Məhkəmə qərarları › İş №2(012)-1622/2025

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-1622/2025

18.04.2025 · Müqavilələrin ləğv edilməsi - Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-1622/2025 18.04.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Mirhəsənli Mirnəsir Mirfazil oğlunun sədrliyi, Teymurov Ayaz Yunus oğlunun katibliyi ilə, İddiaçı Azərbaycan Respublı̇ kası Qaçqınların və Məcburı̇ Köçkünlərı̇ n İ̇şləri üzrə Dövlət Komı̇ təsi Mənzı̇ l İ̇stı̇ smar Departamentinin cavabdehlər Həsənqulı̇ yev Cavı̇ d Şahzadə oğlu və Cavabdeh2 Şahı̇ n qızına qarşı "xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinin ləğv edilməsi və mənzildən çıxarılması" tələbi barədə iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Azərbaycan Respublı̇ kası Qaçqınların və Məcburı̇ Köçkünlərı̇ n İ̇şləri üzrə Dövlət Komı̇ təsi Mənzı̇ l İ̇stı̇ smar Departamentinin cavabdehlər Həsənqulı̇ yev Cavı̇ d Şahzadə oğlu və Cavabdeh2 Şahı̇ n qızına qarşı "xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinin ləğv edilməsi və mənzildən çıxarılması" tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müvəqqəti istifadələrinə verilmiş Abşeron rayonu, Masazır qəsəbəsi, Yeni Bakı yaşayış kompleksi, 11 saylı binanın 41 nömrəli mənzilinə dair 05 sentyabr 2019-cu il tarixli “11/41” nömrəli “xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinin” ləğv edilməsi və cavabdehlər Cavabdeh1 və Cavabdeh2 “11/41” nömrəli mənzildən çıxarılmaları və “11/41” nömrəli mənzilin boşaldılaraq komitənin Mənzil İstismar Departamentinə təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi bununla əsaslandırılmışdır ki, iddiaçı Azərbaycan Respublikası Qaçqınların və X3 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı "xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi"nin ləğv edilməsi və mənzildən çıxarılması" tələbi ilə bağlı iddiaçı bildirir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 24 fevral tarixli 65 nömrəli qərarı ilə "Məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrinin verilməsi Qaydası" təsdiq edilmişdir. Bu Qayda məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrinin verilməsi qaydasını müəyyən edir. Məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələri qismində məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə qəbul edilmiş Azərbaycan Respublikası Prezidentinin fərmanlarına, sərancamlarına və dövlət proqramlarına əsasən tikilərək, həmçinin dövlət vəsaiti hesabına məcburi köçkünlərin müvəqqəti yaşaması üçün alınaraq xüsusi təyinatlı mənzil fonduna daxil edilmiş yaşayış sahələri istifadə edilir. Həmin yaşayış sahələrinin verilməsi Azərbaycan Respublikası Qaçqınların və X3 üzrə Dövlət Komitəsinin (bundan sonra — Komitə) qərarı ilə həyata keçirilir. Komitə Nazirlər Kabinetinin 65 saylı Qərarı ilə təsdiq olunmuş Qaydalara əsaslanaraq buna daha çox ehtiyacı olan, ağır, qəzalı şəraitdə məskunlaşmış məcburi köçkünlərə yaşayış sahələrinin müvəqqəti verilməsini həyata keçirir. Əlavə olaraq bildirilir ki, Komitə məcburi köçkünlərin müvəqqəti istifadəsinə verilmiş qəsəbələrdəki yaşayış sahələrinin təyinatı üzrə istifadə edilməsinə xüsusi diqqət yetirməklə, daim nəzarətdə saxlayır. Son dövrlərdə aparılmış araşdırmalar nəticəsində müəyyən edilmişdir ki, bəzi məcburi köçkünlər onlara verilmiş yaşayış sahələrindən təyinatı üzrə istifadə etmirlər, mənzilləri kirayə verirlər, yaxud ümumiyyətlə həmin mənzillərdən istifadə etmirlər. Belə ki, Azərbaycan Respublikası Qaçqınların və X3 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinin 05 senyabr 2019-cu il tarixli "11/41” nömrəli "Xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinə” əsasən, Xocavənd rayonundan məcburi köçkünlər Cavabdeh1 və Cavabdeh2 qaydanın tələbinə uyğun olaraq Dövlət Proqramı çərçivəsində Abşeron rayonu, Masazır qəsəbəsi ərazisində məcburi köçkünlər üçün inşa edilmiş Yeni Bakı yaşayış kompleksində 11 saylı binada 41 nömrəli 3 otaqlı mənzil ilə təmin edilmişdir. Daha sonra Abşeron rayon Mənzil Kommunal İstismar sahəsinin rəisi ilə birlikdə aparılan araşdırma zamanı Cavabdeh1 və Cavabdeh2 41 nömrəli mənzildə yaşamadığı və mənzilin istifadəsiz qaldığı müəyyən edilmişdir, sahə rəisi tərəfindən Cavabdeh1 və ailə üzvlərinə 41 nömrəli mənzildə yaşayışlarını bərpa etmədikləri halda onlarla bağlanılmış kirayə müqaviləsinin ləğv edilməsi barədə məhkəməyə müraciət edilməsi barədə cavabdehləri xəbərdar etsə də, nəticəsi olmamışdır. Göstərilənlərə əsasən iddia təmin edilməlidir. Məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərin lazımi qaydada məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasında iştirak etməmişlər, səbəbləri barədə isə heç bir məlumat verməmişdirlər. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İştirak etdiyi məhkəmə iclasında iddiaçı Mənzil İstismar Departamentinin nümayəndəsi Nümayəndə iddianı müdafiə edərək, onun təmin olunmasını xahiş etmişdir. Əlavə olaraq bildirdi ki, cavabdehin Zəngilan rayonunda işlədiyini bilməmişdirlər. İştirak etdiyi məhkəmə iclasında cavabdeh Həsənqulı̇ yev Cavı̇ d Şahzadə oğlunun vəkili və nümayəndəsi Vəkil iddia tələbini qəbul etmədiklərini bildirərək, iddianın rədd olunmasını xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, cavabdeh Həsənqulı̇ yev Cavı̇ d Şahzadə oğlu Zəngilan rayonunda rəsmi olaraq işləyir. Zəngilanda olduğu müddət ərzində ailəsini atasının yanına aparıb qoyur, bu onların adətindən irəli gələn haldır. Lakin nə vaxt ki, Zəngilandan gəlir, yenə də öz ailəsi ilə onlara məxsus mənzildə qalır. Çunki onların bütün əşyaları ordadır. Uşaqlar da eyni məktəbə gedirlər, yəni evdə qalmasa idilər uşaqlar fərqli yerdə oxuyardı. Evi heç kimə kirayəyə verməyiblər. Onlara iddiaçı tərəfindən heç bir bildiriş verilməmişdir, nə də zəng olunmamışdır. Cavabdehin başqa yaşayış yeri də yoxdur və mənzilində 24 saat qalmaq öhdəliyi də yoxdur. Yaşadıqları müddətdə müvafiq kommunal ödənişləri də ediblər. Mülki-Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir Məhkəmə proses iştirakçılarını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdırıb, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan xüsusi təyinatlı yaşayış sahəsinin 11/41 saylı, xx.xx.2019-cu il tarixli kirayə müqaviləsinin surətindən görünür ki, məcburi köçkün olan Həsənqulı̇ yev Cavı̇ d Şahzadə oğlu, Cavabdeh2 Şahı̇ n qızı və onların övladları X1 və Həsənquliyev X4 Proqramı çərçivəsində Abşeron rayonu, Masazır qəsəbəsi, 11 nömrəli binanın, 41 nömrəli mənzildə yerləşən, ümumi sahəsi 91,96 kv.metrdən ibarət 3 otaqlı yaşayış sahəsi ilə təmin edilmişdir. İş materiallarında olan Azərbaycan Respublı̇ kası Qaçqınların və Məcburı̇ Köçkünlərı̇ n İ̇şləri üzrə Dövlət Komı̇ təsi Mənzı̇ l İ̇stı̇ smar Departamentinin Masazır Mənzil Kommunal İstismar Sahəsi tərəfindən tərtib olunmuş xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixli xəbərdarlıqlardan görünür ki, ünvan 1 ünvanına dəfələrlə baxış keçirilmiş, lakin ünvanda yaşayış olmadığı müəyyən edilmişdir. Tərəfə bildirilmişdir ki, qısa müddət ərzində mənzildə yaşayış təmin edilməzsə, Qaçqınların və Məcburı̇ Köçkünlərı̇ n İ̇şləri üzrə Dövlət Komı̇ təsi tərəfindən müqavilənin ləğv olunması ilə bağlı məhkəməyə müraciət olunacaq. İşdə olan MKİS-in sahə nəzarətçiləri Elçin Yaqubov və Rüstəm Rüstəmov həmçinin, mühəndis Əhməd Abdullayev tərəfindən tərtib olunmuş xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixli aktlardan görünür ki, ünvan 1 ünvanına dəfələrlə baxış keçirilmiş, lakin ünvanda yaşayış olmadığı müəyyən olunaraq aktlaşdırlmışdır. İşdə olan “Azəriqaz” İstehsalat Birliyi tərəfindən müxtəlif vaxtlarda tərtib olunmuş bildiriş xəbərdarlıqlardan görünür ki, Cavabdeh1 xx.xx.2024-cü il tarixdə qazdan istifadəyə görə ödəniş etmişdir. “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemindən görünür ki, cavabdeh Həsənqulı̇ yev Cavı̇ d Şahzadə oğlu "xxxx" Açıq Səhmdar Cəmiyyətində inşaat fəhləsi vəzifəsində çalışaraq, aylıq əmək haqqısı 600 manat təşkil edir. “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemindən görünür ki, cavabdehlərin adına daşınmaz əmlak mövcud deyildir. İş materiallarından görünür ki, mübahisəli yaşayış sahəsi xüsusi təyinatlıdır və məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fonduna aiddir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 6.0.2-ci maddəsinə görə xüsusi mənzil fonduna daxil olan yaşayış sahələrindən istifadə edilməsilə bağlı münasibətlər mənzil qanunvericiliyi ilə tənzimlənir. Həmin Məcəllənin 17.3.2.-ci maddəsinə görə xüsusi təyinatlı mənzil fondu – bu Məcəllənin X fəslinin qaydalarına uyğun olaraq verilən ayrı-ayrı kateqoriyalardan olan vətəndaşların yaşaması üçün nəzərdə tutulmuş dövlət və bələdiyyə mənzil fondlarının yaşayış sahələrinin məcmusudur. Həmin Məcəllənin 91.1.5-ci maddəsinə görə məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələri xüsusi təyinatlı mənzil fondunun yaşayış sahələrinə aiddir. Həmin Məcəllənin 91.3-cü maddəsinə əsasən xüsusi təyinatlı yaşayış sahələri özgəninkiləşdirilə, icarəyə və kirayəyə verilə bilməz. Həmin Məcəllənin 99.4-cü maddəsinə əsasən xüsusi təyinatlı yaşayış sahəsinin kirayəçisi kirayəyə götürülmüş yaşayış sahəsini dəyişdirə, habelə digər şəxslərin istifadəsinə verə bilməz. Həmin Məcəllənin 98.1-ci maddəsinə görə ayrı-ayrı kateqoriyalardan olan vətəndaşların sosial müdafiəsi üçün əvəzsiz istifadə müqavilələri əsasında verilən yaşayış sahələri istisna olmaqla, xüsusi təyinatlı yaşayış sahələri onların mülkiyyətçilərinin (mülkiyyətçilərin adından çıxış edən səlahiyyətli dövlət orqanı və ya bələdiyyələrin) və ya onların səlahiyyətli şəxslərinin qərarları ilə xüsusi təyinatlı yaşayış sahələrinin kirayə müqavilələri əsasında verilir. Həmin Məcəllənin 98.2-ci maddəsinə görə xüsusi təyinatlı yaşayış sahələri bu Məcəllədə müəyyən edilmiş əsaslarla müvafiq yaşayış məntəqəsində yaşayış sahəsi ilə təmin olunmayan vətəndaşlara verilir. Həmin Məcəllənin 99.1-ci maddəsinin tələbinə əsasən xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinə görə bir tərəf xüsusi təyinatlı yaşayış sahəsinin mülkiyyətçisi (mülkiyyətçinin adından çıxış edən səlahiyyətli dövlət və ya bələdiyyə orqanı) və ya onun səlahiyyətli şəxsi (kirayəyə verən) həmin yaşayış sahəsini haqqı ödənilməklə müvəqqəti yaşamaq üçün digər tərəfə - vətəndaşın (kirayəçinin) sahibliyinə və istifadəsinə verir. Həmin Məcəllənin 99.6-cı maddəsinə görə xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsində kirayəçinin ailə üzvləri göstərilir. Həmin Məcəllənin 100.3-cü maddəsinə görə kirayəçi və onunla birgə yaşayan ailə üzvləri tərəfindən xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi üzrə vəzifələr yerinə yetirilmədikdə, habelə bu Məcəllənin 82-ci maddəsində nəzərdə tutulmuş digər hallarda xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi kirayəyə verənin tələbi ilə məhkəmə qaydasında ləğv edilə bilər. Həmin Məcəllənin 102.1-ci maddəsinə əsasən xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqavilələri ləğv edildikdə və ya onlara xitam verildikdə, vətəndaşlar həmin müqavilələr əsasında kirayəyə götürdükləri yaşayış sahələrini boşaltmalıdır. Həmin yaşayış sahələrini boşaltmaqdan imtina edildikdə, bu Məcəllənin 101.2-ci və 102.2-ci maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, vətəndaşlar başqa yaşayış sahəsi verilmədən məhkəmə qaydasında yaşayış sahəsindən çıxarılır. “Məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrinin verilməsi Qaydasının 3.2-ci bəndinə görə məcburi köçkünlər müvəqqəti istifadəsinə verilmiş yaşayış sahələrindən onlarla bağlanılmış kirayə müqaviləsində göstərilən şərtlərə uyğun olaraq istifadə etməlidirlər. Bu şərtlərə əməl edilməməsi bu Qaydanın 3.3-3.7-ci bəndlərinə əsasən kirayə müqaviləsinin pozulmasına səbəb olur. Həmin Qaydanın 3.3-cü bəndinə əsasən məcburi köçkünlərin onların müvəqqəti istifadəsinə verilmiş yaşayış sahəsini satmaq, bağışlamaq, başqasının istifadəsinə vermək, kirayəyə vermək, özbaşına dəyişmək, girov qovmaqla və digər vasitələrlə evləri özqəninkiləşdirmək və başqasını həmin evə köçürmək hüququ yoxdur. Həmin Qaydanın 3.4-cü bəndinə əsasən məcburi köçkünlər onların müvəqqəti istifadəsinə verilmiş yaşayış sahəsinə qayğı ilə yanaşmalı, həmin evdən yalnız yaşayış məqsədi ilə istifadə etməli, layihədə nəzərdə tutulmayan heç bir tikinti işlərinə yol verməməli və ümumi birgəyaşayış qaydalarına əməl etməlidirlər. Həmin Qaydanın 3.5-ci bəndinə əsasən məcburi köçkünlər onların müvəqqəti istifadəsinə verilmiş yaşayış sahəsindən kommersiya məqsədləri, habelə qanunvericiliklə qadağan olunan hərəkətlər və ya fəaliyyətlər məqsədi ilə istifadə edə bilməzlər. Həmin Qaydanın 3.6-cı bəndinə görə məcburi köçkün ailəsinə müvəqqəti istifadə məqsədi ilə verilmiş yaşayış sahəsi onların xüsusi mülkiyyəti olmadığından, həmin evlər qanun və ya vəsiyyətnamə üzrə miras kimi başqa şəxslərə (vərəsələrə), həmçinin himayəyə və ya qəyyumluğa götürülmüş şəxsin istifadəsinə verilə bilməz. Həmin Qaydanın 3.7-ci bəndinə əsasən məcburi köçkün ailəsi müvəqqəti istifadəyə verilmiş yaşayış sahəsində faktiki yaşamırsa, yaxud mənzili başqasına verərsə, Komitənin müvafiq qurumu tərəfindən mövcud qanunvericiliyin tələblərinə uyqun olaraq ev boşaldılaraq Komitənin rəhbərliyi ilə razılaşdırmaqla, daha çox ehtiyacı olan digər məcburi köçkün ailəsinə müvəqqəti istifadəyə verilir. İş materiallarından görünür ki, cavabdehlər Həsənqulı̇ yev Cavı̇ d Şahzadə oğlu və Cavabdeh2 Şahı̇ n qızı Xocavənd rayonundan məcburi köçkündür. Onlar iddiaçı ilə bağlanmış xx.xx.2019-cu il tarixli, 11/41 saylı müqaviləyə əsasən Dövlət Proqramı çərçivəsində Abşeron rayonu ərazisində Masazır qəsəbəsi, Yeni Bakı yaşayış kompleksi, 11 saylı binada 41 nömrəli, 3 otaqlı mənzillə təmin edilmişdir. İddiaçının nümayəndəsi qeyd edir ki, aparılmış yoxlamalar nəticəsində müəyyən edilmişdir ki, həmin mənzil təyinatına uyğun istifadə edilmir. Bu zaman o, xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixli aktlara istinad etmişdir. Həmin aktlarla müəyyən edilmişdir ki, Abşeron rayonu, Masazır qəsəbəsi üzrə MKİS-in nəzarətində olan Yeni Bakı yaşayış kompleksində qaçqın və məcburi köçkünlərin kompakt yaşadığı bina 11, mənzil 41 ünvanında xüsusi təyinatlı müqavilə əsasında yaşayan cavabdehlərin mənzildə yaşamadıqları və mənzilin istifadəsiz olması müəyyən olunmuşdur. İş materiallarında iddiaçının öz əməkdaşları tərəfindən tərtib edilmiş aktlardan başqa, bu halı təsdiq edən digər sübutlar mövcud deyildir. İddiaçı ərizəsində cavabdehlərin mənzildə yaşamadıqlarını qeyd etsə də, bununla bağlı mötəbər sübutları təqdim edə bilməmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh Həsənqulı̇ yev Cavı̇ d Şahzadə oğlunun vəkili cavabdehin mənzili daimi olaraq tərk etmədiklərini, bəzən Həsənqulı̇ yev Cavı̇ d Şahzadə oğlunun Qarabağ zonasında işlədiyinə görə oraya getməsi hallarından başqa, mənzili kənar şəxslərə kirayə vermədiklərini bildirmişdir. Cavabdehin vəkili və nümayəndəsi cavabdehlərin ünvanda yaşamaları və kommunaldan istifadə etdiklərinə dair “Azəriqaz” İstehsalat Birliyi tərəfindən tərtib olunmuş bildiriş xəbərdarlıq və saldo təqdim etmişdir. Başqa sözlə, məhkəmə hesab edir ki, cavabdehlər müqavilə üzrə üzərilərinə götürdüyü öhdəlikləri və vəzifələri yerinə yetirdiklərindən iddiaçı hazırda tərəflər arasında imzalanmış müqavilənin ləğv edilməsi və mübahisəli yaşayış sahəsinin boşaldılaraq təhvil verilməsi tələbində haqlı deyildir. Bu həmçinin ondan irəli gəlir ki, cavabdeh Zəngilan rayonu ərazisində işləyir və işi ilə bağlı hazırki mənzildə müəyyən müddət olmaması reallıqdır. Həmçinin bu fakt barədə məlumatsız olduğunu iddiaçının nümayəndəsi də məhkəmə iclasında bildirmişdir. Məhkəmə hesab edir ki, iddiaçının işi ilə bağlı müəyyən qısa fasilələrlə onlara verilən mənzildə yaşamaması onunla bağlanmış müqaviləyə xitam verilməsi üçün əsas deyildir və bu tərəflər arasında bağlanmış müqavilənin 5.7.1-ci maddəsinə də uyğun deyildir. Mülki Məcəllənin 421.2-ci maddəsinə görə tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. İş materialları ilə müəyyən edilir ki, cavabdehlər Həsənqulı̇ yev Cavı̇ d Şahzadə oğlu və Cavabdeh2 Şahı̇ n qızı, o cümlədən onun ailə üzvləri tərəflər arasında imzalanmış müqavilənin iddiaçının istinad etdiyi 5.7.1-ci maddəsinin tələblərini pozmamışdır. Mülki-Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Beləliklə, məhkəmə sübutları qiymətləndirərək hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Azərbaycan Respublikası Qaçqınların və X3 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinin Həsənqulı̇ yev Cavı̇ d Şahzadə oğlu və Cavabdeh2 Şahı̇ n qızına qarşı xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinin ləğv edilməsi və mənzildən çıxarılması barədə iddia tələbi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Mirnəsir Mirhəsənli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar