Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-1649/2020 01.10.2020 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Elçin Məmməd oğlunun sədrliyi, X31 oğlunun katibliyi, iddiaçı X19, nümayəndəsi-vəkili X10, Cavabdeh2 nümayəndəsi-vəkili X11, müstəqil tələb irəli sürməyən üçüncü şəxs “xxxxxxxx” MMC-nin nümayəndəsi-vəkili X16 iştirakları ilə, İddiaçı X19 Cavabdeh2, “xxxxxxxx” MMC-yə və Cavabdeh3 ASC-yə qarşı dəymiş zərərin əvəzinin ödənilməsi tələbinə dair ayrıca icraata alınmış mülki işə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı X27 Cavabdeh2, “xxxxxxxx” MMC-yə və Cavabdeh3 ASC-yə qarşı dəymiş zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X27 ilə Cavabdeh2 və Cavabdeh3 ASC arasında bağlanmış xx xxxx 2013-cü il tarixli, 016HOME354088/ASİ nömrəli alqı-satqı müqaviləsinə əsasən, X3 Abşeron rayonu Masazır kəndində yerləşən 0.313 ha torpaq sahəsinin mövcud olmayan 0,01 ha hissəsinin qiymətləndirilərək dəyərinin Cavabdeh2 alınaraq X22 ödənilməsini xahiş etmişdir. Abşeron Rayon Məhkəməsinin 2(012)-372/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qərardadı ilə iddiaçı X19 cavabdehlər Cavabdeh2, “xxxxxxxx” MMC-yə və Cavabdeh3 ASC-yə qarşı dəymiş zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia tələbi ayrıca icraata alınmışdır. Məhkəmə baxışında iddiaçının nümayəndəsi-vəkili X15 iddia tələbini müdafiə edərək izahatında göstərdi ki, iddiaçı X27 ilə cavabdehlər Cavabdeh2 və Cavabdeh3 ASC arasında bağlanmış xx xxxx 2013-cü il tarixli, 016HOME354088/ASİ nömrəli alqı-satqı və ipoteka müqaviləsinə əsasən, Cavabdeh2 mülkiyyətində olan Abşeron rayonu Masazır kəndində yerləşən 0313 ha torpaq sahəsini X5 və həmin torpaq sahəsi ipoteka ilə yüklü edilmişdir. (Cavabdeh3 ASC). X17 ilə cavabdehlər Cavabdeh2 və Cavabdeh3 ASC arasında bağlanmış xx xxxx 2013-cü il tarixli, 016HOME354808/ASİ nömrəli alqı-satqı və ipoteka müqaviləsinə əsasən, Cavabdeh2 mülkiyyətində olan Abşeron rayonu Masazır kəndində yerləşən 0.317 ha torpaq sahəsini X2 və həmin torpaq sahəsi ipoteka ilə yüklü edilmişdir. (Cavabdeh3 ASC). X12 ilə cavabdehlər Cavabdeh2 və Cavabdeh3 ASC arasında bağlanmış xx xxxx 2013-cü il tarixli, 016HOME354809/ASİ nömrəli alqı-satqı və ipoteka müqaviləsinə əsasən, X12 mülkiyyətində olan Abşeron rayonu Masazır kəndində yerləşən 0.032 ha torpaq sahəsini X1 və həmin torpaq sahəsi ipoteka ilə yüklü edilmişdir. (Cavabdeh3 ASC). X30 ilə cavabdehlər Cavabdeh2 və Cavabdeh3 ASC arasında bağlanmış xx xxxx 2013-cü il tarixli, 016HOME354809/ASİ nömrəli alqı-satqı və ipoteka müqaviləsinə əsasən, X4 mülkiyyətində olan Abşeron rayonu Masazır kəndində yerləşən 0.031 ha torpaq sahəsini X9 və həmin torpaq sahəsi ipoteka ilə yüklü edilmişdir. Hal-hazırda “xxxxxxxx” MMC ilə iddiaçının arasında olan məhkəmə çəkişmələrində məlum olmuşdur ki, onların hər birinə satılan torpaq sahəsinin faktiki sahəsi 0,01 ha azdır. Cavabdehdən torpaq sahəmizin az olan hissəsinin yerində təhvil verilməsini və ya əyərinin ödənilməsini tələb etsələr də, heç bir müsbət nəticə əldə edə bilməmişlər. Ona görə də, müqavilədə nəzərdə tutulmuş və iddiaçının mülkiyyətində olan torpaq sahələrinin iddiaçıya təhvil verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. Mübahisəli torpaq sahəsi kommersiya məqsədilə ayrıldığına baxmayaraq, Abşeron rayon İcra Hakimiyyəti həmin torpaq sahələrində fərdi yaşayış evlərinin tikiliməsi barədə Sərəncam vermişdir. Alqı-satqı müqaviləsində qeyd olunan torpaq sahəsi az olmasına baxmayaraq Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti Abşeron rayon Ərazi İdarəsi Cavabdeh2 və ondan sonra iddiaçıya çıxarışlar vermişdir. Həmçinin, Cavabdeh3 ASC ilə bağlanmış alqı-satqı və ipoteka müqaviləsində tərəf kimi iştirak etmiş, lakin bilərəkdən torpaq sahəsinin bir hissəsinin mövcud olmamasına əhəmiyyət verməmişdir. Şərh olunanlara əsasən, X27 ilə Cavabdeh2 və Cavabdeh3 ASC arasında bağlanmış xx xxxx 2013-cü il tarixli, 016HOME354088/ASİ nömrəli alqı-satqı müqaviləsinə əsasən, X3 Abşeron rayonu Masazır kəndində yerləşən 0.313 ha torpaq sahəsinin mövcud olmayan 0,01 ha hissəsinin qiymətləndirilərək dəyərinin Cavabdeh2 alınaraq X22 ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə baxışı zamanı iddiaçının nümayəndəsi-vəkili X15 Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinin tələbləri əsasında iddia tələbinin dəyişdirilməsi barədə ərizə ilə müraciət edərək, cavabdehlər Cavabdeh2 və Cavabdeh3 ASC arasında bağlanmış xx xxxx 2013cü il tarixli, 016HOME354088/ASİ nömrəli alqı-satqı və ipoteka müqaviləsinə əsasən, iddiaçıya satılmış Abşeron rayonu Masazır kəndində yerləşən, 0.313 ha torpaq sahəsinin mövcud olmayan 0,01 ha hissəsinin iddiaçıya təhvil verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması, Abşeron rayonu Masazır qəsəbəsində yerləşən “Park Solero” evlər kompleksində inşa edilmiş fərdi yaşayış evinin razılaşdıqları sahədən az olan 44 kv.m görə, 1 kv.m-nin qiyməti 800 manat olmaqla, 35200 manat məbləğində pulun cavabdehdən alınaraq iddiaçıya ödənilməsi və mənəvi zərərə görə 50000 manat məbləğində pulun cavabdehdən alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh2 nümayəndəsi-vəkili X18 iddianı qəbul etməyib öz etiraz ərizəsini təqdim edərək izahatında göstərdi ki, iddiaçı cavabdehlər Cavabdeh2, “xxxxxxxxxx” MMC-yə, Cavabdeh3 ASC-yə, Abşeron rayon İcra hakimiyyətinə və Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-in Abşeron rayon ərazi idarəsinə qarşı torpaq sahəsinin dəyərinin ödənilməsi tələbi barədə iddia qaldıraraq onunla Cavabdeh2 arasında bağlanılmış xx xxxx 2013-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən ona satılmış torpaq sahəsinin çatmayan 0,01 ha hissəsinin qiymətləndirilərək dəyərinin Cavabdeh2 alınaraq iddiaçıya ödənilməsini xahiş etmişdir. İddiaçı X27 məhkəməyə iddia tələbinin dəyişdirilməsi barədə ərizə təqdim edərək cavabdehlər Cavabdeh2 ilə Cavabdeh3 ASC arasında bağlanılmış xx xxxx 2013-cü il tarixli alqı-satqı və ipoteka müqaviləsinə əsasən ona satılmış Abşeron rayonu Masazır kəndi ərazisində yerləşən 0.313 ha torpaq sahəsinin mövcud olmayan 0,01 ha hissəsinin ona təhvil verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması, Abşeron rayonu Masazır qəsəbəsində yerləşən “Park Solero” evlər kompleksində inşa edilmiş fərdi yaşayış evinin razılaşdıqları sahəsindən az olan 44 kv. m. görə, 1 kv.m. qiyməti 800 manat olmaqla, 35.200 manat məbləğində pulun cavabdehdən alınaraq iddiaçıya ödənilməsi, mənəvi zərərə görə 50.000 manat məbləğində pulun cavabdehdən alınaraq iddiaçıya ödənilməsini xahiş etmişdir. Cavabdeh2 Rusiya Fedarasiyasında yaşayan qohumları 2013-cü ilin aprel ayında ona müraciət edərək Bakı şəhərində kompakt olmaqla bir yerdə ev tikdirmələri üçün torpaq sahəsi almaq istədiklərini və bu işdə onlara köməklik etməyi xahiş etdilər. Cavabdeh2 internetdə satışa qoyulmuş torpaq sahələrinə baxarkən Abşeron rayonu Masazır kəndi ərazisində duzlu gölün yamacında kottec tipli şəhərcik salınması ilə bağlı elanlara rast gəlmiş və səhərisi günü həmin əraziyə gələrək torpaq sahələri və tikilən koteclərlə maraqlanmışdır. Həmin ərazidə yollar çəkilmiş, girişdə ala-qapılar tikilmiş, koteclərin və villa tipli evlərin tikiləcəyi torpaq sahələri ölçülərək saxlanılmışdır. Ərazidə torpaq sahələrinin satışını həyata keçirən şəxs Cavabdeh2 izah etdi ki, həmin ərazi, yəni 17 ha. torpaq sahəsi “xxxxxxxxxx” MMC-nin mülkiyyətindədir, torpaq sahəsində kottec tipli şəhərcik salınması planlaşdırılmış, salınacaq şəhərciyin eskiz layihəsi hazırlanmış və 2008-ci ild Abşeron rayon İcra Hakimiyyəti ilə razılaşdırılaraq təsdiq olunmuşdur. Cavabdeh2 bəyəndiyi torpaq sahəsinin qiymət ilə maraqlandıqda, ona 52.000 manata sata biləcəklərini və həmin torpaq sahəsində ümumi layihədə təsdiq olunmuş formada və ölçüdə kotec tipli evlər tikə biləcəyini bildirmişlər. Cavabdeh2 ərazinin, bəyəndiyi torpaq sahəsinin və həmin torpaq sahəsində tikilməli olan koteclərin layihələrinin şəkillərini qohumlarına göndərmiş, onlar bəyəndiklərini bildirmiş, torpaq sahəsini almasını və tikinti işlərinə başlamasını xahiş etmişlər. Torpaq sahəsinin alınması məqdəsilə 53.000 manat və tikinti işlərinin başlanılması üçün isə 10.000 manat pul göndərmişlər. Cavabdeh2 xx xxx 2013-cü ildə “xxxxxxxxxx” MMC-ilə müqavilə bağlayaraq kotec tipli ev tikdirmək məqsədi ilə şəhərciyə girişdə sol tərəfdə olan 0.2082 ha torpaq sahəsini 52.050 manata almışdır. Satılmış torpaq sahəsinin eni 38 metr, uzunluğu isə 51 metr olmuşdur. Cavabdeh2 satılmış torpaq sahəsində təsdiq olunmuş eskiz layihə əsasında kotec tipli evlərin tikilməsi məqsədi ilə ərazidə tikinti işləri aparmaq üçün sifariş qəbul edən şəxslərlə danışaraq razılaşmış və Cavabdeh2 məxsus torpaq sahəsində 6 ədəd 2 mərtəbəli evlərin tikilməsi üçün işlərə başlamışlar. Tikiləcək evlərin bünövrələri qazılmış, beton tökülmüş və bir neçə cərgədə daş hörgü işləri aparılmışdır. Qohumları müflis olduğundan tikinti işlərinin davam etdirilməsi üçün pulun davamını göndərə bilməmiş və 2013-cü ilin iyun ayının əvvəlində Cavabdeh2 zəng edərək təcili torpaq sahəsini sataraq pulunu onlara göndərməsini xahiş etmişlər. Cavabdeh2 ərazidə maklerlik fəaliyyəti ilə məşğul olan şəxslərə müraciət edərək torpaq sahəsinin təcili satılmalı olduğunu və müştəri tapmalarını xahiş etmişdir. Cavabdeh2 xəstə olduğu üçün tanışı Pərvin adlı şəxsə etibarnamə verərək torpaq sahəsinə müştəri olacağı təqdirdə adından iştirak etməsini xahiş etmişdir. Bundan bir neçə gün sonra Cavabdeh2 məxsus torpaq sahəsinin alınması üçün hazırki iş üzərə iddiaçı və başqa iki nəfər şəxs müraciət edərək üzərində yarımçıq tikili olan torpaq sahəsindən torpaq almaq istədiklərini və alacaqları torpaq sahəsində tikintisi yarımçıq qalmış evləri bankdan alacaqları kredit hesabına tikdirəcəklərini və bu barədə artıq Cavabdeh3 ASC ilə danışdıqlarını bildirmişlər. Tanışı Pərvin həmin şəxslərlə xx xxxx 2013-cü il tarixdə müqavilə bağlayaraq torpaq sahəsini üzərində tikintisi yarımçıq saxlanılmış koteclərin sərhədləri həddində 6 hissəyə bölməklə həmin şəxslərin hər birinə 10.500 manata satmış, həmin şəxslərdə aldıqları torpaq sahəsini mövcud vəziyyətdə, yəni üzərində tikilmədə olan və tikintisi yarımçıq saxlanılmış vəziyyətdə bəyənərək aralarında bağlanılmış alqı-satqı və ipoteka müqaviləsinin 2.3-cü bəndinə uyğun olaraq qəbul etmiş və ötən bu müddət ərzində heç bir etiraz bildirməmişdir. Pərvin satdığı torpaq sahələrinin pulunu Cavabdeh2 gətirmiş, o da həmin pulu sahiblərinə göndərmişdir. Üzərində yarımçıq tikili olan torpaq sahələrini almış şəxslər həmin torpaq sahələrini yarımçıq tikili ilə birlikdə banka ipotekaya qoymaqla kredit götürmüş və götürdükləri kredit hesabına evlərini tikdirərək başa çatdırmışlar. Cavabdeh2 ümumiyyətlə iddiaçı ilə əlaqəsi olmamış, onu tanımamış və qarşısında heç bir öhdəlik götürməmişdir. Yarımçıq tikilinin başa çatdırılması üçün heç kimdən pul qəbul etməmiş, bu barədə heç kiminlə müqavilə bağlamamış və həmin ərazidə har hansı tikilinin tikilməsində iştirak etməmişdir. Cavabdeh2 mülkiyyətində olan torpaq sahəsini üzərində olan yarımçıq tikili ilə birlikdə qanunvericiliyin tələbləri qaydasında iddiaçıya sataraq pulunu almışdır. Torpaq sahəsinin az olması məsələsinə gəlincə, hər bir kottecin, yəni 6 ədəd 2 mərtəbəli bir-birinə bitişik olan fərdi yaşayış evlərinin tikilməsi üçün aldığı torpaq sahəsinin uzunluğu 51 metr, lakin həmin tikilən kateclərin ümumilikdə uzunluğu 46 metr olmuş, koteclərin bir tərəfində 1.5 metr enində səki, digər tərəfində isə 4 metr enində, 38-40 uzunluğunda boş torpaq sahəsi qalmışdır ki, bu da 2.5 sot torpaq sahəsi deməkdir. Cavabdeh2 xx xxx 2013-cü il tarixdə “xxxxxxxxxx” MMC-ilə müqavilə bağlayaraq kotec tipli ev tikdirmək məqsədi ilə aldığı 0.2082 ha torpaq sahəsi 51 metr uzunluğunda olmaqla, hazırda olduğu kimi yerindədir. Həmin torpaq sahəsində 46 metr enində evlər tikilmiş, kotecin hər iki tərəfində boş qalmış 3 sot torpaq sahəsi yaşıllaşdırılmış və həmin torpaq sahəsidə Cavabdeh2 tərəfindən satılmış torpaq sahəsində evlər tikdirmiş kottec sakinlərin istifadəsindədir. İddiaçılara mülkiyyətlərində olan torpaq sahələri barəsində çıxarış verilərkən və torpağın xəritəsi çəkilərkən də bu hallar nəzərdən qaçmışdır. Sonradan Cavabdeh2 “xxxxxxxxxx” MMC-nin rəhbərliyi ilə isti münasibətləri yarandığından sonuncuya “Park Solero” yaşayış kompleksinin kommunal-servisini həyata keçirmək həvalə edilmiş və o, 2017-ci ildən “xxxxxxxxxxxxxxx” MMC-nin təsisçilərindən biri və təmsilçisi olaraq “Park Solero” yaşayış kompleksinin kommunal-servisini həyata keçirirmişdir. İddiaçı bundan əvvəl də “xxxxxxxxxx” MMC-yə, Cavabdeh3 ASC-yə, təsisçisi və Cavabdeh2 təmsilçisi olduğu “xxxxxxxxxxxxxxx” MMC-yə qarşı zəbt olunmuş torpaq sahəsinin geri qaytarılması, “Park Solero” evlər kompleksində inşa edilmiş fərdi yaşayış evinin razılaşdıqları sahəsindən az olan fərqin hər kv. m. 500 manata vurulmaqla “xxxxxxxxxx” MMC-dən alınaraq iddiaçıya ödənilməsi, 15.000 manat mənəvi zərərin əvəzinin ödənilməsi və sair tələblərlə bağlı iddia qaldırmış, iddia tələbləri təmin olunmamış və bu barədə müvafiq məhkəmə qətnaməsi qanuni qüvvəsini almışdır. İddiaçı yenə də, eyni tələblərlə “xxxxxxxxxxxxxxx” MMC ilə “xxxxxxxxxx” MMC-nin yerini dəyişməklə və Cavabdeh2 yeni cavabdeh göstərməklə əsassız iddialar qaldırmışdır. İddiaçının iddia tələbləri təmin olunmadığından indi də sonuncuya qarşı əsassız iddialar qaldırmışdır. Göründüyü kimi, Cavabdeh2 qarşı məhkəmədə iddia qaldırmış şəxslə ev tikinitisi və sair öhdəliklə bağlı müqavilə bağlamamış və onun qarşısında üzərinə hər hansı öhdəlik götürməmişdir. İddiaçı uzun illərdir ki, həmin aldığı torpaq sahəsində və tikdirdiyi evdə yaşasa da, bu günə kimi Cavabdeh2 həmin torpaq sahəsinin alqı-satqı müqaviləsi ilə bağlı hər hansı irad və etiraz bildirməmişdir. Torpaq sahəsi satılmaq üçün paylara ayrılarkən iddiaçı onun tərəfindən alınmış torpaq sahəsini qəbul edilərkən o, torpaq sahəsini hansı formada qəbul etdiyini bilirdi və bununla razılaşmışdır. Həmin alqı-satqı müqaviləsi xx xxxx 2013-cü il tarixdə bağlanılmış və hazırda həmin vaxtdan 7 ildən çox müddət keçmişdir. Qanunda başqa qayda nəzərdə tutulmayıbsa bütün tələblər üzrə iddia müddəti şamil edilir. İddiaçı qanunla müəyyən edilmiş iddia müddətini ötürmüşdür. Cavabdeh2 hesab edir ki, iddia müddəti tətbiq edilməklə iddiadan imtina olunmalıdır. İddiaçının iddia tələbi əsassız olduğundan, eləcə də, qanunla müəyyən edilmiş iddia müddəti keçdiyindən iddia rədd edilməlidir. Sonda cavabdehin nümayəndəsi-vəkili E.Zeynalova iddianın tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında müstəqil tələb irəli sürməyən üçüncü şəxs “xxxxxxxx” MMC-nin nümayəndəsi-vəkili X24 izahatında göstərdi ki, mübahisələndirilən torpaq sahəsi “xxxxxxxx” MMC tərəfindən Cavabdeh2 satılmış,“xxxxxxxx” MMC ilə X27 arasında hər hansı bir müqavilə bağlanmamış və heç bir öhdəlik olmamışdır. Bundan sonra, alqı-satqı X27 ilə Cavabdeh2 və Cavabdeh3 ASC arasında olmuşdur. Həmin torpaq sahəsi tərəflərindən satılan zaman mövcud olmayan hissəsi olmamış və Cavabdeh2 bununla bağlı MMC-yə heç bir narazılıq bildirməmişdir. Hal-hazırda mübahisələndirilən torpaq sahəsində Z.Abbasov tərəfindən tikili aparılır. Sonda müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsi-vəkili B.Şirinov iddia tələbinin əsassız olduğundan rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Digər müstəqil tələb irəli sürməyən üçüncü şəxs Cavabdeh3 ASC məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.1 və 185.5-ci maddələrinə görə işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Şərh olunan prosessual hüquq normasına əsaslanaraq və proses iştirakçılarının rəylərini nəzərə alaraq məhkəmə, işə digər müstəqil tələb irəli sürməyən üçüncü şəxs Cavabdeh3 ASCnin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün sayır. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib və məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verib belə hesab edir ki, aşağıdakılara əsasən iddia təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. İşdə olan Abşeron rayonu 1 saylı notariat kontorunda bağlanmış xx xxxx 2013-cü il tarixli torpaq sahəsinin alqı-satqı və ipoteka müqaviləsindən görünür ki,Cavabdeh3 ASC nizamnamə əsasında fəaliyyət göstərən etibarnamə (xx xxxx 2013-cü il tarixli) əsasında fəaliyyət göstərən Sumqayıt filialının direktoru X20 şəxsində bir tərəfdən Azərbaycan Respublikasının vətəndaşı olan, irəlidə alıcı-ipoteka qoyan adlandırılacaq X17, etibarnamə əsasında satıcı adlandırılacaq Cavabdeh2, onun adından Abşeronrayonu 1 saylı notariat kontorunun xx xxxx 2013-cü il tarixli 7E/9219 nomrəli etibarnamə əsasında hərəkəl edən Bədirxanov PərvizEtibar oğlu üçüncü tərəfdən yaşayış sahəsinin alqı-satqı və ipoteka müqaviləsinin elementlərini özündə birləşdirən qarışıq müqaviləni bağlayırlar. Satıcı, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Abşeron Ərazi İdarəsi tərəfindən verilmiş xx xxxx 2013-cü il tarixli 6039 nömrəli arayışa əsasən, ünvan 1i ünvanında yerləşən 0.0317 ha torpaq sahəsini (bundan sonra əmlak adlandırılacaq) alıcı-ipoteka qoyana satır. Satılan torpaq sahəsi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Abşeron Ərazi İdarəsi tərəfindən verilmiş xx xxx 2013-cü il tarixli RX seriyalı ******* saylı Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz Əmlakın Dövlət reyesterindən Çıxarışa əsasən satıcıya məxsusdur. Müqavilə bağlananadək torpaq sahəsi ipoteka ilə yüklü edilməmiş, həbs altında deyil, özgəninkiləşdirilməsinə qadağan qoyulmamışdır. Əmlakın satış qiyməti 10.500 (on min beş yüz) manat əmlakın dəyəri tam olaraq kreditor-ipoteka saxlayan tərəfındən xx xxxx 2013-cü il tarixli 016HOME354808saylı Kredit müqaviləsinə əsasən alıcıipoteka qoyana verilmiş kredit vəsaiti hesabına ödənilir. Alıcı-İpoteka qoyan satılan torpaq sahəsini (bundan sonra ipoteka predmeti) bu müqavilə üzrə yaranmış hüquqa əsasən, onunla kreditor-ipoteka saxlayan arasında bağlanmış xx xxxx 2013-cü il tarixli 016HOME354808saylı kredit müqaviləsi üzrə yaranmış öhdəliyin təminatı kimi kreditor-ipoteka saxlayana ipotekaya verir. İşdə olan “xxxxxxxx” MMC ilə Cavabdeh2 arasında bağlanmış AN-1 ******* saylı, xx xxx 2013-cü il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, “Satıcı” “xxxxxxxx” MMC ünvan 1ində yerləşən 0,2082 ha torpaq sahəsini “Alıcı” Cavabdeh2 52050 manata satmışdır. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və ünvan Reyestri Xidmətinin xx xxxxxxxx 2017-ci il tarixli məktuba əlavə edilmiş mütəxəssis rəyində Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş RX seriyalı, ******* saylı “Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyesterindən Çıxarış”a əsasən İddiaçı mülkiyyətində olan Abşeron rayonu, Masazır qəsəbəsi ərazisində yerləşən 0.0313 ha torpaq sahəsinin ölçüsü yerində (naturada) 0,0253 ha hissəsi ilə üst-üstə düşdüyü, həmin 0.313 ha torpaq sahəsinin 0.0065 ha hissəsi ümumi istifadədə olan yola düşdüyü, “xxxxxxxx” MMC tərəfindən iddia olunan torpaq sahəsinə hər hansı müdaxilə hallarının və tikililərin mövcud olmadığı müəyyən olunmuşdur. İşdə olan Abşeron Rayon Məhkəməsinin 2(012)-4537 saylı, xx xxxxxx 2017-ci il tarixli qətnaməsi ilə İddiaçı cavabdeh “xxxxxxxx” MMC-yə, müstəqil tələb irəli sürməyən 3-cü şəxs Cavabdeh3 ASC-yə və “xxxxxxxxxxxxxxx” MMC-yə qarşı zəbt olunmuş torpaq sahəsinin geri qaytarılması və digər tələbinə dair iddiası əsassız olduğu üçün təmin edilməməsi qət edilmişdir. İşdə olan Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-2033 saylı, xx xxxxxxx 2018-ci il tarixli qətnaməsi ilə İddiaçı cavabdeh “xxxxxxxx” MMC-yə qarşı zəbt edilmiş torpaq sahəsinin boşaldılaraq ona təhvil verilməsi, “Park Solero” evlər kompleksində “xxxxxxxx” MMC tərəfindən inşa edilmiş fərdi yaşayış evinin ekspertiza ilə müəyyən edilmiş faktiki sahəsi ilə 187,4 kv. m. sahəsi arasında fərqin hər kv. m. 550 manata vurulmaqla müəyyən edilən məbləğin, mənzilə quraşdırılmış su, qaz, elektrik enerjisi sayğaclarının sərfiyyatının əhali üçün nəzərdə tutulmuş tariflərə vurulmaqla alınan məbləğə həmin sərfiyyatın hüquqi şəxslər üçün nəzərdə tutulmuş tariflərə vurulmasından alınan fərqin məbləğinin və mənəvi zərərin əvəzi kimi 15000 manatın “xxxxxxxx” MMC-dən alınaraq ödənilməsi barədə iddia tələbinin rədd edilməsi qət edilmişdir. İşdə olan Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-2493 saylı, xx xxxxx 2019-cu il tarixli qərarı ilə ilə İddiaçı kassasiya şikayəti təmin edilməmiş, Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-2033 saylı, xx xxxxxxx 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. İş üzrə məhkəmənin hüquqi mövqeyi aşağıdakı hüquq normalarına əsaslanır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsində göstərilir ki, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Məhkəmə tədqiqatı zamanı müəyyən olundu ki, iddiaçı Abşeron rayonu Masazır qəsəbəsi ərazisində yerləşən 0.313 ha torpaq sahəsini xx xxxx 2013-cü il tarixli alqı-satqı və ipoteka müqaviləsinə əsasən Cavabdeh2 almış və həmin torpaq sahəsi Cavabdeh3 ASC-dən götürülmüş kredit müqaviləsinin təminatı kimi ipoteka ilə yüklü edilmişdir. İddiaçı ona satılmış torpaq sahəsinin mövcud olmayan 0,01 ha hissəsinin iddiaçıya təhvil verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi ilə məhkəməyə müraciət emişdir. İddaçının mülkiyyətində olan Abşeron rayonu Masazır qəsəbəsi ərazisində yerləşən 0.0313 ha torpaq sahəsinin ölçüsü yerində (naturada) 0,0253 ha hissəsi ilə üst-üstə düşdüyü, həmin 0.313 ha torpaq sahəsinin 0.0065 ha hissəsi ümumi istifadədə olan yola düşdüyü, “xxxxxxxx” MMC tərəfindən iddia olunan torpaq sahəsinə hər hansı müdaxilə hallarının və tikililərin mövcud olmadığı müəyyən olunmuşdur. X33 Məhkəməsi "X8rşı” xx xxxx 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilir. Göründüyü ki, iddiaçı Z.Abbasov ona satılmış 0.0313 ha torpaq sahəsinin mövcud olmayan 0,01 ha hissəsinin iddiaçıya təhvil verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını iddia etsə də, həmin torpaq sahəsinin 0.0065 ha hissəsinin ümumi istifadədə olan torpaq sahəsi olduğu yola düşdüyü müəyyən edilmişdir. İddiaçı ona satılmış torpaq sahəsinin mövcud olmayan 0,01 ha hissəsinin iddiaçıya təhvil verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını iddia etsə də, torpaq sahəsinin ümumi istifadədə olan yola düşməsi mövcud olmayan 0,01 ha hissəsinin iddiaçıya təhvil verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması kimi dəyərləndirilə bilməz. Belə olan halda, məhkəmə hesab edir ki, iddiaçı ona satılmış torpaq sahəsinin mövcud olmayan 0,01 ha hissəsinin iddiaçıya təhvil verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasına dair iddia tələbi əsassız olduğundan təmin edilə bilməz. Bundan başqa, iddiaçı Abşeron rayonu Masazır qəsəbəsində yerləşən “Park Solero” evlər kompleksində inşa edilmiş fərdi yaşayış evinin razılaşdıqları sahədən az olan 44 kv.m görə, 1 kv.m-nin qiyməti 800 manat olmaqla, 35200 manat məbləğində pulun cavabdehdən alınaraq iddiaçıya ödənilməsini bildirsə də, iddiaçı tikinti ilə bağlı hər hansı bir müqaviləni məhkəməyə təqdim edə bilmədiyindən, az olan 44 kv.m görə 1 kv.m-nin qiyməti 800 manat olmaqla, 35200 manat məbləğində pulun ödənilməsi tələbi də əsassızdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.Həmin Məcəllənin 77.1-ci madəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.Eyni Məcəllənin 217.4-cü maddəsinə əsasən isə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İddia tələbinin Z.Abbasovun mənəvi sarsıntı, iztirab keçirməsi, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi ilə bağlı mənəvi zərərə görə 50000 manat məbləğində pulun cavabdehdən alınaraq iddiaçıya ödənilməsi hissəsinə gəldikdə məhkəmə hesab edir ki, iddianın qeyd edilən hissəsi əsas tələbə nisbətdə törəmə tələb hesab olduğundan və əsas tələb təmin edilmədiyindən, mənəvi zərərə görə hissədə də təmin edilə bilməz. Məhkəmə, işin hallarını, hüquq pozuntusunun tanınmadığını nəzərə alaraq, tələbin həmin hissədə də təmin edilməməsini ədalətli və ağlabatan hesab edir. Belə ki, qeyd edilənlərdən göründüyü kimi, əsas iddia tələbləri təmin edilmədiyi halda, bundan törənən tələb təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddələrinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” xx xxx 2002-ci il tarixli qərarına əsasən, mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” xx xxxxxx 2008-ci il tarixli 7 saylı qərarının 7-ci bəndinə əsasən, məhkəmə işin konkret hallarından asılı olaraq qəbul etdiyi qətnamə ilə pozulmuş hüququn bərpa edilməsini mənəvi zərərin ödənilməsi kimi qiymətləndirə bilər. Cavabdeh2 məhkəməyə ərizə təqdim edərək, iddiaçının iddia müddətini ötürməklə məhkəməyə müraciət etdiyindən, iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı mübahisəli torpaq sahəsini aldığını bildirdiyi 2013-cü ildən artıq 7 ildən çox vaxt keçməsinə baxmayaraq, bu dövrdə məhkəməyə müraciət etməmiş, müraciət etməməsini əsaslandıran üzrlü səbəblər təqdim edilməmişdir. Buna görə məhkəmə hesab edir ki, iddia müddəti də tətbiq edilməklə iddia rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1-ci və 372.2-ci maddələrinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Eyni Məcəllənin 373.1-ci və 372.2-ci maddələrinə əsasən ümumi iddia müddəti on il təşkil edir. Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Həmin Məcəllənin 377.1-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Məhkəmə hesab edir ki, mübahisənin düzgün həll edilməsi üçün hüququn məhkəmədə müdafiə olunmasının bəzi qaydaları, habelə iddia müddətlərinin tətbiqi məsələləri xüsusi əhəmiyyət kəsb etdiyinə görə aşağıdakılar nəzərə alınmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu bir sıra Qərarlarında iddia müddəti institutunun əhəmiyyətinə toxunaraq qeyd etmişdir ki, mülki işin qanuna uyğun həlli baxımından qanunvericiliyin iddia müddətlərinə dair müddəalarının düzgün tətbiqi mühüm əhəmiyyətə malikdir (Konstitusiya Məhkəməsi Plenumunun “H.Həşimov və qeyrilərinin şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının xx xxxx 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx xxxx 2005-ci il tarixli, “R.Salamovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının x xxxxx 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx xxxxxxx 2007-ci il tarixli, “Viktor Ozerovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının xx xxxx 2009-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx xxxxx 2011-ci il tarixli və s. Qərarları). Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” xx xxxxxx 2001-ci il tarixli Qərarında iddia müddəti ilə bağlı formalaşdırdığı hüquqi mövqeyinə əsasən iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, iddia müddətləri tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanını yaradır. Müddət məsələsinə İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (bundan sonra – Avropa Məhkəməsi) də öz münasibətini bildirmişdir. “Stanyo Belçikaya qarşı” İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin x xxxx 2009-cu il tarixli Qərarındakı hüquqi mövqeyinə görə qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir. Avropa Məhkəməsinin prinsipial hüquqi mövqeyi ondan ibarətdir ki, qanun, qanunverici normaların kifayət qədər dəqiq ifadə olunmasını, bu və ya digər hərəkətin hansı nəticələrə səbəb olacağını görməyə imkan verməsini tələb edən müəyyən olunmuş standarta cavab verməlidir (Avropa Məhkəməsinin Deryus Litvaya qarşı işüzrə xx xxxx 2000-ci il tarixli qərarı və həmin Məhkəmənin Böyük Palatasının Baranovski və Braniovski Polşaya qarşı işlər üzrə xx xxxx 2000-ci və xx xxxx 2004-cü il tarixli qərarları). Məhkəmə hesab edir ki, hazırki halda qətnamənin təsviri hissəsində şərh edilmiş digər əsaslarla yanaşı, iddia müddəti tətbiq edilməklə iddiadan imtina barəsində qərar vermək üçün əsas mövcuddur. Məhkəmə iddia ərizəsinin tələbinə dair gəldiyi nəticə ilə bağlı aşağıdakı hüquq normalarına istinad etməyi zəruri sayır. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin 1-ci hissəsinə əsasən, hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qəərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. İnsan hüquqları üzrə Avropa Məhkəməsi öz qərarlarında tərəfin əsaslandırılmış qərar almaq hüququnu ədalətli məhkəmə baxışına olan hüququnun tərkib hissəsi kimi qiymətləndirmişdir. İnsan hüquqları üzrə Avropa Məhkəməsi “X25rşı” işi üzrə xx xxxxxx 1994-cü il tarixli qərarından göstərmişdir ki, mili məhkəmələr hər təqdim olunan arqumenti və onunla əlaqəli sübutu cavablandırmaq vəzifəsini daşımasalar da, məhkəmə tərəfindən mühüm arqumentlər cavabsız qaldıqda məhkəmə baxışı ədalətli hesab edilə bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” xx xxxxxx 2005-ci il tarixli 4 saylı qərarının 3.1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, Azərbaycan Respublikasının 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlik prinsipi nəzərə alınmaqla qətnamə yalnız tədqiq edilmiş sübutlara əsaslanmalıdır. “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı isan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında X6 və İnsan hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında Azərbaycan respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2006-cı il tarixli 5 №li qərarının 2-ci bəndinə əsasən, Azərbaycan Respublikası “İnsan hüquqlarının və Əsas azadlıqların Müdafiəsi haqqında” Avropa Konvensiyasının iştirakçısı və onu 2002-ci ilin aprel ayının 15-də ratifikasiya etmiş dövlət kimi Konvensiya və onun Protokollarının təfsiri və tətbiqi məsələləri üzrə İnsan hüquqları üzrə Avropa Məhkəməsinin yurisdiksiyasının məcburiliyini tanıyır. Azərbaycan Respublikası Konvensiyanı ratifikasiya etdiyi dövrdən sonra yurisdiksiyası altında olan insanların Konvensiyada nəzərdə tutulan hüquqlarını təmin etməlidir. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının pozulması ilə bağlı məhkəmələr mili qanunvericiliklə yanaşı, Konvensiya müddəalarını da rəhbər tutmalı və bu zaman İnsan hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinə istinad etməlidirlər. Belə olan halda məhkəmə iddiaçı tərəf iddia etdiyi tələbinin əsası kimi istinad etdiyi halları təsdiq edən və başqa sübutlarla təkzib olunmayan hər hansı bir mötəbər sübut təqdim edə bilmədiyindən belə nəticəyə gəlir ki, iddia əsassız olduğuna görə, təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsində göstərilir ki, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edilmədiyinə görə, iddiaçı tərəfindən dövlət rüsumu üçün ödənilmiş 30 manat pul vəsaiti onun özünə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia təmin edilməsin. İş üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: E.Kazımov
Məhkəmə qərarları › İş №2(012)-1649/2020
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-1649/2020
01.10.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver