Məhkəmə qərarları › İş №2(012)-1704/2021

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-1704/2021

19.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-1704/2021 19.03.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Şahbazov Abdulla Tofiq oğlunun katibliyi ilə, İddiaçı “xxxx” Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair ərizəsinə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı “xxxx” Açıq Səhmdar Cəmiyyəti “borcun tutulması”na dair ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh xx.xx.2019-cu il tarixli, SHNPU-1818_KMP saylı kredit müqaviləsi üzrə kredit borcuna görə 715,46 (yeddi yüz on beş manat qırx altı qəpik) manat əsas, 7,28 (yeddi manat iyirmi səkkiz qəpik) manat faiz borcu, dəbbə borcuna görə 0 (sıfır) manat olmaqla cəmi 722,74 (yeddi yüz iyirmi iki manat yetmiş dörd qəpik) manat məbləğində borcun və 30 (otuz) manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə qət edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, iddiaçı “xxxx” ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli, SHNPU-1818_KMP saylı kredit müqaviləsinə əsasən, cavabdehə illik 1 (bir) faiz dərəcəsi ilə 60 (altmış) ay müddətinə 715.46 (yeddi yüz on beş manat qırx altı qəpik) manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin şərtlərinə əsasən, borcalan müəyyən olunmuş müddətdə kredit və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, bu öhdəliyi lazımi qaydada yerinə yetirmir. Kredit müqaviləsinin şərtlərinə görə cavabdeh kredit müqaviləsinin ayrılmaz hissəsi olan ödəniş cədvəlinə əsasən hər ayın 13-dən gec olmayaraq hər ay 12.23 manat (on iki manat iyirmi üç qəpik) ödəniş etməli olduğu halda ödənişlərini vaxtlı-vaxtında lazimi qaydada icra etməmişdir. Cavabdehin “xxxx” ASC-yə 715.46 (yeddi yüz on beş manat qırx altı) manat əsas, 7,28 (yeddi manat iyirmi səkkiz qəpik) manat faiz borcu olmaqla, cəmi 722,74 (yeddi yüz iyirmi iki manat yetmiş dörd qəpik) manat borcu yaranmışdır. Bank tərəfindən dəfələrlə şifahi xəbərdarlıq olunmasına və rəsmi bildiriş göndərilməsinə (pretenziya qaydasında həll olunma) baxmayaraq, cavabdeh tərəfindən borcun qaytarılması təmin edilməmişdir. Məhkəmə hazırkı iddianın qiymətinin iki min manatdan az olmasını nəzərə alaraq mülki işə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə sadələşdirilmiş qaydada baxılmasına yol verilir. 284-5.1-ci maddəsinə əsasən, ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. İş materiallarından görünür ki, iddia ərizəsi xx.xx.2020-ci il tarixdə məhkəməyə daxil olmuş və həmin tarixdə məhkəmə Cavabdeh prosessual hüquq və vəzifələrinin izahı barədə rəsmi qaydada bildiriş göndərmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.2-ci maddəsinə görə cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Məhkəmə, Cavabdeh qanunla müəyyən olunmuş qaydada prosessual hüquq və vəzifələrinin izah olunduğunu, iddiaya qarşı etirazının olmamasını və iddia tələbinin kiçik iddialar kateqoriyasına aid edilməklə yanaşı mübahisə doğurmayan tələb olduğunu nəzərə alaraq hesab edir ki, mülki işin iddia icraatına keçirilməklə iş üzrə əlavə araşdırma aparılmasına, ekspertiza təyin olunmasına və ya tərəflərin məhkəməyə çağırılmaqla dinlənilmələrinə lüzum yoxdur, mülki işin prosessual vəziyyəti işə sadələşdirilmiş icraat qaydasında baxılmasına mane olmur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən, kiçik iddialar üzrə ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə iddiaçının təqdim etdiyi sənədləri tədqiq edərək toplanmış sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məcmusu halında qiymət verərək hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin birinci hissəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77-ci maddəsinin tələblərinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: -“xxxx” ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli, SHNPU- 1818_KMP saylı istehlak kredit müqaviləsindən görünür ki, bank tərəfindən Borcalana restrukturizasiya olunan kredit borcunun qalıq məbləğinin ödənilməsi məqsədilə 5 il müddətinə, illik 1 % ödəmək şərtilə 715.46 (yeddi yüz on beş manat qırx altıqəpik) manat məbləğində kredit vermişdir. - xxxx” ASC-nin RB-02/PK-793 saylı, xx.xx.2021-ci il tarixli maliyyə arayışına əsasən, Cavabdeh xx.xx.2019-cu il tarixli, SHNPU-1818_KMP saylı kredit müqaviləsi üzrə xx.xx.2021-ci il tarixinə borcu 715.46 (yeddi yüz on beş manat qırx altı) manat əsas, 7,28 (yeddi manat iyirmi səkkiz qəpik) manat faiz borcu, 0 (sıfır) manat dəbbə borcu olmaqla, cəmi 722,74 (yeddi yüz iyirmi iki manat yetmiş dörd qəpik) manat təşkil edir. -xx.xx.2019-cu il tarixli, SHNPU-1818_KMP saylı kredit müqaviləsi üzrə ödəniş cədvəlinin təsdiqlənmiş surətindən görünür ki, Cavabdeh, 715.46 (yeddi yüz on beş manat qırx altı qəpik) manat məbləğində krediti hər ay 15,21 manat (sonuncu ay 15,59 manat) ödəməklə cəmi 737,66 manat ödəməyi qəbul etmişdir. -xx.xx.2019-cu il tarixli ödəmə tapşırığının (kassa məxaric orderi) təsdiqlənmiş surətindən görünür ki, Cavabdeh, 715.46 (yeddi yüz on beş manat qırx altı) manat məbləğində krediti həmin tarixdə “xxxx” ASC-dən imza edərək qəbul etmişdir. - Azərbaycan Respublikası Vətəndaşının Seriya AZE № 0******* - Şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cəfərov X1 rayonu, Xırdalan şəhəri, S.Vurğun küçəsi, ev 16 ünvanında qeydiyyatdadır. -xx.xx.2020-ci il tarixli 10-02/008 saylı, xx.xx.2020-ci il tarixli 10-02/027 saylı bildirişlərdən görünür ki, cavabdehə 3 iş günü müddət verilməklə, yaranmış borcun ödənilməsi, əks halda qanunvericiliklə nəzərdə tutulan tədbirlərin görüləcəyi barədə bildirişlər göndərilmişdir. -Azərbaycan Respublikası Vergilər Nazirliyinin Milli Gəlirlər Departamentinin Hüquqi şəxslərin Dövlət Qeydiyyatı İdarəsinin çıxarışından görünür ki, “xxxx” Açıq Səhmdar Cəmiyyəti – adlı qurum, VÖEN ********** dövlət qeydiyyatı nömrəsi ilə xx.xx.1993-cü il tarixdə qeydiyyyata alınmışdır. İşin araşdırılan hallarından və iş materiallarında olan, məhkəmə baxışında tədqiq olunmuş sənədlərdən müəyyən olunur ki, cavabdeh müqavilə ilə üzərinə götürdüyü öhdəliyi lazımi qaydada icra etməmiş, onun iddiaçının qarşısında icra edilməmiş kredit öhdəlikləri vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin; 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 425.1-ci maddəsinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 448.1-ci maddəsinə görə əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. İş materiallarına əlavə edilmiş rüsumun ödənilməsi barədə xx.xx.2021-ci il tarixli qəbzdən görünür ki, iddiaçı tərəfindən məhkəməyə ərizə verilərkən 30.40 (otuz manat qırx qəpik) manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə məhkəmə iş materiallarında olan sübutlara məcmu halında qiymət verərək, qanunvericiliyin tələblərini əsas tutaraq hesab edir ki, iddia təmin edilməli, cavabdeh tərəfindən xx.xx.2019-cu il tarixli, SHNPU-1818_KMP saylı kredit müqaviləsinə əsasən öhdəlikləri vaxtında və lazımınca yerinə yetirilməməsi və qanunvericiliyin tələbləri nəzərə alınaraq ondan iddiaçının xeyrinə 715,46 (yeddi yüz on beş manat qırx altı qəpik) manat əsas, 7,28 (yeddi manat iyirmi səkkiz qəpik) manat faiz borcu olmaqla, cəmi 722,74 (yeddi yüz iyirmi iki manat yetmiş dörd qəpik) manat borc və ödənilmiş dövlət rüsumuna görə 30.40 (otuz manat qırx qəpik) manat məbləğində pul vəsaiti tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220 və 222-ci maddələrinin göstərişini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı “xxxx” Açıq Səhmdar Cəmiyyətinin xeyrinə Cavabdeh 715,46 (yeddi yüz on beş manat qırx altı qəpik) manat əsas, 7,28 (yeddi manat iyirmi səkkiz qəpik) manat faiz borcu olmaqla, cəmi 722,74 (yeddi yüz iyirmi iki manat yetmiş dörd qəpik) manat borc və ödənilmiş dövlət rüsumuna görə 30.40 (otuz manat qırx qəpik) manat məbləğində pul vəsaiti tutulsun. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmış işlər üzrə çıxarılmış məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Habil Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar