Məhkəmə qərarları › İş №2(012)-1650/2022

Abşeron Rayon Məhkəməsi Qərardad — İş №2(012)-1650/2022

11.02.2022 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 2(012)-1650/2022 11.02.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron Rayon Məhkəməsinin hakimi Məmmədov Elman Tofiq oğlu, İddiaçı Cavabdehnə qarşı «qərarın ləğv olunması və icra sənədinin yenidən icra edilməsi» tələbinə dair iddia ərizəsini nəzərdən keçirib, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdehnə qarşı «qərarın ləğv olunması və icra sənədinin yenidən icra edilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh qərarının ləğv olunması və Abşeron Rayon Məhkəməsinin 2(012)-1498/2016 saylı, 08.07.2016-cı il tarixli icra sənədinin yenidən Cavabdehnə icra olunması üçün yönəldilməsinə dair göstəriş verilməsini xahiş etmişdir. İddiaçı məhkəməyə ərizə ünvanlayaraq bildirmişdir ki, hal-hazırda Cavabdeh icra məmuru Vüsal Şirinovun icra sənədinin geri qaytarılması barədə 24.01.2022-ci il tarixli qərarından şikayət verdiyi üçün və ərizəsi baxılmasının mahiyyətini itirdiyi üçün 2(012)-1650/2022 saylı iş üzrə iddia ərizəsinin geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə, daxil olmuş mülki işin materiallarını araşdırıb, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.9-cu maddəsinə istinad edərək hesab edir ki, İddiaçı Cavabdehnə qarşı «qərarın ləğv olunması və icra sənədinin yenidən icra edilməsi» tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.9-cu maddəsinə əsasən, iddia ərizəsini icraata götürmək haqqında qərardad çıxarılana qədər iddiaçıdan iddia ərizəsinin qaytarılmasına dair ərizə daxil olduqda hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152, 263, 264-cü maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı Cavabdehnə qarşı «qərarın ləğv olunması və icra sənədinin yenidən icra edilməsi» tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədləri geri qaytarılsın. Qərardaddan, rəsmi qaydada verildiyi (və ya alındığı) gündən 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Elman Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar