülkiyyət hüququ ilə ona məxsus olmasını bildirilmiş, bunu təsdiq edən çıxarış və digər sənədlər ona göstərilmişdir. Lakin o, bunlara məhəl qoymamışdır. Faktla bağlı Quba Rayon Polis Şöbəsinə və digər aidiyyatı dövlət orqanlarına şikayəti nəticəsində cavabdeh Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 395.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilmişdir. İddiaçı nümayəndəsi və vəkili Nümayəndə məhkəməyə ərizə ünvanlayaraq, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmiş, əvvəlki məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmuş iş üzrə cavabdeh X3 məhkəməyə gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Ona görə də məhkəmə hazırki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iş matariallarını tədqiq etməklə sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən **********26-10301 reyestr nömrəli, xx.xx.2022-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarışın təsdiq olunmuş surətindən görünür ki, ünvan 1 ünvanda yerləşən 0.0330 ha torpaq sahəsi İddiaçı xüsusi mülkiyyətinə verilmişdir. Cinayət işinin başlanmasının rədd edilməsi barədə 02 yanvar 2023-cü il tarixli qərara əsasən izahatı alınmış Cavabdeh izahatında göstərmişdir ki, Quba rayonu, Növdün kəndində qeydiyyatda olmaqla ailəsi ilə birlikdə Quba şəhərində kirayə yaşayır. İlfər və Arif adlı şəxsləri təxminən 1-2 aydır ki, tanıyır. Onlarla aralarında heç bir ədavət və düşmənçilikləri yoxdur. O, Quba şəhəri ərazisində təxminən 2 sot 10 000-11 000 manat dəyərində ev tikmək üçün torpaq sahəsi maraqlanırmış. O, təxminən 2 ay bundan əvvəl Quba şəhərində İlfər adlı şəxs ilə tanış olmuş və ona demişdir ki, ona 2 sot ev tikmək üçün 10000-11000 manat dəyərində Quba şəhəri ərazisində torpaq sahəsi almışdır. O isə, demişdir ki, tanışı var adı Arifdir. O Quba şəhəri ərazisində 2 sot torpaq sahəsi 11000 manata satır. İstəsən onları tanış edə bilər. O da demişdir ki, tanış etsin. Onlar bundan sonra Ariflə İlfərin vasitəsilə görüşüb çayxanada oturub söhbət etmişlər. Həmin vaxtı Arif demişdir ki, onun Quba şəhərində Azərpoçtun yaxınlığında torpaq sahəsi vardır 11000 manata satır. O, gedib torpaq sahəsinə baxmış, bəyənmiş sonra isə sənədlərinin olubolmamasını ondan soruşmuş o isə demişdir ki, hər bir sənədləri vardır.Eyni zamanda da tikinti üçün icazəsi və evin layihəsi vardır. O, onunla razılaşıb torpağı ona 11000 manat pul verib almış, ancaq alqı-satqı etməmişlər. Arif ona evin sənədlərinin surətini vermişdir.O ondan sənədlərin əslini istədikdə demişdir ki, torpağa çıxarış almaq üçün notariusda alqsatqı edəcək. O tikintiyə başladıqdan sonra bir neçə saat sonra görmüşdür ki, polislər ora yaxınlaşıb, tikintini dayandırıb onu polis şöbəsinə dəvət etmişdirlər. Həmin torpaq sahəsinin bütün sənədlərinin olmasl barədə Arifin ona dediyini də bildirmişdir. Eyni zamanda izahatı alınmış X2 bildirmişdir ki, atası Mirmusa ünvan 2 ünvanında yerləşən öz adına 52.6 kv.m sahədə tikilmiş fərdi yaşayış evini və həmin evini 0.033 ha torpaq sahəsini xx.xx.2022-ci il tarixdə İddiaçı satmışdır. Ancaq Nurlan sahəsi alandan sonra Arif adlı şəxs tərəfindən həmin torpaq sahəsi onların və Nurlanın icazəsi olmadan başqa bir şəxsə özbaşına satılmışdır. X4 isə izahatında qeyd etmişdir ki, Rahibə torpaq sahəsinin çıxarışının olmadığını bildirmişdir. O torpaq sahəsini Rahib adlı şəxsə aralarındakı şifahi razılaşma əsasında satmış və sənədlərin isə surətlərini ona vermiş, çıxarış almaq üçün onları daşınmaz əmlaka verəcəyini bildirmişdir. Sözügedən qərarın qərara aldı hissəsinə əsasən Cavabdeh barəsində xx.xx.2022-ci il tarixdə AR İXM-in 395.1-ci maddəsi ilə tədbir görülməsi qərara alınmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə tikinti-texniki ekspertizasının 10/1979 saylı, xx.xx.2025-ci il tarixli rəyinə əsasən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Reyestri" publik hüquqi şəxsi 5 saylı Xaçmaz Ərazi idarəsinin 30.01.25 tarixli 3-21-3-34/2-1157/2025 nömrəli mütəxəssis rəyində göstərilənlərə əsasən aşağıdakılar müəyyən edilmişdir. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən **********26-10301 reyestr nömrəli, xx.xx.2022-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən İddiaçı ünvan 1 ünvanda yerləşən 0.0330 ha torpaq sahəsinin sərhədləri yerində müəyyən edildi, (sxem tərtib olunmuşdur, koordinatlar və ortofoto görüntülər mütəxəssis rəyinə əlavə edilmişdir). Mübahisəli torpaq sahəsinə baxış keçirilən zaman cavabdeh iştirak etməmişdir. Bu səbəbdən həmin torpaq sahəsinin cavabdeh tərəfindən istifadə edilib-edilməməsini müəyyənləşdirmək mümkün olmamışdır. Qeyd edək ki, İddiaçı məxsus 0.0330 ha torpaq sahəsinin daxilində digər şəxs və ya şəxslər tərəfindən inşa edilmiş yarımçıq tikili mövcuddur, (sxem tərtib olunmuşdur, koordinatlar və ortofoto görüntülər mütəxəssis rəyinə əlavə edilmişdir). Azərbaycan Respublikası Konstitusiyasının :
13. İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.
29. İ. Hər kəsin mülkiyyət hüququ vardır.
29. İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir Azərbaycan Respublikasının Mülki Məcəlləsi : 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.2. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.3. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. 152.4. Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Məhkəmə qeyd edir ki, hazırki iddia tələbi mülkiyyət hüquqlarının müdafiəsi ilə bağlı olaraq vindikasiya (mülkiyyətdə olan əmlakın qanunsuz sahiblikdən geri istənilməsi) tələbidir. Məhkəmə qeyd edir ki, hər hansı üçüncü şəxsin törətdiyi pozuntudan mülkiyyətçinin əşya hüquqları məhkəmə müdafiəsi üsulu ilə müdafiə edilir. Belə hüquqi müdafiə üsulunun əsas məqsədi ya mülkiyyətçiyə ona məxsus olan sahiblik, əmlakdan istifadə və onun üzərində sərəncam vermək hüquqlarını bərpa etməkdən, ya da bu hüquqların həyata keçirilməsinə mane olan halları aradan qaldırmaqdan ibarətdir. Bu üsulun əsas istiqaməti subyektiv hüquq olan mülkiyyət hüququnu bilavasitə müdafiə etməklə şərtlənir. Mülkiyyətin məhkəmə müdafiəsi hüququ iddia vasitəsilə həyata keçirilir. Bu iddia əşya hüququnu pozan hər bir şəxsə qarşı irəli sürülür. Əşya-hüquqi iddialara vindikasiya iddiası, neqator iddia və mülkiyyət hüququnun tanınması barədə iddialar daxildir. Hər üç iddia petitor iddiadır. Petitor iddia dedikdə, mülkiyyət hüququ barədə verilən iddia başa düşülür. Vindikasiya iddiası petitor iddianın əsas növü sayılır. Vindikasiya iddiası özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb etmək barədə iddiadır. Bu, mülkiyyətçinin əşyaya sahibliyi itirdiyi hal üçün müəyyən edilmişdir və əmlakı özgənin qeyri-qanuni sahibliyindən məcburi tələb etməkdən ibarətdir. Vindikasiya iddiasının anlayışı Mülki Məcəllənin 157.2-ci maddəsində verilmişdir. Həmin anlayışa görə, vindikasiya iddiası əşyaya sahib olmayan mülkiyətçinin ona sahib olan qeyri-mülkiyyətçiyə qarşı iddiasıdır. Bununla da, vindikasiya prosesində tərəflər: iddıaçı, əşyaya faktikı sahibliyiyni itirmiş mülkiyyətçi, cavabdeh isə vicdanlı və vicdansız olmasından asılı olmayaraq, əşyaya faktiki malik olan sahibdir. Vindikasiya hüququnun subyekti tələb olunan şeyə öz hüququnu, yaxud ona sahibliyinin əsasını (titul) sübut etməli olan əmlak mülkiyyətçisidir. Burada borclu subyekt iddanın qaldırıldığı anda əşyaya malik olan qeyri-qanuni sahibdir. Vindikasiya obyekti natura şəklində fərdi müəyyən edilə bilən əşya olmalıdır Məhkəmə qeyd edir ki, belə olan halda hazırki iddianın qanuni əsası kimi mübahisəyə Mülki Məcəllənin 157.2-ci maddəsi tətbiq edilməlidir. Həmin normaya görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. İddianın təmin edilməsi üçün qeyd edilən normanın dispozitiv şərtləri mövcud olmalıdır. Qeyd edilən normanın dispozisiya şərtləri isə aşağıdakılardır:
1. Tələb edilən əmlak iddiaçının mülkiyyətində olmalı;
2. Həmin əmlak cavabdehin sahibliyində olmalı;
3. Cavadbehin həmin əmlaka sahibliyi qanunsuz olmalıdır. Mülkiyyət hüququ təbiəti etibarilə nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərindəki hüquqlarına üçüncü şəxslərin qeyri-hüquqi müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadına əsasən hazırki iş üzrə iddiaçıya məxsus torpaq sahəsinin cavabdeh tərəfindən zəbt edilib-edilməməsi və tikilinin inşa olunub-olunmaması faktının müəyyən edilməsi məqsədilə mühəndis-texnki ekspertizası təyin edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə tikinti-texniki ekspertizasının 10/1979 saylı, xx.xx.2025-ci il tarixli ekspert rəyində göstərilmişdir ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Reyestri" publik hüquqi şəxsi 5 saylı Xaçmaz Ərazi idarəsinin 30.01.25 tarixli 3-21-3-34/2-1157/2025 nömrəli mütəxəssis rəyində göstərilənlərə əsasən aşağıdakılar müəyyən edilmişdir. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən **********26-10301 reyestr nömrəli, xx.xx.2022-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən İddiaçı ünvan 1 ünvanda yerləşən 0.0330 ha torpaq sahəsinin sərhədləri yerində müəyyən edildi, (sxem tərtib olunmuşdur, koordinatlar və ortofoto görüntülər mütəxəssis rəyinə əlavə edilmişdir). Mübahisəli torpaq sahəsinə baxış keçirilən zaman cavabdeh iştirak etməmişdir. Bu səbəbdən həmin torpaq sahəsinin cavabdeh tərəfindən istifadə edilib-edilməməsini müəyyənləşdirmək mümkün olmamışdır. Qeyd edir ki, İddiaçı məxsus 0.0330 ha torpaq sahəsinin daxilində digər şəxs və ya şəxslər tərəfindən inşa edilmiş yarımçıq tikili mövcuddur, (sxem tərtib olunmuşdur, koordinatlar və ortofoto görüntülər mütəxəssis rəyinə əlavə edilmişdir). İş materiallarına əlavə edilmiş cinayət işinin başlanmasının rədd edilməsi barədə qərardadan da müəyyən olunur ki, Cavabdeh tərəfindən iddiaçıya məxsus torpaq sahəsində müvafiq tikililər inşa edilmişdir və sonuncunun torpaq sahəsinə münasibətdə hər hansı bir sənədi mövcud deyildir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111-ci maddəsin 1-ci bəndinə əsasən, Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Həmin Qanunun 111-ci maddəsinin 3-cü bəndinə əsasən, torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına əlavə 1 saylı Protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Konstitusion hüquqi təbiəti etibarilə mülkiyyət hüququ nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Azərbaycan Respublikasının qanunvericiliyi də mülkiyyətin toxunulmazlığına və onun dövlət tərəfindən qorunmasına dair konstitusion prinsip və müddəaları inkişaf etdirərək, bu hüququn əldə edilməsi, həyata keçirilməsi və müdafiəsi mexanizmlərini dəqiqləşdirir. İddia tələbində göstərilən torpaq sahəsində əvvəl mövcud olmuş daş hasarın cavabdehin hesabına bərpa edilməsinə münasibətdə isə məhkəmə qeyd edir ki, iddiaçı bu hissədə məhkəməyə hər hansı bir sübut təqdim etmədiyindən, yəni əvvəllər daş hasarın mövcudluğu faktı öz təsdiqini tapmadığından bu hissədə iddia tələbi təmin edilməməlidir. Yuxarıda sadalanan qanunvericilik normalarının işin faktiki hallarının tətbiq edilməsi nəticəsində məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən **********26- 10301 reyestr nömrəli, xx.xx.2022-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən İddiaçı məxsus ünvan 1 ünvanda yerləşən ümumi sahəsi 0,0330 ha təşkil edən torpaq sahəsində Cavabdeh tərəfindən inşa edilmiş tikili cavabdehin hesabına sökülməli, cavabdeh oradan çıxarılmalı, torpaq sahəsi boşaldılaraq iddiaçının mülkiyyətinə qaytarılmalı, qalan hissədə iddia təmin edilməməlidir. AR Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1. məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd edir ki, iddia qismən təmin edildiyinə görə ekspertiza tədqiqatının dəyəri olan 100 manat məbləğində pulun 50 manat hissəsi iddiaçıya, 50 manat hissəsi isə cavabdehə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4.-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
q ə t e t d i: İddia qismən təmin edilsin Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən **********26-10301 reyestr nömrəli, xx.xx.2022-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən İddiaçı məxsus ünvan 1 ünvanda yerləşən ümumi sahəsi 0,0330 ha torpaq sahəsində Cavabdeh tərəfindən inşa edilmiş tikili cavabdehin hesabına sökülsün, cavabdeh həmin torpaq sahəsindən çıxarılsın, torpaq sahəsi boşaldılaraq İddiaçı mülkiyyətinə qaytarılsın. 100 (yüz) manat məbləğində ekspertiza xərcinin 50 manat hissəsi Cavabdeh, qalan 50 manat hissəsi isə İddiaçı alınaraq, Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına (Büdcə təsnifatının kodu 142319, Büdcə səviyyəsinin kodu 3, X1, 210005, VÖEN **********, Müxbir Hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN **********, hesab: AZ34CTRE********************) ödənilsin . İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə (elektron kabinet vasitəsilə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günel Kamilli