Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-1703/2025 07.04.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı «vurulmuş maddi ziyanın ödənilməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh mobil qurğunun xüsusi proqram lisenziyası ilə dəyəri, yəni 2277,40 manat məbləğində pulun alınaraq X2, Kod: 210005, VÖEN: **********, Müxbir hesab AZ41NABZ********************, S.W.İ.F.T: CTREAZ22, Ədliyyə Nazirliyi Hesab № AZ18CTRE********************, VÖEN: **********, Büdcə təsnifatının kodu: 142120, Büdcə səviyyəsinin kodu: 7 saylı hesaba köçürülməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı rəisi vəzifəsini icra edən kiçik ədliyyə müşaviri Elvin Məmmədov ərizə ilə məhkəməyə müraciət edərək, mülki işə onların iştirakı olmadan baxılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı rəisi vəzifəsini icra edən kiçik ədliyyə müşaviri Elvin Məmmədov iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh Abşeron Rayon Məhkəməsinin 1(012)-63/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci və 69.3-cü maddələri ilə təqsirli bilinərək, 02 il 08 ay 28 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Cavabdeh üzərinə yaşayış yerini saat 23:00-dan 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri və Abşeron rayonu ərazisi hüdudlarını tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmuşdur. Hökm və onun icrası barədə göstəriş icra olunması üçün xx.xx.2022-ci il tarixdə İddiaçı icraatına daxil olmuş və məhkum müvafiq qaydada qeydiyyata götürülərək onun barəsində şəxsi iş açılmışdır. xx.xx.2022-ci il tarixdə nəzarət subyekti E. Salmanova yaşadığı ünvanda elektron nəzarət vasitəsi tətbiq edilmiş, ona bir ədəd mobil nəzarət qurğusu, bir ədəd elektron qolbaq, bir ədəd enerji adapteri təhvil verilmişdir. Eyni zamanda ona məhkəmə hökmünün tələbləri, cəzanın çəkilmə qaydalarının pozulmasının hüquqi nəticələri, həmçinin elektron nəzarət vasitəsini daşımalı olduğunu, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət qaydaları, hər hansı müdaxilənin və ya cihazın üzərindən çıxarılmasının yolverilməzliyi, habelə həmin vasitənin zədələdikdə və ya digər üsulla yararsız vəziyyətə saldıqda dəyərinin ondan tutulacağı izah edilmiş və bu barədə müvafiq protokol tərtib edilmişdir. Cavabdeh götürülmüş “Attenti” markalı sadə qolbağının kompleksiyası pozulmuş, belə ki, yoxlama nəticəsində komplektə daxil olan V6 mobil qurğu, adapter və kabura aşkarlanmamışdır. Belə olan halda hesab edilir ki, cavabdeh mobil nəzarət qurğusunu və ona məxsus bir ədəd enerji adapteri və kaburanı itirdiyi üçün maddi ziyan vurmuşdur. Avadanlığın dəyəri 2277,40 manat təşkil edir. Qeyd olunanlara əsasən o, iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iş üzrə Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməmə səbəbi barədə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən məhkəmə işə cavabdehin iştirakı olmadan baxmağı məqsədə müvafiq hesab etmişdir. İş materiallarında olan Abşeron Rayon Məhkəməsinin 1(012)-63/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmündən görünür ki, Cavabdeh Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 02 il 09 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməsi, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Cavabdeh xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 01 gün müdd t nəzərə alınaraq, azadlıqdan məhrum etmə cəzasının bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki günü hesabı ilə hesablanmaqla ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılması və üzərində qəti olaraq 02 il 08 ay 28 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasının saxlanılması, Cavabdeh üzərinə yaşayış yerini saat 23:00-dan 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri və Abşeron rayonu ərazisi hüdudlarını tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsinin qoyulması, təqsirləndirilən şəxs Cavabdeh cəzaçəkmə müddətinin başlanğıcının cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanması, təqsirləndirilən şəxs Cavabdeh barəsində seçilmiş polisin nəzarəti altına vermə növündə qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsi, təqsirləndirilən şəxs Cavabdeh narkomaniyadan məcburi müalicəyə cəlb olunması və onun Abşeron rayon X1 Poliklinikasının narkoloji kabinetində profilaktiki qeydiyyata alınması və hökmün icrasının İddiaçınə həvalə edilməsi hökm edilmişdir. Məhkəmə iş materiallarını araşdırıb, mümkün və mötəbər sübutların məcmusuna hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan Abşeron Rayon Məhkəməsinin 1(012)-63/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmündən göründüyü kimi Cavabdeh Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 02 il 09 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməsi, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Cavabdeh xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 01 gün müdd t nəzərə alınaraq, azadlıqdan məhrum etmə cəzasının bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki günü hesabı ilə hesablanmaqla ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılması və üzərində qəti olaraq 02 il 08 ay 28 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasının saxlanılması, Cavabdeh üzərinə yaşayış yerini saat 23:00-dan 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri və Abşeron rayonu ərazisi hüdudlarını tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsinin qoyulması, təqsirləndirilən şəxs Cavabdeh cəzaçəkmə müddətinin başlanğıcının cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanması, təqsirləndirilən şəxs Cavabdeh barəsində seçilmiş polisin nəzarəti altına vermə növündə qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsi, təqsirləndirilən şəxs Cavabdeh narkomaniyadan məcburi müalicəyə cəlb olunması və onun Abşeron rayon X1 Poliklinikasının narkoloji kabinetində profilaktiki qeydiyyata alınması və hökmün icrasının İddiaçınə həvalə edilməsi hökm edilmişdir. Hökm və onun icrası barədə göstəriş icra olunması üçün xx.xx.2022-ci il tarixdə İddiaçı icraatına daxil olmuş və məhkum müvafiq qaydada qeydiyyata götürülərək onun barəsində şəxsi iş açılmışdır. xx.xx.2022-ci il tarixdə nəzarət subyekti E. Salmanova yaşadığı ünvanda elektron nəzarət vasitəsi tətbiq edilmiş, ona bir ədəd mobil nəzarət qurğusu, bir ədəd elektron qolbaq, bir ədəd enerji adapteri təhvil verilmişdir. Eyni zamanda ona məhkəmə hökmünün tələbləri, cəzanın çəkilmə qaydalarının pozulmasının hüquqi nəticələri, həmçinin elektron nəzarət vasitəsini daşımalı olduğunu, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət qaydaları, hər hansı müdaxilənin və ya cihazın üzərindən çıxarılmasının yolverilməzliyi, habelə həmin vasitənin zədələdikdə və ya digər üsulla yararsız vəziyyətə saldıqda dəyərinin ondan tutulacağı izah edilmiş və bu barədə müvafiq protokol tərtib edilmişdir. Cavabdeh götürülmüş “Attenti” markalı sadə qolbağının kompleksiyası pozulmuş, belə ki, yoxlama nəticəsində komplektə daxil olan V6 mobil qurğu, adapter və kabura aşkarlanmamışdır. Belə olan halda hesab edilir ki, cavabdeh mobil nəzarət qurğusunu və ona məxsus bir ədəd enerji adapteri və kaburanı itirdiyi üçün maddi ziyan vurmuşdur. Avadanlığın dəyəri 2277,40 manat təşkil edir. Belə olan təqdirdə məhkəmə hesab edir ki, Cavabdeh mobil qurğunun xüsusi proqram lisenziyası ilə dəyəri, yəni 2277,40 manat məbləğində pul alınaraq X2, Kod: 210005, VÖEN: **********, Müxbir hesab AZ41NABZ********************, S.W.İ.F.T: CTREAZ22, Ədliyyə Nazirliyi Hesab № AZ18CTRE********************, VÖEN: **********, Büdcə təsnifatının kodu: 142120, Büdcə səviyyəsinin kodu: 7 saylı hesaba ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.3-cü maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında təqdim olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh mobil qurğunun xüsusi proqram lisenziyası ilə dəyəri, yəni 2277,40 manat məbləğində pul alınaraq X2, Kod: 210005, VÖEN: **********, Müxbir hesab AZ41NABZ********************, S.W.İ.F.T: CTREAZ22, Ədliyyə Nazirliyi Hesab № AZ18CTRE********************, VÖEN: **********, Büdcə təsnifatının kodu: 142120, Büdcə səviyyəsinin kodu: 7 saylı hesaba ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə) apellyasiya şikayəti verilə bilər. Hakim: Elman Məmmədov
Məhkəmə qərarları › İş №2(012)-1703/2025
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-1703/2025
07.04.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver