Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-1680/2022 27.05.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Mirzəzadə Şəbnəm Çingiz qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Sumqayıt şəhər Probasiya şöbəsinin Cavabdeh qarşı «vurulmuş maddi ziyanın ödənilməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə Abşeron rayon məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı Sumqayıt şəhər Probasiya şöbəsi iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh elektron qolbağın dəyəri, yəni 637,91 manat məbləğində pulun nəzarət subyektindən alınmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı Sumqayıt şəhər Probasiya şöbəsinin rəisi Nicat Cavadov iddia ərizəsində göstərmişdir ki, cavabdeh Salahov X1 Rayon Məhkəməsinin 1(056)-134/2019 saylı, xx.xx.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 01 il 02 ay 24 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Hökmə əsasən Cavabdeh üzərinə elektron nəzarət vasitəsi gəzdirmək və həmin vasitəni işlək vəziyyətdə saxlanması üçün xidmət etmək vəzifəsi qoyulmuşdur. Hökmün icrası barədə göstəriş icra olunması üçün xx.xx.2020-ci il tarixdə şöbənin icraatına daxil olmuş və məhkum müfaviq qaydada qeydiyyata götürülərək cavabdehin barəsində şəxsi iş açılmışdır. Nəzarət subyekti Cavabdeh yaşadığı ünvana xx.xx.2020-ci il tarixdə elektron nəzarət vasitəsi tətbiq edilmiş, cavabdehə bir ədəd mobil nəzarət qurğusu, bir ədəd elektron qolbaq, üç ədəd ev siqrs ötürücüsü və enerji doldurucusu təhvil verilmişdir. Eyni zamanda cavabdehə məhkəmə hökmünün tələbləri, cəzanın çəkilmə qaydalarının pozulmasının hüquqi nəticələri, həmçinin elektron nəzarət vasitəsini daşımalı olduğunu, həmin vasitənin işlək vəziyyətdə saxlanması üçün ona xidmət qaydaları, hər hansı müdaxilənin və ya cihazın üzərindən çıxarılmasının yol verilməzliyi, habelə həmin vasitəni zədələdikdə və ya digər üsulla yararsız vəziyyətə saldıqda dəyərinin ondan tutulacağı izah edilmiş və bu barədə müvafiq protokol tərtib edilmişdir. Cavabdeh cəzanın bitməsi ilə əlaqədar olaraq cavabdehə tətbiq edilmiş elektron nəzarət vasitələri təhvil alınaraq Probasiya Xidmətinin Monitorinq İdarəsinə təhvil verilmiş və həmin idarə tərəfindən təqdim edilmiş texniki rəydə elektron qolbağın kəmərə keçən hissəsinin yonularaq sındırıldığı göstərilmişdir. Elektron qolbağın qiyməti 637,91 manat təşkil edir. Qeyd olunanlara əsasən, o, iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında izahatında bildirdi ki, o, Sabirabad Rayon Məhkəməsinin 1(056)- 134/2019 saylı, xx.xx.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 01 il 02 ay 24 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Hökmə əsasən onun üzərinə elektron nəzarət vasitəsi gəzdirmək və həmin vasitəni işlək vəziyyətdə saxlanması üçün xidmət etmək vəzifəsi qoyulmuşdur. Onun yaşadığı ünvanda elektrik enerjisi smart kartla təchiz edilmişdir. Gecə elektrik enerjisi kəsildiyindən, işığı kənar xəttə qoşmağa çıxmış, bu zaman yıxılmış və elektron qolbaq qırılmışdır. İş materiallarında olan Sabirabad Rayon Məhkəməsinin 1(056)-134/2019 saylı, xx.xx.2019-cu il tarixli hökmündən görünür ki, Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməsi və 1 (bir) il 03 (üç) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməsi, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Cavabdeh 06-08 sentyabr 2019-cu il tarixlərdə şübhəli şəxs qismində tutularaq üç gün həbsdə saxlanılmasının bir həbs günü iki gün azadlığın məhdudlaşdırılmasına bərabər hesablanmaqla, ona təyin olunmuş bir il üç ay müddətə azadlığın məhdudlaşdırılması cəzasından altı gün çıxılaraq, üzərində qəti olaraq 1 (bir) il 2 (iki) ay 24 (iyirmi dörd) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının saxlanıması, təyin edilmiş cəza müddəti ərzində Cavabdeh üzərinə yaşadığı hər gün saat 23:00-dan növbəti gün saat 07:00dək tərk etməmək, elektron nəzarət vasitəsi gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşayıdığı Abşeron rayonunun və fərdi əməklə məşğul olduğu Bakı şəhərinin inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulması hökm edilmişdir. İş materiallarında olan Ədliyyə Nazirliyi Probasiya Xidmətinin Elektron Monitorinq İdarəsininin elektron nəzarət dəstinin vəziyyəti haqqında texniki rəydən görünür ki, xx.xx.2021-ci il tarixdə keçirilə texniki baxış nəticəsində nəzarət subyekti Cavabdeh təhkim olunmuş elektron qolbağın kəmərə keçən hissəsinin yonulduğu və sındırıldığı müəyyən olunmuşdur. Məhkəmə cavabdehi dinləyib, iş materiallarını araşdırıb, mümkün və mötəbər sübutların məcmusuna hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan Sabirabad Rayon Məhkəməsinin 1(056)-134/2019 saylı, xx.xx.2019-cu il tarixli hökmündən göründüyü kimi, Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməsi və 1 (bir) il 03 (üç) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməsi, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Cavabdeh 06- 08 sentyabr 2019-cu il tarixlərdə şübhəli şəxs qismində tutularaq üç gün həbsdə saxlanılmasının bir həbs günü iki gün azadlığın məhdudlaşdırılmasına bərabər hesablanmaqla, ona təyin olunmuş bir il üç ay müddətə azadlığın məhdudlaşdırılması cəzasından altı gün çıxılaraq, üzərində qəti olaraq 1 (bir) il 2 (iki) ay 24 (iyirmi dörd) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının saxlanıması, təyin edilmiş cəza müddəti ərzində Cavabdeh üzərinə yaşadığı hər gün saat 23:00dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsi gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşayıdığı Abşeron rayonunun və fərdi əməklə məşğul olduğu Bakı şəhərinin inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulması hökm edilmişdir. Hökmün icrası barədə göstəriş icra olunması üçün xx.xx.2020-ci il tarixdə Sumqayıt şəhər Probasiya şöbəsinin icraatına daxil olmuş və cavabdehin barəsində şəxsi iş açılmışdır. Nəzarət subyekti Cavabdeh yaşadığı ünvana xx.xx.2020-ci il tarixdə elektron nəzarət vasitəsi tətbiq edilmiş, cavabdehə bir ədəd mobil nəzarət qurğusu, bir ədəd elektron qolbaq, üç ədəd ev siqrs ötürücüsü və enerji doldurucusu təhvil verilmişdir. Cavabdeh cəzanın bitməsi ilə əlaqədar olaraq cavabdehə tətbiq edilmiş elektron nəzarət vasitələri təhvil alınaraq Probasiya Xidmətinin Monitorinq İdarəsinə təhvil verilmiş və həmin idarə tərəfindən təqdim edilmiş texniki rəydə elektron qolbağın kəmərə keçən hissəsinin yonularaq sındırıldığı göstərilmiş, elektron qolbağın qiyməti isə 637,91 manat təşkil etmişdir. Belə olan təqdirdə məhkəmə hesab edir ki, Cavabdeh elektron qolbağın dəyəri olan 637,91 manat məbləğində pul alınaraq iddiaçı Sumqayıt şəhər Probasiya şöbəsinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəllənin 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikası Mülki Məcəllənin 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəllənin 21.3-cü maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında təqdim olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh elektron qolbağın dəyəri olan 637,91 manat məbləğində pul alınaraq iddiaçı Sumqayıt şəhər Probasiya şöbəsinə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Elman Məmmədov
Məhkəmə qərarları › İş №2(012)-1680/2022
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-1680/2022
27.05.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver