Məhkəmə qərarları › İş №2(102)-2840/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-2840/2024

22.10.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər - Torpaq m
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2840/2024 22.10.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçılar İddiaçı1, İddiaçı2 Cavabdeh (Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsi müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) qarşı mülki iş üzrə QƏRARİ (Açar sözlər: qonşuluq hüququ, vindikasiya tələbi, zəbt olunmuş torpaq sahəsindən çıxarılma) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, Əhmədova Mehparə Tofiq qızı (məruzəçi hakim), Abbasov Aqil Əzizağa oğlu və Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, iddiaçılar İddiaçı1, İddiaçı2 Cavabdeh (Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hü quqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsi müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) qarşı torpaq sahəsinin cavabdeh tərəfindən istifadə edilməsinin qanunsuz hesab edilməsi, məhdudiyyətlərin aradan qaldırılması və torpaq sahəsinin mülkiyyətçisinə istifadə üçün qaytarılması tələbinə dair iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2024-cü il tarixli 2(105)-63/2024 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Abşeron rayonu, Novxanı kəndində yerləşən 0,10 ha torpaq sahəsi mülkiyyət hüququ üzrə xx.xx.2008-ci il tarixdən etibarən iddiaçılar İddiaçı1 və İddiaçı2 mülkiyyətindədir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

2. İddiaçılar iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xüsusi mülkiyyətlərində olan Abşeron rayonu, Novxanı kəndi ərazisində yerləşən onlara məxsus hər biri 0,10 ha torpaq sahəsinin Cavabdeh tərəfindən istifadə edilməsinin qanunsuz hesab edilməsi, məhdudiyyətlərin aradan qaldırılması və torpağın mülkiyyətçisinə istifadə üçün qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişlər.

3. İddia ərizəsi işin yuxarıda qeyd olunan faktiki hallarına istinadən onunla əsaslandırılmışdır ki, Cavabdeh Abşeron rayon, Novxanı kəndində iddiaçılar İddiaçı1 və İddiaçı2 məxsus hər biri 0,10 ha torpaq sahəsinə 2019-cu ilin avqust ayında hasarlamış və bataqlıq olduğu üçün torpaq tökdürmüşdür. Cavabdeh sözügedən torpaq sahəsinin Abşeron rayonu X2 28 avq ust 1991-ci il tarixli 181 saylı qərarı ilə cavabdehə verildiyini və buna görə də həmin torpaq sahəsinin cavabdehə məxsus olduğunu bildirmişdir. İddiaçılar özlərinə məxsus sənədləri cavabdehə təqdim etməklərinə baxmayaraq cavabdeh qanunsuz şəkildə həmin torpaq sahəsindən istifadə etməkdədir. Bununla da, iddiaçıların hüquqlarını pozmaqdadır. Həmçinin iddiaçılar hasarın pulunu ödəyərək, hasarın iddiaçılara qalmasını istəmişlər. İddiaçılar çəkilən xərcə görə 3000 manat ödəməyə razıdırlar. Qeyd edilənlərə əsasən, o, iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir.

4. Məhkəmə icraatı zamanı əldə olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10/3130 saylı, 20 iyul 2022-ci il tarixli ekspert rəyinə əsasən, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi y anında Əmlak Məsələləri Dövlət Xidmətinin "xxxx" MMC-nin Bakı LTİ-nin mühəndisi Azər Əhmədovun tərtib etdiyi mütəxəssis rəyinə əsasən, iddiaçı tərəfindən göstərilən məxsus Abşeron rayonu, Novxanı kəndi ərazisində yerləşən 0,10 ha torpaq sahəsi (xx.xx.2008-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Abşeron Rayon Ərazi İdarəsi tərəfindən verilmiş, xx.xx.2008-ci il tarixli, **********74 reyestr nömrəli torpaq sahəsinin planı və ölçüsündə göstərilən koordinatları) ilə uyğun gəlir. İddiaçı tərəfindən göstərilən torpaq sahəsi İddiaçı2 məxsus Abşeron rayonu, Novxanı kəndi ərazisində yerləşən 0,10 ha torpaq sahəsi (xx.xx.2008-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nöm rəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Abşeron rayon Ərazi İdarəsi tərəfindən verilmiş, xx.xx.2008-ci il tarixli, **********73 reyestr nömrəli torpaq sahəsinin planı və ölçüsündə göstərilən koordinatları) ilə uyğun gəlir. İddiaçı1 Q.Muradoviçə mülkiyyət hüququ ilə məxsus olan (xx.xx.2008-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, xx.xx.2008-ci il tarixli, **********74 reyestr nömrəli torpaq sahəsinin planı və ölçüsündə göstərilən koordinatları daxilində) Abşeron rayonu, Novxanı kəndi ərazisində yerləşən 0,10 ha torpaq sahəsinin planı və ölçüsündə göstərilən koordinatları daxilində digər şəxslər tərəfindən 256 kv.metr hissədinfə tikilmiş tikili (yaşayış evi) və yarımçıq tikili, 0,0181 ha hissəsindən isə Cavabdeh tərəfindən daş hasara alınaraq faktiki istifadə olunur. İddiaçı2 məxsus olan (xx.xx.2008-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, xx.xx.2008-ci il tarixli, **********73 reyestr nömrəli torpaq sahəsinin planı və ölçüsündə göstərilən koordinatları daxilində) Abşeron rayonu, Novxanı kəndi ərazisində yerləşən 0,10 ha torpaq sahəsinin planı və ölçüsü daxilində 0,0354 ha hissəsindən Cavabdeh tərəfindən daş hasara alınaraq faktiki istifadə olunur.

5. Abşeron Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 12 sentyabr 2022-ci il tarixli qətnaməsi ilə (hakim E.Məmmədov) iddia qismən təmin edilməsi, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Da şınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş xx.xx.2008-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, MH seriyalı, ******* №-li çıxarışına əsasən Abşeron rayonu, Novxanı kəndində olan 0,10 ha torpaq sahəsinin 0,0181 ha hissəsində Cavabdeh tərəfindən qanunsuz olaraq tikilimiş daş hasar Cavabdeh hesabına sökülməsi, həmin torpaq sahəsi boşaldılaraq İddiaçı1 təhvil verilməsi, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş xx.xx.2008-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, MH seriyalı, ******* №-li çıxarışına əsasən Abşeron rayonu, Novxanı kəndində olan 0,10 ha torpaq sahəsinin 0,0354 ha hissəsində Cavabdeh tərəfindən qanunsuz olaraq tikilimiş daş hasar Cavabdeh hesabına sökülməsi, həmin torpaq sahəsi boşaldılaraq İddiaçı2 təhvil verilməsi qət edilmişdir.

6. Məhkəmə hesab etmişdir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10/3130 saylı, 20 iyul 2022-ci il tarixli ekspert rəyini təkzib edəcək hallar müəyyən edilmədiyindən hal-hazırda Cavabdeh özbaşına zəbt etdiyi torpaq sahəsindən könüllü çıxmaması iddiaçıların daxili və beynəlxalq qanunvericiliklə qorunan öz əmlakına sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək hüquqlarını pozur.

7. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1, 152.1, 152.5, 157.2, 164.1, 164.2, 165.1-ci maddələrinə, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 103-cü maddəsinə istinadən əsaslandırılmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

8. Cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

9. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edildiyindən qanunsuz və əsassızdır və ləğv edilməlidir. Belə ki, mübahisəli sahədə tikilmiş daş hasarın sökülməsi və torpaq sahələrinin boşaldılaraq iddiaçılara təhvil verilməsini qət edərkən məhkəmə həmin torpaq sahəsinin cavabdehə ayrılması və torpaq sahəsində bağ evinin tikintisinə icazə verilməsi ilə bağlı Abşeron Rayon İc ra Hakimiyyətinin qərarının mövcudluğunu nəzərə almamış, iş üzrə ekspertiza təyin edilməsi zamanı cavabdehin iştirakı təmin edilmədiyindən onun etiraz etmək, ekspertiza keçirilən zaman baxılmalı olan sualları təqdim etmək kimi hüquqları pozulmuş, qeyd olunanlar isə əsassız məhkəmə qətnaməsinin çıxarılması ilə nəticələnmişdir. Azərbaycan Respublikası Abşeron Rayon İcra Hakimiyyəti tərəfindən verilmiş 28 avqust 1991-ci il tarixli vətəndaşlara kollektiv bağçılıq üçün torpaq sahəsinin ayrılması haqqında Qərara əsasən ona Novxanı sovxozu ərazisindən 0,06 hektar torpaq sahəsi ayrılmışdır. Həmçinin, həmin qərarla torpaq sahəsində bağ evinin tikintisinə icazə verilmişdir. Lakin məhkəmə mübahisələndirilən qətnaməsində qeyd etmişdir ki, Cavabdeh faktiki istifadəsində olan torpaq sahəsi ilə bağlı h ər hansı hüquqmüəyyənedici sənədi yoxdur. Halbuki mübahisəli sahə həmin Qərar əsasında onun istifadəsindədir. Nəticədə mübahisələndirilən qətnamənin qəbul edilməsi ilə onun hüquqları pozulmuşdur. Ekspertiza təyin olunması prosesində iştirak edə bilmədiyinə görə ekspert qarşısında suallar qoymaq, məhkəmə prosesinin gedişi vaxtı ortaya çıxan bütün məsələlər barədə dəlillər gətirmək hüquqları pozulmuşdur. Halbuki həmin prosesdə iştirak etmiş olsaydı, torpaq sahəsinin sürüşmə zonasında yerləşməsi səbəbindən sürüşmə ilə əlaqədar torpaq sahələrinin üstüstə düşüb düşməməsinin mümkünlüyü ilə bağlı, həmçinin Abşeron Rayon İcra Hakimiyyəti tərəfindən verilmiş 28 avqust 1991-ci il tarixli vətəndaşlara kollektiv bağçılıq üçün torpaq sahəsinin ayrılması haqqında Qərara əsasən ona ayrılmış torpaq sahəsi nin mübahisəli ərazi ilə üst-üstə düşüb-düşməməsi ilə bağlı və digər zəruri sualların qoyulması mümkün olmamışdır. Mübahisəli torpaq sahəsinin sürüşmə zonasında yerləşdiyi, bataqlıq olduğu üçün oraya cavabdeh tərəfindən torpaq töküldüyü iddiaçının məhkəmədə verdiyi izahatda İddiaçı1 bilavasitə özü tərəfindən bildirilmişdir. Belə ki, məhkəmə Abşeron Rayon İcra Hakimiyyəti tərəfindən verilmiş 28 avqust 1991-ci il tarixli Qərarla ona ayrılmış torpaq sahəsi ilə mübahisəli sahənin üst-üstə düşməsinin mümkünlüyü nəzərə alınmamış, həmin ərazinin sürüşmə zonasında yerləşdiyi və torpaq sürüşməsi səbəbindən mübahisəli torpaq sahəsinin ona ayrılan torpaq sahəsi ilə üst-üstə düşməsinin mümkünlüyü məhkəmə tərəfindən araşdırılmamışdır.

10. Məhkəmə kollegiyası tərəfindən mübahisəli torpaq sahəsinin fakti ki vəziyyətinin müəyyənləşdirilməsindən ötrü tikinti texniki ekspertizası təyin etmiş, Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 30 dekabr 2023-cü il tarixli məktubunda müvafiq mütəxəssis rəyi Mərkəzə təqdim olunmadığından ekspertizanın aparılmasından imtina edilərək iş üzrə materiallar icrasız geri qaytarılması qeyd edilmişdir. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən verilmiş məktuba əsasən smetada nəzərdə tutulmuş xidmət haqqı ödəniləcəyi və ödənişin təsdiqi barədə sənəd idarəyə təqdim ediləcəyi təqdirdə mütəxəssis rəyi məhkəməyə göndəriləcəkdir. Mütəxəssis rəyinin verilməsi ilə əlaqədar xidmət haqqının ödənilməsi barədə vəsatət vermiş şəxs Cavabdeh dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq həmin məbləğ ödənilmə mişdir.

11. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(105)-63/2024 nömrəli iş üzrə 14 mart 2024-cü il tarixli qətnaməsi ilə (hakim S.A.Qafari (sədrlik edən və məruzəçi), A.A.Mahmudov və L.M.Məmmədova) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

12. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq, apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd etmişdir ki, həmin dəlillər əsassızdir. Belə ki, Cavabdeh apellyasiya şikayətində göstərdiyi dəlillə bağlı apellyasiya baxışında təmsil etdiyi vəkilinin vəsatəti ilə ekspert qaşısında qoyulmuş sualların cavablandırılması üçün zəruri olan mütəxəsis rəyinin alınmasını üçün cavabde h tərəfindən xidmət haqqı ödənilməmişdir. Mövcud vəziyyətdə iddiaçıların iddia etdikləri torpaq sahəsinin mübahisələndirilən hissədə məhz Cavabdeh məxsus torpaq sahəsi ilə üst-üstə düşməsinin müəyyənləşdirilməsi zəruri olsa da, onun bu hərəkəti nəticəsində ekspertiza keçirilməsi mümkün olmamışdır.

13. Məhkəmə kollegiyası qeyd etmişdir ki, cavabdehin iddiaçılarla barışıq əldə etmələri üçün məhkəmə iclasının iki dəfə təxirə salınması barədə vəsatəti təmin edilsə də, həmin müddət ərzində iddiaçılarla heç bir razılıq əldə etməmişlər.

14. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 157.2, 172.3, 173.3, 180.1, 180.4-cü maddələrinə istinadən əsaslandırılmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

15. Cavabdeh (Vəkil2) k assasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv, iddia tələbinin rədd olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

16. Kassasiya şikayəti apellyasiya şikayətinin dəlillərinə istinadən belə əsaslandırılmışdır ki, apellyasiya məhkəməsində ekspertiza təyin olunmasına baxmayaraq rəy məhkəməyə təqdim edilmədən kollegiya qətnamə qəbul etmişdir. Təqdim olunmamanın səbəbi isə cavabdehin ekspertiza xərclərini ödəməməsi göstərilmişdir. Ekspertizanın keçirilməsi üçün 400 manat cavabdehdən ödəniş istəmişdilər. Lakin cavabdehin belə bir maddi imkanı yoxdur, həmçinin yekun məhkəmə qərarında xərclər məsələsi həll edilməli idi. Nəticədə iş ətraflı araşdırılmadan əleyhimizə qətnamə qəbul edilmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

17. Kassa siya şikayətinə qarşı etiraz təqdim olunmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

18. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.

19. Maddə 172.3. Əgər torpaq sahəsinin mülkiyyətçisi tikinti zamanı qonşu sahənin sərhədlərini qərəzsiz pozarsa, həmin sahənin mülkiyyətçisi, pozuntu aşkar edilməzdən qabaq və ya aşkar edilən kimi pozucuya etiraz bildirildiyi hallardan başqa, həmin pozuntuya dözməlidir. Sərhədi pozmuş qonşu pul kompensasiyası ödəməli və bundan sonra onu hər il ödəməlidir.

20. Maddə 173.3. Əgər üst tikili əsassızdırsa və hüququna toxunulmuş şəxs, bunu bilsə də, vaxtında etiraz etməzsə, üst tikilini ucaldan şəxsə, şəraitin haqq qazandırdığı hallarda, ağlabatan əvəz ödənilməklə, üst tikiliyə əşya hüququ və ya torpağa mülkiyyət hüququ verilə bilər.

21. Maddə 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır.

22. Maddə 180.4. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

23. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onl ardan istifadə etməlidir.

24. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

25. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

26. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

27. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

28. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

29. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

30. Hazırkı kassasiya ş ikayətində apellyasiya instansiyası məhkəməsi aktı cavabdeh tərəfindən tam mübahisələndirildiyindən qətnamə bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

31. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

32. Kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və məhkəmə kollegiyası həmin əsaslandırılma ilə razılaşır. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prosessual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir.

33. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

34. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 14 mart 2024-cü il tarixli, 2(105)-63/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar