Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-1629/2022 31.05.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Mirzəzadə Şəbnəm Çingiz qızının katibliyi, İddiaçı qızının, Cavabdeh iştirakı ilə, İddiaçı qızının Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Abşeron rayon məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı qızı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 10000 manat məbləğində borcun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı qızı məhkəmə iclasında izahatında bildirdi ki, o, hərbçi vəzifəsində çalışan Cavabdeh 2019cu ilin iyul ayından 10 ay müddətinə qaytarılmaqla, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 740-cı maddəsinin tələblərinə uyğun olaraq hissə-hissə olmaqla, 10000 manat məbləğində borc pul vermişdir. Lakin Cavabdeh öhdəliklərii hazırki tarixədək icra etməmişdir. Dəfərələrlə telefon vasitəsi ilə danışmağına və cavabdehin iş yeri olan 470 nömrəli Hərbi Hissəyə gedərək borcunu qaytarmasını tələb etsə də, cavabdeh müxtəlif bəhanələrlə borcu ödəməkən yayınmışdır. 2021-ci ilin sonlarında Cavabdeh Bakı Şəhər Hərbi Pokrorluğuna şikayət etmişdir. Cavabdeh Bakı Şəhər Hərbi Pokrorluğunda izahat verərək, borcu qaytaraçağını söz versə də, heç bir ödəniş etməmişdir. Qeyd olunanlara əsasən o, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasında izahatında bildirdi ki, o, iddia tələbini qəbul edir. Belə ki, İddiaçı qızı həqiqətən də ona 2019-cu il tarixində 10000 manat məbləğində pul vermişdir. O, iddiaçıya 1700 manat məbləğində pul qaytarmışdır. 2021-ci ilin dekabr ayında görüşüb aralarında yazılı qaydada borc müqaviləsi bağlamışlar. Müqaviləyə əsasən, onun iddiaçıya ödədiyi 1700 manat sıfırlanmış və o, yenidən iddiaçıdan 10000 manat məbləğində pul götürmüş, həmin pulu isə 12 aya, yəni xx.xx.2022-ci ilədək pulu qaytarmağı öhdəsinə götürmüşdür.Aralarında yazılı razılaşma da vardır. O, hərbiçidir və aylıq əmək haqqı 1300 manat təşkil edir. Onun banka da borcu vardır,həmçinin lotoreya oynayır,kredit bitdikdən sonra lotoreyadan ona pul gəlməlidir,bundan sonra pulu qaytaracaqdır. İş materiallarında olan 10 dekabr 2021-ci il tarixli borc müqaviləsindən görünür ki, borc verən İddiaçı qızı borc alan Cavabdeh 10000 manat məbləğində pulu verməyi, Cavabdeh isə həmin məbləği 10 dekabr 2022-ci il tarixinədək İddiaçı qızına qaytarmağı öz öhdəsinə götürmüşdür. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdırıb, mümkün və mötəbər sübutların məcmusuna hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin edilməlidir. Belə ki, işin mübahisə edilməyən hallarından məlum olur ki, 10 dekabr 2021-ci il tarixli borc müqaviləsinə əsasən, borc verən İddiaçı qızı borc alan Cavabdeh 10000 manat məbləğində pulu verməyi, Cavabdeh isə həmin məbləği 10 dekabr 2022-ci il tarixinədək İddiaçı qızına qaytarmağı öz öhdəsinə götürmüşdür. Lakin cavabdeh müqavilə üzrə öhdəliyini pozmuş və borcunu ödəməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyət və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında təqdim olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh 10000 (on min) manat məbləğində pul tutularaq İddiaçı qızına ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Elman Məmmədov
Məhkəmə qərarları › İş №2(012)-1629/2022
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-1629/2022
31.05.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver