Məhkəmə qərarları › İş №2(012)-1668/2020

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-1668/2020

21.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-1668/2020 21.10.2020 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Şahbazov Abdulla Tofiq oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsi üzrə mülki işə Abşeron Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 2500 (iki min beş yüz) manat məbləğində pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə Yasamal rayonu, Zərgərpalan küçəsi 11-003B ünvanındakı mənzilinin təmiri zamanı iş icraçısı Bakir Rəsulov vasitəsi ilə tanış olmuşdur. Bakir ilə mənzilin təmirini 7000 manata razılaşmışlar və onun işlədiyi vaxt iddiaçı, ona hissə-hissə 4050 manat pul vermişdir. Həmin puldan Bakir Rəşada 1700 manat vermiş və deməsinə görə hələ 300 manat artıq vermişdir. Rəşad iddiaçının mənzilində işə başlamış və o kafel işləri üçün dostu Yusifi təcrübəli usta kimi evə dəvət etmiş və «bizim pulumuz birdir» deyərək Yusifin də pulunu idarə etmişdir. Yusif atasının rayonda xəstə olduğunu bəhanə edərək işi bərbad vəziyyətdə qoyub getmiş və onun yarımçıq işinin Rəşad tərəfindən təhvil veriləcəyini demişdir. Rəşad isə sonradan iddiaçıdan aldığı pulu Yusifə verdiyini, «Yusif isə sizin verdiyiniz pulu alaraq məni pis vəziyyətdə qoymuşdur» deyə ona bildirmişdir. Rəşad iddiaçıdan müxtəlif bəhanələrlə: (banka kredit borcu olduğunu, anasının əməliyyat keçirdiyini, rayonu hüzrə gedəcəyini, evində uşaqların ac olduğunu və s;) deməklə 1750 manat pul almış, «narahat olmayın pulu öncədən verin, mənə inanın sizin işi yarımçıq qoymarıq» deyib onları inandıraraq pulu almış və mənimsəmiş, sonra işlərini yarıtmaz vəziyyətdə qoyub Ukraynaya getmək bəhanəsi ilə aradan çıxmışdır. Həmin məbləğin 700 manatını iddiaçıdan artıq alıb aparmışdır. Bundan başqa görmüş olduğu işlərində pul məbləğini çoxaltmaq naminə mənzilin divarları və tavanların ümumi sahəsi ən çoxu 350 kv.m. olduğu halda Rəşad ümumi sahəni 497 kv.m kimi hesablamışdır. İddiaçıya maddi ziyan və işini iki ay gecikdirməklə ailə üzvlərinə mənəvi-psixoloji zərbə vurmuşdur. Sonuncu dəfə isə iş paltarlarını yumaq adı ilə götürmüş, sabah gəlib işləyəcəyini demiş, sonradan isə iddiaçının telefon zənglərinə cavab verməmişdir. Vaxt keçdiyinə və Rəşadın gəlmədiyinə görə məcburiyyət qarşısında qalaraq və ailənin maddi vəziyyətinin çətin olması şəraitində mənzilin təmiri üçün yeni ustalar çağıraraq Rəşadın və Yusifin yarımçıq qalmış işlərinin görülməsi üçün ustalara 1500 manat pul ödəmişdir. Cavabdeh işi keyfiyyətlə təhvil verəcəyini vəd etməklə onun etibarından sui istifadə edib onu aldatmış və onun 2500 manat (300 + 700 + 1500 = 2500 manat) pulunu mənimsəmişdir. İddiaçı və onun həyat yoldaşı ziyalı, müəllim və alim olduğunun nəzərə alınmasını, Rəşad kimmi şəxsləriin iddiaçı kimi saf, təmiz düşüncəli insanların etibar və inamından istifadə etmələrini cəmiyyətə yaraşmayan nalayiq hərəkətlərinə görə layiqincə cəzalandırılmasını xahiş edir. İddiaçı bu barədə şikayət ərizəsi ilə mraciət etmiş,Yasamal rayon Polis Şöbəsinin 27-ci Polis Bölməsi tərəfindən araşdırma aparılmış, lakin ərizədə olan xüsusatlar mülki mübahisə predmeti olduğundan məhkəmə tərəfindən araşdırılmalı olduğu müəyyən edilmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edib və iddia ərizəsində göstərilənlərə uyğun məzmunda izahat verərək, tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.1 və 185.5-ci maddələrinə görə işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 ifadəsində bildirmişdir ki, iddiaçının həyat yoldaşıdır. Yasamal rayonu, Zərgərpalan küçəsi 11-003B ünvanında iddiaçı ilə birlikdə yaşayırlar. Həmin evi təmir etdirmək istəyən zaman təmir-tikinti işləri ilə məşğul olan Bakir adlı bir nəfə onları Cavabdehlə tanış etmiş. Rəşadın yaxşı usta olduğunu və bütün təmir işlərini o görə biləcəyini bildirmişdir. Cavabdeh mənzildə görüləcək bütün işləri (kafel-metlax, parket, maliyar və sair.) öz üzərinə götürmüş və bildirmişdir ki, özü bacarmadığı işləri də başqa ustalar gətirib gördürəcək. Rəşad işə başlar-başlamaz 500 manat beh kimi almış. Sonra işin gedişində müxtəlif bəhanələrlə (başqa ustaya pul verirəm, banka kredit borcum var, anam xəstədir pul lazımdır və sair.) bizim xoş münasibətimizdən sui istifadə edərək hissə-hissə 2500 manat (300 + 700 + 1500 = 2500 manat) olmaqla ümumilikdə 3000 manat məbləğində pul ondan və həyat yoldaşından almışdır. Bundan sonra Rəşad işləri yarım görmüş, divar kağızlarını və digər işləri yarım qoyaraq getmişdir. Gördüyü işləri isə çox keyfiyyətsiz olmuşdur. Rəşada dəfələrlə zəng vurmalarına baxmayaraq o, işlərini tamamlamağa gəlməmişdir. Rəşad bir qədər vaxtdan sonra bir gün gəlmiş və demiş ki, paltarları çox çirklidir onları aparıb təmizlətdirib sabah gələcək. O, vaxtdan sonra Rəşad gəlməmişdir. Dəfələrlə onu axtarmışlar, evinə getmişlər lakin tapa bilməmişdirlər. Məhkəmə, iddiaçının izahatını, şahid ifadəsini dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 184.2. maddəsinin mahiyyətindən görünür ki, hakim işə əlavə edilmiş sübutlar və işdə olan mövcud materiallar əsasında işə baxmağa haqlıdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: -xx.xx.2029-cu il tarixədək etibarlı olan AA ******* nömrəli Azərbaycan Respublikası şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1960-ci ildə anadan olmuşdur. -Azərbaycan Respublikası DİN Bakı şəhəri BPİ-nin Yasamal RPİ-nin 27-ci PB-nin xx.xx.2019-cu il tarixli, 093-22429 Ə- saylı məktubundan görünür ki, Yasamal RPİ-nin 27ci PB-nin xx.xx.2019-cu il tarixli qərarın surəti İddiaçı göndərilmiş və ona yuxarı prokurora və məhkəməyə müraciət etmək hüququ olduğu izah edilmişdir. -03 12.2019-cu il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın surətindən görünür ki, izahatı alınmış İddiaçı şikayət ərizəsində olan xüsusatları bir daha öz izahatında təsdiq etmiş, lakin izahatı alınmış Cavabdeh bildirmişdir ki, 2019-cu ilin iyun ayında İddiaçı Yasamal rayonu, Zərgərpalan küçəsi 11, mənzil 03B ünvanındakı mənzilində yarımçıq qalan təmir işləri aparması üçün razılaşmış və mənzildə işləməyə başlamış, mənzilin müəyyən hissəsini təmir etdikdən sonra mənzilin təmirini başa çatdırmaq üçün ev sahibindən qalan 400 manat pulu tələb etmiş, ev sahibi pulu verməyi gecikdirdiyi üçün təmiri tamamlaya bilməmişdir. Aparılmış araşdırma zamanı İddiaçı vət. Cavabdeh tərəfindən etibarından sui istifadə edərək aldatma yolu ilə pulunu ələ keçirib ona qarşı dələduzluq etməsi müəyyən edilməmişdir. Odur ki, İddiaçı ərizəsi əsasında toplanmış material üzrə cinayət işinin başlanılması rədd edilmiş, ona ərizəsində göstərilən xüsusatlarla bağlı mülki qaydada məhkəməyə müraciət etməsi bildirilmişdir. Məhkəmə iclası zamanı müəyyən edildi ki, iddiaçı, Yasamal rayonu, Zərgərpalan küçəsi 11-003B ünvanındakı mənzilinin təmiri zamanı iş icraçısı Bakir Rəsulov vasitəsi ilə Cavabdeh ilə tanış olmuş, Bakir ilə mənzilin təmirini 7000 manata razılaşmışlar və onun işlədiyi vaxt iddiaçı, ona hissə-hissə 4050 manat pul vermişdir. Həmin puldan Bakir Rəşada 1700 manat vermiş və bundan sonra bütün işləri görülməsini Rəşad öz üzərinə götürmüşdür. Rəşad iddiaçının mənzilində işə başlamış və işlərin görülməsinə digər ustalar cəlb etmişdir. Bundan sonra işlərin görülməsi ilə bağlı bütün münasibətlər cavabdehlə iddiaçı arasında olmuşdur. Cavabdeh işlədiyi müddətdə müxtəlif bəhanələrlə iddiaçıdan işləri qurtarmamışdan əvvəl qabaqcadan hissə hissə 300 manat və 700 manat ümumilikdə 1000 manat pul almışdır. Müəyyən müddət işlədikdən sonra cavabdeh işləri yarımçıq qoyaraq mənzilin təmir işlərini təhvil verməyərək çıxıb getmişdir. Vaxt keçdiyinə və Rəşad gəlmədiyinə görə iddiaçı məcburiyyət qarşısında qalaraq mənzilin təmiri üçün yeni ustalar çağırmış, Rəşadın yarımçıq qalmış işlərinin görülməsi üçün ustalara 1500 manat pul ödəmişdir. Cavabdeh işi keyfiyyətlə təhvil verəcəyini vəd etməklə iddiaçının etibarından sui istifadə edərək mənzilin təmiri üçün ondan hissə-hissə 300 , 700, 1500 cəmi 2500 pulunu mənimsəmişdir. Bu səbəbdən iddiaçı, Cavabdeh 2500 (iki min beş yüz) manat məbləğində pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmə tikinti-texniki ekspertizası üzrə alınmış xx.xx.2020-ci il tarixli 10/1509 №-li ekspert rəyi ilə müəyyən edilmişdir ki; 1-ci sual üzrə: ünvan 1 ünvanında yerləşən mənzilə baxış keçirilən zamanı mənzilin təmirli vəziyyətdə olduğu, lakin dəhliz, sanitar qovşağında və mətbəx tikilisinin bəzi hissələrində keyfiyyətsiz (dəhliz tikilisinin tavanı üzərində keyfiyyətsiz şəkildə asma tavanın quraşdırılması mətbəx və sanitar qovşağının divarlarına vurulmuş kafelin qüsurlu vəziyyətdə) olduğu müəyyən olunmuşdur, Yuxanda göstərilənləri nəzərə alaraq, ünvan 1 ünvanındaki mənzilin sanitar qovşağında vurulan kafel-metlax, mətbəx tikilisində vurulan kafel və dəhliz tikilisinin tavanı üzərində aparılan təmir-tikinti işləri, tikinti norma və qaydalarına uyğun (keyfiyyətsiz) aparılmadığı müəyyən edilir, 2-ci sual üzrə: ünvan 1 ünvanında yerləşən mənzildə aparılan təmir tikinti işlərin zamanı barəsində mülki iş materialında məlumat olmadığından qərardadın bu sualı üzrə tədqiqat aparılmadı. 3-cü sual üzrə: ünvan 1 ünvanında yerləşən mənzildə qüsurla aparılmış təmir işlərinin aradan qaldırılması üçün yerinə yetiriləcək təmir- tikinti işlərinin hazırda mövcud olan bazar qiymətlərinə uyğun dəyəri təqribən 2437,0 manat məbləğində müəyyən olunur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 101.3. maddəsində göstərilir ki, ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə ekspert rəyini Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən, qiymətləndirərək hesab edir ki, ekspert rəyi digər sübutlarla və işin halları ilə təkzib edilmədiyindən sübut kimi qəbul edilməlidir. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakı hüquq normalarının qeyd olunmasını zəruri hesab edir. Mülki Məcəlləsinin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Məhkəmə hesab edir ki, Cavabdeh ilə İddiaçı arasında mənzilin təmiri ilə bağlı münasibətlər Podrat müqaviləsidir. Belə ki, tərəflər şifahi olaraq aralarında razılığa gələrək mənzilin təmiri ilə əlaqədar müqavilə bağlamışlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin; 752.1. maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. 753.1. maddəsinə əsasən sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. Əgər həmin şəraitdə podratın yalnız muzd müqabilində yerinə yetirilməsi ehtimal edilirsə, belə hesab edilir ki, muzd dinməz razılıq əsasında şərtləşdirilmişdir. Əgər muzdun miqdarı müəyyənləşdirilməyibsə, adi muzdun şərtləşdirildiyi hesab olunur. Şərtləşdirilmiş muzd ödənildikdə, podratçının müqavilə üzrə razılaşdırılmış iş həcminə daxil olan bütün işləri ödənilmiş sayılır. 753.4. maddəsinə əsasən müqavilədə nəzərdə tutulmayan və sifarişçi tərəfindən yerinə yetirilməsi tələb edilməyən işlər ödənilmir. Tələb edildikdə podratçı belə işlərin nəticələrini aradan qaldırmalıdır. Əgər o bunu ağlabatan müddət ərzində etməzsə, sifarişçi onları podratçının hesabına aradan qaldıra bilər. Bundan başqa, podratçı bütün digər zərər üçün sifarişçi qarşısında məsuliyyət daşıyır. İddiaçının izahatından və həmin izahatda göstərilənləri təsdiq edən şahid ifadəsindən görünür ki, iddiaçı cavabdehə ayrı-ayrılıqda 300, 700 manat pul ödəmiş və eyni zamanda yarımçıq qalmış təmir işlərinə görə 1500 manat təmir xərcləri çıxmışdır. Ümumilikdə təmir xərclərinə 2500 manat pul xərclənilmişdir. Məhkəmənin təyin etdiyi ekspertiza rəyində göstərilən mənzildə qüsurla aparılmış təmir işlərinin aradan qaldırılması üçün yerinə yetiriləcək təmir-tikinti işlərinin hazırda mövcud olan bazar qiymətlərinə uyğun dəyəri təqribən 2437,0 manat məbləğində müəyyən olunmuşdur. Məhkəmə həmin rəydə göstərilən məbləği əsaslı sayaraq hesab edir ki, cavabdehin qüsurla etdiyi təmir işlərinin məbləği 2437 manat hesab edilməli və həmin məbləğ Cavabdeh tutularaq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Yenə də həmin Məcəllənin 217.4-cü maddəsində nəzərdə tutulur ki, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqlarının və azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsinin 1-ci hissəsinə əsasən, hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qəərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. İnsan hüquqları üzrə Avropa Məhkəməsi öz qərarlarında tərəfin əsaslandırılmış qərar almaq hüququnu ədalətli məhkəmə baxışına olan hüququnun tərkib hissəsi kimi qiymətləndirmişdir. İnsan hüquqları üzrə Avropa Məhkəməsi «X3rşı» işi üzrə xx xxxxxx 1994-cü il tarixli qərarından göstərmişdir ki, mili məhkəmələr hər təqdim olunan arqumenti və onunla əlaqəli sübutu cavablandırmaq vəzifəsini daşımasalar da, məhkəmə tərəfindən mühüm arqumentlər cavabsız qaldıqda məhkəmə baxışı ədalətli hesab edilə bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «Məhkəmə qətnaməsi haqqında» xx xxxxxx 2005-ci il tarixli 4 saylı qərarının 3.1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, Azərbaycan Respublikasının 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlik prinsipi nəzərə alınmaqla qətnamə yalnız tədqiq edilmiş sübutlara əsaslanmalıdır. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı insan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında X1 və İnsan hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında Azərbaycan respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2006-cı il tarixli 5№li qərarının 2-ci bəndinə əsasən, Azərbaycan Respublikası «İnsan hüquqlarının və Əsas azadlıqların Müdafiəsi haqqında» Avropa Konvensiyasının iştirakçısı və onu 2002-ci ilin aprel ayının 15-də ratifikasiya etmiş dövlət kimi Konvensiya və onun Protokollarının təfsiri və tətbiqi məsələləri üzrə İnsan hüquqları üzrə Avropa Məhkəməsinin yurisdiksiyasının məcburiliyini tanıyır. Azərbaycan Respublikası Konvensiyanı ratifikasiya etdiyi dövrdən sonra yurisdiksiyası altında olan insanların Konvensiyada nəzərdə tutulan hüquqlarını təmin etməlidir. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının pozulması ilə bağlı məhkəmələr milli qanunvericiliklə yanaşı, Konvensiya müddəalarını da rəhbər tutmalı və bu zaman İnsan hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinə istinad etməlidirlər. Beləliklə məhkəmə, iş üzrə toplanmış materialları tədqiq edərək, cavabdehin iddianı qismən etiraf edən izahatını nəzərdən keçirib, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək və qüvvədə olan mülki və mülki prosessual qanunvericiliyin tələblərini rəhbər tutaraq, iddia tələbini əsaslı sayır və onun qismən təmin edilməsi qənaətinə gəlir. Nəticə etibarilə məhkəmə hesab edir ki, Cavabdeh 2437 manat məbləğində pul alınaraq İddiaçı verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 2437 manat məbləğində pul alınıb İddiaçı verilsin. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Habil Əhmədov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar