Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-172/2022 12.09.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədirliyi, Mirzəzadə Şəbnəm Çingiz qızının katibliyi, İddiaçı1 vəkili-nümayəndəsi Vəkil Şəmsəddin oğlunun, Cavabdeh iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh və müstəqil tələb irəli sürməyən üçüncü şəxs AR ƏMDK yanında DƏDRX-nin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı “torpaq sahəsinin cavabdeh tərəfindən istifadə edilməsinin qanunsuz hesab edilməsi, məhdudiyyətlərin aradan qaldırılması və torpaq sahəsinin mülkiyyətçisinə istifadə üçün qaytarılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçılar İddiaçı1 və İddiaçı2 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xüsusi mülkiyyətlərində olan Abşeron rayonu, Novxanı kəndi ərazisində yerləşən onlara məxsus hər biri 0,10 ha torpaq sahəsinin Cavabdeh tərəfindən istifadə edilməsinin qanunsuz hesab edilməsi, məhdudiyyətlərin aradan qaldırılması və torpağın mülkiyyətçisinə istifadə üçün qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. İddiaçı1 vəkili-nümayəndəsi Vəkil Şəmsəddin oğlu məhkəmə iclasında izahatında bildirdi ki, Cavabdeh Abşeron rayon, Novxanı kəndində iddiaçılar İddiaçı1 və İddiaçı2 məxsus hər biri 0,10 ha torpaq sahəsinə 2019-cu ilin avqust ayında hasarlamış və bataqlıq olduğu üçün torpaq tökdürmüşdür. Cavabdeh sözügedən torpaq sahəsinin Abşeron rayonu X3 28 avqust 1991-ci il tarixli 181 saylı qərarı ilə cavabdehə verildiyini və buna görə də həmin torpaq sahəsinin cavabdehə məxsus olduğunu bildirmişdir. İddiaçılar özlərinə məxsus sənədləri cavabdehə təqdim etməklərinə baxmayaraq cavabdeh qanunsuz şəkildə həmin torpaq sahəsindən istifadə etməkdədir. Bununla da iddiaçıların hüquqlarını pozmaqdadır. Həmçinin iddiaçılar hasarın pulunu ödəyərək, hasarın iddiaçılara qalmasını istəmişlər. İddiaçılar çəkilən xərcə görə 3000 manat ödəməyə razıdırlar. Qeyd edilənlərə əsasən, o, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh xx.xx.20222-ci il tarixinə təyin edilmiş məhkəmə iclasında iştirak edərək iddiaçılarla məhkəmədən kənar barışıq əldə etmək üçün işin təxirə salınmasını xahiş etmiş,məhkmə iclası təxirə salınsada, Cavabdeh növbəti məhkəmə iclasında heç bir üzürlü səbəb olmadan məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməmə səbəbi barədə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-in 185.6-cı maddəsinə əsasən məhkəmə işə üçüncü şəxsin nümayəndəsi iştirakı olmadan baxmağı məqsədə müvafiq hesab etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən MH seriyalı, ******* №-li çıxarışının notarial qaydada təsdiqlənmiş surətindən görünür ki, Abşeron rayonu, Novxanı kəndində yerləşən 0,10 ha torpaq sahəsi mülkiyyət hüququ üzrə ********** qeydiyyat nömrəsi ilə, xx.xx.2008-ci il tarixdə İddiaçı1 adına qeydiyyata alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən MH seriyalı, ******* №-li çıxarışının notarial qaydada təsdiqlənmiş surətindən görünür ki, Abşeron rayonu, Novxanı kəndində yerləşən 0,10 ha torpaq sahəsi mülkiyyət hüququ üzrə ********** qeydiyyat nömrəsi ilə, xx.xx.2008-ci il tarixdə İddiaçı2 adına qeydiyyata alınmışdır. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarının araşdırılması nəticəsində müəyyən edilir ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən MH seriyalı, ******* №-li çıxarışa əsasən, Abşeron rayonu, Novxanı kəndində yerləşən 0,10 ha torpaq sahəsi mülkiyyət hüququ üzrə ********** qeydiyyat nömrəsi ilə, xx.xx.2008-ci il tarixdə İddiaçı1 adına qeydiyyata alınmış, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən MH seriyalı, ******* №-li çıxarışa əsasən, Abşeron rayonu, Novxanı kəndində yerləşən 0,10 ha torpaq sahəsi mülkiyyət hüququ üzrə ********** qeydiyyat nömrəsi ilə, xx.xx.2008-ci il tarixdə İddiaçı2 adına qeydiyyata alınmış, lakin hal-hazırda iddiaçıların mülkiyyət hüquqları pozulmuş və onlar əmlakından sərbəst istifadə edə bilmirlər. Mülki işin məhkəmə gedişatında həqiqətə nail olmaq üçün məhkəmə tərəfindən ekspertiza təyin olnnmuş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10/3130 saylı, 20 iyul 2022-ci il tarixli ekspert rəyinə əsasən, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin "xxxx" MMC-nin Bakı LTİ-nin mühəndisi Azər Əhmədovun tərtib etdiyi mütəxəssis rəyinə əsasən, iddiaçı tərəfindən göstərilən məxsus Abşeron rayonu, Novxanı kəndi ərazisində yerləşən 0,10 ha torpaq sahəsi (xx.xx.2008-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Abşeron Rayon Ərazi İdarəsi tərəfindən verilmiş, xx.xx.2008-ci il tarixli, **********74 reyestr nömrəli torpaq sahəsinin planı və ölçüsündə göstərilən koordinatları) ilə uyğun gəlir. İddiaçı tərəfindən göstərilən torpaq sahəsi İddiaçı2 məxsus Abşeron rayonu, Novxanı kəndi ərazisində yerləşən 0,10 ha torpaq sahəsi (xx.xx.2008-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Abşeron rayon Ərazi İdarəsi tərəfindən verilmiş, xx.xx.2008-ci il tarixli, **********73 reyestr nömrəli torpaq sahəsinin planı və ölçüsündə göstərilən koordinatları) ilə uyğun gəlir. İddiaçı1 Q.Muradoviçə mülkiyyət hüququ ilə məxsus olan (xx.xx.2008-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, xx.xx.2008-ci il tarixli, **********74 reyestr nömrəli torpaq sahəsinin planı və ölçüsündə göstərilən koordinatları daxilində) Abşeron rayonu, Novxanı kəndi ərazisində yerləşən 0,10 ha torpaq sahəsinin planı və ölçüsündə göstərilən koordinatları daxilində digər şəxslər tərəfindən 256 kv.metr hissədinfə tikilmiş tikili (yaşayış evi) və yarımçıq tikili, 0,0181 ha hissəsindən isə Cavabdeh tərəfindən daş hasara alınaraq faktiki istifadə olunur. İddiaçı2 məxsus olan (xx.xx.2008-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, xx.xx.2008-ci il tarixli, **********73 reyestr nömrəli torpaq sahəsinin planı və ölçüsündə göstərilən koordinatları daxilində) Abşeron rayonu, Novxanı kəndi ərazisində yerləşən 0,10 ha torpaq sahəsinin planı və ölçüsü daxilində 0,0354 ha hissəsindən Cavabdeh tərəfindən daş hasara alınaraq faktiki istifadə olunur. Beləliklə, ekspert rəyindən göründüyü kimi İddiaçı1 Q.Muradoviçə mülkiyyət hüququ ilə məxsus olan (xx.xx.2008-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, xx.xx.2008-ci il tarixli, **********74 reyestr nömrəli torpaq sahəsinin planı və ölçüsündə göstərilən koordinatları daxilində) Abşeron rayonu, Novxanı kəndi ərazisində yerləşən 0,10 ha torpaq sahəsinin planı və ölçüsündə göstərilən koordinatları daxilində 0,0181 ha hissəsindən Cavabdeh tərəfindən daş hasara alınaraq faktiki istifadə olunur. İddiaçı2 məxsus olan (xx.xx.2008-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, xx.xx.2008-ci il tarixli, **********73 reyestr nömrəli torpaq sahəsinin planı və ölçüsündə göstərilən koordinatları daxilində) Abşeron rayonu, Novxanı kəndi ərazisində yerləşən 0,10 ha torpaq sahəsinin planı və ölçüsü daxilində 0,0354 ha hissəsindən Cavabdeh tərəfindən daş hasara alınaraq faktiki istifadə olunur. Digər tərəfdən məhkəmədə sübutların tədqiqatı zamanı müəyyən edimişdir ki, Cavabdeh faktiki istifadəsində olan mübahisəli torpaq sahəsi ilə bağlı hər hansı hüquq müəyyənedici sənədi yoxdur, torpaq sahəsi özbaşına zəbt edilmiş və cavabdeh tərəfindən qeyd olunan tikili özbaşına olaraq həyata keçirilmişdir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10/3130 saylı, 20 iyul 2022-ci il tarixli ekspert rəyini təkzib edəcək hallar müəyyən edilmədiyindən məhkəmə hesab edir ki, hal-hazırda Cavabdeh özbaşına zəbt etdiyi torpaq sahəsindən könüllü çıxmaması iddiaçıların daxili və beynəlxalq qanunvericiliklə qorunan öz əmlakına sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək hüquqlarını pozur. Məhkəmə yuxarıda qeyd olunanları və aşağıda qeyd olunacaq qanunvericilik normlarını əsas götürərək hesab edir ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən MH seriyalı, ******* №-li çıxarışına əsasən Abşeron rayonu, Novxanı kəndində olan 0,10 ha torpaq sahəsinin 0,0181 ha hissəsində Cavabdeh tərəfindən qanunsuz olaraq tikilimiş daş hasar Cavabdeh hesabına sökülməli, həmin torpaq sahəsi boşaldılaraq İddiaçı1 təhvil verilməli, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən MH seriyalı, ******* №-li çıxarışına əsasən Abşeron rayonu, Novxanı kəndində olan 0,10 ha torpaq sahəsinin 0,0354 ha hissəsində Cavabdeh tərəfindən qanunsuz olaraq tikilimiş daş hasar Cavabdeh hesabına sökülməli, həmin torpaq sahəsi boşaldılaraq İddiaçı2 təhvil verilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İ və İV bəndlərinə görə hər kəsin mülkiyyət hüququ vardır. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəllənin 139.1-ci maddəsinə görə mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1 və 152.5-ci maddələrinə görə mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Mülki Məcəllənin 157.2-ci maddəsinə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəllənin 164.1-ci maddəsinə görə sahibin iradəsi olmadan sahiblikdən məhrum etmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Azərbaycan Respublikası Mülki Məcəllənin 164.2-ci maddəsinə görə sahiblikdən məhrum olan onun üçün qanunsuz sahibdən sahibliyin qaytarılmasını tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəllənin 165.1-ci maddəsinə əsasən sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 103-cü maddəsinə əsasən, torpaq mübahisələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları, bələdiyyələr və məhkəmələr tərəfindən həll edilir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına 1 saylı Protokolun 1-ci maddəsinə əsasən də, “hər bir fiziki'və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.” Məhkəmə Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə istinad edərək hesab edir ki, Ekspertiza Mərkəzi tərəfindən keçirilən 10/3130 saylı, 20 iyul 2022-ci il tarixli tikinti-texniki ekspertizasına görə 50 manat ekspertiza xərci Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin aşağıdakı hesabına köçürülməlidir: SAP (XİİS) hesabı-X1, kod-210005; VÖEN-**********; müxbir hesab-AZ41NABZ********************; SWİFT BİK- CTREAZ22; Məhkəmə Ekspertizası Mərkəzi-VÖEN **********; hesabAZ34CTRE********************. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş xx.xx.2008-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, MH seriyalı, ******* №-li çıxarışına əsasən Abşeron rayonu, Novxanı kəndində olan 0,10 ha torpaq sahəsinin 0,0181 ha hissəsində Cavabdeh tərəfindən qanunsuz olaraq tikilimiş daş hasar Cavabdeh hesabına sökülsün, həmin torpaq sahəsi boşaldılaraq İddiaçı1 təhvil verilsin. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş xx.xx.2008-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, MH seriyalı, ******* №-li çıxarışına əsasən Abşeron rayonu, Novxanı kəndində olan 0,10 ha torpaq sahəsinin 0,0354 ha hissəsində Cavabdeh tərəfindən qanunsuz olaraq tikilimiş daş hasar Cavabdeh hesabına sökülsün, həmin torpaq sahəsi boşaldılaraq İddiaçı2 təhvil verilsin. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən keçirilən 10/3130 saylı, 20 iyul 2022-ci il tarixli tikinti-texniki ekspertizasına görə 50 manat ekspertiza xərci Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin aşağıdakı hesabına köçürülsün: SAP (XİİS) hesabı-X1, kod-210005; VÖEN-**********; müxbir hesab-AZ41NABZ********************; SWİFT BİK-CTREAZ22; Məhkəmə Ekspertizası Mərkəzi- VÖEN **********; hesabAZ34CTRE********************. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Elman Məmmədov
Məhkəmə qərarları › İş №2(012)-172/2022
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-172/2022
12.09.2022 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər - Torpaq mübahisələri - Sair mülki iş - Torpaq münasibətləri üzrə sair mübahisələr - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver