Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-1715/2021 19.03.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Şahbazov Abdulla Tofiq oğlunun katibliyi ilə, İddiaçı Bank Olmayan Kredit Təşkilatı «xxxx» MMC-nin Cavabdeh qarşı borcun tutulmasına dair ərizəsi üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Bank Olmayan Kredit Təşkilatı «xxxx» MMC Cavabdeh qarşı borcun tutulmasına dair ərizə ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh xx.xx.2020-ci il tarixli, 034-EMB-0008-20 saylı kredit müqaviləsi üzrə xx.xx.2021-ci il tarixə əsas borcu 255.88 (iki yüz əlli beş manat səksən səkkiz qəpik) manat, həmçinin ərizəyə görə ödənilmiş 20.40 (iyirmi manat qırx qəpik) dövlət rüsumunun, ümumilikdə 276.58 (iki yüz yetmiş altı manat əlli səkkiz qəpik) manat borcun iddiaçı Bank Olmayan Kredit Təşkilatı «xxxx» MMC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, iddiaçı Bank Olmayan Kredit Təşkilatı «xxxx» MMC tərəfindən Cavabdeh xx.xx.2020-ci il tarixli, 034-EMB-0008-20 saylı kredit müqaviləsi üzrə 12 ay müddətinə 385 (üç yüz səksən beş) manat məbləğində kredit verilmişdir. Hazırda cavabdehin xx.xx.2020-ci il tarixli, 034-EMB-0008-20 saylı kredit müqaviləsi üzrə xx.xx.2021-ci il tarixə əsas borcu 255.88 (iki yüz əlli beş manat səksən səkkiz qəpik) manat təşkil edir ki, bu borcun da cavabdeh tərəfindən ödənilməsi təmin edilməlidir. Borcun ödənilməsi tələbi ilə bağlı cavabdehə dəfələrlə müraciət olunmasına, məhkəmədən kənar (pretenziya) qaydasında bütün tədbirlərin görülməsinə baxmayaraq cavabdeh borcun ödənilməsi üçün heç bir təşəbbüs göstərməmişdir. Cavabdehə xx.xx.2020-ci il tarixli 11337/19 saylı pretenziya (xəbərdarlıq) məktubu da göndərilmişdir. Ona görə də hazırkı tələblə bağlı məhkəməyə müraciət edilmişdir. Məhkəmə hazırkı iddianın qiymətinin iki min manatdan az olmasını nəzərə alaraq mülki işə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə sadələşdirilmiş qaydada baxılmasına yol verilir. 284-5.1-ci maddəsinə əsasən, ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. İş materiallarından görünür ki, iddia ərizəsi xx.xx.2021-ci il tarixdə məhkəməyə daxil olmuş və xx.xx.2021-ci il tarixdə məhkəmə Cavabdeh prosessual hüquq və vəzifələrinin izahı barədə rəsmi qaydada bildiriş göndərmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.2-ci maddəsinə görə cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Məhkəmə, Cavabdeh qanunla müəyyən olunmuş qaydada prosessual hüquq və vəzifələrinin izah olunduğunu, iddiaya qarşı etirazının olmamasını və iddia tələbinin kiçik iddialar kateqoriyasına aid edilməklə yanaşı mübahisə doğurmayan tələb olduğunu nəzərə alaraq hesab edir ki, mülki işin iddia icraatına keçirilməklə iş üzrə əlavə araşdırma aparılmasına, ekspertiza təyin olunmasına və ya tərəflərin məhkəməyə çağırılmaqla dinlənilmələrinə lüzum yoxdur, mülki işin prosessual vəziyyəti işə sadələşdirilmiş icraat qaydasında baxılmasına mane olmur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən, kiçik iddialar üzrə ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə iddiaçının təqdim etdiyi sənədləri tədqiq edərək toplanmış sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məcmusu halında qiymət verərək hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin birinci hissəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77-ci maddəsinin tələblərinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: -İddiaçı Bank Olmayan Kredit Təşkilatı «xxxx» MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli, 034-EMB-0008-20 nömrəli Müqavilədən görünür ki, iddiaçı tərəfindən cavabdehə 12 ay müddətinə illik 0 faiz olmaqla müddətinə 385 (üç yüz səksən beş) manat məbləğində kredit verilmişdir. -Müqaviləyə 1 saylı Əlavə olan ödəniş cədvəlindən görünür ki, Cavabdeh ona verilmiş kredit üzrə əsas və faiz borclarını hesabında qalıq yarandığı gündən bir ay sonradan, yəni xx.xx.2020-ci il tarixdən başlayaraq, xx.xx.2021-ci il tarixinədək, 385 manat əsas borc məbləğindən, hər ay banka 32 (sonuncu ay 33) manat ödəməklə 12 ay müddətinə qaytarmalıdır. -Bank Olmayan Kredit Təşkilatı «xxxx» MMC tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli MA-0020130-21 saylı maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2020-ci il tarixli, 034-EMB-0008-20 nömrəli kredit müqaviləsinə əsasən xx.xx.2021-ci il tarixə əsas borcu 255.88 (iki yüz əlli beş manat səksən səkkiz qəpik) manat, faiz borcu 0.00 (sıfır manat sıfır qəpik) manat, cərimə borcu 0.00 (sıfır manat sıfır qəpik) manat ümumi borcu 255.88 (iki yüz əlli beş manat səksən səkkiz qəpik) manat təşkil edir. -xx.xx.2020-ci il tarixli 11337/19 saylı son xəbərdarlıqlardan görünür ki, Cavabdeh banka olan borcunu 5 gün müddətinə ödənilməsi tələb olunmuş, əks halda məhkəməyə müraciət olunacağı bildirmişdir. - Azərbaycan Respublikası DİN-nin BPQMİ-nin MAPS şöbəsinin arayışından görünür ki, Cavabdeh - Abşeron rayonu, Xırdalan qəsəbəsi, məhəllə 27, 4 saylı evin 19 saylı mənzilində qeydiyyatdadır. -Azərbaycan Respublikası Vətəndaşının xx.xx.2018-ci il tarixlui Seriya AZE № 18594535 - Şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh - Abşeron rayonu, Xırdalan şəhəri, 20 Yanvar küçəsi, 8 saylı evdə qeydiyyatdadır. -Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsi Dövlət Reyestrindən Çıxarışın surətindən görünür ki, Bank Olmayan Kredit Təşkilatı İddiaçı – adlı qurum, VÖEN ********** dövlət qeydiyyatı nömrəsi ilə qeydiyyata alınmış, quruma xx.xx.2020-ci il tarixli, **********343200 nömrə ilə çıxarış verilmişdir. -Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən xx xxxx 2013-cü il tarixdə, 06-00479-2013 saylı Bank Olmayan Kredit Təşkilatı İddiaçınə kreditlərin verilməsi üçün verilmiş xüsusi razılıqın (lisenziya) surətindən görünür ki, Bank Olmayan Kredit Təşkilatı İddiaçı – 30 iyul 2012-ci il tarixində, BKT-10 saylı lisenziyaların mərkəzi reyestrinə daxil edilmişdir. İşin araşdırılan hallarından və tədqiq edilmiş sənədlərdən müəyyən olunur ki, cavabdeh müqavilələr ilə üzərinə götürdüyü öhdəliyi lazımi qaydada icra etməmiş, onun iddiaçının qarşısında icra edilməmiş kredit öhdəlikləri nəticəsində 255.88 (iki yüz əlli beş manat səksən səkkiz qəpik) manat borc pul məbləği yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin; 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 425.1-ci maddəsinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 448.1-ci maddəsinə görə əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman 20 (iyirmi manat) manat məbləğində dövlət rüsumu və 40 (qırx) qəpik xidmət haqqı ödəmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə məhkəmə tədqiq edilmiş sübutlara məcmu halında qiymət verərək və yuxarıda qeyd olunan normalara əsaslanaraq hesab edir ki, ərizə təmin edilməli, Cavabdeh xx.xx.2020-ci il tarixli, 034-EMB-0008-20 saylı kredit müqaviləsi üzrə xx.xx.2021-ci il tarixə əsas borc 255.88 (iki yüz əlli beş manat səksən səkkiz qəpik) manat, həmçinin ərizəyə görə ödənilmiş 20.40 (iyirmi manat qırx qəpik) dövlət rüsumunun, ümumilikdə 276.28 (iki yüz yetmiş altı manat iyirmi səkkiz qəpik) manat tutulub iddiaçı Bank Olmayan Kredit Təşkilatı «xxxx» MMC-nin xeyrinə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220 və 222-ci maddələrinin göstərişini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ Ərizə təmin edilsin. Cavabdeh xx.xx.2020-ci il tarixli, 034-EMB-0008-20 saylı kredit müqaviləsi üzrə xx.xx.2021-ci il tarixə əsas borcu 255.88 (iki yüz əlli beş manat səksən səkkiz qəpik) manat, 20 (iyirmi) manat dövlət rüsumu və 40 (qırx) qəpik xidmət haqqı olmaqla, ümumilikdə 276.28 (iki yüz yetmiş altı manat iyirmi səkkiz qəpik) manat tutulub iddiaçı Bank Olmayan Kredit Təşkilatı «xxxx» MMC-nin xeyrinə ödənilsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmış işlər üzrə çıxarılmış məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Habil Əhmədov
Məhkəmə qərarları › İş №2(012)-1715/2021
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-1715/2021
19.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver