Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-1657/2020 18.11.2020 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Şahbazov Abdulla Tofiq oğlunun katibliyi, İddiaçının nümayəndəsi X2 iştirakı ilə İddiaçı MMC-nin Cavabdeh qarşı vurulmuş ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı «İddiaçı” Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh qarşı vurulmuş ziyanın ödənilməsi tələbi barədə iddia ərizəsi ilə Abşeron Ravon Məhkəməsinə müraciət edərək, İddiaçı MMC-nə məxsus olan “Ravon Ncxia R3” markalı, **-PK-*** dövlət qeydiyyat nişanlı avtomobilin bərpası üçün tələb olunan 3907 manat məbləğində pulun və iddia qaldırılması üçün ödənilmiş 30 manat dövlət rüsumunun, Cavabdeh tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi məhkəmə iclasında iddia tələbini müdafiə edərək, onunla əsaslandırmışdır ki, xx xxxxxx 2020-ci il tarixdə saat 00:15 radələrində Cavabdeh etibarnamə əsasında idarə etdiyi, texniki cəhətdən saz vəziyyətdə olan “Qaz 3110” markalı, **-LG-*** dövlət qeydiyyat nişanlı avtomobillə X9 qəsəbəsi 28 may küçəsində hərəkət edərkən düzgün manevr etməyərək yol nəqliyyat hadisəsi törətmiş, İddiaçı MMCnin mülkiyyətində olan “Ravon Nexia R3” markalı, **-PK-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. Abşeron RDYPŞ-nin əməkdaşı polis mayoru X4 tərəfindən xx xxxxxx 2020-ci il tarixdə Cavabdeh İXM-nin 327.1-ci maddəsində nəzərdə tutulmuş xəta törətdiyi üçün barəsində İnzibati Tənbeh vermə haqqında TP3437861 saylı qərar tərtib edilməklə 40 manat məbləğində cərimə edilmişdir. Baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində İddiaçı MMC-nə məxsus “Ravon Nexia R3” markalı, **-PK-*** dövlət qeydiyyat nişanlı avtomobilə maddi ziyan vurulmuşdur. “xxxx Servis” tərəfindən tərtib olunmuş qüsur aktına əsasən “Ravon Nexia R3” markalı, **-PK-*** dövlət qeydiyyat nişanlı avtomobilə 8407 manat məbləğində maddi ziyan dəymişdir. Cavabdeh idarə etdiyi “Qaz 3110” markalı, **-LG-*** dövlət qeydiyyat nişanlı avtomobili sığortalayan “xxxx” Sığorta Şirkəti ASC tərəfindən İddiaçı MMC-yə dəymiş ziyana görə 4500 manat məbləğində pul ödənilmiş, lakin ödənilmiş vəsaitlə "Ravon Nexia R3” markalı, **-PK-*** dövlət qeydiyyat nişanlı avtomobilin bərpa olunmasına kifayət etməmişdir. Ona görə də qeyd olunan avtomobilin istifadəyə yararlı vəziyyətə gətirmək üçün 3907 manat məbləğində pul və iddia qaldırılması üçün ödənilmiş 30 manat dövlət rüsumu İddiaçı MMC-nə ödənilməlidir. Odur ki, göstərilənləri nəzərə alaraq iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclаsının vахtı və yеri bаrədə lаzımi qаydаdа хəbərdаr еdilməsinə bахmаyаrаq məhkəmə iclаsınа gəlməmiş və gəlməməsinin səbəbləri bаrədə məhkəməyə məlumаt vеrməmişdir. Bеlə оlаn hаldа məhkəmə, Аzərbаycаn Rеspublikаsının Mülki Prоsеssuаl Məcəlləsinin 185.5. mаddəsinə əsаsən işə оnun iştirаkı оlmаdаn bахılmаsını mümkün hеsаb еtmişdir. Məhkəmə, iddiaçının nümayəndəsini dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM adlandırılacaq); 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 89.1-ci maddəsinə əsasən yazılı sübutlar – iş üçün əhəmiyyətli hallar barədə məlumat verən notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işğüzar yazışmalar və sair sənəd materialıdır. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 425.1. maddəsinin tələbindən görünür ki, tərəflərdən hər biri öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: -İddiaçı MMC ilə X6 arasında xx.xx.2017-ci il tarixli AL-1605 saylı «X7»ndən görünür ki, Lizinq verən- İddiaçı MMC Lizinq alan- X1 etdiyi və bu Lizinq Müqaviləsinin ayrılmaz tərkib hissəsi olan 1 saylı əlavədə göstərilən əmlakı öz mülkiyyətinə əldə edilməsini və muzdla Lizinq alanın müvəqqəti sahibliyinə və istifadəsinə verilməsini öhdəsinə götürür. Lizinq verən- X10 alanın yekun sifarişi əsasında (2 saylı Əlavə) Alqı-satqı müqaviləsi ilə UzAvto Bakı MMC-dən əldə edir. Bu müqavilədə müəyyən edilmiş şərtlərlə X10ə qəbul etməyi və bu müqavilənin ayrılmaz hissəsi olan lizinq ödənişləri cədvəli (Əlavə 3) müvafiq olaraq lizinq ödənişlərini Lizinq verənə mütəmadi olaraq ödəməyi öhdəsinə götürür. Lizinq Müqaviləsinin ümumi məbləği 13800 manat təşkil edir. Lizinq obyekti Lizinq alana 24 ay müddətinə lizinqə verilir. Lizinq obyekti - 2017-ci il buraxılışlı, "Ravon Nexia R3” markalı, **-PK-*** dövlət qeydiyyat nişanlı, XWBTF69V9HA037132 ban, 0033 mühərrik nömrəli, ağ rəngli avtomobildir. -xx.xx.2019-cu il tarixdə verilmiş Nəqliyyat vasitəsinin Qeydiyyat Şəhadətnaməsinin surətindən görünür ki, 2000-ci il buraxılışlı, “QAZ 3110” markalı **-LG-*** dövlət qeydiyyat nişanlı, 311000Y0308211 ban, 4062020DY3004455 mühərrik nömrəli, ağ rəngli avtomobil X5 mülkiyyətindədir. -xx.xx.2019-cu il tarixli, ƏN-Vİİ № 115947 seriyalı etibarnamənin surətindən görünür ki, X8 2000-ci il buraxılışlı, “QAZ 3110” markalı **-LG-*** dövlət qeydiyyat nişanlı, 311000Y0308211 ban, 4062020DY3004455 mühərrik nömrəli, ağ rəngli avtomobili etibarnamə əsasında Cavabdeh 1 il müddətinə idarə etməyi etibar etmişdir. -xx.xx.2017-ci il tarixdə verilmiş Nəqliyyat vasitəsinin Qeydiyyat Şəhadətnaməsinin surətindən görünür ki, 2017-ci il buraxılışlı, "Ravon Nexia R3” markalı, **-PK-*** dövlət qeydiyyat nişanlı, XWBTF69V9HA037132 ban, 0033 mühərrik nömrəli, ağ rəngli avtomobil İddiaçı MMC-nin mülkiyyətindədir. -“xxxx Servis” tərəfindən xx.xx.2020-ci il tarixdə tərtib olunmuş qüsur aktına əsasən “Ravon Nexia R3” markalı, **-PK-*** dövlət qeydiyyat nişanlı avtomobilə ümumilikdə 8407 manat məbləğində maddi ziyan dəymişdir. -Nəqliyyat vasitələrinin zədələnməsi barədə arayışın surətindən görünür ki, xx xxxxxx 2020-ci il tarixdə saat 00:15 radələrində X9 qəsəbəsi 28 may küçəsində baş vermiş yol nəqliyyat hadisəsində "Ravon Nexia R3” markalı, **-PK-*** dövlət qeydiyyat nişanlı, XWBTF69V9HA037132 ban, 0033 mühərrik nömrəli avtomobilin qabaq hissəsi əzilmişdir. -İnzibati xəta haqqında xx.xx.2020-ci il tarixli TP ******* №-li inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, xx.xx.2020-ci il tarixdə Cavabdeh “Qaz 3110” markalı, **-LG-*** dövlət qeydiyyat nişanlı avtomobillə X9 qəsəbəsi 28 may küçəsində əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etmə nəticəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə təqsirli bilinib 40 manat miqdarında cərimə edilmişdir. -Hesabdan çıxarışından görünür ki, “xxxx” Sığorta Şirkəti ASC tərəfindən İddiaçı MMC-nin hesabına dəymiş ziyana görə 4500 manat məbləğində pul ödənilmişdir. -xx.xx.2020-ci il tarixli xəbərdarlıqdan (pretenziya məktubu) görünür ki, İddiaçı MMC Cavabdeh borcun qaytarılması barədə məlumat vermiş və borcu 7 gün ərzində ödəməsi tələb olunmuş və borc ödənilmədiyi halda X7nin ləğvi, lizinq obyektinin qaytarılması, müqavilə ilə nəzərdə tutulmuş qaydada borca dəbbə pulu da tələb olunacağı bildirilmişdir. Məhkəmə araşdırılması zamanı müəyyən edildi ki, xx xxxxxx 2020-ci il tarixdə saat 00:15 radələrində Cavabdeh etibarnamə əsasında idarə etdiyi, texniki cəhətdən saz vəziyyətdə olan “Qaz 3110” markalı, **-LG-*** dövlət qeydiyyat nişanlı avtomobillə X9 qəsəbəsi 28 may küçəsində hərəkət edərkən düzgün manevr etməyərək yol nəqliyyat hadisəsi törətmiş, İddiaçı MMC-nin mülkiyyətində olan “Ravon Nexia R3” markalı, **-PK- *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. Abşeron RDYPŞ-nin əməkdaşı polis mayoru X4 tərəfindən xx xxxxxx 2020-ci il tarixdə Cavabdeh İXM-nin 327.1 -ci maddəsində nəzərdə tutulmuş xəta törətdiyi üçün barəsində İnzibati Tənbeh vermə haqqında TP3437861 saylı qərar tərtib edilməklə 40 manat məbləğində cərimə edilmişdir. Baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində İddiaçı MMC-nə məxsus “Ravon Nexia R3” markalı, **-PK-*** dövlət qeydiyyat nişanlı avtomobilə maddi ziyan vurulmuşdur. “xxxx Servis” tərəfindən tərtib olunmuş qüsur aktına əsasən “Ravon Nexia R3” markalı, **-PK-*** dövlət qeydiyyat nişanlı avtomobilə 8407 manat məbləğində maddi ziyan dəymişdir. Cavabdeh idarə etdiyi “Qaz 3110” markalı, **-LG-*** dövlət qeydiyyat nişanlı avtomobili sığortalayan “xxxx” Sığorta Şirkəti ASC tərəfindən İddiaçı MMC-yə dəymiş ziyana görə 4500 manat məbləğində pul ödənilmiş, lakin ödənilmiş vəsaitlə "Ravon Nexia R3” markalı, **-PK-*** dövlət qeydiyyat nişanlı avtomobilin bərpa olunmasına kifayət etməmişdir. Hazırda isə İddiaçı MMC cavabdehə qarşı məhkəmədə iddia qaldıraraq Ravon Ncxia R3” markalı, **-PK-*** dövlət qeydiyyat nişanlı avtomobilin bərpası üçün tələb olunan 3907 manat məbləğində pulun, məhkəməyə ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun Cavabdeh tutulub İddiaçı MMC-yə ödənilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmənin xx xxxx 2020-ci il tarixli 2(012) -1657/2020 №-li qərardadı ilə mülki iş üzrə məhkəmə əmtəəşünaslıq ekspertizası təyin edilmişdir. Qeyd olunan ekspertiza üzrə alınmış xx xxxxxxxx 2020-ci il tarixli 9/2303 №-li ekspert rəyindən məlum olur ki, nəzəri hesablama yolu ilə, iş materiallarında olan “xxxx” MMC-nin xx.xx.2020-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla "Ravon Nexia R3” markalı, **-PK-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmirbərpa xərci, avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 7843.00 manat müəyyən edilmişdir. Məhkəmə ekspert rəyini Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən, qiymətləndirərək hesab edir ki, ekspert rəyi daha obyektiv hesab edilməklə sübut kimi qəbul edilməlidir. İşin araşdırılan hallarından iddia ərizəsindən müəyyən eilir ki, Cavabdeh idarə etdiyi “Qaz 3110” markalı, **-LG-*** dövlət qeydiyyat nişanlı avtomobili sığortalayan “xxxx” Sığorta Şirkəti ASC tərəfindən İddiaçı MMC-yə dəymiş ziyana görə 4500 manat məbləğində pul ödənilmişdir. "Ravon Nexia R3” markalı, **-PK-*** dövlət qeydiyyat nişanlı avtomobilin bərpa olunması üçün isə qüsur aktına əsasən 8407 manat zərər hesablanmışdır. İddiaçı həmin məbləğdən sığorta tərəfindən ona ödənilmiş 4500 manat sığorta məbləğini çıxmaqla qalan 3907 manat zərərin cavabdehdən tələb etmişdir ki, məhkəmə qeyd edir ki, iddiaçı zərərin qalan məbləğini istəməsində xaqlıdır və qanunun tələblərinə uyğundur. Lakin məhkəmə vurulmuş ziyanla bağlı ekspert rəyində göstərilən 7843 manat zərər məbləğini daha əsaslı olduğunu bildirir və ona görə də həmin məbləğdən iddiaçıya ödənilmiş sığorta məbləği çıxılmaqla qalan 3343 (üç min üç yüz qırx üç) manat məbləğində pul vəsaətinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsini işin ədalətli həlli və qanunamüaf hesab edir. Azərbaycan Respublikasının MM-nin; 1096.1. maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1097.1. mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 1108.1. Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. 21.1. maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. İş materiallarından görünür ki, iddia ərizəsinin məhkəməyə verilməsi üçün iddiaçı tərəfindən 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Eyni zamanda ekspert rəyinə əsasən isə, məhkəmə əmtəəşünaslıq ekspertizası üzrə ekspert tədqiqatının dəyəri 100 (yüz) manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikasının MPM-nin; 119.1. maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərindən ibarətdir. 115.0.1-ci maddəsinə əsasən, ekspertlərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Qanunun qeyd olunan tələbinə əsasən məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu iddia tələbinin təmin olunmuş hissəsinə münasib olaraq cavabdehə aid edilməli və ondan (3343 x 100 : 3907 = 85,5% ; 85,5% x 30 = 25,65) 25,65 (iyirmi beş manar altmış beş qəpik) manat alınaraq İddiaçı MMC-nin xeyrinə ödənilməlidir. Eyni zamanda məhkəmə məsrəflərinə aid olunan ekspertə verilməli olan məbləğ də iddia tələbinin təmin olunmuş hissəsinə münasib olaraq cavabdehə aid edilməli və ondan (85,5% x 120 =85,5) 85,5 manat alınaraq İddiaçı MMC-nin xeyrinə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4. maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə, işin məhkəmə iclasında tədqiq edilən sübutları məcmu halda qiymətləndirib və qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alaraq hesab edir ki, İddiaçı MMC-nə məxsus olan “Ravon Ncxia R3” markalı, **-PK-*** dövlət qeydiyyat nişanlı avtomobilin bərpası üçün tələb olunan 3343 (üç min üç yüz qırx üç) manat məbləğində pul vəsaiti, ödənilmiş dövlət rüsumuna görə 25,65 (iyirmi beş manat altmış beş qəpik) manat manat pul vəsaiti tutularaq iddiaçıya ödənilməli və ekspertiza tədqiqatına görə 85,5 (səksən beş manat əlli qəpik) manat Cavabdeh tutularaq dİddiaçı MMC-nə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh İddiaçı MMC-nə məxsus olan “Ravon Ncxia R3” markalı, **-PK-*** dövlət qeydiyyat nişanlı avtomobilin bərpası üçün tələb olunan 3343 (üç min üç yüz qırx üç) manat məbləğində pul vəsaiti və 25,65 (iyirmi beş manat altmış beş qəpik) manat məbləğində dövlət rüsumu tutulub İddiaçı MMC-nin xeyrinə ödənilsin. Cavabdeh aparılmış ekspertiza tədqiqatına görə 85,5 (səksən beş manat əlli qəpik) manat pul vəsaiti tutulub Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, Hesab AZ34CTRE********************) ödənilsin. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Ravon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Habil Əhmədov
Məhkəmə qərarları › İş №2(012)-1657/2020
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-1657/2020
18.11.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver