Məhkəmə qərarları › İş №2(012)-1620/2023

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-1620/2023

14.03.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-1620/2023 14.03.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron rayon məhkəməsi, Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Abiyev Elnur Elman oğlunun katibliyi, İddiaçı və Cavabdeh nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı aliment miqdarının artırılması tələbinə dair mülki işə 14 mart 2023-cü il tarixdə Xırdalan şəhərində, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : İddiaçı Cavabdeh qarşı aliment miqdarının artırılması tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək, iddia tələbinin təmin olunması, cavabdeh X5 X1 minimal aylıq xərclərinin ödənilməsi üçün 220 manat aliment müəyyən edilməklə, alimentin ümumi məbləğinin artırılaraq 220 manat müəyyən edilməsi və mediasiya üçün ödənilmiş xərcin 25 manatının cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbi onunla əsaslandırılmışdır ki, Şirvan şəhər Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(032)-1095/2017 saylı qətnaməsi ilə iddiaçı Cavabdeh İddiaçı ilə olan nikahının pozulması, birgə nikahdan xx.xx.2016-cı ildə anadan olmuş X2 anası İddiaçı yanında qalması, 10 aprel 2016-cı il tarixdən başlayaraq xx.xx.2016-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay 136 manat 60 qəpik sabit pul məbləğində aliment alınaraq cavabdeh İddiaçı verilməsi qət edilmişdir. Abşeron rayon Məhkəməsinin 19 mart 2019-ci il tarixli 2(012)-1566/2019 saylı qətnaməsi ilə Şirvan şəhər Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(032)-1095/2017 saylı qətnaməsində müəyyən edilmiş alimentin miqdarı dəyişdirilərək xx.xx.2016-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanılması üçün cavabdeh X5 hər ay 160 manat sabit pul məbləği aliment tutularaq, İddiaçı verilməsi qət edilmişdir. Abşeron rayon Məhkəməsinin 19 mart 2021-ci il tarixli 2(012)-2104/2021 qətnaməsi ilə Abşeron rayon Məhkəməsinin 19 mart 2019-cu il tarixli 2(012)-1566/2019 saylı qətnaməsində müəyyən edilmiş alimentin miqdarı dəyişdirilərək xx.xx.2016-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanılması üçün Cavabdeh hər ay 175 manat sabit pul məbləğində aliment tutularaq, İddiaçı verilməsi qət edilmişdir. Hal-hazırda Abşeron rayon Məhkəməsi tərəfindən qətnamədə qeyd olunmuş aliment məbləği uşağın heç bir tələbatının ödənilməsinə yetmir. Uşaq orta məktəbdə təhsil alır və ona görə də məsrəfləri yetərincə artmışdır. Qətnamə üzrə qət edilən məbləğ bir məktəbli uşağın tədris ləvazimatlarının alınmasına, geyim, çanta, iş dəftəri, həmçinin uşağın saxlanılması xərclərinə yetmir. Uşağın bütün qayğı və ehtiyaclarını tamamilə özü çəkir. Böyüdükcə uşaqda atasına qarşı ehtiyac və tələbat artsa da atası ona qarşı heç bir diqqət, qayğı və nəvaziş göstərmir. Uşağın təlim-tərbiyəsi ilə məşğul olmaqla yanaşı, həm də maddi tələbatlarını ödəmək tək qadın kimi ona çox ağır gəlir. Buna görə də “aliment məbləğinin artırılması” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdeh etiraz ərizəsi ilə məhkəməyə müraciət edərək iddianı qəbul etməməsini, ərizəsində göstərdiklərini, əlavə etdiyi sənədləri, sadaladığı qanunvericilik toplusunu nəzərə alaraq alimentin həcminin artırılmasının təmin olunmaması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Etiraz ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdeh iddia ərizəsinin surətini alıb tanış olmuşdur və iddianı qəbul etmir. Onun İddiaçı ilə 25 aprel 2017-ci il tarixdə 2(032)- 1095/2017 saylı qətnamə ilə nikahı pozulmuşdur. 04 fevral 2016-cı il tarixdə anadan olmuş X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün 136 manat sabit pul məbləğində aliment alınaraq İddiaçı verilməsi qət edilmişdir. Bundan bir neçə il sonra 19 mart 2019-cu il tarixli 2(012)-1566/2019 saylı qətnaməsi ilə alimentin miqdarı dəyişdirilərək 160 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilməsi qət edilmişdir. Bununla kifayətlənməyən İddiaçı yenidən 19 mart 2021-ci il tarixli 2(012)-2104/2021 saylı qətnamə ilə alimentin miqdarının dəyişdirilərək hər ay 173 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilməsi qət edilmişdir. Həmin alimentdən kifayətlənməyən X7 təkrar alimentin miqdarının artırılıb ondan 220 manat tutularaq İddiaçı alimentin verilməsi barədə məhkəmədə iddia qaldırmışdır. Cavabdeh hal-hazırda heç bir yerdə işləmir, başqa yerdən maddi gəliri yoxdur. 173 manat alimenti o, ürək xəstəsi olan atasının köməkliyi ilə düzəldib verir. Halhazırda işləmədiyinə görə maddi cəhətdən çox çətinlik çəkir. Həmçinin o, 23 iyul 2018-ci il tarixdə X6 ilə ailə qurmuş, birgə nikahdan 04 iyul 2020-ci il tarixdə X10 adlı bir uşaqları da anadan olmuşdur. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edib, iddia ərizəsində yazılanlara uyğun izahat verərək, iddianın təmin edilməsini xahiş etdi. Bildirdi ki, o, hal-hazırda işləmir, aliment ilə yalnız övladının təhsil xərclərini ödəyir, qardaşı ona maddi dəstək olur, lakin qardaşı öz ailəsinin ehtiyaclarını da ödəməlidir, cavabdeh alimenti vaxtı-vaxtında ödəyir. Cavabdehin nümayəndəsi Nümayəndə məhkəmə iclasında iddiaya etiraz edərək, etiraz ərizəsinə uyğun izahat verdi və alimentin həcminin artırılmasının təmin olunmaması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını mülki iş materialları ilə birgə tədqiq edərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, birgə nikahdan olan X9 04 fevral 2016-cı ildə anadan olmuşdur. İş materiallarında olan Şirvan şəhər Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(032)- 1095/2017 saylı qətnaməsindən görünür ki, iddiaçı Cavabdeh İddiaçı ilə olan nikahının pozulması, birgə nikahdan xx.xx.2016-cı ildə anadan olmuş X2 anası İddiaçı yanında qalması, 10 aprel 2016-cı il tarixdən başlayaraq xx.xx.2016-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay 136 manat 60 qəpik sabit pul məbləğində aliment alınaraq cavabdeh İddiaçı verilməsi qət edilmişdir. İş materiallarında olan Şirvan şəhər Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(032)- 1095/2017 saylı qərardadından görünür ki, iş üzrə çıxarılmış Şirvan şəhər Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(032)-1095/2017 saylı qətnaməsinin qət etdi hissəsində “10 aprel 2016-cı il” əvəzinə “10 aprel 2017-ci il” göstərilməklə buraxılmış yanlışlığın düzəldilməsi qərara alınmışdır. İş materiallarında olan doğum haqqında şəhadətnamənin və şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X10 xx.xx.2020-ci il tarixdə Bakı şəhərində doğulmuşdur, atası Cavabdeh, anası X3r. İş materiallarında olan Şirvan şəhər İcra Hakimiyyəti Başçısının 1 X19 Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 1105 №-li arayışdan görünür ki, Cavabdeh ünvan 1 ünvanında qeydiyyatdadır və yaşayır. Nümayəndəlikdə olan məlumata əsasən ailə tərkibi aşağıdakı kimidir: 1. 1997-ci il təvəllüdlü X8 – həyat yoldaşı;

2. 2020-ci il təvəllüdlü X10 – oğlu. İş materiallarına əlavə olunan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sistemindən çıxarılmış Məşğulluq haqqında arayışdan görünür ki, Cavabdeh xx.xx.2020-ci il tarixdə Şirvan rayon X4 (işi və qazancı olmayan şəxs) kimi müraciət etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin 2-ci hissəsinə görə uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının qanununun 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların manafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdır. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunun 19-cu maddəsinə əsasən uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi təlabatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizə edilməsi valideynlərin vəzifələridir. “Uşaq hüquqları haqqında” Konvensiyanın 27-ci maddəsinə əsasən hər bir uşaq özünün fiziki, əqli, mənəvi, əxlaqi və sosial inkişafı üçün lazımi həyat səviyyəsi hüququna malikdir. Lazımi həyat səviyyəsinin təmin edilməsi üçün əsas məsuliyyəti valideyinlər daşıyır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 233.4-cü maddəsinə əsasən cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər övladlarını saxlamağa borcludurlar. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətə layiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 112-ci maddəsinə görə aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi üzrə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad ola bilər. "Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında" Azərbaycan Respublikası Qanununa əsasən 2023-cü il üçün yaşayış minimumu uşaqlara görə 220 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə tərəfindən işin araşdırılan hallarından müəyyən edilir ki, iddiaçı təyin edilmiş aliment məbləğinin hazırda azyaşlının saxlanması üçün kifayət etmədiyini iddia edir. Azyaşlı uşaq hazırda iddiaçının himayəsindədir və maddi ehtiyacları artmaqdadır. Məhkəmə işdə olan sübutlara məcmu halda qiymət verərək belə nəticəyə gəlir ki, cavabdehdən hər ay 175 (yüz yetmiş beş) manat sabit pul məbləğində alimentin tutulması haqqında Abşeron rayon Məhkəməsinin qətnaməsinin qəbul edilməsindən 2 ildən çox müddət keçdiyindən, ödəmələrin miqdarını müəyyənləşdirən hallar artıq dəyişmişdir və alimentin ödənilməsinin əvvəlki qaydada davam etməsi uşağın əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanması üçün yetərli deyildir. Ona görə də, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, Abşeron rayon Məhkəməsinin 19 mart 2021-ci il tarixli 2(012)-2104/2021 qətnaməsi ilə Cavabdeh 04 fevral 2016-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 175 (yüz yetmiş beş) manat sabit pul məbləğində aliment artırılaraq, hər ay 220 manat sabit pul məbləğində aliment müəyyən edilməli, Cavabdeh tutularaq İddiaçı verilməli və alimentin tutulmasının əvvəli bu qətnamə qanuni qüvvəyə minən vaxtdan hesablanmalıdır.İddiaya etirazın əsaslarına hüquqi qiymət verərək məhkəmə qeyd edir ki, etirazın əsasları iddianın təmin edilməsi üçün əsas ola bilməz. Azərbaycan Respublikası Mülki – Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinə əsasən iddianın qiyməti aliment alınması haqqındakı iddialarda—bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən, aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Həmçinin, məhkəmə hesab edir ki, iddiaçının ödəməkdən azad edildiyi 43.16 manat məbləğində dövlət rüsumuna görə pul dövlət nəfinə və mediasiya üçün ödənilmiş 50 manat məbləğində pulun iddiaçı tərəfindən tələb olunmuş 25 manatı cavabdehdən tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki - Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddia təmin edilsin. Abşeron rayon Məhkəməsinin 19 mart 2021-ci il tarixli 2(012)-2104/2021 qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləği artırılsın. 04 fevral 2016-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 220 manat məbləğində aliment Cavabdeh tutularaq İddiaçı verilsin. Alimentin tutulmasının əvvəli bu qətnamə qanuni qüvvəyə minən gündən hesablansın. Cavabdeh 43.16 manat dövlət rüsumuna görə pul dövlət nəfinə və mediasiya üçün ödənmiş olan 25 manatı tutulsun. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə ondan Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim: Cəmilə Səfiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar