Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-1679/2022 16.05.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron Rayon Məhkəməsi Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Sultanov Əlisahib Həbib oğlunun katibliyi, İddiaçı Sumqayıt şəhər Probasiya şöbəsinin nümayəndəsi X1 və Cavabdeh iştirakı ilə, İddiaçı Sumqayıt şəhər Probasiya şöbəsinin Cavabdeh qarşı maddi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə 16 may 2022-ci il tarixdə, Xırdalan şəhərində, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Sumqayıt şəhər Probasiya şöbəsi Cavabdeh qarşı maddi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ev siqnal ötürücüsünün dəyərinin, yəni 108.32 manat məbləğində pulun nəzarət subyektindən alınmasına dair qətnamə qət edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh Elyasov X4 Rayon Məhkəməsinin 1(001)-213/2019 saylı, 21.05.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1 və 221.2.2-ci maddələri ilə təqsirli bilinərək 02 il 20 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Hökmə əsasən Cavabdeh üzərinə elektron nəzarət vasitəsi gəzdirmək və həmin vasitəni işlək vəziyyətdə saxlanması üçün ona xidmət etmək vəzifəsi qoyulmuşdur. Hökmün icrası barədə göstəriş icra olunması üçün 08.07.2019-cu il tarixdə şöbənin icraatına daxil olmuş və məhkum müvafiq qaydada qeydiyyata götürülərək onun barəsində şəxsi iş açılmışdır. Nəzarət subyekti Cavabdeh yaşadığı ünvanda 08.01.2020-ci il tarixdə elektron nəzarət vasitəsi tətbiq edilmiş, ona bir ədəd mobil nəzarət qurğusu, bir ədəd elektron qolbaq, üç ədəd ev siqnal ötürücüsü təhvil verilmişdir. Eyni zamanda ona məhkəmə hökmünün tələbləri, cəzanın çəkilmə qaydalarının pozulmasının hüquqi nəticələri, həmçinin elektron nəzarət vasitəsini daşımalı olduğunu, həmin vasitənin işlək vəziyyətdə saxlanması üçün ona xidmət qaydaları, hər hansı müdaxilənin və ya cihazın üzərindən çıxarılmasının yol verilməzliyi, habelə həmin vasitəni zədələdikdə və ya digər üsulla yararsız vəziyyətə saldıqda dəyərinin ondan tutulacağı izah edilmiş və bu barədə müvafiq protokol tərtib edilmişdir. Cavabdeh cəzanın bitməsi ilə əlaqədar olaraq ona tətbiq edilmiş elektron nəzarət vasitələri təhvil alınarkən ev siqnal ötürücüsünün plastmas hissəsinin əriyərək məhv olduğu aşkar edildi və bu barədə cavabdehlə birlikdə protokol tərtib edildi. Ev siqnal ötürücüsünün qiyməti 108.32 manat təşkil edir. Məhkəmə baxışı iclasında iştirak edən iddiaçının nümayəndəsi X3 iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəblərini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən, məhkəməyə gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə mülki işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, işin materiallarını araşdırıb, işdə olan sübutlara məcmu qiymət verərək hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 21 may 2019-cu il tarixli 1(001)-213/2019 saylı hökmünün surətindən görünür ki, Cavabdeh Azərbaycan Respublikası CM-nin 221.2.1 və 221.2.2-cı maddələri ilə təqsirli bilinib 3 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Cavabdeh 5 (beş) ay 20 (iyirmi) gün həbsdə və ev dustaqlığında saxlanıldığı müddət azadlığın məhdudlaşdırılması cəzasının müddətinə bir günə iki gün hesablanaraq üzərində qəti olaraq 2 (iki) il 20 (iyirmi) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının saxlanılması, hökmün icrası Cavabdeh yaşayış yeri üzrə Abşeron rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməsi, Cavabdeh azadlığın məhdudlaşdırılması cəzasının əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanması, cəzanın icra olunduğu müddət ərzində Cavabdeh üzərinə elektron qolbaq gəzdirmək və həmin nəzarət vasitəsinin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulması, cəzanın icra olunduğu müddət ərzində Cavabdeh üzərinə yaşayış yerini gecə saat 2300-dan səhər saat 0700-dək tərk etməmək vəzifəsi qoyulması, cəzanın icra olunduğu müddət ərzində Cavabdeh üzərinə yaşadığı Abşeron rayonunun və Bakı şəhərinin hüdudlarını tərk etməmək vəzifəsi qoyulması, barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri ilə əvəz edilməsi, barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməsi hökm edilmişdir. İş materiallarında olan icra məmuru Ülvi Allahverdiyev və Cavabdeh tərəfindən tərtib edilmiş azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmiş şəxsə elektron nəzarət vasitələrinin tətbiq olunması və ona cəzanın icrası ilə bağlı hüquq və vəzifələrinin izah edilməsi barədə 08.01.2020-ci il tarixli protokolun surətindən görünür ki, Cavabdeh 3 ədəd ev siqnal ötürücüsü, 1 ədəd adapter, 1 ədəd mobil nəzarət qurğusu, 1 ədəd qolbaq təhvil verilmişdir. Məhkuma məhkəmə hökmünün (qərarının) tələbləri, cəzanın icrası qaydaları, həmin qaydalarının pozulmasının hüquqi nəticələri, o cümlədən üzərində elektron nəzarət vasitəsi daşımalı olduğunu, həmin vasitənin işlək vəziyyətdə saxlanması üçün ona xidmət qaydaları, hər hansı müdaxilənin və ya cihazın üzərindən çıxarılmasının yol verilməzliyi, habelə həmin vasitəni zədələdikdə və ya digər üsulla yarasız vəziyyətə saldıqda dəyərinin ondan tutulacağı izah edilmiş və ona yaddaş kitabçası verilmişdir. İş materiallarında olan 28.07.2021-ci il tarixli protokolun surətindən görünür ki, məhkum Cavabdeh 3 ədəd ev siqnal ötürücüsü, 1 ədəd adapter, 1 ədəd mobil nəzarət qurğusu, 1 ədəd qolbaq təhvil alındı. Ev siqnal ötürücüsündən 1-nin üzərindəki plastmas hissə ərimiş vəziyyətdə idi. İş materiallarında olan elektron nəzarət dəstəsinin vəziyyəti haqqında texniki rəyin surətindən görünür ki, 25.08.2021-ci il tarixdə keçirilmiş texniki baxış nəticəsində müəyyən olunmuşdur ki, nəzarət subyekti olan Cavabdeh təhkim olunmuş ev siqnal ötürücüsünün üst qapağı əridilmiş və plata zədələnmişdir. İş materiallarında olan Maliyyə və təminat idarəsinin rəisi tərəfindən Probasiya xidmətinin rəisinə ünvanlanmış məktubun surətindən görünür ki, Probasiya xidmətinin qeydiyyatında olan dəyəri 108,32 manat olan 1 ədəd xüsusi proqram təminatı ilə mobil nəzarət qurğusunun dəyərinin nəzarət subyektindən tutulması xahiş edilmişdir. Məhkəmə tərəfindən işin araşdırılan hallarından müəyyən edilir ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 21 may 2019-cu il tarixli 1(001)-213/2019 saylı hökmünün surətindən görünür ki, Cavabdeh Azərbaycan Respublikası CM-nin 221.2.1 və 221.2.2-cı maddələri ilə təqsirli bilinib 3 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Cavabdeh 5 (beş) ay 20 (iyirmi) gün həbsdə və ev dustaqlığında saxlanıldığı müddət azadlığın məhdudlaşdırılması cəzasının müddətinə bir günə iki gün hesablanaraq üzərində qəti olaraq 2 (iki) il 20 (iyirmi) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının saxlanılması hökm edilmiş, hökmün icrasının Abşeron rayon İcra və Probasiya şöbəsinə həvalə olunmuş, Sumqayıt şəhər Probasiya şöbəsi tərəfindən hökmün icrası ilə əlaqədar Cavabdeh 3 ədəd ev siqnal ötürücüsü, 1 ədəd adapter, 1 ədəd mobil nəzarət qurğusu, 1 ədəd qolbaq təhvil verilmişdir. Sumqayıt şəhər Probasiya şöbəsi tərəfindən Cavabdeh təhvil verilmişdir. Cavabdeh cəzanın bitməsi ilə əlaqədar olaraq ona tətbiq edilmiş elektron nəzarət vasitələri təhvil alınarkən ev siqnal ötürücüsünün plastmas hissəsinin əriyərək məhv olduğu aşkar edilmiş və bu barədə cavabdehlə birlikdə protokol tərtib edilmişdir və nəticə də 108.32 manat maddi ziyan dəymişdir. Hazırda iddiaçı təşkilat vurulmuş 108.32 manat maddi ziyanın Cavabdeh tutulmasını tələb edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə görə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Beləliklə, qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, qeyd edilən ev siqnal ötürücüsünün bərpası mümkün olmadığından, bir ədəd ev siqnal ötürücüsünə Cavabdeh tərəfindən dəymiş maddi ziyan 108.32 manat qiymətləndirilməli, iddia təmin edilərək 108.32 manat məbləğində pul cavabdehdən alınaraq X2 hesabına (müxbir hesab: AZ41NABZ ********************, VÖEN: **********, Kod: 210005; SWİFT: CTREAZ22) köçürülməlidir. Eyni zamanda iddiaçının ödəməkdən azad edildiyi 30 manat məbləğində dövlət rüsumuna görə pul da Cavabdeh dövlət nəfinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh dəymiş maddi ziyana görə 108.32 manat məbləğində pul alınaraq X2 hesabına (müxbir hesab: AZ41NABZ ********************, VÖEN: **********, Kod: 210005; SWİFT: CTREAZ22) köçürülsün. Cavabdeh dövlət nəfinə 30 manat rüsuma görə pul tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Cəmilə Səfiyeva
Məhkəmə qərarları › İş №2(012)-1679/2022
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-1679/2022
16.05.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver