Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-1705/2022 23.05.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Sultanov Əlisahib Həbib oğlunun katibliyi, İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzər cavabdeh İddiaçı və onun vəkili-nümayəndəsi Vəkil1 və ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 vəkilinümayəndəsi Vəkil2 iştirakı ilə, İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı “pul tələbi”nə dair ilk, Cavabdeh2 İddiaçı qarşı “pul tələbi”nə dair qarşılıqlı iddia ərizəsinə dair mülki işə 23 may 2022-ci il tarixdə, Xırdalan şəhərində, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən buraxılış ili 2012-ci il olan, ‘'Nissan Sanny” markalı, qara rəngli, **-ON-*** dövlət nişanlı avtonəqliyyat vasitəsinin bazar dəyəri olan 13000 (on üç) manatın və ödənilmiş 130 manat dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbi onunla əsaslandırılmışdır ki, X13 onun həyat yoldaşı olmuş, o, xx.xx.2016-cı il tarixdə vəfat etmiş və o onun hüquqi varisidir. Onun tərəfinidən həyat yoldaşına məxsus əmlaklarla bağlı Abşeron rayon məhkəməsində cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Sumqayıt “Asan Xidmət” mərkəzində fəaliyət göstərən Notariat kontoruna qarşı Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən 0,10 ha topaq sahəsi və “Nissan Sanny” markalı **-CR-*** dövlət nişanlı avtomaşın üzrə cavabdehlərin Sumqayıt “Asan Xidmət” mərkəzində fəaliyət göstərən Notariat kontorunda apardıqları sənədləşmənin etibarsız hesab edilməsi, həmin əmlakların əvvəlki vəziyyətinə qaytarılmasına, cavabdehlərdən 30000 manat maddi və 2000 manat mənəvi ziyanın tutularaq mənə ödənilməsinə dair iddia tələbi qaldırılmışdır. Abşeron rayon məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(012)-2892/2018 saylı qətnaməsi ilə onun iddia tələbi əsasız hesab edilərək təmin edilməmişdir. Sözügedən qətnamədən vermiş olduğu apellyasiya şikayətim üzrə Sumqayıt Apellyasiya məhkəməsinin 02 may 2019- cu il tarixli 2(105)-1532/2019 saylı qətnaməsi ilə apellyasiya şikayətim qismən təmin edilməklə Abşeron rayon məhkəməsinin xx.xx.2018 - ci il tarixli, 2(012)-2892/2018 saylı qətnaməsi "Nissan Sanny” markalı **-CR-*** dövlət nişanlı avtomaşının alqı-satqısına dair müqavilələrin etibarsız sayılması barədə iddianın təmin edilməyən hissəsində ləğv edilmiş, həmin hissədə yeni qətnamə qəbul edilməklə iddia tələbi təmin edilərək “Nissan Sanny” markalı **-CR-*** dövlət nişanlı avtomaşının alqı-satqısına dair X13 ilə Cavabdeh2 arasında bağlanılmış 08 fevral 2016-cı il, Cavabdeh2 ilə X8 arasında bağlanılmış 07 yanvar 2017-ci il və X10 ilə X11 arasında bağlanılmış 20 fevral 2018-ci il tarixli nəqliyyat vasitəsinin alqı-satqı müqavilələri etibarsız sayılmışdır. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(102)-6125/19 savlı qərarı ilə cavabdehlər tərəfindən verilmiş kassasiya şikayəti təmin edilmədən, Sumqayıt Apellyasiya məhkəməsinin 02 may 2019-cu il tarixli 2(105)-1532/2019 saylı qətnaməsi dəyişdirilmədən qüvvəsində saxlanılmışdır. Abşeron rayon İcra şöbəsi tərəfındən qeyd olunan alqı-satqı müqavilələrinin ləğv edilməsi üçün Azərbaycan Respublikası DİN - nin BDYP idarəsinə müraciət edilmiş və alqı-satqı müqavilələri ləğv edilməklə həmin avtomaşının tapılması üçün axtarış verilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin iş üzrə yekun qərarının olmasına baxmayaraq xx.xx.2019-cu il tarixdə mübahisəli avtomaşının nömrəsi yeni özgəninkiləşdirmə nəticəsində dəyişdirilərək ** ON *** dövlət nişan nömrəsi ilə əvəz edilərək avtomobilə sonuncu etibarnamə verilmiş X11 tərəfindən məhkəmə qərarları ilə etibarsız hesab edilmiş etibarnamə ilə həmin nəqliyyat vasitəsini vətəndaş X2. Belə olduğu halda tərəfindən Sumqayıt şəhər məhkəməsində cavabdeh X5 qarşı nəqliyyat vasitəsinə dair alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və nəqliyyat vasitəsinin cavabdehdən alınaraq ona qaytarılması barədə iddia tələbi qaldırılmışdır. Sumqayıt şəhər məhkəməsinn xx.xx.2021-ci il tarixli 2(060)- 5654/2021 saylı qətnaməsi ilə onun cavabdehə qarşı qaldırmış olduğu iddia təmin edilməmişdir. Məhkəmə iddianı təmin etməyərək belə qənaətə gəlmişdir ki, cavabdeh mübahisəli avtomobili əldə etdiyi zaman onun mübahisəli əmlak olmasını bilmədiyi, eyni zamanda avtomobili satan şəxslərlə hər-hansı qohumluq münasibətinin olmaması işin faktiki halları və iddiaçının dəlilləri ilə sübuta yetirilmədiyindən Firuz Hüseynov sözügedən avtomobili vicdanlı əldə edəndir. Sumqayıt şəhər məhkəməsinn xx.xx.2021-ci il tarixli 2(060)-5654/2021 saylı qətnaməsindən tərəfindən şikayət verilmədiyi üçün qanuni qüvvəyə minmişdir. Hazırda sözügedən avtomobilin bazar dəyər qiyməti onu həyat yoldaşının etibarnaməsi əsasında ilk dəfə satışını həyata keçirmiş iş üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tutulmalıdır. Belə ki, Sumqayıt Apellyasiya məhkəməsinin 02 may 2019-cu il tarixli 2(105)-1532/2019 saylı qətnaməsi ilə müəyyən edilmişdir ki. həmin işə baxılan zaman iş materialları ilə müəyyən edilmişdir ki, ‘"Nissan Sanny” markalı **-CR- *** dövlət nişanlı avtomobil X6 adına qeydə alınmışdır. Faiq Xudiyev xx.xx.2016-cı il tarixdə vəfat etmiş, cavbdeh Cavabdeh1 isə Faiq Xudiyevin adından etibarnamə əsasında həmin avtomobili xx.xx.2016-cı ildə Cavabdeh2 14000 (on dörd) manata satmışdır. “Məhkəmə Ekspertizası Xidmətləri’' MMC-nin xx.xx.2022-ci il tarixli 02-03/22 saylı mütəxəssis rəyinə əsasən, buraxılış ili 2012-ci il olan, “Nissan Sanny“ markalı, qara rəngli, **-ON-*** dövlət nişanlı avtonəqliyyat vasitəsinin təqdim edilən sənədlərə əsasən bazar dəyəri 13000 (on üç) manat təşkil etməkdədir. Odur ki, cavabdehlərdən buraxılış ili 2012-ci il olan. ‘'Nissan Sanny” markalı, qara rəngli, **-ON-*** dövlət nişanlı avtonəqliyyat vasitəsinin bazar dəyəri olan 13000 (on üç) manatın və ödənilmiş 130 manat dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh2 İddiaçı qarşı “pul tələbi”nə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ilkin iddia ərizəsi üzrə iddiaçı, qarşılıqlı iddia ərizəsi üzrə cavabdeh İddiaçı buraxılış ili 2012-ci il olan “Nissan Sanyy” markalı, qara rəngli, **-ON-*** dövlət nişanlı avtonəqliyyat vasitəsinin bazar dəyəri olan 13.000 (on üç min) manat məbləğində pulun və məhkəmə xərclərinə görə ödənilmiş 130 manat məbləğində dövlət rüsumunun cavabdeh olaraq ondan və digər Cavabdeh1 tələb edilməsinə dair iddia ərizəsinin rədd edilməsini, qarşlıqlı iddia ərizəsinin təmin edərək ilkin iddia ərizəsi üzrə iddiaçı, qarşılıqlı iddia ərizəsi üzrə cavabdeh İddiaçı verdiyi 30097 (otuz min doxsan yeddi) manat məbləğində pulun və məhkəmə xərclərinə görə tərəfindən ödənilmiş 181 (bir yüz səksən bir) manat məbləğində pulun ondan alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh2 qarşılıqlı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh İddiaçı iddia ərizəsi eyni əsalsarla qanuni qüvvəyə minmiş mülki iş üzrə məhkəmə qətnaməsi həmin işdə iştirak edən tərəf olaraq onlara qarşı hazırkı tələblə bağlı məhkəmədə mübahisələndiridiyi üçün iddia ərizəsi rədd edilməlidir. İddiaçının tələb etdiyi Nissan Sanny markalı əvəllki dövlət qeydiyyat nişanı **-CR-***, yeni nömrə ilə **-ON-*** olan avtomobilin mərhum qardaşım X9 heç bir aidiyyəti olmamışdır. Sadəcə olaraq həmin avtomobil “NBC Bank” KB-dan kredit yolu ilə, kredit müqaviləsində göstərilən məbləği o ödəmək şərti ilə formal olaraq X3nun adına rəsmiləşdirilmişdir. Həmin avtomobili mərhum X3 bütün səlahiyyətlər əsasında baş etibarnamə əsasında ilkin iddia ərizəsi üzrə digər cavabdeh qardaşı Cavabdeh1 verimişdir. X16 öldükdən sonra avtomobil onlar tərəfindən dövlət qeydiyyatından keçirilərək başqa bir şəxsə satılmışdır. Bundan əlavə həmin avtomobilin kredit borcunu tam olaraq “NBC Bank” KB-na şəxsən ödəmişdir və ödəniş qəbzlərində olan imzaların hamısı ona məxsusdur. Eyni zamanda mərhum X3 narkomaniya xəstəliyindən əziyyət çəkirdi və bu səbəbdən o, ailəsinin maddi ehtiyyaclarını qarşılaya bilmirdi. Mərhum X3 narkomaniya xəstəliyi səbəbindən onun müayinəsi və müalicəsinə külli miqdarda maliyyə vəsaitinə ehtiyac yaranmışdır. Qardaşı və onun ailəsinin maddi imkanı olmadığından onun xəstəlik müddəti ərzində, yəni xx.xx.2010-cu ildən ölüm günü xx.xx.2016-cı tarixədək onun müalicəsinə və ailəsinin dolanışıq xərci olaraq onların ailəsinə 106.180 (yüz altı min yüz səksən) manat pul xərcləmişdir. X3 xx.xx.2016-cı ildə öldükdən sonra onun ailəsi, yəni hazırki qarşılıqlı iddia ərizəsi üzrə cavabdeh İddiaçı və onun ailə üzvlərinin maddi cəhətdən vəziyyətləri dahada çətinləşməyə başlamış və o, onun ailəsinin maddi ehtiyyacının qarşılığı olaraq ərizəyə əlavə etdiyi cədvəldə göstərilən əsaslarla cavabdehə xx.xx.2016-cı il tarixdən xx.xx.2018-ci il tarixədək ümumilikdə 30097 (otuz min doxsan yeddi) manat pul vermişdir. Bunu cavabdeh də özü təsdiq edə bilər. Qardaşı mərhum X13 xx.xx.2016-cı il tarixinədək onun narkomaniya xəstəliyi ilə əlaqədar müayinəsinə və müalicəsinə çəkilən xərclərlərdən əlavə, onun ailəsinədə maddi yardım göstərmək onun mənəvi borcu idi. Çünki qardaşı yataq xəstəsi olduğu üçün cavabdeh onun məişət problemləri ilə bağlı bütün ehtiyyaclarını ödəyirdi və bu səbəbdən o, işləyə bilmirdi. Amma xx.xx.2016-cı il tarixdə qardaşı öldükdən sonra cavabdehin ailəsinin maddi sıxıntısı səbəbindən ondan 30097 manat pulu alması və buna qarşlıq olaraq əsassız iddia ərizəsi ilə ondan 13.000 manat pul tələb etməsi, onun da ona verdiyi 30097 manat pulu ondan tələb etməyi üçün ona mənəvi haqq verir. Qeyd olunanlara əsasən ilkin iddia ərizəsi rədd edilməsi və qarşılıqlı iddia ərizəsinin təmin edilərək xx.xx.2016-cı il tarixdən xx.xx.2018-ci il tarixədək cavabdeh İddiaçı verdiyi 30097 manat pul ondan tutularaq ona ödənilməsi barədə qarşılıqlı iddia ərizəsinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzər cavabdeh İddiaçı vəkilinümayəndəsi Vəkil1n oğlu ilk iddia tələbini müdafiə edib, iddia ərizəsində göstərilənləri təsdiq edərək, iddia tələbinin əsaslı olmasını nəzərə alıb təmin edilməsini, qarşılıqlı iddia tələbi əsassız olduğundan rədd edilməsini xahiş etdi. İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 vəkili-nümayəndəsi Vəkil2 məhkəmə iclasında qarşılıqlı iddia tələbini müdafiə edərək, təmin edilməsini, ilk iddia tələbinin rədd edilməsini xahiş etdi. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, işin materiallarını araşdırıb, iş üzrə sübutlara məcmu halda qiymət verərək hesab edir ki, aşağıdakı əsaslara görə ilk iddia tələbi təmin, qarşılıqlı iddia tələbi rədd edilməlidir. Mülki işin materiallarında olan Abşeron Rayon Məhkəməsinin 2(012)-2892/2018 saylı 27 noyabr 2018-ci il tarixli qətnaməsindən müəyyən edilir ki, İddiaçı - cavabdehlər Cavabdeh2, Cavabdeh1, Sumqayıt “Asan Xidmət” Mərkəzində Notariat kontoruna qarşı alqı-satqı müqaviləsinin və çıxarışın etibarsız hesab edilməsi tələbinə dair iddia əsassız olduğu üçün təmin edilməməsi qət edilmişdir. Mülki işin materiallarında olan Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(105)-1532/2019 saylı qətnaməsinin surətindən görünür ki, apellyasiya şikayəti qismən təmin edilmiş, Abşeron Rayon Məhkəməsinin 2(012)-2892/2018 saylı 27 noyabr 2018-ci il tarixli qətnaməsi “Nissan Sunny” markalı. AZ-**-GB-*** dövlət qeydiyyat nişanlı avtomaşının alqı-satqısı müqavilələrin etibarsız sayılması barədə iddianını təmin edilməyən hissəsində ləğv edilməsi, həmin hissədə yeni qətnamə qəbul edilməsi, iddia tələbi həmin hissədə təmin edilməsi, “Nissan Sunny” markalı, **-CR-*** dövlət (AZ **-GB- ***)dövlət qeydiyyat nişanlı avtomaşının alqı-satqısına dair X13 ilə Cavabdeh2 arasında bağlanmış 08 fevral 2016-cı il, Cavabdeh2 ilə X10 arasında bağlanmış 07 yanar 2017-ci il və X12 ilə X11 arasında bağlanmış 20 fevral 2018-ci il tarixli nəqliyyat vasitəsinin alqı-satqı müqavilələrinin etibarsız sayılması qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(102)-6125/2019 saylı qərarının surətindən görünür ki, kassasiya şikayətləri təmin edilməmiş, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 02 may 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Mülki işin materiallarında olan Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(060)-5654/2021 saylı qətnaməsinin surətindən görünür ki, İddiaçı cavabdeh X5 qarşı ona məxsus “Nissan Sunny” markalı, **-ON-*** dövlət qeydiyyat nömrə nişanlı avtonəqliyyat vasitəsinin cavabdeh X1 dair alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və həmin nəqliyyat vasitəsinin cavabdehdən alınaraq ona qaytarılması barədə iddiası təmin edilməmişdir. Mülki işin materiallarında olan "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli, 02-03/22 saylı mütəxəssis rəyindən görünür ki, aparılan araşdırmalar və təhlillərə əsasən buraxılış ili 2012-ci il olan “Nissan Sunny” minik markalı, qara rəngli, **-DN-*** dövlət qeydiyyat nömrə nişanlı avtonəqliyyat vasitəsinin təqdim edilən sənədlərə əsasən hazırki tarixə bazar dəyəri : 13 000,0 (on üç min) manat təşkil edir. Mülki iş materiallarına əlavə olunan xx.xx.2015-ci il tarixdə verilmiş Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, buraxılış ili 2012-ci il, mühərrik 757831A, BAN MDHBBAN17Z0001663 olan “Nissan Sunny” minik markalı, qara rəngli, **-BT-*** dövlət qeydiyyat nömrə nişanlı avtonəqliyyat vasitəsinin sahibi X7r. Mülki iş materiallarına əlavə olunan xx.xx.2016-cı il tarixli Nəqliyyat vasitəsinin alqısatqı müqaviləsinin surətindən görünür ki, X13(nümayəndəsi Cavabdeh1) özünə məxsus olan buraxılış ili 2012-ci il, mühərrik 757831A, BAN MDHBBAN17Z0001663 olan “Nissan Sunny” minik markalı, qara rəngli, **-BT-*** dövlət qeydiyyat nömrə nişanlı avtonəqliyyat vasitəsini 14 000 manata Cavabdeh2 satmışdır. Mülki iş materiallarına əlavə olunan xx.xx.2018-ci il tarixdə verilmiş Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, buraxılış ili 2012-ci il, mühərrik 757831A, BAN MDHBBAN17Z0001663 olan “Nissan Sunny” minik markalı, qara rəngli, **-GB-*** dövlət qeydiyyat nömrə nişanlı avtonəqliyyat vasitəsinin sahibi X7r. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 598.1.maddəsinə görə əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. 598.2. Əgər alğı-satqı müqaviləsində əşyanın hissə-hissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.1-ci maddəsinə əsasən ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Azərbaycan Respublikası Ailə Məcəllənin 36.3-cü maddəsinə görə mübahisə olduqda, ər-arvadın ümumi əmlakının bölünməsi, eləcə də bu əmlakda ər-arvadın paylarının müəyyən olunması məhkəmə qaydasında həyata keçirilir.Həmin Məcəllənin 32.2.2-ci maddəsinə əsasən ər-arvadın ümumi birgə mülkiyyətinə ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından asılı olmayaraq, yaxud əmanətin kimi adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı əmlak hesab edilir. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ərarvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır).Həmin Məcəllənin 37.2 maddəsinə görə ayrı-ayrı hallarda məhkəmə yetkinlik yaşına çatmayan uşaqların mənafeyini və (və ya) ərin (arvadın) diqqətəlayiq mənafeyini, o cümlədən ərarvaddan biri gəlir əldə etmədiyi və ya birgə mülkiyyəti ailənin mənafeyinə zidd olaraq sərf etdiyi hallarda nəzərə alıb onların birgə mülkiyyətinin bölünməsi zamanı payları bərabər bölməyə bilər. İşin məhkəmə tərəfindən araşdırılan hallarından müəyyən edilir ki, iddiaçının əri X13 xx.xx.2016-cı il tarixdə vəfat etmişdir. Onun tərəfinidən həyat yoldaşına məxsus əmlaklarla bağlı məhkəmə mübahisələri zamanı müəyyən edilmişdir ki, X6 adına qeydə alınan ‘"Nissan Sanny” markalı **-CR-*** dövlət nişanlı avtomobil Faiq Xudiyev xx.xx.2016-cı il tarixdə vəfat etməsinə baxmayaraq cavbdeh Cavabdeh1 Faiq Xudiyevin adından etibarnamə əsasında həmin avtomobili xx.xx.2016-cı ildə Cavabdeh2 14000 (on dörd) manata satmış, avtomobilin alqı-satqısından əldə edilmiş pul vəsaiti isə iddiaçıya verilməmişdir.Bunu cavabdehin vəkili-nümayəndəsi də etiraf etmiş və qeyd etmişdir ki, avtomobil əslində Cavabdeh2 məxsus olmuş, lakin Faiqin adına rəsmiləşdirilmişdir.Lakin işin məhkəmə baxışında işin bu halı yuxarıda qeyd edilən məhkəmə qətnamələri və işin digər materialları ilə təkzib olunmuşdur. Məhkəmə “Məhkəmə Ekspertizası Xidmətləri’' MMC-nin xx.xx.2022-ci il tarixli 02-03/22 saylı mütəxəssis rəyinə əsasən, buraxılış ili 2012ci il olan, “Nissan Sanny“ markalı, qara rəngli, **-ON-*** dövlət nişanlı avtonəqliyyat vasitəsinin təqdim edilən sənədlərə əsasən bazar dəyəri 13000 (on üç) manat təşkil edir. Bu halda, məhkəmə hesab edir ki, ilkin iddia tələbi əsaslı olduğundan təmin edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 birgə borclular olaraq buraxılış ili 2012-ci il olan. ‘'Nissan Sanny” markalı, qara rəngli, **-ON-*** dövlət nişanlı avtonəqliyyat vasitəsinin alqısatqısından əldə olunan 13000 (on üç) manat məbləğində pul alınaraq İddiaçı verilməlidir. Məhkəmə qarşılıqlı iddia tələbinə münasibətdə qeyd edir ki, qarşılıqlı iddia tələbinin hüquqi əsası müəyyən edilməmişdir.Tərəflər arasında hər hansı hüquq münasibəti mövcud olmamış, cavabdeh mərhum X16in ailə üzvlərinə, ayrı-ayrı vaxtlarda əvəzsiz olaraq maddi yardımlar etmişdir.İlkin iddianın rədd edilməsi üçün görünür ki, qarşılıqlı iddia ilə məhkəməyə müraciət etmişdir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, qarşılıqlı iddia əsassız olduğundan rədd edilməlidir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara, işin müəyyən edilən faktiki hallarına və qeyd edilən qanun normalarına əsasən hesab edir ki, ilk iddia tələbi əsaslı olduğundan təmin edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 buraxılış ili 2012-ci il olan. ‘'Nissan Sanny” markalı, qara rəngli, **-ON-*** dövlət nişanlı avtonəqliyyat vasitəsinin alqısatqısına görə 13000 (on üç) manat və 130 manat dövlət rüsumuna görə pul alınaraq İddiaçı verilməli, qarşılıqlı iddia tələbi əsassız olduğundan təmin edilməməli, ödənilmiş dövlət rüsumu isə özünə aid edilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: İlk iddia tələbi təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 buraxılış ili 2012-ci il olan. ‘'Nissan Sanny” markalı, qara rəngli, **-ON-*** dövlət nişanlı avtonəqliyyat vasitəsinə görə 13000 (on üç) manat və iddia ərizəsinin verilməsinə görə ödənilmiş 130 manat məbləğində pul alınaraq İddiaçı verilsin. Qarşılıqlı iddia təmin edilməsin. Qarşılıqlı iddia verilməsi üçün Cavabdeh2 tərəfindən ödənilmiş 182 manat özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi (alındığı) gündən bir ay müddətinə Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şıkayəti verilə bilər. Hakim : Cəmilə Səfiyeva
Məhkəmə qərarları › İş №2(012)-1705/2022
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-1705/2022
23.05.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver