Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-1665/2022 06.06.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Sultanov Əlisahib Həbib oğlunun katibliyi, İddiaçı “Aqrarkredit» QSC Bank Olmayan Kredit Təşkilatının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı “Aqrarkredit» QSC Bank Olmayan Kredit Təşkilatının Cavabdeh qarşı əsas və faiz borcun qaytarılması tələbinə dair mülki işə 06 iyun 2022-ci il tarixdə, Xırdalan şəhərində, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı “Aqrarkredit» QSC Bank Olmayan Kredit Təşkilatı Cavabdeh qarşı əsas və faiz borcun qaytarılması tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh əsas borc üzrə 2269.98 (iki min iki yüz altmiş doqquz manat 98 qəpik) manat, faiz borcu üzrə 2236.58 (iki min iki yüz otuz altı manat 58 qəpik) manat olmaqla, cəmi 4506.56 (dörd min beş yüz altı manat 56 qəpik) manat məbləğində kredit borcunun, həmçinin ödənilmiş 65.07 (altmış beş manat, 07 qəpik) manat məbləğində dövlət rüsumunun İddiaçı QSC-nin xeyrinə ödənilməsi barədə qətnamənin qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırılma tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 15 iyul tarixli, 570 saylı Fərmanına əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 194-cü maddəsinə uyğun olaraq "xxxx" ASC ilə İddiaçı QSC arasında bağlanmış, Tələb hüququnun güzəşt edilməsinə dair xx.xx.2015-ci il tarixli Müqaviləyə görə "xxxx" ASC-nin problemli aktivlərinin tələb hüququ İddiaçı QSC-yə keçmişdir. İddiaçı QSC-nin Nizamnaməsinə edilmiş 12 oktyabr 2015-ci il tarixli ********** saylı dəyişiklikdəki 2.5 maddəyə əsasən Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 15 iyul tarixli, 570 saylı Fərmanında nəzərdə tutulmuş aktivlərin idarə edilməsi Kredit Təşkilatının tabeliyində yaradılmış hüquqi şəxs statuslu qurum (“X3 Edilməsi Agentliyi” MMC) vasitəsilə həyata keçirilir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 10 fevral 2017-ci il tarixli, 10İS saylı Sərəncamının icrası ilə əlaqədar İddiaçı QSC tərəfindən "xxxx" ASC-dən problemli aktivlərin satın alınması ilə bağlı borclu Cavabdeh dair sənədlər S-FK-946 saylı, xx.xx.2017-ci il tarixli təhvil-təslim aktına əsasən İddiaçı QSC -yə verilmişdir. "xxxx" ASC ilə Cavabdeh arasında xx.xx.2013-cü il tarixdə, 6847 saylı kredit müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən cavabdehə illik 22% olmaqla 12 ay müddətinə 3000 (üç min) manat məbləğində kredit verilmişdir. Kredit Müqaviləsinin 4.2-ci bəndinə əsasən kredit vəsaitindən istifadə müddətinin axımı “Borcalan”ın ssuda hesabına kredit vəsaitinin köçürüldüyü təqvim tarixindən sonrakı gün başlanır. (4.3. bəndi) “Borcalan”a verilən vəsaitindən istifadə müddəti 12 aydır. Cavabdeh bank qarşısındakı öhdəliklərini bu günə kimi lazımınca yerinə yetirməmişdir. Belə ki, cavabdehin banka hazırda olan əsas borc üzrə 2269.98 (iki min iki yüz altmiş doqquz manat 98 qəpik) manat, faiz borcu üzrə 2236.58 (iki min iki yüz otuz altı manat 58 qəpik) manat olmaqla, cəmi 4506.56 (dörd min beş yüz altı manat 56 qəpik) manat məbləği təşkil edir. Bank tərəfindən öz növbəsində pul məbləğinin ödənilməsi tələbi ilə dəfələrlə cavabdehə şifahi formada, o cümlədən yazılı bildirişlərin göndərilməsi yolu ilə xəbərdarlıqlar edilmiş və qeyd olunan kredit müqaviləsi üzrə əsas, kreditdən istifadəyə və öhdəliyin icrasının gecikdirilməsinə görə hesablanmış faiz borcu haqqında məlumat verilmiş və onların tez bir zamanda banka ödənilməsi qarşı tərəfdən tələb olunmuşdur. Lakin qeyd olunan öhdəlik bugünədək yerinə yetirilməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı “Aqrarkredit» QSC Bank Olmayan Kredit Təşkilatının nümayəndəsi X2 iddianı müdafiə edib, təmin edilməsini xahiş etdi. Eyni zamanda ərizə təqdim edərək, Cavabdeh iclaslarda iştirak etmədiyi üçün işə cavabdehin iştirakı olmadan qiyabi icraat qayasında baxılaraq qiyabi qətnamə çıxarılmasını xahiş etdi. İddiaçı “Aqrarkredit» QSC Bank Olmayan Kredit Təşkilatının nümayəndəsi X2 işə gəlməyən cavabdehin iştirakı olmadan baxılmasına yazılı razılıq verdiyindən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 238.5-ci maddəsinə əsasən işə qiyabi icraat qaydasında baxılmışdır. Məhkəmə iddiaçının nümayəndəsinin izahatlarını dinləyib, təqdim olunmuş sübutlara qiymət verərək hesab edir ki, iddia aşağıdakı əsaslara görə təmin edilməlidir. Belə ki, mülki işin materiallarında olan xx.xx.2013-cü il tarixli 6847 saylı Kredit müqaviləsindən müəyyən edilir ki, "xxxx" ASC tərəfindən Cavabdeh illik 22 % olmaqla 12 ay müddətinə 3000 (üç min) manat məbləğində kredit verilmişdir. Mülki işin materiallarında olan xx.xx.2022-ci il tarixli arayışdan müəyyən edilir ki, Cavabdeh xx.xx.2022-ci il tarixinə 4506,56 manat (2269,98 manat əsas borc və 2236,58 manat faiz borcu) borcu vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinin tələblərinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 449.4-cü maddəsinə görə özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Məhkəmə hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin olunmalı, iddiaçı "xxxx" ASC ilə Cavabdeh arasında kredit müqaviləsinin bağlanmasına baxmayaraq, Cavabdeh kredit müqaviləsi ilə üzərinə düşən öhdəliyi vaxtında yerinə yetirmədiyindən və bununla da onun əmlak vəziyyətinin əhəmiyyətli dərəcədə pisləşməsi müəyyən edildiyindən, Cavabdeh kredit müqaviləsi ilə aldıqlarını iddiaçıya qaytarmalı, Cavabdeh 2269.98 (iki min iki yüz altmiş doqquz manat 98 qəpik) manat əsas borc, 2236.58 (iki min iki yüz otuz altı manat 58 qəpik) manat faiz borcu olmaqla, cəmi 4506.56 (dörd min beş yüz altı manat 56 qəpik) manat məbləğində borc alınaraq “Aqrarkredit» QSC Bank Olmayan Kredit Təşkilatına verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə istinad edərək hesab edir ki, iddia ərizəsinin verilməsinə görə ödənilmiş 65.07 (altmış beş manat, 07 qəpik) manat dövlət rüsumunun əvəzi Cavabdeh alınaraq “Aqrarkredit» QSC Bank Olmayan Kredit Təşkilatına verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh 2269.98 (iki min iki yüz altmiş doqquz manat 98 qəpik) manat əsas borc, 2236.58 (iki min iki yüz otuz altı manat 58 qəpik) manat faiz borcu olmaqla, cəmi 4506.56 (dörd min beş yüz altı manat 56 qəpik) manat məbləğində borc və iddia ərizəsinin verilməsinə görə ödənilmiş 65.07 (altmış beş manat, 07 qəpik) manat dövlət rüsumu alınaraq “Aqrarkredit» QSC Bank Olmayan Kredit Təşkilatına ödənilsin. Cavabdeh qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 gün müddətində həmin qətnamənin ləğvi üçün qiyabi qətnaməni çıxartmış Abşeron Rayon Məhkəməsinə ərizə verə bilər. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim:Cəmilə Səfiyeva
Məhkəmə qərarları › İş №2(012)-1665/2022
Abşeron Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №2(012)-1665/2022
06.06.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver