Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3534/2025 02.12.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: mülkiyyət hüququna müdaxilənin qarşısının alınması, tikilinin mühafizə zonasından uzaqlaşdırılması, tikilinin sökülməsi, tikintiyə maneçiliyin və sair hərəkətlərin cavabdehə qadağan edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı “tikilinin mühafizə zonasından uzaqlaşdırılması, tikilinin sökülməsi, tikintiyə maneçiliyin və sair hərəkətlərin cavabdehə qadağan edilməsi” tələbinə dair iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2025-ci il tarixli 2(105)-856/2025 nömrəli qətnaməsindən İddiaçı kassasiya şikayətinə 02 dekabr 2025-ci il tarixdə yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. X1 adından çıxış edən X2 xx.xx.2011-ci il tarixli torpaq alqı-satqısı müqaviləsinə əsasən, ünvan 2ində yerləşən sahəsi 0.06 ha olan torpaq sahəsini alıcı İddiaçı 11775 manat müqabilində satmış, torpaq sahəsinə dair xx.xx.2012-ci il tarixli çıxarış əldə olunmuşdur.
2. Torpağa mülkiyyət hüququna dair dövlət aktına əsasən, Cavabdeh ASC-yə Abşeron Rayon Məmmədli Bələdiyyəsinin xx.xx.2004-cü il tarixli, 04 saylı qərarı ilə satılmış 5.15 ha torpaq sahəsi “Bakı-İİİ” yarımstansiyasın ın tikintisi üçün ayrılmışdır. 3. 4 saylı Abşeron ərazi idarəsi tərəfindən verilmiş xx.xx.2015-ci il tarixli texniki pasporta əsasən, ünvan 2ində yerləşən Zabrat-Pirşağı yolunun sağ hissəsi Cavabdeh ASC “X5 Şəbəkəsi” MMC-nin mülkiyyətinə verilmişdir.
4. Cavabdeh ASC-nin Azərbaycan Respublikasının Baş Nazirinə ünvanladığı xx.xx.2018-ci il tarixli, xx/xx/1322 saylı məktubda qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2005-ci il tarixli, 635 nömrəli Sərəncamı ilə qəbul edilmiş “Azərbaycan Respublikasının yanacaq-enerji kompleksinin inkişafı (2005-2015-ci illər) üzrə Dövlət Proqramı”na uyğun olaraq “Şimal elektrik stansiyasında istehsal ediləcək elektrik enerjisinin ötürülməsi üçün “Zabrat 220 kV-luq yarımstansiyasının tikintisi üçün Abşeron rayonu, Məmmədli Bələdiyyəsinin xx.xx.2004-cü il tarixli, 14 nömrəli qərarı ilə kəndin örüş sahəsindən 5.15 ha torpaq sahəsi ayrılmış və 21 oktyabr 2004-cü il tarixdə torpaq sahəsinə dair JN-716 nömrəli dövlət aktı alınmışdır. Yarımstansiyanın tikintisi üçün büdcədən vəsaitlərin ayrılması mərhələləri üzrə yarımstansiya tikilmiş və torpağın xx.xx.2015-ci il tarixdə yerdə vəziyyətinə görə 0.06 ha az torpaq sahəsi olmaqla, faktiki 5.0921.3 ha torpaq sahəsinə dair Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Ərazi İdarəsi tərəfindən "xxxx" MMC-nin adına texniki pasport verilmişdir. Cavabdeh ASCyə torpaq sahəsinin örüş sahəsindən ayrılmasına baxmayaraq, sonradan həmin ərazidəki torpaq sahəsinin təyinatı perspektiv inkişaf üçün yararlı torpaq kateqoriyasına dəyişdirilmiş və Məmmədli bələdiyyəsi tərəfindən fərdi yaşayış evlərinin tikintisi üçün vətəndaşlara satılmışdır. Cavabdeh ASC yarımstansiyanın perimetrində fərdi yaşayış evlərinin tikintisi üçün vətəndaşlara torpaq sahələrinin ayrılmasının Nazirlər Kabinetinin xx.xx.2005-ci il tarixli, 103 nömrəli Qərarına əsasən, qanunsuz olması barədə dəfələrlə aidiyyəti dövlət qurumlarına müraciətlər etmiş və ərazinin zəbt olunmasının qarşısını almaq üçün torpaq sahəsinin koordinatları dövlət aktı əsasında müəyyən edilərək yarımstansiyanın ərazisi hasara alınmışdır. Yarımstansiya tikilərək xx.xx.2013-cü il tarixdə istismara verilmişdir. Yarımstansiyanın perimetrində torpaq sahələri ayrılmış vətəndaşlara dövlət reyestri xidməti tərəfindən çıxarışlar verilmişdir. Bu vətəndaşlardan 12 nəfərinə ayrılmış torpaq sahələri çıxarış əsasında yarımstansiyanın torpaq sahəsi i lə üst-üstə düşür və bir çox digər evlər də yarımstansiyaya daxil olan və çıxan yüksək gərginlikli elektrik verilişi xətlərinin mühafizə zonasına düşür. Vətəndaşlar yarımstansiyanın torpaq sahəsi ilə üstüstə düşən torpaq sahələrinin boşaldılması, torpaq sahələrinin əvvəlki vəziyyətinə geri qaytarılması və vurulmuş ziyanın ödənilməsi tələbi ilə məhkəmələrə müraciət edirlər. Məhkəmələrdə yarımstansiyanın tikintisi üçün torpaq sahəsinin Cavabdeh ASC-yə 2004cü ildə kəndin örüş sahəsindən ayrılması, vətəndaşlara isə sonradan istinad nöqtəsi düzgün seçilmədən torpaqların ayrılması bildirilərək hüquqi müdafiənin təşkili təmin edilir, lakin vətəndaşlarda mülkiyyət əsasında onlara ayrılmış torpaq sahələrinə dair reyestrdən çıxarışlar mövcuddur. Bu da məhkəmənin müxtəlif nəticəli qərarlar qəbul etmə si ilə nəticələnir və hazırda ərazinin boşaldılması barədə icraya yönəldilmiş məhkəmənin qanuni qüvvəyə minmiş qərarları mövcuddur. Yuxarıda göstərilənləri nəzərə çatdıraraq, 220 kVluq “Zabrat” yarımstansiyasının perimetrində torpaq sahələri yarımstansiyanın yerləşdiyi torpaq sahəsi ilə üst-üstə düşən vətəndaşların torpaq sahələrinin Abşeron Rayon İcra Hakimiyyəti və Məmmədli Bələdiyyəsi tərəfindən əvəzləşdirilməsinin aparılması, satın alınması və ya kompensasiyaların ödənilməsi məsələsinin həll edilməsi üçün tədbirlər görülməsi xahiş olunmuşdur.
5. Abşeron Rayon İcra Hakimiyyətinin Azərbaycan Respublikası Baş Nazirinə ünvanladığı xx.xx.2018-ci il tarixli, X/694 saylı məktubda qeyd olunmuşdur ki, 220 kV-İuq Zabrat yarımstansiyasının perimetrində torpaq sahələri yarımstansiyanın yerləşdiy i torpaq sahəsi ilə üst-üstə düşən vətəndaşların həyətyanı torpaq sahələri Bələdiyyə mülkiyyətində olan digər torpaq sahələri ilə əvəz olunmuşdur.
6. Abşeron rayon Məhkəməsinin e-2(012)-2734/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə müəyyən olunmuşdur ki, İddiaçı vəkili-nümayəndəsi Vəkil1, iddia tələbinin təmin olunmasının hüquqi əsası kimi “Azərbaycan Respublikası Konstitusiyasının 13-cü, 29-cu maddələrinə, Mülki Məcəllənin 157.9-cu maddəsinə və “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikası Qanununun iddia ərizəsində göstərdiyi müvafiq maddələrinə istinad etmiş, lakin məhkəmə sübutları məcmu halında qiymətləndirərək hesab etmişdir ki, iddiaçının göstərdiyi hallar işin faktiki halları ilə uyğunluq təşkil etmədiyindən hazırki vəziyyətdə iddia təmin oluna bilməz. Belə ki, məhkəmədə sübutların tədqiqatı zamanı işin mübahisə edilməyən halları ilə müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin MA seriyalı, ******* №-li, xx.xx.2012-ci il tarixli, ********** qeydiyyat nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət reyestrindən çıxarışla İddiaçı adına qeydiyyata alınmış ünvan 2i ünvanda yerləşən 0.06 ha ölçülü torpaq sahəsi Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə ayrılmış torpaq sahəsinin perimetri boyunca xəttin mühafizə zolağında yeləşməsinə baxmayaraq, 0.06 ha torpaq sahəsi tam olaraq iddiaçının faktiki istifadəsindədir. Qeyd olunan 0.06 ha torpaq sahəsi üzərində iddiaçı özünün mülkiyyət hüququnu saxlamaqla kompensasiya tələb etməsini m əhkəmə iddiaçının istinad etdiyi hüquq normaları ilə uzlaşmadığı qənaətinə gəldiyindən iddianın təmin olunmasını mümkün hesab etmir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
7. İddiaçı (bundan sonra “iddiaçı”) iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, xüsusi mülkiyyət hüququ əsasında ona məxsus olan ünvan 2ində yerləşən ölçüsü 0.06 ha olan torpaq sahəsindən Cavabdeh ASC-nin (bundan sonra “cavabdeh” və ya Cavabdeh) 220 kV-luq “Zabrat” yarımstansiyasının həmin tikilinin mühafizə zolağının ölçüsü hüdudlarında kənarlaşdırılması, həmin hissədə cavabdehin hesabına yarımstansiyanın sökülməsi və iddiaçının mülkiyyət hüququna müdaxilənintikintiyə maneçiliyin və sair hərəkətlərin cavabdehə qadağan edilməsi barədə qətnamə qəbul edilməsini xahi ş etmişdir.
8. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı yaşayış məntəqələrinin torpaqlarına aid olduğuna görə mülkiyyətində olan torpaqda tikinti normalarına uyğun olaraq yaşayış sahəsi tikmək istəmişdir. Lakin bir müddətdən sonra cavabdeh tərəfindən torpaq sahəsinin yaxınlığında “Zabrat” yarımstansiyası elektrik verilişi xətləri tikilmişdir. Buna görə də torpaq sahəsində yaşayış sahəsi tikmək mümkün olmamışdır. Bu fakt Cavabdeh tərəfindən də təsdiq olunmuşdur. Belə ki, Cavabdeh-dən göndərilən xx.xx.2014-cü il tarixli məktubla bildirilmişdir ki, “Azərbaycan Respublikası Prezidentinin xx.xx.2005-ci il tarixli, 635 saylı Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının yanacaq-enerji kompleksinin inkişafı (2005-2015-ci illər) üzrə Dövlət Proqram” çərçivəsində 220 kV-luq “Za brat” yarımstansiyasının və 220 kV-luq ikidövrəli “Şimal ESZabrat YS-Sənaye Qovşağı YS, Sumqayıt ES” elektrik verilişi xətlərinin layihə əsasında tikintisi işləri planlaşdırılmışdır. 220 kV-luq “Zabrat” yarımstansiyasının tikintisi üçün Abşeron rayonu, Məmmədli bələdiyyəsi ərazisində 5.15 ha torpaq sahəsinin Cavabdeh ASC-nin mülkiyyətinə ayrılması barədə 2004-cü ildə JN-0716 nömrəli Dövlət Aktı alınmış, 220 kV- luq hava xətlərinin trassası rayon icra hakimiyyətləri, respublikanın digər müvafiq orqanları ilə razılaşdırılmışdır. Həmin dövrdə yarımstansiyanın tikintisi üçün ayrılmış ərazinin ətrafında hava xəttinin tikintisi üçün müəyyənləşdirilmiş trassada heç bir tikili olmamışdır. Lakin sonradan qeyri-qanuni, normativ sənədlərin tələblərinə zidd olaraq, 220 kV-luq “Zabrat” yarımstansiyas ının tikintisi üçün ayrılmış sahəyə bitişik ərazilərin, yarımstansiyaya birləşdirilən 220-110 kV-luq hava xətləri üçün nəzərdə tutulmuş koridorun vətəndaşların xüsusi mülkiyyətinə ayrılmasına başlanılmışdır. “Sorğunuzla bağlı bildiririk ki, torpaq sahəniz yarımstansiyanın hasarına bitişik ərazidə, 220 kV-luq çıxış hava xəttinin altında yerləşir. Torpaq sahəsindən yaşayış evinin tikintisi və göstərilən məqsədlər üçün istifadə edilməsi mövcud texniki normativ sənədlərin tələblərinə ziddir.” Cavabdeh ASC xx.xx.2020-ci il tarixli və xx.xx.2019-cu il tarixli məktubları ilə mübahisəli torpaq sahəsinin 220 kV-luq “Zabrat” yarımstansiyasının divarına yaxın məsafədə 220 kV-luq 1.2-ci “Zabrat” elektrik verilişi xəttinin mühafizə zonasında yerləşməsi qeyd olunmuşdur. Qüvvədə olan qanunvericiliyə əsas ən elektrik şəbəkələrinin mühafizəsi zolağında tikinti işləri aparılması qadağandır. “Elektrik enerjisindən istifadə Qaydaları”nın 9.5-ci bəndinə əsasən istehlakçı "Gərginliyi 1000 voltadək olan elektrik şəbəkələrinin mühafizəsi qaydaları"na və "Gərginliyi 1000 voltdan çox olan elektrik şəbəkələrinin mühafizəsi qaydaları”na əsasən ona məxsus elektrik qurğularının qorunmasını, onlara sərbəst keçməyi və yanaşmağı təmin etməli, həmçinin kabel və hava elektrik verilişi xətlərinin mühafizə zonalarında hər hansı bir obyektin tikintisinə, materialların yığılmasına, kabel və hava elektrik verilişi xətləri mənsub olan təşkilatın icazəsi olmadan torpaq və tikinti işlərinin aparılmasına yol verməməlidir. O cümlədən elektrik şəbəkələrinin mühafizə zonalarında tikinti aparılarkən “Gərginliyi 1000 volta dək olan elektrik şəbəkələrinin mühafizəsi Qaydaları” və “Gərginliyi 1000 voltdan yuxarı olan elektrik şəbəkələrinin mühafizəsi Qaydaları”na əməl olunmalıdır.
9. Göründüyü kimi hazırda çıxarışla iddiaçının qanuni mülkiyyətində olan torpaq sahəsi Abşeron rayonu, Məmmədli bələdiyyəsinin ərazisindən 2004-cü ildə JN-0716 nömrəli Dövlət Aktı ilə Cavabdeh-nin mülkiyyətinə ayrılmış ərazidə tikilmiş yarımstansiyanın hasarına bitişik ərazidə, 220 kV-luq çıxış hava xəttinin altında yerləşir. İddiaçı torpaq sahəsini müqavilə ilə alan zaman torpaq sahəsi elektrik verilişi xətlərinin mühafizə zonalarında yerləşmirdi. İkincisi, qeyri-qanuni, normativ sənədlərin tələblərinə zidd olaraq torpaq sahəsi ayrılmışdısa, bu zaman cavabdeh buna yol verməməli idi. Çünki həmin ərazinin cavabdehin mülkiyyətinə ayrıl ması barədə 2004-cü ildə JN-0716 nömrəli Dövlət Aktı var idisə, cavabdeh iddiaçının mülkiyyət hüququnu qeydiyyata alnmasına mane olmalı idi. Digər tərəfdən "Azərenerji” də həmin ərazi üzərində yüklülüyün qoyulması üçün Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə müraciət etməli idi. İddiaçı cavabdehin qanunsuz hərəkətləri ucbatından tikinti apara bilmədiyi, sərbəst surətdə mülkiyyətindən istifadə edə bilmədiyi üçün mülkiyyət hüququ kobud şəkildə pozulmuşdur. Odur ki, təcili surətdə iddiaçının mülkiyyət hüququna müdaxilə aradan qaldırılmalıdır.
10. Birinci instansiya məhkəməsində cavabdehin nümayəndəsi və vəkili Vəkil3 iddiaya etirazında göstərmişdir ki, 2015-ci ildə ƏMDK yanında BERX-nin 4 saylı Ərazi İdarəsi tərəfindən həmin yarımstansiya ilə bağlı “X5 Şəbəkəsi” MMC-yə texniki pasport Cava bdeh tərəfindən 27 oktyabr 2004-cü ildə JN-0716, KOD 30800108 saylı “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı” alındıqdan bir müddət sonra müəyyən olunmuşdur ki, bələdiyyə tərəfindən cavabdehə satılan torpaq sahəsi və həmin torpaq sahəsinin ətrafındakı ərazilər sonradan Məmmədli Bələdiyyəsi tərəfindən başqa vətəndaşlara da satılmışdır. Bununla bağlı “X4 Elektrik Şəbəkəsi” MMC tərəfindən 2006-cı ilin fevral ayından etibarən Abşeron rayonu Məmmədli Bələdiyyəsinə, Abşeron rayon İcra Hakimiyyəti başçısına, Bakı şəhər İcra Hakimiyyəti başçısına davamlı olaraq dəfələrlə müraciətlər edilərək bildirilmişdir ki, ayrılmış torpaq sahəsində tikiləcək yarımstansiyaya 4 ədəd hava xətti daxil olacaq və 11 ədəd hava xətti çıxacaqdır. Belə bir şəraitdə ayrılmış torpaq sahəsinin perimetri boyunca və müha fizə zonasında ayrı-ayrı şəxslərə bələdiyyə tərəfindən yaşayış binalarının inşası üçün torpaq sahəsi satması, həmin xətlərin altında aparılacaq hər hansı bir tikinti, yarımstansiyanın tikilməsinə imkan yaratmamaqla yanaşı gələcəkdə istismar üçün normal şəraitin olmamasına və bədbəxt hadisələrin baş verməsinə zəmin yaradacaqdır. Bu səbəbdən də aidiyyəti qurumlardan NK-nin xx.xx.2005ci il tarixli 103 saylı qərarının tələblərinə əməl olunması, NK-nin qevd olunan qərarına əsasən mühafizə zonasına düşən torpaqların vətəndaşlara satılmaması, satılmış torpaqların əvəzləşdirilməsi və tikinti işlərinin sarılmasının dayandırılması xahiş olunmuşdur. Lakin çoxsaylı müraciətlərə baxmayaraq qeyd olunan məsələ ilə bağlı hər hansı bir nəticə əldə etmək mümkün olmamışdır. Daha sonra, Bələdiyyə tərəfindən təkrarən başqa vətəndaşlara da satılmış torpaq sahələrinin əvəzləşdirilməsi məsələsinə baxılması üçün Cavabdeh tərəfindən xx.xx.2018-ci il tarixli məktubla Azərbaycan Respublikası Baş Nazirinə müraciət olunmuşdur. Həmin məktub Baş Nazirin Birinci Müavini tərəfindən xx.xx.2018-ci il tarixli məktubla icra olunması üçün Abşeron rayon İcra Hakimiyyətinə göndərilmişdir. Baş Nazirin Birinci Müavini tərəfindən göndərilmiş xx.xx.2018-ci il tarixli məktuba Abşeron rayon İcra Hakimiyyəti xx.xx.2018-ci il tarixli məktubla cavab vermiş və bildirmişdir ki, 220 kV-luq Zabrat yarımstansiyasının yerləşdiyi torpaq sahəsi ilə üst-üstə düşən vətəndaşların həyətyanı torpaq sahələri Bələdiyyə mülkiyyətində olan digər torpaq sahələri ilə əvəz olunmuşdur. Həmin məktuba həyətyanı torpaq sahələri əvəz olunmuş vət əndaşların adlı siyahısı da əlavə edilmişdir. Lakin vətəndaşlara satılmış və mühafizə zonasına düşən torpaq sahələri cavabdehə məlum olmayan səbəblərdən aidiyyəti qurumular tərəfindən əvəzləşdirilməmişdir. Məlum olur ki, hazırkı iş üzrə iddiaçıya satılmış və mühafizə zonasında yerləşən torpaq sahəsi aidiyyəti qurumlar tərəfindən qanunvericiliyin tələbləri pozulmaqla xüsusi mülkiyyətə verilmişdir. Belə olan halda isə həmin qurumların təqsiri nəticəsində yaranmış hazırki vəziyyətə görə Cavabdeh məsuliyyət daşıya bilməz. Digər tərəfdən, iddiaçı iddia tələbində ünvan 2ində yerləşən ölçüsü 0.06 ha olan torpaq sahəsindən Cavabdeh-nin 220 kV-luq “Zabrat” yarımstansiyasının həmin tikilinin mühafizə zolağının ölçüsü hüdudlarından kənarlaşdırılması, həmin hissədə cavabdehin hesabına yarımstansiyanın sökülməsi və mülkiyyət hüququna müdaxilənin – tikintiyə maneçiliyin və sair hərəkətlərin cavabdehə qadağan edilməsini xahiş etmişdir. Əvvəla, qeyd olunan yarımstansiya Cavabdeh-nin öz mülkiyyətində olan torpaq sahəsində tikilmişdir. Belə olan halda da yarımstansiyanın sökülməsi tələbi tamamilə əsassızdır. Digər tərəfdən, iddia tələbində tikintiyə maneçiliyin və digər hərəkətlərin qaradağan olunması xahiş olunsa da, həmin maneçiliyin və hərəkətlərin nədən ibarət olması göstərilməmişdir. Qeyd olunmalıdır ki, fərdi yaşayış evinin tikintisinə icazəni Cavabdeh deyil, müvafiq icra hakimiyyəti orqanı verir. Həmçinin torpaq sahəsi "Azərenerji”-nin mülkiyyətinə 2004-cü ildə, iddiaçının mülkiyyətinə isə 2011-ci ildə ayrılmışdır. Bundan əlavə, Cavabdeh tərəfindən vətəndaşa yalnız bildiriş göndərilmi ş və qeyd olunmuşdur ki, onun tikinti aparmaq istədiyi torpaq sahəsi yarımstansiyanın hasarına bitişik ərazidə, 220 kV-luq çıxış hava xəttinin altında yerləşir və qüvvədə olan qanunvericiliyin tələblərinə əsasən həmin ərazidə tikinti işləri aparmaq qadağandır. Belə olan halda iddiaçının mülkiyyət hüquqlarının Cavabdeh tərəfindən pozulmasından söhbət gedə bilməz. Göstərilənlərə əsasən iddia tələbləri tamamilə əsassızdır və rədd olunmalıdır. Həmçinin daha öncə də hazırki iş üzrə iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh, Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti, Maliyyə Nazirliyi və Abşeron rayonu Məmmədli Bələdiyyəsindən müştərək qaydada 65200 manat pulun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdi r. İddia tələbi əsassız olduğundan Abşeron Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli e-2(012)-2734/2021 saylı qətnaməsi ilə rədd edilmişdir.
11. Birinci instansiya məhkəməsi Məmmədli Bələdiyyəsi və Daşınmaz Əmlakın Dövlət Reyestri və X8 Şəxsin 4 saylı Abşeron Ərazi İdarəsini mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb etmişdir.
12. Birinci instansiya məhkəməsi iş üzrə tikinti-texniki ekspertizası təyin etmişdir.
13. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli, 3-16-16/2-10/9569 saylı rəyində göstərilib ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Reyestri“ publik hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsinin 02.11,2024cü il tarixli, 3-21-3-32/2-16436/2024 nömrəli mütəxəssis rəyinə əsasən Cavabdeh-yə ayrılmış 220 kV-luq “Bakı-lll” (Zabrat) yarımstansiyası “Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” “Azərbaycan Respublikasının 2012-ci il 29 iyun tarixli 392-İVQ nömrəli Qanunun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 04.09.012-ci il tarixli, 695 nömrəli Fərmanının 1.6.21 -ci yarımbəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2016-cı il tarixli, 531 nömrəli qərarı ilə təstiq edilmiş təhlükə potensiallı yüksək gərginlikli elektrik xətləri və qurğularının yerləşdiyi ərazidə yerləşir. Həmin ərazinin mühafizə zonası ilə bağlı Cavabdeh-yə müraciət olunma sı məqsədəmüvafiqdir. Mütəxəssis rəyinə əsasən, **********458 reyestr nömrəli çıxarışla İddiaçı sənəd üzrə mülkiyyətinə verilmiş torpaq sahəsinin 0.0506 ha hissəsi 220 kV-luq elektrik xəttinin mühafizə zolağında yerləşdiyi müəyyən olunmuşdur.
14. Abşeron Rayon Məhkəməsinin 2(012)-16/2025 nömrəli, 05 mart 2025-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, iddiaçıya məxsus olan ünvan 2ində yerləşən ölçüsü 0.06 ha olan torpaq sahəsində iddiaçının mülkiyyət hüququna müdaxilə, tikintiyə maneçiliyin cavabdehə qadağan edilməsi, iddia ərizəsinin qalan hissədə təmin olunmaması, aparılmış ekspertiza tədqiqatına görə 100 (yüz) manat pul vəsaitinin cavabdehdən tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi qət edilmişdir. (hakim Habil Əhmədov)
15. Birinci instansiya məh kəməsi işdəki sənədlərə əsasən müəyyən etmişdir ki, xx.xx.2011-ci il tarixli torpaq alqı-satqısı müqaviləsi ilə ünvan 2ində yerləşən sahəsi 0.06 ha olan torpaq sahəsini alqı-satqı müqaviləsi əsasında iddiaçı almış və mülkiyyətə dair xx.xx.2012-ci il tarixdə çıxarış əldə etmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron ərazi idarəsi tərəfindən verilmiş xx.xx.2015-ci il tarixli texniki pasporta görə ünvan 2ində yerləşən Zabrat-Pirşağı yolunun sağ hissəsi Cavabdeh ASC “X5 Şəbəkəsi” MMC-nin mülkiyyətinə verilmiş və həmin ərazidə obyektin tikintisinə başlanılmışdır. Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli, 3-16-16/2-10/9569 saylı rəyinə əsasən iddiaçıya məxsus torpaq sahəsinin ölçüsü yerində (naturada) üst-üstə düşür, eyni zamanda, həmin torpaq sahəsi bütöv lükdə Cavabdeh tərəfindən çəkilmiş 220 kV-luq elektrik xətlərinin mühafizə zonasında yerləşir.
16. Birinci instansiya məhkəməsi ekspert rəyini digər sübutlarla paralel şəkildə qiymətləndirdirdiyini və onu əsas sübut növü kimi qəbul etdiyini göstərməklə qeyd etmişdir ki, işin araşdırılan hallarına əsasən iddiaçı tərəfindən sahibliyində olan torpaq sahəsinə mülkiyyət hüququ əldə edildikdən sonra xx.xx.2015-ci il tarixli texniki pasporta əsasən, cavabdeh 2015-ci ildə həmin ərazidə “Zabrat” yarımstansiyasının tikintisinə başlamışdır. Belə olan hald, iddiaçı tərəfindən sözügedən torpaq sahəsinə mülkiyyət hüququ əldə edildikdən sonra cavabdeh tərəfindən həmin ərazidə yarımstansiyanın tikintisinə başlanılmış, iddiaçıya məxsus əmlak ilə yarımstansiya arasında qanunla nəzərdə tutulmuş ara məsafəsin i gözləmək cavabdehin üzərinə düşmüş, lakin cavabdeh buna əməl etməyərək iddiaçının qanunla qorunan mülkiyyət hüquqlarını pozmuşdur. Belə ki, strateji əhəmiyyətli, geniş əhalini elektrik enerjisi ilə təmin edən yarımstansiyanın tikintisi üçün təhlükəsizlik qaydalarının müəyyən edilməsi, mülkiyyətdə olan torpaqlarla mühafizə zonasına düşən ara məsafəsinin müəyyən edilməsi cavabdehin vəzifəsidir, lakin bunlara cavabdeh tərəfindən əməl etməmişdir. Buna görə də, iddiaçının mülkiyyət hüququ toxunulmaz olduğu üçün həmin hüquq məhdudlaşdırıla bilməz. İddiaçı mülkiyyət hüququ ilə ona məxsus torpaq ərazisində qanunla nəzərdə tutulmuş tikililər inşa etmək hüququnda sərbəsdir, ona hər hansı maneə yaratmaq yolverilməzdir.
17. Göstərilənləri nəzərə aldğını qeyd edən birinci instansiya məhkəməsi hesab e tmişdir ki, iddiaçıya məxsus olan ünvan 2ində yerləşən ölçüsü 0.06 ha olan torpaq sahəsində iddiaçının mülkiyyət hüququna müdaxilə – tikintiyə maneçilik Cavabdehə qadağan edilməlidir.
18. Bununla belə, birinci instansiya məhkəməsi qeyd etmişdir ki, cavabdeh tərəfindən iddiaçının torpaq sahəsində inşa edilmiş obytekt dövlət mənafeləri üçün strateji əhəmiyyətli obyekt hesab olunduğundan, həmin obyektin sökülməsi dövlət büdcəsinə külli miqdarda ziyan dəyməsi ilə nəticələnə bilər. Bundan əlavə, cavabdeh tərəfindən iddiaçının torpaq sahəsində inşa edilmiş obyekt söküləcəyi təqdirdə dövlət büdcəsinə külli miqdarda dəyə biləcək zərərin məbləği, mülkiyyət hüquqlarının pozulması nəticəsində iddiaçıya dəyəcək zərərdən daha ağır nəticələrə səbəb olacağı qənaətinə gəlinir. Bu səbəbdən iddia tələbini n xüsusi mülkiyyət hüququ əsasında iddiaçıya məxsus olan ünvan 2ində yerləşən ölçüsü 0.06 ha olan torpaq sahəsindən Cavabdeh-nin 220 kV-luq “Zabrat” yarımstansiyasının həmin tikilinin mühafizə zolağının ölçüsü hüdudlarında kənarlaşdırılması, həmin hissədə cavabdehin hesabına yarımstansiyanın sökülməsi hissəsində iddia təmin edilməməlidir.
19. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 13, 29-cu, Torpaq Məcəlləsinin 49, 56, 88-ci, Mülki Məcəllənin 146, 152, 152.5, 157.4-cü, “Elektroenergetika haqqında” Qanunun 5, 6, 9-cu, Mülki Prosessual Məcəllənin 14.2 və 77.1-ci maddələri ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
20. İddiaçı apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv, iddianın t am təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
21. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı tərəfindən sözügedən torpaq əldə edildikdən sonra cavabdeh tərəfindən həmin ərazidə yarımstansiyanın tikintisinə başlanılmış, tutulmuş ara məsafəsini gözləmək cavabdehin üzərinə düşmüş, lakin cavabdeh buna əməl etməyərək, iddiaçının qanunla qorunan mülkiyyət hüquqlarını pozmuşdur. Belə ki, strateji əhəmiyyətli, geniş əhalini elektrik enerjisi ilə təmin edən yarımstansiyanın tikintisi üçün təhlükəsizlik qaydalarının müəyyən edilməsi, mülkiyyətdə olan torpaqlarla mühafizə zonasına düşən ara məsafəsinin müəyyən edilməsi cavabdehin vəzifəsidir, lakin bunlara cavabdeh tərəfindən əməl etməmişdir. İddiaçının mülkiyyət hüququ Azərbaycan Respublikası Konstitusiyasının 13- cü maddəsinin İ bəndi, 29-cu maddəsinin İİİ bəndi, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 49-cu maddəsinin İ hissəsi, 56-cı maddənin İİ hissəsi, 86-cı maddənin V hissəsi, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 146-cı, 152ci, 157.4-cü maddələri ilə qorunur. Buna baxmayaraq məhkəmə iddiaçının torpaq sahəsindən yarımstansiyasının həmin tikilinin mühafizə zolağının ölçüsü hüdudlarında kənarlaşdırılması, həmin hissədə cavabdehin hesabına yarımstansiyanın sökülməsi tələbini təmin etməmiş və hesab etmişdir ki, “cavabdeh tərəfindən iddiaçının torpaq sahəsində inşa edilmiş obyekt dövlət mənafeləri üçün strateji əhəmiyyətli obyekt hesab olunduğundan, həmin obyektin sökülməsi dövlət büdcəsinə külli miqdarda ziyan dəyməsi ilə nəticələnə bilər. Bundan əlavə cavabdeh tərəfindən iddiaçının torpa q sahəsində inşa edilmiş obyekt söküləcəyi təqdirdə dövlət büdcəsinə külli miqdarda dəyə biləcək zərərin məbləği, mülkiyyət hüquqlarının pozulması nəticəsində iddiaçıya dəyəcək zərərdən daha ağır nəticələrə səbəb olacağı qənaətinə gəlinir”. Lakin məhkəmə Konstitusiya ilə təminat altına alınmış mülkiyyət hüququnun pozulması ilə nəticələnən qətnamə qəbul etmişdir. Mülkiyyət hüququ dövlətə külli miqdarda ziyanın dəyməməsi üçün pozula bilməz. İkincisi, məhkəmə dövlətə külli miqdarda ziyanın dəyməsini müəyyən etməmişdir. Üçüncüsü, belə hallarda yüksək gərginlikli elektrik xətlərinin çəkilməsi ilə əlaqədar olaraq zərurət yarandığı halda dövlət ehtiyacları üçün iddiaçının torpaq sahəsi alına bilərdi. Məhkəmə də qətnamədə bu zərurəti göstərmişdir. İddiaçı torpaq sahəsi aldıqda və orada işlər görül ən zaman Cavabdeh tərəfindən yüksək gərginlikli elektrik xətləri quraşdırılmamışdı. Bu, işin mübahisəsiz halıdır. İddiaçının mülkiyyət hüququnun dövlət tərəfindən təminat altına düşməsi də işin mübahisəsiz halıdır. Ekspert rəyi ilə təsdiq olunur ki, iddiaçının torpağı cavabdehin istismarında olan elektrik xəttinin mühafizəsi zonasına düşür. ünvan 2i ərazisində ümumilikdə 5,15 hektar torpaq sahəsi Abşeron rayonu, Məmmədli Bələdiyyəsinin 12 avqust 2004-cü il tarixli 04 saylı qərarı ilə yarımstansiya tikilməsi məqsədilə Cavabdeh-yə satılmışdır. Bələdiyyənin qeyd olunan qərarı əsasında 2004-cü ildə JN-0716, KOD 30800108 saylı “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı” verilmiş və Cavabdeh-nin mülkiyyət hüququ dövlət qeydiyyatına alınmışdır. Daha sonra həmin torpaq sahəsində 220 KV-luq “Zabr at” yarımstansiyasının tikintisinə başlanılmış və 2015-ci ildə tikinti başa çatdırılmışdır. Yarımstansiyanın layihələndirilməsi və tikintisi davam edən zaman Cavabdeh tərəfindən 2004-cü ildə ona satılan torpaq sahəsi və həmin torpaq sahəsində tikilən yarımstansiyanın giriş və çıxış elektrik xətlərinin keçəcəyi torpaq sahələrinin mülkiyyətçilərinin hüquqları təmin edilməli idi. Bununla bağlı Cavabdeh öz öhdəliklərini gec yerinə yetirməyə başlamışdır. Belə ki, cavabdeh tərəfindən qeyd edilən öhdəliyin yerinə yetirilməsinə 2004-cü ildən başlanılmalı idi. Cavabdeh uzun müddət sonra xx.xx.2018-ci il tarixli məktubla Azərbaycan Respublikası Baş Nazirinə müraciət etmiş və məktubda qeyd edilmişdir ki, yarımstansiyanın perimetrində fərdi yaşayış evlərinin tikintisi üçün vətəndaşlara torpaq sahələ rinin ayrılmasının Nazirlər Kabinetinin 10 iyun 2005-ci il tarixli 103 nömrəli Qərarına əsasən qanunsuz olması barədə Cavabdeh dəfələrlə aidiyyəti dövlət qurumlarına müraciətlər etmiş və insanların sağlamlığının qorunması üçün torpaq sahəsinin koordinatları dövlət aktı əsasında müəyyən edilərək yarımstansiyanın ərazisi hasara alınmışdır. Yarımstansiya tikilərək 30 mart 2015-ci il tarixdə istismara verilmişdir. Yarımstansiyanın perimetrində torpaq sahələri ayrılmış vətəndaşlara dövlət reyestri xidməti tərəfindən çıxarışlar verilmişdir. Bu vətəndaşlardan 12 nəfərinə ayrılmış torpaq sahələri çıxarış əsasında yarımstansiyanın torpaq sahəsi ilə üst-üstə düşür və bir çox digər evlər də yarımstansiyaya daxil olan və çıxan yüksək gərginlikli elektrik verilişi xətlərinin mühafizə zonasına düşür. Gö stərilənlər nəzərə alınaraq 220 Kv-luq Zabrat yarımstansiyasının perimetrində və yarımstansiyaya daxil olan və çıxan elektrik xətlərinin mühafizə zonasında yerləşən torpaq sahələrinin Abşeron Rayon İcra Hakimiyyəti və Məmmədli bələdiyyəsi tərəfindən əvəzləşdirilməsinin aparılması, satın alınması və ya kompensasiyaların ödənilməsi məsələsinin həll edilməsi üçün tədbirlər görülməsi xahiş olunmuşdur. Həmin məktub Baş Nazirin birinci müavini tərəfindən xx.xx.2018-ci il tarixli məktubla icra olunması üçün Abşeron rayon İcra Hakimiyyətinə göndərilmişdir. Baş Nazirin birinci müavini tərəfindən göndərilmiş xx.xx.2018-ci il tarixli məktuba Abşeron rayon İcra Hakimiyyəti xx.xx.2018- ci il tarixli məktubla cavab vermiş və bildirmişdir ki, 220 KV-luq “Zabrat” yarımstansiyasının yerləşdiyi torpaq sahəs i ilə vətəndaşların üst-üstə düşən həyətyanı torpaq sahələri Bələdiyyə mülkiyyətində olan digər torpaq sahələri ilə əvəz olunmuşdur. Həmin məktuba həyətyanı torpaq sahələri əvəz olunmuş vətəndaşların adlı siyahısı da əlavə edilmişdir. Lakin nədənsə cavabdeh və əlaqədar dövlət orqanları yarımstansiyaya daxil olan və çıxan elektrik xətlərinin mühafizə zonasında yerləşən iddiaçının torpaq sahəsi ilə bağlı hər hansı bir tədbir görməmişlər. 2004-cü ildə yuxarıda qeyd olunan torpaq sahəsi Cavabdeh-nin istifadəsinə verilkdikdən sonra sonuncu tərəfindən qanunvericilik normaları pozularaq həmin torpaq sahəsində inşa ediləcək yarımstansiyanın layihəsi aidiyyəti qurumlara təqdim edilərkən mühafizəsi zonasında olan torpaq sahələri və fərdi yaşayış evlərinin mülkiyyətçisi olan şəxslər, o cümlədən iddia çı müəyyən edilməli, cavabdeh yarımstansiya inşa edildikdən sonra ora daxil olacaq və çıxacaq elektrik xətlərinin keçəcəyi ərazilərin mülkiyyətçilərindən torpaq sahələrini dövlət ehtiyacları üçün satın almalı idi. Cavabdeh iddiaçının mülkiyyət hüququnu pozan hərəkətlərə yol verməməli və yüksək gərginlikli elektrik xətlərini elə layihələndirməli idi ki, onların mühafizə zonaları iddiaçının öz torpaq sahəsindən istifadə etməsinə maneə yaratmasın. Layihələndirməyə görə yüksək gərginlikli elektrik xətlərinin mühadifizəsi zonası iddiaçının torpaq sahəsini əhatə etməlidirsə, bu zaman həmin torpaq sahəsi dövlət ehtiyacları üçün alınmalıdır.
22. Cavabdeh də apellyasiya şikayəti verərək birinci instansiyası məhkəməsinin qətnaməsinin iddianın təmin edilmiş hissəsində ləğv, iddia tələbinin tam rədd e dilməsinə dair yeni qətnamə qəbul edilməsi xahiş edilmişdir.
23. Cavabdehin apellyasiya şikayəti iddia ərizəsinə etirazın dəlillərinə uyğun məzmunda əsaslandırılmış və şikayətdə əlavə olaraq qeyd edilmişdir ki, məhkəmə iddiaçının mülkiyyət hüququ ilə ona məxsus torpaq ərazisində qanunla nəzərdə tutulmuş tikililər inşa etmək hüququnda sərbəst olduğunu və ona hər hansı maneə yaratmağın yolverilməz olduğunu qeyd etsə də, həmin maneənin konkret olaraq nədən ibarət olmasını iş üzrə sübutlarla əsaslandırmamışdır. Belə ki, fərdi yaşayış evlərinin tikintisinə icazəni Cavabdeh deyil, müvafiq icra hakimiyyəti orqanı verir. Belə olan halda Cavabdeh tərəfindən iddiaçıya mülkiyyət hüququnu həyata keçirilməsinə hər hansı maneçilik yaradılmasından söhbət gedə bilməz. Əksinə, Cavabdeh-yə məxsus torpaq s ahəsində tikilmiş yarımstansiya daxil olan və çıxan yüksək gərginlikli hava xətlərinin mühafizə zonasına sonradan daxil olmaqla iddiaçı tərəfindən qanunvericiliyin tələbləri pozulmuşdur. Birinci instansiya məhkəməsi iş materiallarında olan sübutlara düzgün qiymət verməmiş, cavabdehin etirazının əsasını təşkil edən hallarla (xüsusilə də Cavabdeh-yə torpaq sahəsinin daha öncə satılmasını, inşa ediləcək yarımstansiyanın layihəsinin aidiyyəti qurumlara göndərilməsinə baxmayaraq yarımstansiya inşa edildikdən sonra ora daxil olacaq və çıxacaq elektrik xətlərin mühafizə zonasında yerləşən torpaq sahələrinin aidiyyəti qurumlar tərəfindən qanunsuz olaraq vətəndaşlara satılması) bağlı hər hansı bir araşdırma aparmamışdır. Bununla da birinci instansiya məhkəməsi qətnaməsini iş üzrə müəyyən edilmiş ha llara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırmamış və prosessual pozuntuya yol vermişdir.
24. Apellyasiya baxışında iddiaçının nümayəndəsi və vəkili Vəkil1 əlavə olaraq bildirmişdir ki, məhkəməyə dörd vəsatət və cavabdeh qurumlardan cavab ala bilməməyi ilə bağlı müraciət ünvanlamışdır. İddiaçıya məxsus torpaq sahəsi və mühafizə zonaları üstüstə düşdüyü üçün Cavabdeh Nazirlər Kabinetinə müraciət etmiş, müvafiq cavab əldə olunmuş, cavab məktubu iş materiallarında mövcuddur. Cavab məktubundan görünür ki, torpaq sahələrinin təyinatının dəyişdirilərək yaşayış sahələrinə çevrilmişdir. Burada iki sənəddən söhbət gedir: 1) cavabdehə məxsus dövlət aktı; 2) iddaçıya məxsus çıxarış. Sənədlərin hər ikisi qüvvədədir, heç biri ləğv olunmayıb. Nazirlər Kabineti torpaqların təyinatını dəyiş diridiyi zaman vətəndaşların mövqeyi üstün tutulmuşdur. Nazirlər Kabineti Abşeron RİH-ə müraicət etmiş, sonuncu isə Bələdiyyə vasitəsilə 12 nəfərə torpaq sahəsi vermişdir. Lakin iddiaçının torpaq sahəsi nəzərə alınmamışdır. Ona görə də Nazirlər Kabinetinə və Abşeron RİH-ə ərazidə yerləşən torpaq sahələrinin kateqoriyalarının dəyişdirilməsi və dəyişdirildiyi halda mühafizə zonası ilə üst-üstə düşməsi barədə məlumat almaq məqsədilə sorğu verilməlidir. Normal halda mühafizə zonaları barədə reyestrdə məlumatlar olur və mühafizə zonasına düşən torpaq sahələrinə çıxarış verilmir, cavabdeh zamanında torpaq sahəsinin mühafizə zonasına düşən hissəsini reyestrdə qeydə aldırmalı idi ki, gələcəkdə alqı-satqı zamanı problem yaranmasın. Cavabdeh bunu etməyib, ona görə də hazırda təmsil etdiyi şəxsin əml ak hüquqları pozulur. İddiaçı cavabdehin qanunsuz hərəkəti nəticəsində özünə məxsus olan torpaq sahəsindən istifadə edə bilmir, cavabdeh həmin sahədə mühafizə zonası yaratmışdır, bununla əlaqədar müvafiq sorğularla birgə məhkəmə kompleks ekspertizası təyin edilməlidir. Cavabdeh mühafizə zonasını qurarkən digər vətəndaşların hüquqlarını pozmuş, onların mənafeyini nəzərə almamışdır. Hazırki mübahisənin inzibati mübahisə olub-olmaması məsələsinə gəldikdə isə, cavabdeh bu barədə birinci instansiya məhkəməsində vəsatət vermiş, vəsatət təmin edilməmiş, işə baxan apellyasiya instansiya məhkəməsi bu barədə qərardadı qüvvədə saxlamışdır. Hazırda qüvvədə olan çıxarış var və torpaq sahəsidən istifadəyə maneə törədən cavabdehdir, iddiaçı torpaq sahəsini hasara almaq istəyəndə cavabdehin əməkdaşları on lara imkan verməyib, ona görə də ilk olaraq kompensasiya verilməsi barədə iddia qaldırmışdır. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, qüvvəyə olan çıxarış var, iddia təmin olunmamalıdır. Mühafizə zonasının sahəsinin nə qədər olduğunu bilmir. Cavabdeh tərəfindən inşa olunmuş 220 kV-luq elektrik xətləri iddiaçının mülkiyyət hüququnu faktiki olaraq məhdudlaşdırır. Bu vəziyyətin alternativ texniki həll yolları ilə aradan qaldırılması imkanları araşdırılmalıdır. Cavabdeh kompensasiya versə, razılaşma əldə oluna bilər. Torpaq sahəsində tikinti işləri aparmaq istədikləri zaman cavabdeh təşkilatın əməkdaşları iddiaçıya maneə törədir, tikintiyə icazə vermir, qısası iddiaçıya məxsus torpaq sahəsindən istifadə etmələrinə imkan vermirlər. Cavabdeh layihələndirməni düzgün həyata keçirməyib deyə ha zırda iddiaçı əziyyət çəkir. Cavabdehin vəkilinin izahatından da göründüyü kimi, cavabdeh həm iddiaçıya tikinti işlərinin aparılmasına mane olmadığını, həm də tikinti işləri aparılacağı təqdirdə sökülməsi barədə iddia qaldıracaqlarını bildirir. İddiaçı çətin vəziyyətdə qalıb. Nazirlər Kabinetinə cavabdeh tərəfindən təqdim edilən siyahıda iddiaçının adı yoxdur. Torpaq sahəsi çıxarışla iddiaçıya məxsusdur. İddiaçı mülkiyyətçi olaraq öz torpaq sahəsindən istifadə edə bilmir, cavabdeh tərəfindən ona maneə yaradılır. Cavabdehin layihələndirməni düzgün həyata keçirməməsi səbəbindən iddiaçının hüquqları pozulub. Odur ki, iddia əsaslıdır. İddiaçının təqsiri yoxdur. Mülkiyyətçinin öz mülkiyyətini qorumaq borcu olduğu kimi, müəyyən müddət istifadəsiz qoymaq hüququ da vardır, lakin bu o demək deyil dir ki, cavabdeh gəlib həmin ərazidə ara məsafəsini saxlamayaq yarımstansiya inşa etdirsin. Cavabdeh lazımi prosedur qaydalarını yerinə yetirməyib, sonradan Bələdiyyənin torpaq sahələrini mülkiyyətçilərə verdiyini öyrənəndə Nazirlər Kabinetinə məktub ünvanlayıb. Burada iddiaçının heç bir təqsiri yoxdur. Məhkəmə mühafizə zonasının köçürüməsi barədə qərar qəbul etməli, cavabdeh onlara kompensasiya ödəməlidir. Cavabdeh iddiaçının qanunla qorunan mülkiyyət hüquqlarının pozmuş, yarımstansiyanın tikintisi zamanı iddiaçıya məxsus torpaq sahəsi ilə yarımstansya arasında ara məsafəsi saxlanılmamışdır. Yarımstansiyanın tikintisi zamanı mühafizə zonası ilə vətəndaşlara məxsus torpaq sahələri arasında ara məsafəsinin saxlanılması, təhlükəsizlik qaydalarına əməl edilməsi cavabdehin vəzifəsidir.
25. Ape llyasiya baxışında İddiaçı nümayəndəsi Nümayəndə2 cavabdehin apellyasiya şikayətini qəbul etməyərək bildirmişdir ki, 2011-ci ildə torpaq sahəsini alanda torpaqlar boş idi, yarımstansiya yox idi, hasara almaq istəyəndə böyük bir yarımstansiyanın tikildiyini görmüşlər. Həmin ərazidə yarımstansiyadan biraz aralıda yaşayış evləri var.
26. Apellyasiya baxışında cavabdehin nümayəndəsi və vəkili Vəkil3 əlav olaraq bildirmişdir ki, cavabdeh iddiaçıya hər hansı maneə yaratmır, dövlət aktı cavabdehə daha əvvəl verilib, onun əsasında tikinti işləri aparılıb, sonradan torpaq sahəsi satılıb. İddiaçı mühafizə zonasından istifadə etmək istəyir, cavabdeh öz torpağında yarımstansiya inşa edib. İddiaçı orada hər hansı tikili inşa etdirdiyi təqdirdə tikilinin sökülməsi barədə iddia qaldıracaqlar. Onların tik intiyə icazə vermək səlahiyyəti yoxdur, bunun üçün müvafiq orqana müraciət edilməlidir. Orada həm yarımstansiya, həm də elektrik xətləri var. Torpaq sahəsi əvvəldən cavabdehə məxsus olub, sonradan Bələdiyyə tərəfindən satılıb. İddiaçı sonradan torpaq sahəsinə çıxarış alıb. Tikintiyə hər hansı maneə törətmirlər, lakin tikintiyə icazə verən orqan tərəfindən orada tikinti aparılmasına icazə verilmir, çünkü həmin ərazi mühafizə zonasına düşür. İddiaçı torpaq sahəsində tikintiyə cavabdehin mane olduqlarını bildirsə də, buna əsas göstərmir, sübut təqdim edə bilmir. Onlar iddiaçıya həmin ərazinin mühafizə zonasına düşdüyü üçün tikinti işlərinin aparılması təhlükəli olduğundan ona icazə verilmədiyini bildirmişlər. Tikinti işləri aparıldığı halda isə məhkəmədə tikilinin sökülməsi ilə əlaqədar iddia qaldıracaqlar. Prosedur qaydası belədir. İddiaçıya məxsus torpaq sahəsi zəbt olunsa idi, kompensasiya verməyə razı olardılar. Lakin belə bir hal mövcud deyil, bununla belə, Nazirlər Kabinetinə müraciət olub. Dövlət aktı qüvvədədir, iddiaçıya çıxarış daha sonra verilib, buna görə də çıxarışı mübahisələndirməyə ehtiyac olmadığını düşünürlər.
27. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (2(105)-856/2025 nömrəli, 6 avqust 2025-ci il tarixli qətnaməsi ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, cavabdehin apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi iddianın təmin edilən hissəsində ləğv edilərək, iddia tələbi həmin hissədə rədd edilmişdir. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. (hakimlər Afiq Hüseynzadə (sədrlik edən və mər uzəçi), Ayaz Mahmudov, Səyyad Qafari)
28. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni belə əsaslandırmışdır ki, iddiaçının mülkiyyətində olan torpaq sahəsi ilə cavabdehin mülkiyyətində olan torpaq sahəsi qonşu torpaq sahələridir, cavabdehin mülkiyyətində olan torpaq sahəsi onun mülkiyyətinə Abşeron Rayon Məmmədli Bələdiyyəsinin xx.xx.2004-cü il tarixli, 04 saylı qərarı əsasında verilmiş və mülkiyyət hüququ xx.xx.2004-cü il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmaqla, Torpağa mülkiyyət hüququna dair Kod: 30800108 JN716 saylı dövlət aktı verilmişdir. İddiaçı isə torpaq sahəsini xx.xx.2011-ci il tarixli alqısatqısı müqaviləsi əsasında X6 adlı şəxsdən almışdır ki, iş materiallarında olan hüquq müəyyənedici sənədlərə əsasən qeyd olunan torpaq sahəsi X3 mülkiyyətinə Abşer on Rayon Məmmədli Bələdiyyəsi ilə bağlanmış xx.xx.2011-ci il tarixli alqı-satqıya dair akt əsasında verilmişdir.
29. Abşeron rayon Məmmədli Bələdiyyəsinin xx.xx.2004-cü il tarixli, 04 saylı qərarından da göründüyü kimi həmin torpaq sahəsi məhz qeyd olunan ərazidə “Bakı-İİİ” yarımstansiyasının tikintisi üçün cavabdehə ayrılmışdır. Yəni, torpaq sahəsini satan Bələdiyyə orqanının həmin torpaq sahəsinin qonşuluğunda elelktrik stansiyasının inşa ediləcəyindən və yüksək gərginlikli elektrik xətlərinin keçəcəyindən məlumatı olmuş, elelktrik stansiyasının eskiz layihəsi də Bələdiyyəyə təqdim olunmuşdur.
30. Apellyasiya instansiyası məhkəməsi cavabdehin mülkiyyət hüququnun iddiaçının mülkiyyət hüququndan daha əvvəl yaranması, iddiaçının mülkiyyətindəki torpaq sahəsinin çox hissəsinin Cavabdeh tər əfindən çəkilmiş 220 kv-luq elektrik xətlərinin mühafizə zonasına düşməsini nəzərə almasını göstərməklə qeyd etmişdir ki, iddiaçının tələbi onun qanuni əsasını təşkil edən Mülki Məcəllənin 157.4. maddəsinin dispozitiv şərtlərinə uyğun olmadığından, iddia tələbi əsassız olmuşdur. Buna görə də birinci instanasiya məhkəməsi iddiaçının Cavabdeh-nin 220 kV-luq “Zabrat” yarımstansiyasının həmin tikilinin mühafizə zolağının ölçüsü hüdudlarında kənarlaşdırılması və həmin hissədə cavabdehin hesabına yarımstansiyanın sökülməsi ilə bağlı tələblərini rədd etməklə düzgün nəticəyə gəlmişdir. Belə ki, Mülki Məcəllənin 6.1.1 və 153.4-cü maddələrinə əsasən mülki hüquq subyektlərinin bərabərliyi prinsipi baxımından bütün mülkiyyətçilərin hüquqları eyni bərabərdə müdafiə edilir. Qanunun mənasına görə mülki q anunvericilikdə müəyyən olunan hüquqlar, təminatlar və müdafiə vasitələri mülkiyyət hüququnun bütün subyektlərinə eyni tətbiq edilir.
31. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin iddiaçı tərəfindən torpaq sahəsinə mülkiyyət hüququ əldə edildikdən sonra cavabdeh tərəfindən həmin ərazidə yarımstansiyanın tikintisinə başlanılması, iddiaçıya məxsus əmlak ilə elelktrik yarımstansiya arasında qanunla nəzərdə tutulmuş ara məsafəsini gözləmək vəzifəsinin cavabdehin üzərinə düşməsi səbəbindən iddiaçının mülkiyyətindəki torpaq sahəsində tikinti işlərinin aparılmasında dair maneçiliyin cavabdehə qadağan edilməsi tələbinin əsaslı olması ilə bağlı gəldiyi nəticə ilə razılşamayaraq qeyd etmişdir ki, əvvəla cavabdeh tərəfindən elektrik yarımstansiyasının inşası ilə bağlı müvafiq sənədlər, o cümlədən eskiz layihə torpaq sahəsini ayıran orqana və digər orqanlara təqdim edilmiş, həmin eskiz layihədə torpaq sahəsində inşa ediləcək elelktrik qurğu və avadanlıqlarının yeləşmə yeri öz əksini tapmış və həmin layihəyə uyğun olaraq da torpaq sahəsi ayrılmaqla, elektrik stansiyası inşa edilmişdir. Belə olduğu təqdirdə cavabdehin ona ayrılmış torpaq sahəsinin daxilində mühafizə zolağını gözləmək vəzifəsinin olması ilə bağlı birinci instaniya məhkəməsinin gəldiyi nəticə əsassızdır. Bu halda mühafizə zolağını gözləmək vəzifəsi ”Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun 6.4-cü maddəsinin tələbinə müvafiq olaraq, torpaq sahəsini başqa şəxsin mülkiyyətinə verən Bələdiyyənin üzərinə düşür.
32. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin tələblərinə görə şəxsin mülkiyyətindəki torpaq sahəsində tikili inşa etməsi müvafiq icra hakimiyyəti orqanından məlumatlandırma icraatı və ya tikintiyə icazə alması yolu ilə həyata keçirilir. İddiaçı isə mülkiyyətində olan torpaq sahəsində tikinti işləri aparmaq niyyətində olması, yəni tikintiyə icazə və ya məlumatlandırma icraatı çərçivəsində tikinti işləri aparmaq istəməsinə dair məhkəməyə hər hansı bir rəsmi sənəd təqdim etməmişdir.
33. Həmçinin, apellyasiya instansiyası məhkəməsi nəzərə almışdır ki, cavabdeh iddiaçının mülkiyyətində olan torpaq sahəsində tikintiyə icazə verən və ya məlumatlandırma icraatı çərçivəsində məlumatlandırılmalı olan orqan olmamışdır. Digər tərəfdən, iddiaçı cavabdehin onun torpaq sahəsində tikinti inşa etməsinə hansı qaydada maneə olmasını, ümumiyyətlə, müdaxilənin konk ret olaraq nədən ibarət olmasını göstərə bilməmişdir. Cavabdehin də apellyasiya şikayətinin dəlili məhz bundan ibarət olmuşdur ki, belə olduğu təqdirdə cavabdeh tərəfindən iddiaçının mülkiyyətində olan torpaq sahəsində tikili inşa etməsinə hər hansı bir qanuna uyğun olmayan müdaxilə etməsi təsdiq olunmamışdır. Birinci instansiya məhkəməsi isə işin qeyd edilən halını araşdırmadan qətnamə çıxarmışdır.
34. Cavabdehin nümayəndəsinin apelyasiya baxışındakı mühafizə zonasında iddiaçı tərəfindən tikili inşa edildiyi təqdirdə həmin tikilinin sökülməsi ilə bağlı məhkəməyə müraciət edəcəklərinə dair izahatı isə iddiaçının iddia etdiyi formada mülkiyyət hüququna müdaxilə hesab olunmamaqla, cavabdehin qanundan irəli gələn hüquqlarını həyata keçirməsi hesab olunur. Həmçinin, nəzərə alınmalıdır ki, ek spert rəyinə əsasən, **********458 reyestr nömrəli çıxarışla İddiaçı sənəd üzrə mülkiyyətinə verilmiş 0,06 ha torpaq sahəsinin 0.0506 ha hissəsi 220 kV-luq elektrik xəttinin mühafizə zolağında yerləşmişdir ki, mühafizə zolağına düşməyən hissədə tikinti işlərinin aparılıbaparılmamasının mümkünlüyü məhz iddiaçının məlumatlandıma icratı və ya tikintiyə icazə əsasında müvafiq icra hakimiyyətinə təqdim edəcəyi tikinti layihəsindən və müvafiq icra hakimiyyətinin buna münasibətindən asılı olan haldır. Buna görə də iddianı qeyd olunan hissədə təmin edən birinci instaniya məhkəməsinin gəldiyi nəticə əsassız olmuşdur.
35. Apellyasiya instansiyası məhkəməsi iddiaçının mülkiyyətindən istədiyi kimi istifadə edə bilməməsi ilə bağlı zərərə düşməsi, Abşeron Rayon Məhkəməsinin e-2(012)2734/2021 saylı, xx.x x.2021-ci il tarixli qətnaməsinin mövcudluğu halında isə artıq kompensasiya almaq hüququndan da məhrum olunması ilə bağlı dəlili ilə razılaşmayaraq qeyd etmişdir ki, Abşeron Rayon Məhkəməsinin e-2(012)-2734/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə iddiaçının iddiası mülkiyyətində olan 0,06 ha torpaq sahəsini öz mülkiyyətində saxlanılmaqla kompensasiya verilməsinin mümkünsüzlüyü əsasında rədd edilmişdir. Yəni iddiaçı torpaq sahəsini başqa torpaq sahəsi ilə əvəzləşdirməklə və ya torpaq sahəsini Bələdiyyəyə geri qaytarmaqla ona dəymiş zərərin əvəzini tələb etmək hüququna malik olmuşdur.
36. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Torpaq Məcəlləsinin 22, 62ci, Mülki Məcəllənin 6.1, 152.1, 152.5, 153.4, 157.4-cü, Şəhərsalma və Tikinti Məcəlləsinin 80.1, 80.4-cü, “Elektroen ergetika haqqında” Qanunun 37.1, 37.2, 37.3, 37.4-cü, ”Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun 6.4, 14.2, Mülki Prosessual Məcəllənin 14.2 və 77.1-ci maddələri ilə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlillər
37. İddiaçı (Vəkil1) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və işin apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
38. Kassasiya şikayəti apellyasiya şikayətinin dəlilləri ilə eyni məzmunda əsaslandırılmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
39. Cavabdeh kassasiya şikayətinə qarşı etiraz təqdim edərək, şikayətin təmin edilməməsini xahiş etmişdir. Etiraz belə əsaslandırlıb ki, apellyasiya in stansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normlarının pozuntusuna yol verilməmiş, qətanmə həmin normalara uyğun çıxarılmışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Torpaq Məcəlləsi Maddə 22.
1. Sənaye, rabitə, nəqliyyat, ticarət, ictimai-iaşə və digər istehsal və xidmət obyektlərinin yerləşdirilməsi və fəaliyyəti üçün qanunvericiliklə müəyyən edilmiş qaydada, ayrılan və əldə edilən torpaq sahələri sənaye, nəqliyyat, rabitə və digər təyinatlı torpaqlar sayılır.
2. Əhalinin təhlükəsizliyinin təmin olunması, sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı obyektlərin istismarına lazımi şərait yaradılması üçün onların ətrafında xüsusi (qoruyucu, sanitariya və s.) hüquqi rejimli mühafizə zonaları yaradılır. Telekommunikasiya fəaliyyəti üçün fiziki və hüquqi şəxsl ərə verilən torpaq sahələrinin, o cümlədən mühafizə zona və zonalarının ölçüsü bu fəaliyyət növü üçün torpaq ayrılması normalarına və layihə-texniki sənədlərə müvafiq olaraq müəyyənləşdirilir.
3. Zona üzrə müəyyən edilmiş rejimlə, torpaqların tamamilə təsərrüfat dövriyyəsindən çıxarılması nəzərdə tutulan hallar istisna olmaqla, ərazisində mühafizə zonası müəyyən edilən torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri torpaq sahəsi üzərində hüquqlardan məhrum edilmirlər. Mühafizə zonasının hüdudlarında torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri bu zonalar üçün təsdiq edilmiş qaydalara əməl etməyə borcludurlar.
4. Təsərrüfat dövriyyəsindən çıxarılan torpaq sahələri xüsusi hüquqi rejimli mühafizə zonaları yaradılacaq müəssisələrə verilir və ya ehtiyat fondu torpaqlarına aid edilir.
5. Sənaye, nəqliyyat, rabitə və digər təyinatlı torpaqların istifadəsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir, xüsusi hüquqi rejimli mühafizə zonalarının müəyyənləşdirilməsi qaydaları isə müvafiq normativ hüquqi aktlarla tənzimlənir. Maddə
62. Elektrik, rabitə, nəqliyyat xətləri və sənaye müəssisələrinin sanitariyamühafizə zonaları altındakı torpaq sahələri onların mülkiyyətçilərinin və istifadəçilərinin razılığı ilə yalnız bostan və tərəvəz becərilməsi, habelə örüş və ot çalımı məqsədləri üçün qısamüddətli istifadəyə və icarəyə verilə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 6.1. Mülki qanunvericiliyin prinsipləri aşağıdakılardır: 6.1.1. mülki hüquq subyektlərinin bərabərliyi. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka ( əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Maddə 153.4. Bütün mülkiyyətçilərin hüquqları eyni bərabərdə müdafiə edilir. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məh rum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi Maddə 80.1. Mülkiyyətində, icarəsində və ya istifadəsində olan torpaq sahəsində təyinatı üzrə yerüstü mərtəbələrinin sayı 3-dən, hündürlüyü 12 metrdən (binanın hündürlüyü “0” səviyyəsindən, yəni birinci yerüstü mərtəbənin döşəməsinin üst hissəsindən sonuncu mərtəbənin örtüyünün alt hissəsinədək (çardaqaltı döşəmənin alt hissəsi) və aşırımlarının uzunluğu 6 metrdən çox olmayan fərdi yaşayış evlərinin, habelə bu Məcəllənin 79.2-ci maddəsində nəzərdə tutulan tikinti obyektlərinin tikintisi ilə bağlı məlumatlandırma icraatı hə yata keçirilir və onların tikintisi üçün tikinti layihəsinin yalnız zirzəmilərin, mərtəbələrin, dam örtüklərinin planlarından, kəsiklərdən və fasadlardan ibarət memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölmələrinin hazırlanması tələb olunur. Maddə 80.4. Sifarişçi tikintiyə başlamazdan əvvəl tikinti niyyəti barədə müvafiq icra hakimiyyəti orqanına və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma məlumat verir və bu Məcəllənin 80.1-ci və 80.3-cü maddələrində nəzərdə tutulmuş tələblərə uyğunluğunun yoxlanılması üçün tikinti obyektlərinin layihəsinin memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölmələrini, habelə torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənədi məlumata əlavə edir. Müvafiq icra hakimiyyəti orqanı və ya müvafiq i cra hakimiyyəti orqanının yaratdığı qurum tərəfindən bu Məcəllənin 80.1-ci maddəsində nəzərdə tutulmuş tikinti obyektlərinə münasibətdə layihəyə dair irad sifarişçiyə təqdim edilmədikdə, sifarişçi tikinti işlərinə başlaya bilər. İradlar olduqda, həmin iradlar normativ hüquqi aktlara istinad olunmaqla və onların pozulan tələbləri dəqiq göstərilməklə əsaslandırılmalıdır. “Elektroenergetika haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 37.1. Mühafizəsi təmin edilən mühüm əhəmiyyətli elektroenergetika obyektlərinin siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir. Maddə 37.2. Elektrik şəbəkələrinin mühafizəsinin təmin olunması, istismarı üçün normal şəraitin yaradılması və zədələnməsinin qarşısının alınması, həmçinin insanların həyat və s ağlamlığının, təhlükəsizliyinin təmin edilməsi məqsədilə elektrik şəbəkələri ətrafında mühafizə zonaları müəyyənləşdirilir. Maddə 37.3. Mühafizə zonalarında Azərbaycan Respublikasının qanunvericiliyi ilə qadağan olunmayan təsərrüfat işləri aparıla bilər. Maddə 37.4. Mühafizə zonalarının ölçüləri və həmin ərazilərdə təsərrüfat işlərinin aparılmasına dair tələblər müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 6.4. Elektrik, rabitə, neft-qaz və nəqliyyat xətləri və sənaye müəssisələrinin sanitariya-mühafizə zonaları altındakı bələdiyyə torpaqlarının çoxmərtəbəli çoxmənzilli, fərdi yaşayış və bağ evlərinin, qarajların tikintisi və sahibkarlıq fəaliyyəti məqsədi lə zəruri tikililərin inşası üçün, habelə çoxmənzilli yaşayış evlərinə aid torpaq sahələrinin kənar məqsədlər üçün xüsusi mülkiyyətə, istifadəyə və icarəyə verilməsinə yol verilmir. Maddə 14.2. Elektrik, rabitə, neft-qaz və nəqliyyat xətləri, habelə sənaye obyektlərinin sanitariya-mühafizə zonalarının altındakı bələdiyyə torpaqları, bu torpaqların və obyektlərin mülkiyyətçilərinin və istifadəçilərinin razılığı ilə yalnız qanunvericilikdə nəzərdə tutulmuş qaydada kənd təsərrüfatı məqsədləri üçün istifadə edilə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyas ı məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt ə sas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
40. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir
41. Kassasiya şikayətində iddiaçı apellyasiya instansiyası məhkəməsinin qətnaməsini tam mübahisələndirib. Bu baxımdan, qətnamə tam yoxlanılır.
42. Məhkəmə kol legiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən hazırki şikayətə yazılı icraat qaydasında baxılmasını qərara almışdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
43. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
44. Apellyasiya instansiyası məhkəməsi iddia tələbi və hər iki apellyasiya şikayəti üzrə qanuni nəticəyə gəlmişdir.
45. İ ddiaçı xüsusi mülkiyyət hüququ əsasında ona məxsus olan ünvan 2ində yerləşən ölçüsü 0.06 ha olan torpaq sahəsindən 220 kV-luq “Zabrat” yarımstansiyasının həmin tikilinin mühafizə zolağının ölçüsü hüdudlarında kənarlaşdırılması, həmin hissədə cavabdehin hesabına yarımstansiyanın sökülməsi və iddiaçının mülkiyyət hüququna müdaxilənin – tikintiyə maneçiliyin və sair hərəkətlərin cavabdehə qadağan edilməsi barədədir.
46. Müəyyən edilib ki, 220 kV-luq “Zabrat” yarımstansiyası cavabdehə ayrılmış torpaq sahəsinin hüdudları daxilindədir.
47. Belə olan halda, apellyasiya instansiyası məhkəməsi işin müəyyən edilmiş hallarına uyğun olaraq düzgün nəticəyə gəlib.
48. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin hazırkı qərarın 2835-ci bəndlərində əks edilən hüquqi dəyərləndirməsi ilə razıl aşır.
49. Belə ki, həmin bəndlərdə əks edilənlərdən görünür ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəflərin təqdim etdikləri sübutları ətraflı araşdırmış, onları qanunvericiliyin tələbinə uyğun qiymətləndirmiş, eləcə də sübut etmə yükünü düzgün müəyyən etməklə əsaslı və qanuni qətnamə qəbul etmiş və iş üzrə gəldiyi nəticəni də maddi və prosessual hüquq normaları baxımından tam əsaslandırmışdır.
50. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini əsassız sayır. Belə ki, iddiaçı həmin dəlilləri apelyasiya şikayətində də irəli sürmüş və apellyasiya instansiyası məhkəməsi bu dəlilləri müfəssəl qaydada yoxlamışdır.
51. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsini həmin qiymətləndirməsi ilə razılaşır və bu səbəb dən əlavə şərhə zərurət görmür.
52. Beləliklə, məhkəmə kollegiyası belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
53. Yuxarıda göstərilənləri və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-856/2025 nömrəli xx.xx.2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlansın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.