Məhkəmə qərarları › İş №2(105)-237/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-237/2025

04.03.2025 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması - Sair mülki iş - Torpaq mübahisələri - Qanunsuz tikilinin sökülməsi - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-237/2025 04.03.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ iddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı torpaq sahəsindən çıxarılma və tikilinin sökülməsi tələbinə dair mülki iş üzrə QƏTNAMƏSİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Fuad Əli oğlu, hakimlər X13 və X1 ibarət tərkibdə, Əliyev Rəşad Ayıl oğlunun katibliyi, iddiaçılar İddiaçı2, X11, onun vəkili və nümayəndəsi Vəkil və cavabdehin vəkili və nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı torpaq sahəsindən çıxarılma və tikilinin sökülməsi tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(012)-448/2024 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX Hüquqların qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, Abşeron rayonu, Saray qəsəbəsindəki 0,0718 ha (kənd təsərrüdatı təyinatlı torpaqları kateqoriyalı) xx.xx.2014-cü il tarixdən X5 və X2 ümumi birgə mülkiyyətindədir.

2. Daşınmaz əmlakın bağışlanması barədə xx.xx.2023-cü il tarixli müqavilənin surətindən görünür ki, X5 və X3 mülkiyyətlərində olan Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0,0718 ha torpaq sahəsini İddiaçı1 və İddiaçı2 bağışlamışlar.

3. Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX Hüquqların qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, Abşeron rayonu, Saray qəsəbəsindəki 0,0718 ha (kənd təsərrüdatı təinatlı torpaqları kateqoriyalı) xx.xx.2023-cü il tarixdən İddiaçı1 və İddiaçı2 mülkiyyətindədir. Bu barədə onların adına xx.xx.2023-cü il tarixli A 983992 saylı plan və ölçü sənədi tərtib edilmişdir.

4. Abşeron rayon İHB-nin Saray qəsəbəsi üzrə nümayəndəsinin xx.xx.1999-cu il tarixli, 25 saylı sərəncamından görünür ki, X12 mənzil tikintisi məqsədilə Abşeron rayonu, Saray qəsəbəsində 0,10 ha torpaq sahəsi ayrılmışdır.

Birinci instansiya məhkəməsindəki icraat

5. İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı torpaq sahəsindən çıxarılma və tikilinin sökülməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən zəbt edilmiş Abşeron rayonunun Saray qəsəbəsi ərazisində yerləşən 718 kvadrat metr torpaq sahəsinin boşaldılması, Cavabdeh ailə üzvləri ilə birlikdə torpaq sahəsindən çıxarılması, həmin torpaq sahəsində qanunsuz inşa edilmiş özbaşına tikililərin cavabdehin hesabına sökülərək torpaq sahəsinin əvvəlki vəziyyətə qaytarılması və məhkəməyə ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq İddiaçı1 ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

6. İddia tələbi bununla əsaslandırılmışdır ki, Abşeron rayonunun Saray qəsəbəsi ərasizində yerləşən sahəsi 718 kvadrat metr olan torpaq sahəsi iddiaçıların birgə mülkiyyətindədir. Həmin torpaq sahəsi torpağın əvvəlki mülkiyyətçiləri olmuş X4 və X3 ilə onların arasında bağlanılmış 05 mart 2023-cü il tarixli bağışlama müqaviləsi əsasında mülkiyyətlərinə keçmişdir. Lakin torpaq sahəsinə sahiblik etmək istədikdə məlum olmuşdur ki, bu torpaq sahəsi Cavabdeh tərəfindən zəbt edilmiş və həmin torpaq sahəsində özbaşına tikililər olan fərdi yaşayış evi, qaraj və digər yardımçı tikililər inşa edilmişdir. Bu qanunsuz hərəkətləri ilə cavabdeh torpağın mülkiyyətçisi kimi onların hüquqlarını pozmuşdur. Cavabdeh mübahisəli torpaq sahəsindən müvafiq hüquq müəyyənedici sənədlər olmadan zəbt edərək istifadə etməsi, həmçinin göstərilən ərazidə müvafiq icra hakimiyyəti orqanlarının razılığı olmadan, şəhərsalma və memarlıq norma və qaydalarını pozmaqla, ərazinin təyinatına uyğun olmadan tikinti-quraşdırma işlərinı aparması, torpaq sahəsinin mülkiyyətçisi kimi hüquqlarını aşkar şəkildə pozmuşdur. Qeyd edilən torpaq sahəsində inşa edilmiş tikililər torpaq sahəsinin mülkiyyətçisi kimi onların icazəsi olmadan və bu cür tikililərin aparılmasına icazə vermək səlahiyyətinə malik olan aidiyyəti icra hakimiyyəti orqanlarının razılığı alınmadan, həmçinin mülki və torpaq qanunvericiliklərinin, şəhərsalma və tikinti normalarının tələblərinə zidd olaraq inşa edildiyindən, həmin tikililər özbaşına tikililər kimi qiymətləndirilərək sökülməlidir. Dəfələrlə cavabdehdən həmin torpağın boşaldılması və özbaşına tikililərin sökülməsi tələb edilsə də, cavabdeh buna məhəl qoymayaraq torpaq sahəsini bu günə qədər qeyri-qanuni tutmaqda davam edir. Abşeron Rayon Polis İdarəsində mübahisə ilə bağlı müvafiq araşdırma aparılmış, ancaq 03 may 2023-cü il tarixli qərarla torlanmış materiallar əsasında cinayət işinin başlanması rədd edilmiş və mülki qaydada iddia irəli sürməklə məhkəməyə müraciət etmək hüququ izah edilmişdir.

7. Cavabdeh məhkəmə iclasında iddianı qəbul etməmiş və rədd olunmasını xahiş etmişdir. O bildirmişdir ki, ona verilmiş 0,10 ha torpaq sahəsində ev və qaraj tikmişdir. Bu sahənin isə iddiaçılara aidiyyəti yoxdur.

8. İşdə olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli, 32/332/2-16041 saylı mütəxəssis rəyindən görünür ki, “Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 07 mart tarixli 818 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib olunması Qaydaları”na, eləcə də Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 28 aprel tarixli 250 nömrəli Sərəncamı ilə “Dövlət və bələdiyyə mülkiyyətində, habelə xüsusi mülkiyyətdə olan bütün kateqoriyalı torpaqların elektron uçotunun aparılması və xəritələşdirilməsi yolu ilə torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılmasının və rəqəmsal kadastr xəritəsinin tərtib edilməsinin təmin olunmasına dair Tədbirlər Planı” hazırlanmışdır. Mübahisəli ərazidə aparılmış yerquruluşu işləri ilə bağlı əldə edilmiş məlumatlar sistemləşdirildikdən və elektron kadastr məlumat bazasına daxil edildikdən sonra, Abşeron Rayon Məhkəməsi tərəfindən qoyulmuş sualların cavablandırılması mümkün olacaqdır.

9. İşdə olan Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 3-16-16/2- 10/388 saylı rəyindən görünür ki, xx.xx.2023-cü il tarixli, ********** qeydiyyat nömrəli reyestrdən çıxarışa əsasən İddiaçı1 və İddiaçı2 mülkiyyətindəki Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0,0718 ha (718 m2) torpaq sahəsinin 531,1 m2 hissəsi naturada təqdim olunan torpaq sahəsi ilə üst-üstə düşür (“Torpaq sahəsinin planı və ölçüsü”ndə qeyd olunan koordinatlara əsasən). Abşeron rayon İHB-nin Saray qəsəbəsi üzrə nümayəndəsinin xx.xx.1999-cu il tarixli, 25 saylı sərəncamı ilə X12 ayrılmış 0,10 ha torpaq sahəsinə dair sxem, cizgi, koordinat olmadığına görə, sözügedən 0,10 ha torpaq sahəsinin naturada yerləşmə yerini müəyyənləşdirmək mümkün olmadı. Abşeron rayon İHB-nin Saray qəsəbəsi üzrə nümayəndəsinin xx.xx.1999-cu il tarixli, 25 saylı sərəncamı ilə X12 ayrılmış 0,10 ha torpaq sahəsinə dair sxem, cizgi, koordinat olmadığına görə, sözügedən 0,10 ha torpaq sahəsinin, xx.xx.2023-cü il tarixli, ********** qeydiyyat nömrəli reyestrdən çıxarışa əsasən İddiaçı1 və İddiaçı2 mülkiyyətindəki 0,0718 ha (718 m2) torpaq sahələri ilə hər hansı hissədə kəsişibkəsişmədiyini müəyyən etmək mümkün olmadı. Cavabdehin faktiki istifadəsində olan torpaq sahəsinin 531,1 m2 hissəsinin, eyni zamanda fərdi yaşayış evinin 18 m2 hissəsinin, həyətyanı sahəsi əhatə edən hasarın 51 metr hissəsinin, talvarın, su hovuzunun və manqalın isə bütövlükdə, xx.xx.2023-cü il qeydiyyat tarixli **********44 reyestr nömrəli çıxarışa əsasən, iddiaçıların mülkiyyətinə verilmiş 0.0718 ha torpaq sahəsinə dair tərtib olunmuş “Torpaq sahəsinin planı və ölçüsü”ndə qeyd olunan koordinatlar daxilində yerləşdiyi müəyyən edilmişdir.

10. Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(012)-448/2024 nömrəli qətnaməsi ilə (hakim Məlahət Abasova) iddia qismən təmin edilmiş, Cavabdeh İddiaçı1 və İddiaçı2 mülkiyyətindəki Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 718 kvadrat metr torpaq sahəsinin 531,1 kvadrat metr hissəsindən çıxarılması, həmin torpaq sahəsində cavabdeh tərəfindən inşa edilmiş fərdi yaşayış evinin 18 kv.metr hissəsi, həyətyanı sahəni əhatə edən hasarın 51 metr hissəsinin, talvar, su hovuzu və manqalın isə bütövlükdə cavabdehin hesabına sökülməsi, iddianın qalan hissədə təmin edilməməsi, iddiaçı tərəfindən ödənilmiş 100 manat dövlət rüsumunun əvəzinin Cavabdeh tutularaq İddiaçı1 qaytarılması, ekspertiza tədqiqatı üçün tələb olunan 50 manat pulun Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi qət edilmişdir.

11. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, işin hallarına əsasən cavabdehin iddiaçıların mülkiyyətinə müdaxiləsi nəticəsində sonuncuların davamlı şəkildə torpaq sahəsi üzərində maneəsiz mülkiyyət hüquqlarını həyata keçirmək imkanının məhdudlaşdırılmasına Konvensiyanın 1 saylı protokolunun 1-ci maddəsinin pozulması kimi də baxıla bilər. Eyni zamanda, cavabdehin mübahisəli əmlaka dair heç bir hüququ müvafiq orqanda qeydə alınmadığından onun bu daşınmaz əmlakdan istifadəsi qəbuledilməzdir. Mübahisəli torpaq sahəsinin zəbt olunması və orada qanunsuz tikililərin mövcudluğu iş materialları ilə, habelə ekspert rəyi ilə təsdiq olunur. Bununla belə, iddianın əmlakdan Cavabdeh ailə üzvlərinin çıxarılması hissəsi konkret tələb olmadığından, həmin hissədə iddianın təmin edilməsi mümkün deyildir. Məhkəmə əmlakın mülkiyyətçiləri İddiaçı1 və İddiaçı2 izah edir ki, qüvvədə olan prosessual qanunvericiliyə görə onlar iddiaçılar olaraq konkret şəxslərə qarşı tələb irəli sürə bilərlər.

12. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Azərbaycan Respublikasının Konstitusiyasının 13 və 60, Mülki Məcəllənin 27.2, 140, 152.1, 157.2, 157.4, 164.1, 165.1ci maddələrinin tələbləri ilə əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

13. Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilərək, iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

14. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iş materiallarından göründüyü kimi Abşeron rayon İcra Hakimiyyəti başçısının Saray qəsəbəsi üzrə nümayəndəsinin 23 iyul 1999-cu il tarixli, 25 nömrəli sərancamnna əsasən Saray qəsəbə İcra Hakimiyyəti nümayəndəliyinin istifadəsi üçün ayrılmış 24 hektar torpaq sahəsinin 321 saylı ərazisi X12 0,10 ha sahə ayrılmış və vətəndaşa fərdi mənzil tikməyə icazə verilmişdir. Bundan sonra həmin torpaq sahəsində ev tikilməklə uzun illərdir ki, orada yaşamışdır. Bu müddət ərzində iddiaçılar və ya başqa şəxslər həmin torpaq sahəsinin onlara məxsus olması ilə bağlı heç bir müraciət olunmamış, heç bir dövlət orqanının nümayəndəsi torpaq sahəsinə gəlib ölçü işləri aparmamışdır. İş üzrə verilmiş ekspert rəyi tamamilə əsassız olmaqla əsl həqiqəti əks etdirmir. Məhkəmə iddia tələbinin qismən təmin edilməsi ilə bağlı qətnamə qəbul edərkən qətnaməni ekspert rəyi ilə əsaslandırsa da, həmin rəyi Mülki Prosessual Məcəllənin 88 və 103.1-ci maddələrində müəyyən edilmiş qaydalar üzrə qiymətləndirməmişdir. İşdə olan Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 3-16-16/2-10/388 saylı rəyindən görünür ki, xx.xx.2023-cü il tarixli, ********** qeydiyyat nömrəli reyestrdən çıxarışa əsasən İddiaçı1 və İddiaçı2 mülkiyyətindəki Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0,0718 ha (718 m2) torpaq sahəsinin 531,1 m2 hissəsi naturada təqdim olunan torpaq sahəsi ilə üst-üstə düşür (“Torpaq sahəsinin planı və ölçüsü”ndə qeyd olunan koordinatlara əsasən). Abşeron rayon İHB-nin Saray qəsəbəsi üzrə nümayəndəsinin xx.xx.1999-cu il tarixli, 25 saylı sərəncamı ilə X12 ayrılmış 0,10 ha torpaq sahəsinə dair sxem, cizgi, koordinat olmadığına görə, sözügedən 0,10 ha torpaq sahəsinin naturada yerləşmə yerini müəyyənləşdirmək mümkün olmadı. Abşeron rayon İHB-nin Saray qəsəbəsi üzrə nümayəndəsinin xx.xx.1999-cu il tarixli, 25 saylı sərəncamı ilə X12 ayrılmış 0,10 ha torpaq sahəsinə dair sxem, cizgi, koordinat olmadığına görə, sözügedən 0,10 ha torpaq sahəsinin, xx.xx.2023-cü il tarixli, ********** qeydiyyat nömrəli reyestrdən çıxarışa əsasən İddiaçı1 və İddiaçı2 mülkiyyətindəki 0,0718 ha (718 m2) torpaq sahələri ilə hər hansı hissədə kəsişib- kəsişmədiyini müəyyən etmək mümkün olmadı. Cavabdehin faktiki istifadəsində olan torpaq sahəsinin 531,1 m2 hissəsinin, eyni zamanda fərdi yaşayış evinin 18 m2 hissəsinin, həyətyanı sahəsi əhatə edən hasarın 51 metr hissəsinin, talvarın, su hovuzunun və manqalın isə bütövlükdə, xx.xx.2023-cü il qeydiyyat tarixli **********44 reyestr nömrəli çıxarışa əsasən, iddiaçıların mülkiyyətinə verilmiş 0.0718 ha torpaq sahəsinə dair tərtib olunmuş “Torpaq sahəsinin planı və ölçüsü”ndə qeyd olunan koordinatlar daxilində yerləşdiyi müəyyən edilmişdir. Lakin işə baxan hakim ekspert rəyinə istinad edərkən həmin rəyin nə dərəcədə mötəbər olmasını, ekspert tərəfindən hansı məlumatlar əsasında rəydə göstərilən qənaətə gəlməsi müəyyən etməmişdir. Belə ki, işdə olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət XidmətininDaşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 4 saylıAbşeron Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli, 32/332/2-16041 saylı mütəxəssis rəyindən görünür ki, “Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin2016-cı il 07 mart tarixli 818 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib olunması Qaydaları”na, eləcə də Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 28 aprel tarixli 250 nömrəli Sərəncamı ilə “Dövlət və bələdiyyə mülkiyyətində, habelə xüsusi mülkiyyətdə olan bütün kateqoriyalı torpaqların elektron uçotunun aparılması və xəritələşdirilməsi yolu ilə torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılmasının və rəqəmsal kadastr xəritəsinin tərtib edilməsinin təmin olunmasına dair Tədbirlər Planı” hazırlanmışdır. Mübahisəli ərazidə aparılmış yerquruluşu işləri ilə bağlı əldə edilmiş məlumatlar sistemləşdirildikdən və elektron kadastr məlumat bazasına daxil edildikdən sonra, Abşeron Rayon Məhkəməsi tərəfindən qoyulmuş sualların cavablandırılması mümkün olacaqdır. Abşeron Rayon Məhkəməsi ekspert rəyinə istinad etmiş, həmçinin verilmiş ekspert rəyinə formal yanaşaraq, ekspert rəyinin hansı məlumatlara istinadən rəy verilməsinə diqqət yetirməmiş, bununla da ekspert rəyini prosessual qanunvericiliyin tələbinə uyğun olaraq qiymətləndirməmişdir. Hansıki, bütün məlumatların toplandığı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsi məlumatların natamamlığı ucbatından rəy verməkdən imtina etmişdir. Bütün baza məlumatların toplandığı orqanın münasibət bildirmədiyi halda ekspert rəyinin nə dərəcədə mötəbər sübut olması araşdırmadan kənarda qalmışdır. Abşeron Rayon Məhkəməsi qətnamə qəbul edərkən yalnız Məhkəmə Ekspertizası Mərkəzininxx.xx.2024-cü il tarixli, 3-16-16/2- 10/388 saylı rəyinə istinad etmişdir ki, həmin rəydə göstərilənlər işdə olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli, 32/332/2-16041 saylı mütəxəssis rəyi ilə inkar olunmuşdur.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

15. Apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim edilməmişdir.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

16. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin vəkili və nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi və apellyasiya şikayətinin məzmununa uyğun izahat verdi.

17. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçılar İddiaçı2, X11, onun vəkili və nümayəndəsi Vəkil apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər.

18. Məhkəmə iclasının yeri və vaxtı barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmiş X12 məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Konstitusiyası:

19. Maddə 13. Mülkiyyət İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. İİ. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. İİİ. Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz.

20. Maddə 29. Mülkiyyət hüququ İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. (...)

Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

21. Maddə 14. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi 14.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. (....)

22. Maddə 146. Daşınmaz əmlaka hüququn əmələ gəlməsi 146.1. Daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). 146.2. Daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. (...)

23. Maddə 152. Mülkiyyət hüququnun anlayışı və məzmunu 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. (...) 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. (...)

24. Maddə 157. Mülkiyyətin müdafiəsi (...) 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. (...) 157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur.

25. Maddə 172. Mülkiyyətçinin qazıntılar və tikinti işləri ilə vurduğu ziyan (...) 172.3. Əgər torpaq sahəsinin mülkiyyətçisi tikinti zamanı qonşu sahənin sərhədlərini qərəzsiz pozarsa, həmin sahənin mülkiyyətçisi, pozuntu aşkar edilməzdən qabaq və ya aşkar edilən kimi pozucuya etiraz bildirildiyi hallardan başqa, həmin pozuntuya dözməlidir. Sərhədi pozmuş qonşu pul kompensasiyası ödəməli və bundan sonra onu hər il ödəməlidir.

Azərbaycan Respublikasının Torpaq Məcəlləsi

26. Maddə 55. Torpaq sahəsi üzərində hüquqların yaranmasının əsasları Hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları: müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr; hüquqi və (və ya) fiziki şəxslər arasında bağlanan müqavilələr və torpaqla bağlı digər əqdlər; məhkəmənin torpaq sahəsi üzərində hüququn müəyyən edilməsinə dair qərarı və ya hökmü; vərəsəlik hüququ əsasında və qanunvericiliklə müəyyən edilmiş digər yollarla yaranır.

27. Maddə 111. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaqların qaytarılması

1. Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur.

2. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır.

3. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir.

28. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun: 2.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. 4.1-ci maddəsinə əsasən, 2006-cı il iyulun 6-dək daşınmaz əmlaka hüquqların ayrı ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. 8.0.5-ci maddəsinə əsasən, 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. “Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında” Əsasnaməyə əsasən həmin Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq dövlət reyestrində hüquqların dövlət qeydiyyatının dəqiq və vaxtında aparılmasını, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasını təmin etmək (3.0.8-ci bənd), vətəndaşların qanuni istifadəsindəki yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqların onların mülkiyyətinə verilməsini yerquruluşu işləri aparılmaqla və normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada torpaq istifadəçiliyində mövcud olan uyğunsuzluqlar aradan qaldırılmaqla rəsmiləşdirmək xidmətin vəzifəsidir. Bu hallar qeydiyyat zamanı aşkar olunacağı təqdirdə isə xidmət vəzifələrini yerinə yetirməli və hüquqların dövlət qeydiyyatını torpaq sahəsinin faktiki yerləşmə koordinatlarına uyğun aparmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 16.1-ci maddəsinə əsasən qeydiyyat orqanı hüquqların dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvləri, onları aşkar etdiyi və ya bu barədə maraqlı şəxslərdən ərizə aldığı gündən üç gün müddətində aradan qaldırır. Hüquqların dövlət qeydiyyatı zamanı yaranan münasibətlərin maraqlı iştirakçılarına səhvlərin aradan qaldırılması barədə 48 saat müddətində bildiriş verilməlidir. Həmin Qanunun 16.2-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvlərin düzəlişi hüquq sahiblərinə və ya üçüncü şəxslərə ziyan vurmayacağı və ya onların qanuni mənafelərini pozmayacağını güman etməyə əsas olduğu halda aparılır. Hüquq sahibi və ya üçüncü şəxs etiraz edirsə, belə düzəlişlər məhkəmənin qərarı əsasında aparılır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23.1-ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Həmin Qanunun 23.2-ci maddəsinə əsasən daşınmaz əmlak barədə texniki məlumatın dəqiqliyinə və vaxtında təqdim edilməsinə həmin daşınmaz əmlakın dövlət uçotunu aparan müvafiq icra hakimiyyəti orqanlarının vəzifəli şəxsləri cavabdehdirlər. Həmin Qanunun 23.3-cü maddəsinə əsasən dövlət qeydiyyatına alınmış daşınmaz əmlaka hüquqlar və daşınmaz əmlak barəsində bağlanan əqdlər haqqında məlumatın qəsdən və ya ehtiyatsızlıq üzündən təhrif edilməsində və itirilməsində təqsirli olan şəxslər bunun nəticəsində vurulmuş zərərə görə qanunvericiliyə uyğun olaraq məsuliyyət daşıyırlar.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

29. Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. (...)

30. Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (..)

31. Maddə 88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

32. Maddə 101. Ekspert rəyi 101.7. Ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir.

33. Maddə 103. Ekspert rəyinin məhkəmə tərəfindən qiymətləndirilməsi 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir.

34. Maddə 372. Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədləri (...) 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

35. Maddə 384. Apellyasiya instansiyası məhkəməsinin səlahiyyətləri 384.0. Apellyasiya instansiyası məhkəməsi: (...). 384.0.2. qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. (...)

36. Maddə 385. Məhkəmə aktının apellyasiya qaydasında ləğv olunması üçün əsaslar 385.1. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi; 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

37. Maddə 402. Kassasiya şikayəti vermə hüququ 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. (...)

Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri

38. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2024-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

39. Məhkəmə kollegiyası məruzəçi-hakimi dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək, iş üzrə yeni qətnamə qəbul edilməli və iddia təmin edilməməlidir.

40. İşin mübahisəsiz hallarına görə, Abşeron rayonu, Saray qəsəbəsindəki 0,0718 ha (kənd təsərrüdatı təyinatlı) torpaq sahəsi xx.xx.2014-cü il tarixdən X5 və X2 ümumi birgə mülkiyyətində olmuş, daşınmaz əmlakın bağışlanması barədə xx.xx.2023-cü il tarixli müqavilə ilə X5 və X3 mülkiyyətlərində olan həmin torpaq sahəsini İddiaçı1 və İddiaçı2 bağışlamışdırlar. Həmçinin, Abşeron rayon İHB-nin Saray qəsəbəsi üzrə nümayəndəsinin xx.xx.1999-cu il tarixli, 25 saylı sərəncamı ilə X12 mənzil tikintisi məqsədilə Abşeron rayonu, Saray qəsəbəsində 0,10 ha torpaq sahəsi ayrılmışdır.

41. İşə apellyasiya qaydasında baxılarkən xx.xx.2025-ci il tarixli məhkəmə iclasında X14 müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmişdir.

42. Baxılan iş üzrə iddia tələbi torpaq sahəsindən çıxarılma və tikilinin sökülməsi barədədir və iddia tələbinin qanuni əsasını Mülki Məcəllənin 157.2 və 172.3-cü maddələri təşkil edir.

43. Məhkəmə iclasında cavabdehin nümayəndəsi bildirmişdir ki, mübahisələndirilən tikililər cavabdehin qızı Ləman Əliyevanın torpaq sahəsində tikilmişdir. Həmin torpaq sahəsi ilə bağlı 1999-cu ildə rayon icra hakimiyyəti tərəfindən sərəncam verilmişdir və torpaq sahəsi həmin ildən Cavabdeh istifadəsində olmuşdur və bağ kimi istifadə etmişdir. Bundan sonra orada ev tikmiş və yaşamışdır, lakin Cavabdeh adı heç bir yerdə və ya sənədləşmədə hallanmamışdır.

44. Məhkəmə iclasında İddiaçı1 bildirmişdir ki, 2014-cü ildə aliment məsələsi ilə bağlı iş aparılan zaman mübahisələndirilən torpaq sahəsinin olmasını bilmişdir. 2023-cü ildə torpaq sahəsi aliment borcunun əvəzi olaraq bağışlama ilə ½ hissədə mülkiyyətinə keçmişdir. 2023-cü ildə torpaq sahəsi bağışlanma ilə verilən zaman orada evin olması ona məlum olmuşdur.

45. Məhkəmə iclasında Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinin nümayəndəsi X9 bildirmişdir ki, elektron kadastr məlumat bazasında Abşeron rayonu, Saray kəndi ərazisində torpaq islahatına dair komleks yerquruluşu layihəsinə əsasən və faktiki istifadə vəziyyəti arasında müəyyən uyğunsuzluqlar, sürüşmələr qeydə alındığı üçün tərəflərindən rəy verilməsi mümkün olmamışdır.

46. Mülki Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.

47. Həmin maddənin dizpozisiya şərtlərinə əsasən iddianın təmin olunması üçün iddiaçılar ilk növbədə mübahisəli torpaq sahəsinin onların mülkiyyətində, yaxud qanuni istifadəsində olduğunu sübut etməli, yaxud bu işin mübahisəsiz halı kimi müəyyən olunmalıdır. Yuxarıda qeyd olunduğu kimi iddiaçıların mülkiyyətində 0,0718 ha torpaq sahəsinin olduğu işin mübahisəsiz halıdır. İşdə olan ekspert rəyinə əsasən həmin torpaq sahəsinin mübahisələndirilən 531.1 kv. metr hissəsinin cavabdehin istifadəsində olması müəyyən edilmişdir.

48. Belə ki, Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 3-16-16/2- 10/388 saylı rəyindən görünür ki, xx.xx.2023-cü il tarixli, ********** qeydiyyat nömrəli reyestrdən çıxarışa əsasən İddiaçı1 və İddiaçı2 mülkiyyətindəki Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0,0718 ha (718 m2) torpaq sahəsinin 531,1 m2 hissəsi naturada təqdim olunan torpaq sahəsi ilə üst-üstə düşür (“Torpaq sahəsinin planı və ölçüsü”ndə qeyd olunan koordinatlara əsasən). Abşeron rayon İHB-nin Saray qəsəbəsi üzrə nümayəndəsinin xx.xx.1999-cu il tarixli, 25 saylı sərəncamı ilə X12 ayrılmış 0,10 ha torpaq sahəsinə dair sxem, cizgi, koordinat olmadığına görə, sözügedən 0,10 ha torpaq sahəsinin naturada yerləşmə yerini müəyyənləşdirmək mümkün olmadı. Abşeron rayon İHB-nin Saray qəsəbəsi üzrə nümayəndəsinin xx.xx.1999-cu il tarixli, 25 saylı sərəncamı ilə X12 ayrılmış 0,10 ha torpaq sahəsinə dair sxem, cizgi, koordinat olmadığına görə, sözügedən 0,10 ha torpaq sahəsinin, xx.xx.2023-cü il tarixli, ********** qeydiyyat nömrəli reyestrdən çıxarışa əsasən İddiaçı1 və İddiaçı2 mülkiyyətindəki 0,0718 ha (718 m2) torpaq sahələri ilə hər hansı hissədə kəsişib-kəsişmədiyini müəyyən etmək mümkün olmadı. Cavabdehin faktiki istifadəsində olan torpaq sahəsinin 531,1 m2 hissəsinin, eyni zamanda fərdi yaşayış evinin 18 m2 hissəsinin, həyətyanı sahəsi əhatə edən hasarın 51 metr hissəsinin, talvarın, su hovuzunun və manqalın isə bütövlükdə, xx.xx.2023-cü il qeydiyyat tarixli **********44 reyestr nömrəli çıxarışa əsasən, iddiaçıların mülkiyyətinə verilmiş 0.0718 ha torpaq sahəsinə dair tərtib olunmuş “Torpaq sahəsinin planı və ölçüsü”ndə qeyd olunan koordinatlar daxilində yerləşdiyi müəyyən edilmişdir.

49. Mülki Məcəllənin 172.3-cü maddəsinə əsaən, əgər torpaq sahəsinin mülkiyyətçisi tikinti zamanı qonşu sahənin sərhədlərini qərəzsiz pozarsa, həmin sahənin mülkiyyətçisi, pozuntu aşkar edilməzdən qabaq və ya aşkar edilən kimi pozucuya etiraz bildirildiyi hallardan başqa, həmin pozuntuya dözməlidir. Sərhədi pozmuş qonşu pul kompensasiyası ödəməli və bundan sonra onu hər il ödəməlidir.

50. Kollegiya qeyd edir ki, qonşu torpaq sahələrinin mülkiyyətçiləri şübhəsiz ki qanunvericiliklə müəyyən edilmiş qaydalara riayət etməklə öz sahələrində tikinti və qazıntı işləri apara bilərlər. Lakin bu işlər görülərkən qonşu torpaq sahəsinin mülkiyyətçisinin hüquqları pozulmamalı və mənafeləri gözlənilməlidir. Öz sahəsində qazıntı və tikinti işləri aparan mülkiyyətçi qonşuya ziyan vurmamalı və onları hər hansı bir təhlükəyə məruz qoymamalıdır.

51. Qonşu torpaq sahəsinin mülkiyyətçisi öz mülkiyyət hüququnu yolverilməz şəkildə poza biləcək belə qurğuların tikilməsini və ya istismarını qadağan edə bilər. Belə qadağanlara o zaman yol verilir ki, hüququ pozulan mülkiyyətçi pozuntu aşkar edilməzdən qabaq və ya aşkar edilən kimi bu işlərin aparılmasına qarşı öz etirazını bildirmiş olsun. Belə bildiriş verilmədikdə onun hüququnun qərəzsiz şəkildə pozulmasının nəticələrinə dözməlidir. O da nəzərə alınmalıdır ki, heç bir zərurətdən doğmayan əsassız tikinti qonşunun hüququnu əhəmiyyətli dərəcədə pozarsa onun sökülməsi məsələsi qaldırıla bilər.

52. Göründüyü kimi, əgər torpaq sahəsinin mülkiyyətçisi tikinti zamanı qonşu sahənin sərhədlərini qərəzsiz pozarsa, həmin sahənin mülkiyyətçisi, pozuntu aşkar edilməzdən qabaq və ya aşkar edilən kimi pozucuya etiraz bildirildiyi hallardan başqa, həmin pozuntuya dözməlidir. Buna görə də qanunvericilikdə belə halda sərhədi pozulmuş qonşunun müəyyən pul kompensasiyası alması nəzərdə tutulmuşdur.

53. İşdən müəyyən olunur ki, İddiaçı2 torpaq sahəsi ona bağışlandıqdan 1 ay sonraxx.xx.2023-cü il tarixdə DİN-in 102 qaynar xəttinə müraciət etmişdir. Həmin vaxt isə tikililər artıq mövcud olmuşdur. Bunun əksi isə məhkəmə iclasında sübut edilməmişdir.

54. Bundan başqa, sadalananlardan göründüyü kimi hazırda naturada yerləşmə yerinin ekspert trərfindən müəyyənləşdirilməsi mümkün olmasa da, üçüncü şəxs Ləman Əliyevanın da mübahisəli torpaq sahəsindən istifadə etmək üçün qüvvədə olan müvafiq hüquqmüəyyənedici sənədə malik olduğu cavabdeh tərəfindən mübahisə edilir.

55. İşdə olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli, 32/332/2-16041 saylı mütəxəssis rəyində isə göstərilmişdir ki, “Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 07 mart tarixli 818 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib olunması Qaydaları”na, eləcə də Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 28 aprel tarixli 250 nömrəli Sərəncamı ilə “Dövlət və bələdiyyə mülkiyyətində, habelə xüsusi mülkiyyətdə olan bütün kateqoriyalı torpaqların elektron uçotunun aparılması və xəritələşdirilməsi yolu ilə torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılmasının və rəqəmsal kadastr xəritəsinin tərtib edilməsinin təmin olunmasına dair Tədbirlər Planı” hazırlanmışdır. Mübahisəli ərazidə aparılmış yerquruluşu işləri ilə bağlı əldə edilmiş məlumatlar sistemləşdirildikdən və elektron kadastr məlumat bazasına daxil edildikdən sonra, Abşeron Rayon Məhkəməsi tərəfindən qoyulmuş sualların cavablandırılması mümkün olacaqdır.

56. “Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında” Əsasnaməyə əsasən həmin Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq dövlət reyestrində hüquqların dövlət qeydiyyatının dəqiq və vaxtında aparılmasını, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasını təmin etmək (3.0.8-ci bənd), vətəndaşların qanuni istifadəsindəki yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqların onların mülkiyyətinə verilməsini yerquruluşu işləri aparılmaqla və normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada torpaq istifadəçiliyində mövcud olan uyğunsuzluqlar aradan qaldırılmaqla rəsmiləşdirmək xidmətin vəzifəsidir. Bu hallar qeydiyyat zamanı aşkar olunacağı təqdirdə isə xidmət vəzifələrini yerinə yetirməli və hüquqların dövlət qeydiyyatını torpaq sahəsinin faktiki yerləşmə koordinatlarına uyğun aparmalıdır.

57. Göründüyü kimi, iddiaçıların torpaq sahəsinə dair plan-ölçü sənədində koordinatları göstərilsə də, hazırda mübahisəli ərazidə aparılmış yerquruluşu işləri ilə bağlı əldə edilmiş məlumatlar sistemləşdirilməmiş və elektron kadastr məlumat bazasına daxil edilməmişdir.

58. Məhkəmə kollegiyası hesab edir ki, müvafiq torpaq sahələrinin yeri dəqiq müəyyən edilmədən və uyğunsuzluqlar aradan qaldırılmadan, mövcud mübahisə üzrə cavabdeh və üçüncü şəxsin qanunsuz sahib olmaları barədə hazırda iddiaçı tərəfin mövcud tələbi əsaslı hesab oluna bilməz. Odur ki, birinci instansiya məhkəməsi iddianın təmin edilməsi barədə iş üzrə düzgün nəticəyə gəlməmişdir.

59. Nəzərə almaq lazımdır ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

60. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun 31 yanvar 2006-cı il tarixli qərarı).

61. Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.

62. Həmin Məcəllənin 385.1.2, 385.1.3 və 385.1.4-cü maddələrinə görə, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.

63. Beləliklə məhkəmə kollegiyası iş üzrə müəyyən edilmiş hallara və məhkəmə iclasında tədqiq edilmiş sübutlara əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(012)-448/2024 nömrəli qətnaməsi ləğv edilməli və iş üzrə yeni qətnamə qəbul edilərək, iddia tələbi təmin edilməməlidir.

64. Məhkəmə kollegiyası MPM-in yuxarıda qeyd olunan 119.1-ci maddəsinə əsasən həmçinin hesab edir ki, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan - 50 manat iddiaçılardan tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi:

Apellyasiya şikayəti təmin edilsin. Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(012)-448/2024 nömrəli qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı - Cavabdeh tərəfindən zəbt edilmiş Abşeron rayonunun Saray qəsəbəsi ərazisində yerləşən 718 kvadrat metr torpaq sahəsinin boşaldılması, Cavabdeh ailə üzvləri ilə birlikdə torpaq sahəsindən çıxarılması, həmin torpaq sahəsində qanunsuz inşa edilmiş özbaşına tikililərin cavabdehin hesabına sökülərək torpaq sahəsinin əvvəlki vəziyyətə qaytarılması və məhkəməyə ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq İddiaçı1 ödənilməsi barədə iddia tələbi təmin edilməsin. İş üzrə keçirilmiş məhkəmə tikinti-texniki ekspertizası tədqiqatının dəyəri – 50 (əlli) manat iddiaçılar İddiaçı1 və İddiaçı2 alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemi”ndə yaradılmış elektron kabinet vasitəsilə) verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar