Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1015/2023 21.06.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi, hakimlər X9 və Məmmədova Lətifə Məhyəddin qızından ibarət tərkibdə, Həsənli Ülkər Cabbar qızının katibliyi, İddiaçı1, İddiaçı1 nümayəndəsi Vəkil, Cavabdeh iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı qanunsuz zəbt etdiyi ona məxsus torpaq sahəsindən çıxarılması, həmin torpaq sahəsində tikilmiş tikilinin cavabdehin hesabına sökülməsi, mülkiyyətində olan torpaq sahəsindən istifadə hüquqlarının həyata keçirilməsi, cavabdeh tərəfindən edilən maneçiliyin aradan qaldırılması və müvafiq ekspertiza təyin edilməsi tələbinə dair mülki iş üzrə Qobustan Rayon Məhkəməsinin 28 iyul 2022-ci il tarixli, 2(026)-115/2022 nömrəli qətnaməsindən İddiaçı1 tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında apellyasiya qaydasında baxaraq, MÜƏYYƏN ETDİ Qobustan Rayon Məhkəməsinin 28 iyul 2022-ci il tarixli qətnaməsi ilə (hakim M.Quliyev) iddianın təmin edilməməsi, iddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı qanunsuz zəbt etdiyi ona məxsus torpaq sahəsindən çıxarılması, həmin torpaq sahəsində tikilmiş tikilinin cavabdehin hesabına sökülməsi, mülkiyyətində olan torpaq sahəsindən istifadə hüquqlarının həyata keçirilməsi, cavabdeh tərəfindən edilən maneçiliyin aradan qaldırılması və müvafiq ekspertiza təyin edilməsinə tələbinə dair iddiası əsassız olduğundan rədd edilməsi, iddiaçılar İddiaçı1 və İddiaçı2 50 manat ekspertiza xərci alınıb Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməsi qət edilmişdir. İddiaçı1 qətnamədən apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı qanunsuz zəbt etdiyi ona məxsus torpaq sahəsindən çıxarılması, həmin torpaq sahəsində tikilmiş tikilinin cavabdehin hesabına sökülməsi, Mülkiyyətində olan torpaq sahəsindən istifadə hüquqlarının həyata keçirilməsi, cavabdeh tərəfindən edilən maneçiliyin aradan qaldırılmasına və müvafiq ekspertiza təyin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, hazırda yaşadıqları ev və ona aid həyətyanı torpaq sahəsi SSRİ MSİ-nin 15 iyul 1985-ci il tarixli 366 nömrəli əmri ilə təsdiq edilmiş texniki pasportuna əsasən atası X3 verilmişdir. Həmin ərazidə ev, dəvə damı və s. tikililər tikməklə ailələri orada yaşayır. Atası rəhmətə getsə də digər ailə üzvləri hazırda da orada yaşayır. Cavabdeh tərəfə də eyni vaxtda torpaq sahəsi verilmiş, orda evi və digər tikililər tikməklə yaşayırlar. 2017-ci ilə kimi heç bir mübahisələri olmamışdır. 2017-ci ilin sonunda onlara məxsus dəvə damını sökməklə qanunsuz olaraq orada qaraj və tualet tikmişlər. Mübahisələri də buradan başlamışdır. Cavabdehlə anası və bacıları arasında dəfələrlə mübahisələr olmuş, cavabdeh anasını və bacılarını təhqir edib hədə-qorxu gəldiyindən aidiyyəti qurumlara müraciət edib barəsində cinayət işi qaldırıb cinayət məsuliyyətinə cəlb edilməsini xahiş etsələr də əməlində cinayət tərkibinin olmadığını əsas gətirməklə yalınız inzibati tədbirlər görməklə kifayətlənmişlər. Torpaq mübahisəsi ilə də bağlı dəfələrlə o və anası müxtəlif instansiyalara müraciət etməklə qanunsuzluğun aradan qaldırlması və hüquqlarının bərpa olunmasını xahiş etmişlər. Hər dəfə də müxtəlif məzmunlu cavablar almış və məhkəməyə müraciət etməkləri tövsiyə olunmuşdur. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ İddiaçı Səmədov X5 Rayon Məhkəməsinin 28 iyul 2022-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilərək iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, ədalət mühakiməsinin çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilməsi nəzərdə tutulsa da bu tələb yerinə yetirilməmişdir. Məhkəmə həqiqətə nail olmaq üçün, işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımişərait yaradır. Hər bir tərəf öztələbinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Cavabdeh tərəf toprağın ona məxsus olması ilə bağlı heç bir sübut təqdim etməmişdir. Ekspertiza çəkişmə prinsipinə və bu Məcəllənin müddəalarında nəzərdə tutumuş işdə iştirak edən şəxslərin hüquqlarına riayət olunmaqla keçirilir. Məhkəmə qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və təflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Qobustan Rayon Məhkəməsinin şikayət olunan qətnaməsi iş üzrə müəyyən olunmuş hallara və təflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmamışdır. Məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar tam aydınlaşdırılmamışdır. Göründüyü kimi məhkəmə işə baxarkən işin hallarına uyğun nəticəyə gəlməmişdir. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATİ Məhkəmə kollegiyasının iclasında dindirilən İddiaçı1 apellyasiya şikayətini müdafiə edərək onun təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasında dindirilən İddiaçı1 nümayəndəsi Vəkil apellyasiya şikayətini müdafiə edərək onun təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasında dindirilən Cavabdeh apellyasiya şikayətini qəbul etməyərək onun təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə İddiaçı2nna məlumat verilməsinə baxmayaraq, məhkəmə kollegiyasının iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2. maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. İş materiallarını araşdırıb, məruzəçini və işdə iştirak edən şəxslərin izahatını dinləyib, eləcə də apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə ləğv edilməli və iddia tələbinin rədd edilməsinə dair iş üzrə yeni qətnamə qəbul edilməlidir. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 372.7. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsi iddia tələbinin rədd edilməsini iddia tələbinin əsassız olması ilə əsaslandırmış, lakin mübahisənin qanuni əsasını qətnamədə qeyd etməmişdir. Qeyd edilməlidir ki, iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Avropa Məhkəməsi dəfələrlə qeyd etmişdir ki, istənilən hüquq sistemində norma nə qədər dəqiq tərtib olunsa da, məhkəmə şərhi qaçılmazdır. Anlaşılmayan məqamların izah olunmasına hər zaman ehtiyac olacaq. Müəyyənlik arzuedilən olsa da, bəzən lüzumsuz sərtliklə müşaiyət oluna bilər, halbuki hüquq dəyişən şəraitlə addımlamaq xüsusiyyətinə malik olmalıdır. Müvafiq olaraq bir çox qanunlar qaçılmaz terminlərin istifadəsi ilə tərtib olunmuşlar ki, onlar az və ya çox dərəcədə qeyri-müəyyəndir, onların şərhi və tətbiqi təcrübədən asılıdır. Hüquq müddəasının müxtəlif cür təfsir olunması özü-özlüyündə öncədən görmə tələbinin pozulmasına gətirib çıxarmır. İşlərə baxılarkən məhkəmələrin üzərinə qoyulmuş rol ondan ibarətdir ki, onlar bu cür şübhələri təfsirlə aradan götürsünlər. (Böyük Palatanın CentroEuropa 7 S.R.L. və X10rşı iş üzrə 7 iyun 2012-ci il tarixli Qərarı, §141; X7 və digərləri Polşaya qarşı iş üzrə 17 Fevral 2004-ci il tarixli Qərarı, § 65; X1rşı iş üzrə 20 May 1999-cu il tarixli Qərarı § 34). Maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin (Mülki Prosessual Məcəllənin 386-cı maddəsi). Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır (MPM-nin 385.1.1-ci maddəsi). Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə hüquqi dəyərləndirmə aparmaqla iddia tələbi üzrə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. SSRİ MSİ-nin 15 iyul 1985-ci il tarixli 366 nömrəli əmri ilə təsdiq edilmiş texniki pasportuna əsasən Qobustan rayonunun Dərəkənd kəndində ümumi sahəsi 54,8 kv.m– dən ibarət 2 otaqlı yaşayış evi iddiaçının atası X3 verilməsi işin mübahisəsiz halıdır. Baxılan iş üzrə iddia tələbi qanunsuz zəbt etdiyi ona məxsus torpaq sahəsindən çıxarılması, həmin torpaq sahəsində tikilmiş tikilinin cavabdehin hesabına sökülməsi, mülkiyyətində olan torpaq sahəsindən istifadə hüquqlarının həyata keçirilməsi, cavabdeh tərəfindən edilən maneçiliyin aradan qaldırılması barədədir. İddia tələbinin qanuni əsasını isə Mülki Məcəllənin 157.2-ci maddəsi təşkil edir. Həmin maddənin dizpozisiya şərtlərinə əsasən iddianın təmin olunması üçün iddiaçılar ilk növbədə mübahisəli torpaq sahəsinin onun mülkiyyətində, yaxud qanuni istifadəsində olduğunu sübut etməli, yaxud bu işin mübahisəsiz halı kimi müəyyən olunmalıdır. Yuxarıda qeyd olunduğu kimi iddiaçının mülkiyyətində 0,04 ha torpaq sahəsinin olduğu işin mübahisəsiz halıdır. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər (Mülki Məcəllənin 157.2. maddəsi). Mülki Məcəllənin 157.2-ci maddəsinin dispozisiya şərtinə görə bu cür iddianın təmin olunması üçün üç dispozisiya şərtinin birgə mövcudluğu tələb olunur. Bunun üçün iddiaçı cavabdehin çıxarılmasını tələb etdiyi əmlakın mülkiyyətçisi olduğunu sübut etməli, ikinci iddiaçı tələb edilən anda əmlakın cavabdehin sahibliyində olduğunu sübut etməli, üçüncüsü isə cavabdehin əşyaya sahiblik hüququ qanunsuz olmalıdır. Qanunun mənasına görə mülkiyyətçi öz əmlakının başqasından geri tələb etmək hüququ onun iradəsindən asılı olmayaraq mülkiyyətindən qanunsuz yolla çıxmış əmlakını geri almaq və onun üzərində pozulmuş mülkiyyət hüququnu bərpa etmək imkanı verir. Bu tələb mülkiyyətçinin öz əmlakını qanunsuz və faktiki sahibliyində saxlayan şəxsdən natura şəklində qaytarılması barədə müqavilədənkənar tələbidir Qeyd olunmalıdır ki, hər bir şəxsin mülkiyyətində istənilən daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Mülkiyyət hüququ şəxsin əmlak üzərində istədiyi kimi maneəsiz sahiblik, istifadə və sərəncam vermək hüququnu ehtiva edir. Hər hansı şəxsin mülkiyyətində olan əmlakdan digər bir şəxsin istifadə etməsi yalnız mülkiyyətçinin razılığı və iradə ifadəsi ilə mümkün ola bilər. Əmlakın mülkiyyətçisi olan şəxsin iradəsinə zidd əmlakdan istifadə etmək mülkiyyət hüququna müdaxilə təşkil edir ki, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyinə son qoyularaq, əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 28 iyun 2022-ci il tarixli 10/3821 nömrəli rəyində göstərilir ki, 14 saylı Şamaxı Ərazi İdarəsinin mütəxəssis rəyinə əsasən, Qobustan rayonunun Dərəkənd kəndi ərazisində yerləşən və Cavabdeh tərəfindən hasara alınmış torpaq sahəsinin (qaraj) Cavabdeh istifadəsində olmaqla bələdiyyə mülkiyyətində yerləşdiyi müəyyən edilmişdir. 14 saylı Şamaxı Ərazi İdarəsinin mütəxəssis rəyinə əsasən, Qobustan rayonunun Dərəkənd kəndi ərazisində yerləşən və Cavabdeh tərəfindən tikilmiş mübahisəli qarajın altındakı torpaq sahəsinin iddiaçılar İddiaçı1 və İddiaçı2 məxsus olmadığı müəyyən olunmuşdur. 14 saylı Şamaxı Ərazi İdarəsinin mütəxəssis rəyinə əsasən, Qobustan rayonunun Dərəkənd kəndi ərazisində yerləşən və Cavabdeh tərəfindən tikilmiş mübahisəli qarajın Cavabdeh hasarı daxilində olmaqla bələdiyyə mülkiyyətinə aid torpaq sahəsində yerləşdiyi müəyyən edilmişdir. 14 saylı Şamaxı Ərazi İdarəsinin mütəxəssis rəyinə əsasən qeyd olunur ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 ilə Cavabdeh naturada faktiki istifadə etdikləri torpaq sahələrinin koordinatları müəyyən edildi. Həmçinin qeyd olunur ki, elektron baza məlumatlarına əsasən JN-044A nömrəli şəhadətnamə ilə İddiaçı2 və ailə üzvlərinin mülkiyyətinə 0.04 ha, JN-009A nömrəli şəhadətnamə ilə Cavabdeh ailə üzvlərinin mülkiyyətinə isə 0,11 ha torpaq sahəsi verilmişdir. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, iddiaçıların ərizəsində qeyd etdiyi hallar iş materialları ilə təkzib olunduğundan, eləcə də iddiaçıların öz əmlakından istifadəsinə maneə və ona məxsus torpaq sahəsinin cavabdehin qanunsuz sahibliyində olmadığından, iddia tələbləri təmin edilə bilməz. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun 31 yanvar 2006-cı il tarixli qərarı). Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayəti qismən təmin edilməli, Qobustan Rayon Məhkəməsinin 28 iyul 2022-ci il tarixli qətnaməsi ləğv edilməli, iddia tələbinin rədd edilməsinə dair yeni qətnamə qəbul edilməlidir. Azərbaycan Respublikası MPM-nin 384.0.2. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyətli olan bütün faktiki halların araşdırılmaması, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin əhəmiyyətli olan hallarının sübut edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrin işin faktiki hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır (Azərbaycan Respublikası MPM-nin 385.1.1., 385.1.2., 385.1.3., 385.1.4 maddələri). Bununla yanaşı, məhkəmə kollegiyası həmçinin hesab edir ki, keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat İddiaçı1 alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci, SAP (XİİS) hesabı, X4, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, Hesab AZ34CTRE********************) hesabına keçirilməlidir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. (MPM-nin 119.1. maddəsi). Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 385.1.1., 385.1.2., 385.1.3., 385.1.4, 392, 393 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ İddiaçı1 apellyasiya şikayəti qismən təmin edilsin. Qobustan Rayon Məhkəməsinin 28 iyul 2022-ci il tarixli qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı qanunsuz zəbt etdiyi ona məxsus torpaq sahəsindən çıxarılması, həmin torpaq sahəsində tikilmiş tikilinin cavabdehin hesabına sökülməsi, mülkiyyətində olan torpaq sahəsindən istifadə hüquqlarının həyata keçirilməsi, cavabdeh tərəfindən edilən maneçiliyin aradan qaldırılması və müvafiq ekspertiza təyin edilməsi barədə iddia tələbi rədd edilsin. İddiaçı1 iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olaraq 50 (əlli) manat alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci, SAP (XİİS) hesabı, X4, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, Hesab AZ34CTRE********************) hesabına keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Qətnamədən kassasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(105)-1015/2023
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1015/2023
21.06.2023 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması - Sair mülki iş - Torpaq mübahisələri - Qanunsuz tikilinin sökülməsi - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver