Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-1617/2022 07.04.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Məlahət Aslan qızının sədrliyi, Əliyeva Afaq Əkbər qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə 07 aprel 2022-ci il tarixdə, Xırdalan şəhərində, məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək, Cavabdeh 20000 manat və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 150 manat məbləğində pulun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh uzun müddətdir ki, tanış və dost olmuşlar. Məktəbdə bir sinifdə oxumuşlar. Cavabdeh işi ilə əlaqədar ondan pul istəmişdir. Onda isə həmin vaxt pul yox idi. Lakin cavabdeh çox israr edəndən sonra o, məcbur olub başqa dostundan alaraq cavabdehə 20000 manat pul vermişdir. O, pulu alaraq qəbz yazmışdır ki, həmin pulu 25 yanvar 2021-ci il tarixdə qaytarmaq barədə üzərinə öhdəlik götürür. Lakin həmin tarixdən çox vaxt keçməsinə baxmayaraq cavabdeh ona olan borcunu qaytarmamışdır. Buna görə də məcbur olub məhkəməyə müraciət etmişdir və iddia təmin olunmalıdır. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edib iddia ərizəsinin məzmununa uyğun izahat verdi. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etmədiyini, 20000 manat borc almadığını, iddiaçıdan 20000 manatlıq mal aldığını, malları qaytaracağını, borc barədə qəbzi məcburi imzaladığını bildirmişdir. O, məhkəməyə ərizə yazaraq, iş materiallarında olan borc barədə tərtib edilmiş qəbzdəki imzanın ona məxsus olduğunu göstərmişdir. Məhkəmə tərəflərin izahatlarını və şahid ifadəsini dinləyib, iş materiallarını araşdırıb, sübutlara qiymət verərək hesab edir ki, iddia aşağıdakı əsaslara görə təmin edilməlidir. Mülki işin materiallarında olan 15 yanvar 2021-ci il tarixli qəbzdən (sadə yazılı) görünür ki, Cavabdeh şəxsi ehtiyaclarının ödənilməsi üçün İddiaçı 20000 manat borc almışdır və onu 25 yanvar 2021-ci ildə qaytaracaqdır. İşdə olan Cavabdeh 10 mart 2022-ci il tarixli ərizəsindən görünür ki, o, borc barədə qəbzdəki imzanın ona məxsus olduğunu etiraf edir. Məhkəmə iclasında şahid X1 bildirdi ki, cavabdeh onun dayısıdır. İddiaçı ilə dayısı sinif yoldaşı olublar. Tehran adlı şəxs dayısına demişdir ki, ona dəmir drel lazımdır. Dayısı isə bu mallar özündə olmadığı üçün onu İlhama yönləndirib. Birinci dəfə 400 drel alınıb. İkinci dəfəki əməliyyatda isə dayısı iştirak etməyib. İşin məhkəmə tərəfindən araşdırılan hallarından müəyyən olunur ki, tərəflər arasında mal alış-verişi ilə bağlı münasibətlər olmuş, cavabdeh iddiaçıdan müəyyən mallar almış və ona 20000 manat borcu yaranmışdır. Bu borcun olmasını Cavabdeh etiraf etmişdir. Borcun olması barədə tərəflər arasında 15.01.2021-ci il tarixdə qəbz tərtib edilmiş və imzalanmışdır. Cavabdeh borcunu 25.01.2021-ci ildə qaytaracağı barədə iddiaçı qarşısında öhdəlik götürmüş, lakin onu icra etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 882.1-ci maddəsinə əsasən borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək hesab edir ki, iddia əsaslı olduğu üçün təmin edilməli, Cavabdeh 20000 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilməlidir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən dövlət rüsumu üçün ödənilmiş 150 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 20000 manat və dövlət rüsumu üçün 150 manat məbləğində pul vəsaiti alınaraq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Məlahət Abbasova
Məhkəmə qərarları › İş №2(012)-1617/2022
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-1617/2022
07.04.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver