Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-1724/2021 19.03.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Şahbazov Abdulla Tofiq oğlunun katibliyi ilə, İddiaçı «xxxx» Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh borcun tutulmasına dair ərizəsi üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı «xxxx» MMC Cavabdeh borcun tutulmasına dair ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh «xxxx» MMC-nin xeyrinə 299.19 (iki yüz doxsan doqquz manat on doqquz qəpik) manat borcun, 44.88 (qırx dörd manat səksən səkkiz qəpik) manat cərimə borcunun, 20 (iyirmi) manat ödənilmiş dövlət rüsumunun və 0.40 qəpik (qırx qəpik) dövlət rüsumunun ödənilməsi ilə bağlı xidmət haqqının tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, “xxxx” ilə Cavabdeh arasında bağlanmış Nisyə Alqı-satqı müqaviləsinə əsasən cavabdeh 453 manat dəyərində nisyə aldığı malın dəyərini müqaviləyə əlavə olan Ödəniş cədvəlinə uyğun olaraq hər ay ödəmək şərtilə 12 ay müddətində ödəməyi öhdəsinə götürmüşdür. “xxxx”xxxx“xxxx arasında imzalanan Faktorinq müqaviləsi və həmin faktorinq müqaviləsinə əlavə olunan Sazişə əsasən “xxxxnin Cavabdeh qarşı olan 453 manat məbləğindəki tələb hüququ “xxxx” MMC-yə keçmişdir. Eyni zamanda tələb hüququnun “xxxx” MMC-yə keçməsi barədə Nisyə alqı-satqı müqaviləsi üzrə Alıcıya müvafiq bildiriş təqdim edilmişdir. İddiaçı MMC xx.xx.2020-ci il tarixində təşkilati-hüquqi formasını dəyişərək QSC-yə çevrilmişdir. Lakin cavabdeh müqavilənin şərtini pozaraq ödəniş cədvəli üzrə dövri olaraq ödəməli olduğu ödənişləri vaxtında və lazımı qaydada icra etməmişdir. Cavabdeh sonuncu dəfə xx.xx.2020-ci ildə ödəniş etmişdir. Cavabdehin bu günə 299.19 (iki yüz doxsan doqquz manat on doqquz qəpik) manat əsas borcu, 44.88 (qırx dörd manat səksən səkkiz qəpik) manat cərimə borcu yaranmışdır. Ona görə də hazırkı tələblə bağlı məhkəməyə müraciət edilmişdir. Məhkəmə hazırkı iddianın qiymətinin iki min manatdan az olmasını nəzərə alaraq mülki işə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 1428-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə sadələşdirilmiş qaydada baxılmasına yol verilir. 1428-5.1-ci maddəsinə əsasən, ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. İş materiallarından görünür ki, iddia ərizəsi xx.xx.2021-ci il tarixdə məhkəməyə daxil olmuş və xx.xx.2021-ci il tarixdə məhkəmə Cavabdeh prosessual hüquq və vəzifələrinin izahı barədə rəsmi qaydada bildiriş göndərmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.2-ci maddəsinə görə cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Məhkəmə, Cavabdeh qanunla müəyyən olunmuş qaydada prosessual hüquq və vəzifələrinin izah olundu ğunu, iddiaya qarşı etirazının olmamasını və iddia tələbinin kiçik iddialar kateqoriyasına aid edilməklə yanaşı mübahisə doğurmayan tələb olduğunu nəzərə alaraq hesab edir ki, mülki işin iddia icraatına keçirilməklə iş üzrə əlavə araşdırma aparılmasına, ekspertiza təyin olunmasına və ya tərəflərin məhkəməyə çağırılmaqla dinlənilmələrinə lüzum yoxdur, mülki işin prosessual vəziyyəti işə sadələşdirilmiş icraat qaydasında baxılmasına mane olmur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən, kiçik iddialar üzrə ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə iddiaçının təqdim etdiyi sənədləri tədqiq edərək toplanmış sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məcmusu halında qiymət verərək hesab edir ki, ərizə təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin birinci hissəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77-ci maddəsinin tələblərinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: -xx.xx.2020-ci il tarixli, VNT000003 № li Nisyə Alqı-satqı müqaviləsinin surətindən görünür ki, müqaviləyə əsasən «Satıcı»- «Alıcı»ya siyahısı Müqaviləyə əlavə olunan və onun ayrılmaz tərkib hissəsi hesab edilən Əlavə-1-də göstərilən malları satır, «Alıcı» isə həmin Malları qəbul edir və bu müqavilə ilə razılaşdırılmış qaydada Malların dəyərini «Satıcı»ya ödəyir. -xx.xx.2020-ci il tarixli təhvil-təslim aktından görünür ki, Cavabdeh Nisyə Alqı-satqı müqaviləsinə əsasən aldığı malı - 1 ədəd «Telefon model Xiomi Redmi 8 A 2/32 GB Blue» və 1 ədəd «Qulaqcıq aksesuar» təhvil almışdır. -xx.xx.2020-ci il tarixli, VNT000003 № li Nisyə Alqı-satqı müqaviləsinə 2 saylı əlavədən görünür ki, «Alıcı» «xxxx»dən aldığı qarşılıqlı razılaşma əsasında dəyərini hissəhissə ödəmək nəzərdə tutulmuş Telefon model Xiomi Redmi 8 A 2/32 GB Blue mobil cihazı borcu yarandığı təqdirdə Satıcı tərəfindən deaktiv edilməsinə etiraz etməmişdir. -Azərbaycan Respublikası DİN-nin BPQMİ-nin MAPS şöbəsinin arayışından və Azərbaycan Respublikası Vətəndaşının Seriya AZE № ******** - Şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh- ünvan 1 ünvanında qeydiyyatdadır. - xx.xx.2020-ci il tarixli, VNT000003 № li nisyə alqı-satqı müqaviləsinə əlavə-1- dən görünür ki, ödəniş cədvəlinə uyğun olaraq qiyməti 389 manat olan Telefon model Xiomi Redmi 8 A 2/32 GB Blue mobil cihazı və 64 manat olan Qulaqcıq aksesuarı hər ay 38 manat ödəniş etmək şərtilə 12 ay müddətinə ödəməyi öhdəsinə götürmüşdür. -R-404/20 saylı xx.xx.2020-ci il tarixli Faktorinq müqaviləsindən və həmin müqaviləyə əlavə olunan No: R-4xx/xx-0001 saylı, xx.xx.2020-ci il tarixli Sazişdən görünür ki, «xxxx»xxxxfiziki şəxs «X4» - arasında imzalanan Faktorinq müqaviləsinə və həmin Faktorinq müqaviləsinə əlavə olunan Sazişə əsasən fiziki şəxs «X2» - Cavabdeh qarşı olan 453 manat məbləğindəki tələb hüququ «xxxx» MMC-yə keçmişdir və buna dair alıcıya müvafiq bildiriş təqdim edilmişdir. -xx.xx.2020-ci il tarixli bildirişdən görünür ki, Cavabdeh ümumilikdə 344.07 manat qalıq borcu olması və həmin borcunu 3 gün müddətində tam olaraq ödəməsi, borc və borcun qaytarılması ilə əlaqədar çəkiləcək xərclərin məcburi qaydada tutulması tələbi ilə məhkəməyə müraciət ediiləcəyi bildirilmişdir. -xx.xx.2020-ci il tarixli hesabdan çıxarışdan görünür ki, xx.xx.2020-ci il tarixli, VNT000003 № li Nisyə Alqı-satqı müqaviləsi üzrə borclu Cavabdeh İddiaçı MMC-ə 299.19 (iki yüz doxsan doqquz manat on doqquz qəpik) manat əsas məbləğ üzrə borcu, 44.88 (qırx dörd manat səksən səkkiz qəpik) manat cərimə borcu, cəmi 344.07 (üç yüz qırx dörd manat yeddi qəpik) manat borcu təşkil etmişdir. Azərbaycan Respublikası Vergilər Nazirliyi Kommersiya Qurumunun Dövlət Reyestrindən Çıxarışın surətindən görünür ki, Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamentinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsi tərəfindən İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyəti – adlı quruma, VÖEN 2********.721 dövlət qeydiyyatı nömrəsi ilə qanuni təmsilçi (hazırkı) X3 olmasına dair xx.xx.2019-cu il tarixli, **********768600 nömrə ilə çıxarış verilmişdir. İşin araşdırılan hallarından və tədqiq olunmuş sənədlərdən təsdiq olunur ki, cavabdeh müqavilə ilə üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etməmiş, onun iddiaçının qarşısında icra edilməmiş kredit öhdəlikləri nəticəsində 299.19 (iki yüz doxsan doqquz manat on doqquz qəpik) manat əsas borc, 44.88 (qırx dörd manat səksən səkkiz qəpik) manat cərimə borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllənin); 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 425.1-ci maddəsinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 655-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 448.1-ci maddəsinə görə əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. İş materiallarına əlavə edilmiş rüsumun ödənilməsi barədə xx.xx.2020-ci il tarixli ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən məhkəməyə ərizə verilərkən 20 (iyirmi manat) məbləğində dövlət rüsumu və 0.40 (sıfır manat qırx qəpik) qəpik xidmət haqqı məbləği ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə məhkəmə iş materiallarında olan sübutlara məcmu halında qiymət verərək, qanunvericiliyin tələblərini əsas tutaraq hesab edir ki, ərizə təmin edilməli, xx.xx.2020-ci il tarixli, VNT000003 № li Nisyə Alqı-satqı müqaviləsinə əsasən Cavabdeh 299.19 (iki yüz doxsan doqquz manat on doqquz qəpik) manat əsas borc, 44.88 (qırx dörd manat səksən səkkiz qəpik) manat cərimə borcu, 20 (iyirmi manat ödənilmiş dövlət rüsumu və 0.40 (qırx) qəpik xidmət haqqı məbləği, cəmi 364.47 (üç yüz altmış dörd manat qırx yeddi qəpik) manat məbləğində pul vəsaiti tutulub «xxxx» MMC-nin xeyrinə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220 və 222-ci maddələrinin göstərişini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.2020-ci il tarixli, VNT000003 № li Nisyə Alqı-satqı müqaviləsinə əsasən Cavabdeh 299.19 (iki yüz doxsan doqquz manat on doqquz qəpik) manat əsas borc, 44.88 (qırx dörd manat səksən səkkiz qəpik) manat cərimə borcu, 20 (iyirmi) manat ödənilmiş dövlət rüsumu və 0.40 (qırx) qəpik xidmət haqqı məbləği, cəmi 364.47 (üç yüz altmış dörd manat qırx yeddi qəpik) manat məbləğində pul vəsaiti tutulub «xxxx» MMC-nin xeyrinə ödənilsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmış işlər üzrə çıxarılmış məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Habil Əhmədov
Məhkəmə qərarları › İş №2(012)-1724/2021
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-1724/2021
19.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver