Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-173/2025 06.03.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Adıgözəlli Ülviyyə Aydın qızının katibliyi ilə, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı dəymiş zərərin əvəzinin ödənilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı dəymiş zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə Abşeron rayon Məhkəməsinə müraciət edərək, rəsmi sığorta şirkətinin tərtib etdiyi ilkin qüsur və akta görə 12740 manat ilə sığortanın ödədiyi 5000 manat arasındaki fərq olan 7740 manat məbləğin hadisəni ağır qüsurlu olaraq və diqqətsizlikdən törədən Cavabdeh tutularaq və əlavə olaraq avtomobilinin qəzadan əvvəl və qəzadan sonraki vəziyyətlərinə görə yaranan 8000 manat qiymət fərqinin tam maddi ziyanlıq hesab edilərək Cavabdeh tutularaq maddi ziyanlıq olaraq ümumilikdə 15740 manat və məhkəməyə ödəniş etdiyi 137,22 manat dövlət rüsumunun da ümumi məbləğə əlavə olaraq ayrıca cavabdeh şəxsdən tutularaq cəmi 15877,22 manatın ona ödənilməsi, tələbin hüquqi əsaslarında sadalanan inzibati xətalara görə Cavabdeh müvafiq inzibati mesuliyyətlərə cəlb olunaraq, nəqliyyat vasitəsini idarəetmə hüququ bir ildən iki ilədək müddətə məhdudlaşdırılması üçün qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra İddiaçı Mülki Prosessual Məcəllənin 53-cü maddəsinin tələblərinə əsasən, tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh dəymiş ziyana görə 4778 manat pulun və ödənilmiş dövlət rüsumunun tutularaq ona verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı izahatında bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə təxminən saat 06:30 radələrində "BC" katəgoriyalı sürücülük hüququna malik sürücülük vəsiqəsi əsasında Abşeron rayonu, Qobu Qəsəbəsi, Qobu-Hökməli yolu bir gedişli və bir gəlişli yolun sağ istiqamətində, ona aid və texniki cəhətdən saz vəziyyətdə olan KİA Sorento markalı ** ND *** dövlət qeydiyyat nişanlı avtomobili ilə təxminən saatda 40/50 km surətlə hərəkətdə tək başına olan zaman qarşıdan gələn KAMAZ markalı ** KV *** dövlət qeydiyyat nişanlı və narıncı rəngdə olan yük maşınını görmüşdür. Həmin yük maşını onun yoldakı istiqamətinin qarşı istiqamətindən çox suretle təxminən saatda 90-100/ km surətlə gəlmiş, lakin aralarında təxminən 3-4 metr qalan zaman həmin yük maşını idarəetməni itirərək, ona görə yolun əks istiqamətində olan hərəkət zolağına çıxaraq, texniki və hər bir cəhətdən saz olan onun idarə etdiyi maşını ilə çox sərt bir şəkildə toqquşaraq yolun sağında olan işıq dirəyinə maşınını vurmuşdur. Həmin günü meteoroloji olaraq hava nəzərə alındıqda hava şəraiti gündüz, yağmursuz, yolun üstü çox az nəmişlikli və hamar asfalt olmuşdur. Kamazın onun istiqamətinə keçərək toqquşma və qəza hadisəsi yaratmasının səbəbi kamazın texniki cəhətdən nasaz vəziyyətdə sürüldüyünün və yol surət həddinin çox üstündə orta hesabla saatda 90-100/km surətlə sürüldüyünün sübutudur. Kamazın sürücüsü Cavabdeh törətdiyi bu avtoqeza nəticəsində hadisə zamanı toqquşmadan və avtomobilini işıq direyinə vurmasından sonra həmin an avtomobilinin hava yastıqları açılmış ve ətrafdakı vətəndaşların yardımı ilə öz maşınından düşmüşdür. Avtomobilindən düşəndən sonra hissetmişdir ki, ki qabırğasın da, boynunda, çiynində çox güclü ağrılar var və öz imkanlarıyla xəstəxanaya qetmək istəsə də qede bilməmiş, nə hadisə yerine gələn polis əməkdaşları, nə də Cavabdeh onu xəstəxanaya aparmamışlar. Hadisədən sonra Abşeron RPİ-nin əməkdaşları gələrək avtoqəza haqqında şəkillər çəkib protokol tərtib etmişlər və iş Abşeron RPİ-nin TŞ-nın baş təhqiqatçısı polis polkovnikleytenantı X1 icraatına verilmişdir. Təhqiqat zamanı yalan və düz olmayan ifadə verən Cavabdeh ifadəsində guya onun yüngül xəsarət aldığını, dərhal köməklik etdiyini və Abşeron rayon xestexanasına apardığını, ondan heç bir şikayət və tələbinin olmadığını demişdir. Əgər ki onu abşeron rayon xestexanasına aparıbsa mütləq xəstəxanada bir qeydiyyatının olması lazımlı olmuşdur. Cavabdeh yolun əks istiqamətinə çıxma səbəbindən biri də guya yolun buzlu olmasını bəhanə etmiş, idarə etdiyi kamazın surətini isə ifadəsində saatda 30-40/km olduğunu bildirərək, əslində saatda 90-100/km ilə sürdüyünü gizlətmişdir. Sonra Cavabdeh ** KV *** dövlət qeydiyyat nişanlı yük maşını guya etibarnamə ile idare etdiyini deyib, lakin o, heç bir etibarnamə görməmişdir. Hadisədən bir neçə gün sonra təsadüfən eyni bölgədə onun maşınıyla toqquşaraq avtoqəza törədən KAMAZ markalı ** KV *** dövlət qeydiyyat nişanlı narıncı rəngli yük maşınını eyni dövlət qevdiyyat nişanı ilə tünd yaşıl rəngdə bir kamazda görmüşdür. Bu faktı Abşeron RPİ-nin TŞ-nin baş təhqiqatçısı polis polkovnik-ləytenantı X2 desə də əhəmiyyət verməmişdir. Abşeron RPİ-nin TŞ-nin baş təhqiqatçısı polis polkovnikləytenantı X5 tərəfindən düzgün aparılmayaraq Cavabdeh haqqında bir dövlət qevdiyyat nişanının 2 fərqli kamazda nə məqsədlə işlədildiyi haqqında araşdırma başlatmayaraq sadəcə Yol hərəkəti haqqında qanunun 51-ci maddesinin 1-ci hissəsini əsas götürərək Cavabdeh İXM-nin 327.1-ci maddəsi ilə inzibati mesuliyyətə celb etmişdir. Hadisədən sonra ona aid avtomobilin Atəşqah sığorta şirkətinin tərkibindəki təmirxanaya aparılmış, lakin sığorta şirkəti ilkin qüsur akt tərtib edərək avtomobilinin 12740 manat xərcinin olduğunu sığortanın isə 5000 manat verdiyini və qalan 7740 manat xərci onun ödədiyini demişdir. Aradaki fərq olan 7740 manatdan başqa əlavə olaraq onun avtomobilinin qəzadan əvvəl orta hesabla 35000 manat qiyməti varkən, indi Cavabdeh aradaki fərqi həm vermir, həm də versə belə və maşın təmir olunsa belə satışda 27000 manat kimi bir qiyməti olacaq və onun heç bir qüsuru olmayan amma çox ağır qüsurlu olan Cavabdeh diqqətsizliyindən ötrü yaranan avtoqəzaya görə də bir də onun 8000 manat qiymət fərqi yaranaraq əlavə olaraq maddi ziyanlığa düşmüşdür. Odur ki, o, iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh izahatında bildirmişdir ki, o, iddia tələbini qəbul etmir. Belə ki, iddiaçıya məxsus KİA Sorento markalı ** ND *** dövlət qeydiyyat nişanlı avtomobilə 5000 manatdan artıq zərər dəyməmiş, həmin məbləğ də sığorta şirkəti tərəfindən iddiaçıya ödənilmişdir. Qeyd edir ki, hava şəraitinin pis olması ilə əlaqədar olaraq onun idarə etdiyi KAMAZ markalı ** KV *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi buzun üzərində sürüşərək, iddiaçının avtomobilinin qarşısına çıxmış, iddiaçı isə avtomobili dayandıra bilməmiş və onunla toqquşmuşdur. Odur ki, o, iddia tələbinin təmin edilməməsini xahiş etmişlər. Məhkəmə tərəflərin izahatını dinləyib, mülki iş materiallarını nəzərdən keçirərək və məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi təmin edilməlidir. Belə ki, mülki iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: -X3 (Vöen **********) məxsus servis tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli ilkin qüsur aktından görünür ki, İddiaçı məxsus KİA Sorento markalı ** ND *** dövlət qeydiyyat nişanlı avtomobilə 12740 manat maddi ziyan vurulmuşdur. -Abşeron RPİ-nin TŞ tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli cinayət işi başlanılmasının rədd edilməsi haqqında qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən, toplanmış material üzrə cinayət işinin başlanılması rədd edilmiş, qərarın təsviri hissəsində göstərilənlərə əsasən, Cavabdeh Azərbaycan Respublikası İXMnin 327.1-co maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması məqsədi ilə qəbul edilmiş qərar icra olunması üçün Abşeron RPİ-nin DYPŞ-nə göndərilmişdir. -Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli 3-16-16/2-9/5977/2025 saylı rəyindən görünür ki, nəzəri hesablama yolu ilə “Avtouniversal” Service tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli qüsur aktında olan məlumatlara əsasən, 2014-cü il buraxılışlı, ağ mirvari rəngli, KNAKU815BEA573454 ban nömrəli, “Kia Sorento” minik markalı, **-ND-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərcidəyişilməli hissələrin qiyməti təzə hissələrin qiymətinə müvafiq hesablanmaqla dəyişilməli hissələrin qiyməti 8947 manat; təmir-bərpa işlərinin qiyməti 3830 manat, olmaqla, cəmi 12777 manat, dəyişilməli hissələrin qiymətinə aşınma tətbiq edilməklə dəyişilməli hissələrin qiyməti 5948 manat, təmir-bərpa işlərinin qiyməti 3830 manat olmaqla, cəmi 9778 manat olduğu müəyyən edilmişdir. Rəydən daha sonra görünür ki, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 50 manat təşkil edir. -Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarılmış məlumatlardan görünür ki, Həsənov X4 rayonu, Qaçaqkənd kəndi, Cavabdeh isə Abşeron rayonu, Güzdək Qəsəbə Ə/D, Güzdək qəsəbəsi, Sovxoz evi ünvanda qeydiyyatdadır. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlar əsasında müəyyən olunmuşdur ki, xx.xx.2024-cü il tarixdə Abşeron rayonu, Qobu Qəsəbəsi, Qobu-Hökməli yolu istiqamətində, İddiaçı məxsus KİA Sorento markalı ** ND *** dövlət qeydiyyat nişanlı avtomobili ilə qarşıdan gələn Cavabdeh idarə etdiyi KAMAZ markalı ** KV *** dövlət qeydiyyat nişanlı yük maşını ilə toqquşmuşdur. Nəticədə iddiaçıya maddi zərər dəymişdir. Cavabdeh idarə etdiyi KAMAZ markalı ** KV *** dövlət qeydiyyat nişanlı yük maşını sığortalı olduğundan iddiaçıya dəyən zərərin 5000 manatı "xxxx" Sığorta Şirkəti tərəfindən ödənilmişdir. Hazırda iddiaçı 7740 manat məbləğin Cavabdeh tutularaq və əlavə olaraq avtomobilinin qəzadan əvvəl və qəzadan sonraki vəziyyətlərinə görə yaranan 8000 manat qiymət fərqinin tam maddi ziyanlıq hesab edilərək Cavabdeh tutularaq maddi ziyan olaraq ümumilikdə 15740 manat pulun cavabdehdən tutulmasına dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə tələb ilə bağlı aşağıdakı hüquq normalarının qeyd olunmasını zəruri hesab edir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra mətndə Mülki Məcəllə adlanacaq): 21.1-ci maddəsinə əsasən, hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər. 21.2.-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkmişə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqazidd əməldir. 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu törətmiş şəxs fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin əvəzini tam həcmdə ödəməlidir. 1108.1-ci maddəsinə əsasən, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Azərbaycan Respubliksı Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Əgər borclu icra müddəti çatdıqdan sonra kreditorun xatırlatmasına baxmayaraq öhdəliyi icra etməzsə, o icranı xatırlatma üzrə gecikdirmiş sayılır. Mülki Prosessual Məcəllənin: 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 101.3. maddəsinə əsasən, ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. 103.1. maddəsinə əsasən, ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. 106.1. maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. İlk əvvəl məhkəmə qeyd edir ki, işin araşdırılaan hallarından müəyyən edildiyi kimi, baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində Cavabdeh təqsiri nəticəsində iddiaçının avtomobilinə ziyan dəymiş, digər cavabdeh "xxxx" MMC sığorta şirkəti sığorta ödənişi etmiş, hüquqları pozulduğu üçün iddiaçının, dəymiş ziyana görə cavabdehdən ziyanın ödənilməsi ilə bağlı məhkəmə qaydasında tələb etmək hüququ yaranmışdır. Mülki iş üzrə avtomobilə dəymiş zərərin məbləğinin müəyyən edilməsi məqsədilə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmiş və məhkəməyə daxil olmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025ci il tarixli, 3-16-16/2-9/5977/2025 saylı rəyindən görünür ki, nəzəri hesablama yolu ilə “Avtouniversal” Service tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli qüsur aktında olan məlumatlara əsasən, 2014-cü il buraxılışlı, ağ mirvari rəngli, KNAKU815BEA573454 ban nömrəli, “Kia Sorento” minik markalı, **-ND-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmirbərpa xərci dəyişilməli hissələrin qiyməti təzə hissələrin qiymətinə müvafiq hesablanmaqla dəyişilməli hissələrin qiyməti 8947 manat; təmir-bərpa işlərinin qiyməti 3830 manat, olmaqla, cəmi 12777 manat, dəyişilməli hissələrin qiymətinə aşınma tətbiq edilməklə dəyişilməli hissələrin qiyməti 5948 manat, təmir-bərpa işlərinin qiyməti 3830 manat olmaqla, cəmi 9778 manat olduğu müəyyən edilmişdir. Məhkəmə ekspert rəyini Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə əsasən, digər sübutlarla paralel şəkildə qiymətləndirib, rəyi əsas sübut növü kimi qiymətləndirir və iddiaçının avtomobilinə 9778 manat maddi ziyanın vurulması qənaətinə gəlir. Bundan əlavə Cavabdeh idarə etdiyi KAMAZ markalı ** KV *** dövlət qeydiyyat nişanlı yük maşını sığortalı olduğundan iddiaçıya dəyən zərərin 5000 manatı sığorta şirkəti "xxxx" Sığorta Şirkəti tərəfindən ödənilmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, 9778 manat dəymiş ümumi zərərdən, iddiaçıya ödənilən 5000 manat sığorta ödənişi çıxılmaqla, 4778 manat məbləğində pul məbləği Cavabdeh alınaraq İddiaçı ödənilməlidir. Mülki Prosessual Məcəllənin:
107. maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1. maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 124.1 maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Məhkəmə yuxarıda qeyd olunan maddi hüquq normalarına istinad edərək qeyd edir ki, iddia tələbi təmin edildiyindən iş üzrə ödənilmiş dövlət rüsumunun 41,65 manat məbləği cavabdehdən tutularaq iddiaçıya ödənilməli, qalan 97,35 manat rüsum iddiaçının özünə qaytarılmalı, mülki iş üzrə keçirilmiş ekspertiza tədqiqatının ümumi dəyəri olaraq vəsaitin 50 manat məbləği cavabdehdən tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (AZ34CTRE********************) ödənilməlidir. Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ: İddia ərizəsi təmin edilsin. Cavabdeh dəymiş ziyana görə 4778 (dörd min yeddi yüz yetmiş səkkiz) manat və ödənilmiş dövlət rüsumuna görə 41,65 (qırx bir manat altmış beş qəpik) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı verilsin. Aparılmış ekspertiza tədqiqatına görə 50 (əlli) manat pul vəsaiti Cavabdeh tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (AZ34CTRE********************) ödənilsin. İddiaçı tərəfindən xx.xx.2024-cü il tarixdə, ********** saylı qəbz əsasında ödənilmiş 139 manat dövlət rüsumunun 97,35 manat məbləği İddiaçı geri qaytarılsın. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Abşeron rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim: Habil Əhmədov