Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 2(012)-1679/2021 16.03.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Şahbazov Abdulla Tofiq oğlunun katibliyi, İddiaçı MMC-nin nümayəndəsi X2, Cavabdeh iştirakı ilə İddiaçı MMC-nin Cavabdeh qarşı “alqı-satqı müqaviləsindən irəli gələn pul ödənişinin və dəbbə pulunun və digər xərclərin cavabdeh tərəfindən ödənilməsi tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh qarşı “alqı-satqı müqaviləsindən irəli gələn pul ödənişinin və dəbbə pulunun və digər xərclərin cavabdeh tərəfindən ödənilməsi tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı MMC-nin nümayəndəsi X4 məhkəmə iclasında iddia tələbini müdafiə edərək təmin edilməsini xahiş etdi. Həmçinin, iddiaçının nümayəndəsi qeyd etdi ki, müqavilədə nəzərdə tutulan hüquqlarından istifadə edərək zamin Cavabdeh qismində məhkəməyə vermişlər. Mübahisənin qabaqcadan məhkəmədən kənar (pretenziya qaydasında) həll edilməsi üçün müraciət edilməmişdir. Cavabdeh mübahisənin qabaqcadan məhkəmədən kənar (pretenziya qaydasında) həll edilməsi üçün müraciət edilmədiyini bildirdi və iddiaçı tərəfindən pretenziya qaydasına əməl edilmədiyinə görə məhkəmə baxışının baxılmamış saxlanmasını xahiş etdi. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanmalıdır. Belə ki, iddia ərizəsinə əlavə edilmiş İddiaçı MMC ilə X1 arasında xx.xx.2019-cu il tarixli, STN03-3670 nömrəli “Alqı-satqı Müqavilə”sindən görünür ki, həmin müqavilənin 6.3. bəndinə əsasən Tərəflər arasında Müqavilə ilə bağlı meydana gələn bütün mübahisələr və fikir ayrılıqları mümkün olduğu təqdirdə danışıqlar yolu ilə həll edilir. 6.4-cü bəndinə əsasən Bu Müqavilə üzrə yaranan mübahisələr danışıqlar yolu ilə həllini tapmadıqda, tərəflər məhkəməyə müraciət edə bilərlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.1. maddəsinə əsasən qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsinin əsaslarından biridir. Tərəflər arasında müqavilə varsa və həmin müqavilə şərtləri tərəflər arasında qəbul edilib imzalanmışa, tərəflərin müqavilənin şətlərini yerinə yetirilməsi barədə öhdəlikləri əmələ gəlmiş və həmin öhdəliklər üçün tərəflər cavabdehlik daşıyırlar. Tərəflər arasında bağlanmış müqavilədən isə görünür ki, müqavilə şərti kimi nəzərdə tutulmuş öhdəliklər yerinə yetirilməmiş və birbaşa məhkəməyə müraciət edilmişdir. Belə ki, iddiaçı tərəf müqavilədə nəzərdə tutulmuş mübahisənin qabaqcadan həlli qaydalarına əməl etdiyi təqdirdə cavabdeh tərəf müqavilə öhdəliklərini yerinə yetirmək və yaxud danışıqlar aparmaqla qarşılıqlı razılıq əldə etmiş olardılar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.1.maddəsinə əsasən məhkəməyə müraciət etmiş iddiaçı mübahisənin qabaqcadan məhkəmədən kənar (pretenziya qaydasında) həll edilməsi barəsində müəyyən kateqoriyadan olan işlər üçün qanunla müəyyən edilmiş, yaxud tərəflər arasında müqavilə ilə nəzərdə tutulmuş qaydaya əməl etməmişsə və bu qaydanı tətbiq etmək imkanı itirilməmişsə məhkəmə ərizəni baxılmamış saxlayır. Ona görə də məhkəmə hesab edir ki, İddiaçı MMC tərəfindən Cavabdeh müqavilə şərtlərindən irəli gələn mübahisənin qabaqcadan məhkəmədən kənar (pretenziya qaydasında) həll edilməsi üçün müraciət edilməmiş və bu qaydanı tətbiq etmək imkanı itirilməmişdir. Odur ki, İddiaçı MMC-nin “alqı-satqı müqaviləsindən irəli gələn pul ödənişinin və dəbbə pulunun və digər xərclərin cavabdeh tərəfindən ödənilməsi tələbi”nə dair iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 259-260, 263- 264 və 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı MMC-nin Cavabdeh qarşı “alqı-satqı müqaviləsindən irəli gələn pul ödənişinin və dəbbə pulunun və digər xərclərin cavabdeh tərəfindən ödənilməsi tələbi”nə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Habil Əhmədov
Məhkəmə qərarları › İş №2(012)-1679/2021
Abşeron Rayon Məhkəməsi Qərardad — İş №2(012)-1679/2021
16.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver