Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 2(012)-1708/2025 29.04.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair iddiası üzrə mülki işə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 22000 manat məbləğində pulun tutulub ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında barışıq sazişini təqdim edərək, Cavabdeh ilə aralarında barışıq sazişi bağladıqlarını və cavabdehin xx.xx.2025-ci il tarixdən başlayaraq hər ayın 30-da 500 manat məbləğində pul vəsaitini ödəməyi öhdəsinə götürdüyünü bildirdi və bununla əlaqədar olaraq hazırki mülki iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh İddiaçı izahatında qeyd etdiklərini təsdiq edərək, hazırki iş üzrə icraata xitam verilməsini xahiş etdi. Beləliklə, tərəflər - İddiaçı və Cavabdeh məhkəməyə xx.xx.2025-ci il tarixli barışıq sazişini təqdim еdərək, razılığa gəldikləri üçün mülki iş üzrə icraata xitam verilməsini xahiş etmişdirlər. Məhkəməyə təqdim edilmiş barışıq sazişindən aydın olur ki, İddiaçı və Cavabdeh aşağıdakı şərtlərlə razılaşırlar:
1. İddiaçı 22.000 (iyirmi iki min) manat məbləğində pul vəsaitini hər ay 500 (beş yüz) manat məbləğində olmaq şərti ilə Cavabdeh qəbul edir.
2. Cavabdeh barışıq sazişinin 1-ci bəndində göstərilən 22.000 (iyirmi iki min) manat məbləğdən xx.xx.2025-ci il tarixdən başlayaraq hər ayın 30-da 500 (beş yüz) manat məbləğində pul vəsaitinin İddiaçı ödənilməsini öhdəsinə götürür.
3. Bu Saziş tərəflərin qarşılıqlı razılaşması əsasında tərtib edilmiş və tərəflərin imzaları ilə təsdiq edilir.
4. X1 3 nüsxədə tərtib edilmişdir və hər üçü eyni hüquqi qüvvəyə malikdir. Barışıq sazişinin 1 nüsxəsi Abşeron Rayon İcra Şöbəsinə təqdim edilir, digər 2 nüsxə isə tərəflərdə saxlanılır. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib iş materiallarını tam, hərtərəfli və obyektiv tədqiq edərək hesab edir ki, İddiaçı və Cavabdeh arasında bağlanmış xx.xx.2025-ci il tarixli barışıq sazişi təsdiq edilməli və mülki iş üzrə icraata xitam verilməlidir. Аzərbaycan Respublikası Мülki Prosessual Мəcəlləsinin 191.1-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Аzərbaycan Respublikası Мülki Prosessual Мəcəlləsinin 191.2-ci maddəsinə əsasən hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Аzərbaycan Respublikası Мülki Prosessual Мəcəlləsinin 261.0.5-ci maddəsinə əsasən tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə, hakim iş üzrə icraata xitam verir. Аzərbaycan Respublikası Мülki Prosessual Мəcəlləsinin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Yuxarıda göstərilənlərə və АR МPМ-nin 261.0.5; 262-264; 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qərara aldı:
İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair iddiası ilə əlaqədar mülki iş üzrə tərəflər arasındakı aşağıdakı şərtlər ilə bağlanmış xx.xx.2025-ci il tarixli barışıq sazişi təsdiq edilsin.
1. İddiaçı 22.000 (iyirmi iki min) manat məbləğində pul vəsaitini hər ay 500 (beş yüz) manat məbləğində olmaq şərti ilə Cavabdeh qəbul edir.
2. Cavabdeh barışıq sazişinin 1-ci bəndində göstərilən 22.000 (iyirmi iki min) manat məbləğdən xx.xx.2025-ci il tarixdən başlayaraq hər ayın 30-da 500 (beş yüz) manat məbləğində pul vəsaitinin İddiaçı ödənilməsini öhdəsinə götürür.
3. Bu Saziş tərəflərin qarşılıqlı razılaşması əsasında tərtib edilmiş və tərəflərin imzaları ilə təsdiq edilir.
4. X1 3 nüsxədə tərtib edilmişdir və hər üçü eyni hüquqi qüvvəyə malikdir. Barışıq sazişinin 1 nüsxəsi Abşeron Rayon İcra Şöbəsinə təqdim edilir, digər 2 nüsxə isə tərəflərdə saxlanılır. İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair iddiası ilə əlaqədar 2(012)-1708/2025 saylı mülki iş üzrə icraata xitam verilsin. Qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində ondan Abşeron Rayon Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə) şikayət verilə bilər.
Hakim: Elman Məmmədov