Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-1652/2024 06.05.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Mirhəsənli Mirnəsir Mirfazil oğlunun sədrliyi, Əliyeva Afaq Əkbər qızının katibliyi, İddiaçı vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə Xırdalan şəhərində, məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək, cavabdeh-Cavabdeh 8000 (səkkiz min) manat pul vəsatini qətnamə çıxarılan tarixə bank uçot dərəcəsini hesablamaqla (ümumilikdə 9500 manat) xeyrinə tutularaq ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Lənkəran şəhəri, Heydər Əliyev prospekti 299 nömrəli müəllimlər yataqxanasında yaşayarkən uzaq qohumu olan Cavabdeh azyaşlı uşağının müalicəsi və elmi işinin broşuralarının buraxılması üçün maliyyə xərclərini qarşılamaq məqsədi ilə 2022-ci ilin müxtəlif tarixlərində ondan əvvəlcə 8000 manat, sonra 4350 manat, sonuncu dəfə isə 2650 manat pulunu alaraq (ümumilikdə 13.500manat) ona qarşı dələduzluq etdiyinə görə xx.xx.2023-cü il tarixdə ərazi üzrə Yasamal rayon Polis İdarəsinin 26-cı Polis Bölməsinə ərizə vermişdir. 2022-ci ilin sonlarında cavabdeh- Cavabdeh ondan aldığı 13.500 manat pulun bir hissəsini, yəni 5500 manatın ona qaytarmışdır. Bununla belə, hər ay 400 manat olmaqla borcu tam şəkildə ödəyəcəyinə söz versə də, sözünə əməl etəmiş,onu təkrar aldatmışdır. Yasamal RPİ-in İŞ-in müstəntiqi,polis kapitanı X1 onun ərizəsi əsasında araşdırma aprmış, xx.xx.2023-cü ildə HK-/- 886 nömrəli material üzrə cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul etmiş, Cavabdeh barəsində Azərbaycan Respublikası CM-in 178-ci maddəsi ilə olan cinayət təqibinin başlanması rədd edilmişdir. Yasamal PRİ-in İŞ-in həmin qərarı ilə ilə məsələnin mülki xarakteri olması və yaranmış mübahisə yalnız mülki qaydada məhkəmə yolu ilə həll edilməsi göstərilmişdir. Bundan başqa,Yasamal RPİ-in İŞ-in rəisi, polis mayoru E.Nəsibov xx.xx.2023-cü il tarixli,71551/2023 nömrəli məktubla hadisənin mülki xarakterli olduğu üçün mülki qaydada məhkəməyə müraciət etməyi tövsiyyə etmişdir. Göstərilənlərə əsasən iddia təmin edilməlidir. Məhkəmə iclasında iştirak edən İddiaçı vəkili Vəkil iddia tələbini müdafiə edib onun təmin edilməsini xahiş etdil. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmış, lakin o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə heç bir üzürlü səbəb göstərməmişdir. Mülki-Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən məhkəmə mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İştirak etdiyi məhkəmə iclasında Cavabdeh iddianı qismən qəbul edərək, iddiaçıya 8000 manat borcu qaldığını bildirdi. O vətən müharibəsi iştirakçısı olduğunu bildirərək, iddiaçıya olan borcunu ayda 100-200 manat məbləğində ödəyə biləcəyini, lakin iddiaçının onunla razılaşmayaraq, borcu tam şəkildə qaytarmasını istədiyini bildirmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, işin materiallarını araşdırıb, işdə olan sübutlara qiymət verərək hesab edir ki, iddia aşağıdakı əsaslara görə qismən təmin edilməlidir. Mülki işin materiallarından olan Bakı şəhəri Yasamal rayon Polis İdarəsinin İstintaq Şöbəsinin xx.xx.2023-cü il tarixli cinayət işi başlanmasının rədd edilməsi qərarından görünür ki, araşdırma zamanı izahatı alınmış Cavabdeh göstərmişdir ki, İddiaçı onun uzaq qohumudur, onu 2021-ci ildə müharibədən qayıtdıqdan sonra yaxından tanımışdır. Onlar bir müddət əlaqə saxladıqdan sonra Günayla telefonla əlaqə saxladığı zaman ona maddi cəhətdən sıxıntıları olduğunu, özü isə ona birlikdə qızıl işinə girə biləcəklərini demişdir. Günay ona pul göndərəcəyini və özü isə Günayın pulu ilə qazanılan qazancı ona göndərəcəkdir. Günay ona 2022-ci il tarixdə hissə-hissə olmaqla ümumilikdə 13500 manat pul göndərmişdir. Günay həmin pulların bir qisminin ona işə yatırmaq üçün digər qismini isə borc kimi vermişdir. Həmin pulları öz sıxıntılarına xərclədiyi üçün Günaya kömək edə bilməmişdir. Bu səbəbdən də Günaya 13500 manat borclanmışdır. Lakin hal hazırki günədək Günaya 5500 manat pul ödəmişdir. Həmçinin Günaya hər ayın 25-i ona aylıq 400 manat pul ödəməyi ilə bağlı razılığa gəlmişlər. Günayın pulunu tam şəkildə ödəyib qurtaracaqdır. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 106.3-cü maddəsinə əsasən, tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Mülki Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlara və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.2-ci maddəsinin tələbinə görə borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 1091-ci maddəsinə görə əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə görə varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4,445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2014-cü il tarixli Qərarının 2-ci bəndində göstərilmişdir ki, kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Bu zaman pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi illik beş faizdən yüksək olduqda, kreditor tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsi ilə əlaqəli şəkildə kreditin ödənişi üzrə gecikdirilmiş vaxt üçün həmin Məcəllənin 449.1-ci maddəsinə müvafiq olaraq müəyyənləşdirilən miqdarda faizlər hesablanır. Kreditorla borclu arasında kredit münasibətləri müqavilə ilə tənzimləndiyindən, kreditin peşəkarlıq qaydasında verilməsi ilə kredit təşkilatları məşğul olduğundan və kreditin predmeti kimi xüsusi likvid aktiv (pul) çıxış etdiyindən, kreditin vaxtında qaytarılmaması ilə bağlı borclunun gecikdirmə faizlərinin ödənilməsi üzrə öhdəlikləri kredit müqaviləsində nəzərdə tutula bilər. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3 və 425.1-ci maddələrinə uyğun olaraq vicdanla həyata keçirməli, öhdəlikləri şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə icra etməlidirlər. İşin məhkəmə tərəfindən araşdırılan hallarından müəyyən olunur ki, tərəflər arasında qızıl satışı ilə bağlı münasibətlər yaranmış, bununla bağlı onlar arasında şifahi razılaşma olmuş, iddiaçı iş qurmaq üçün cavabdehə pul vermiş, bunun müqabilində 13500 manat borc yaranmışdır. Bundan sonra isə cavabdeh yaranmış borcu qaytarmadığından iddiaçı onun barəsində Bakı şəhəri Yasamal rayon Polis İdarəsinin İstintaq Şöbəsinə şikayət ərizəsi yazmış, polis bölməsində hər iki tərəfin izahatı alınmışdır. Cavabdeh borcdan 5500 manatını İddiaçı qaytarmış və polis idarəsində verdiyi izahatında göstərmişdir ki, 2-3 il bundan öncə uzaq qohumu İddiaçı qızıl alqı-satqısı ilə məşğul olmaq üçün hissə-hissə 13500 manat pulu ona göndərmişdir. Həmin borcdan 5500 manat pulu İddiaçı qaytarmışdır. Günayın pulunu tam şəkildə ödəyib qurtaracaqdır. Göründüyü kimi, cavabdeh E.R.Rəhimov İddiaçı 8000 manat borclu olduğunu etiraf etmişdir. Beləliklə, işin faktiki hallarından məlum olur ki, cavabdeh E.R.Rəhimov İddiaçı hesabına 8000 manat məbləğində əsassız varlanmışdır. Buna görə də iddia bu hissədə əsaslıdır və təmin edilməlidir. Məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, 8000 manat məbləğində pul Cavabdeh alınaraq İddiaçı verilməlidir. Əsassız varlanmanın bu məbləğdə olması işdəki bir sıra mötəbər sübutlarla, o cümlədən cavabdehin polis orqanlarında və məhkəmə iclasında verdiyi izahatı ilə tamamilə təsdiq olunur. İddia qalan hissədə təmin edilməməlidir. Belə ki, iddiaçı iddia tələbində qətnamə çıxarılan tarixə bank uçot dərəcəsini hesablamaqla ümumilikdə 9500 manat tələb etsə də, tərəflər arasında şifahi şəkildə bağlanmış müqavilədə bu barədə hər hansı müddəa nəzərdə tutulub-tutulması sübuta yetirilə bilməmişdir. Bundan başqa, iddiaçı borc verməklə faiz məbləğini də əldə etməsi barədə müvafiq qurumdan lisenziya almasını təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim edə bilməmişdir. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 8000 manat pul alınaraq İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Mirnəsir Mirhəsənli
Məhkəmə qərarları › İş №2(012)-1652/2024
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-1652/2024
06.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver