Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 2(012)-1614/2021 18.03.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Elçin Məmməd oğlunun sədrliyi, Yunuslu Elvin Kamil oğlunun katibliyi, İddiaçı, Cavabdeh nümayəndəsi, vəkil X1 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı mənzildən istifadə hüququnun olmayan hesab edilməsi və mənzilin boşaldılması tələbinə dair mülki işə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: İddiaçı Cavabdeh qarşı mənzildən istifadə hüququnun olmayan hesab edilməsi və mənzilin boşaldılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə baxışı zamanı İddiaçı yazılı vəsatət təqdim edərək izahatında bildirdi ki, onun Cavabdeh qarşı mənzildən istifadə hüququnun olmayan hesab edilməsi və mənzilin boşaldılması tələbinə dair mülki iş hakim Elçin Kazımovun icraatındadır. Eyni zamanda, Cavabdeh ona qarşı mənzilə müvəqqəti istifadə hüququnun tanınması tələbi ilə Abşeron Rayon Məhkəməsinə müraciət etmiş və həmin mülki iş hazırda məhkəmənin digər hakimi Elman Məmmədovun icraatındadır. Həmin işlər bir-biri ilə əlaqədardır. Odur ki, hazırki mülki işin hakim Elman Məmmədovun icraatında olan 2(012)-1594/2021 saylı mülki işlə bir icraatda birləşdirilərək, eyni icraatda baxılması barədə qərardad qəbul edilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi, vəkil X2 mülki işlərin eyni icraatda birləşdirilməsinə etiraz etmədiyini bildirdi. İşdə iştirak edən şəxslərin izahatlarını dinləyib, ərizəni və iş materallarını araşdıraraq məhkəmə hesab edir ki, hər iki iş üzrə tərəflər eyni olduğu və mübahisə predmetləri arasında bağlılıq olduğu üçün məhkəmə işlərin birləşdirilməsini məqsədəmüvafiq hesab edir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 169.3-cü maddəsinə əsasən hakim həmin məhkəmənin icraatında eyni tərəflərin iştirak etdiyi eyni növlü bir neçə işin, yaxud bir iddiaçının müxtəlif cavabdehlərə, yaxud müxtəlif iddiaçıların eyni cavabdehə iddiaları üzrə bir neçə işin olduğunu müəyyən etdikdə, bu işlərin birləşdirilməsini məqsədəmüvafiq hesab edərsə, onları baxılmaq üçün bir icraatda birləşdirməyə haqlıdır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264 və 266-268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçı Cavabdeh qarşı mənzildən istifadə hüququnun olmayan hesab edilməsi və mənzilin boşaldılması tələbinə dair 2(012)-1614/2021 saylı mülki iş, iddiaçı Cavabdeh İddiaçı qarşı yaşayış sahəsinə istifadə hüququnun müəyyən müddətə saxlanılması tələbinə dair 2(012)-1594/2021 saylı mülki işlə birləşdirilsin. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: E.Kazımov
Məhkəmə qərarları › İş №2(012)-1614/2021
Abşeron Rayon Məhkəməsi Qərardad — İş №2(012)-1614/2021
18.03.2021 · Mənzil mübahisələri - Mənzildən çıxarılma - Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver