Məhkəmə qərarları › İş №2(012)-1749/2020

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-1749/2020

30.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-1749/2020 30.11.2020 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Abaszadə Sevda Nizami qızının katibliyi ilə, İddiaçının nümayəndəsi X3 iştirakı ilə İddiaçı «İddiaçı” X5 Təşkilatı MMC-nin Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı «İddiaçı” X5 Təşkilatı MMC Cavabdeh qarşı«pul» tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, ”İddiaçı” X5 təşkilatı ilə Cavabdeh arasında bağlanmış xx xxxxx 2018-ci il tarixli, 5-0***-******* saylı kredit müqaviləsinə əsasən Cavabdeh 421.10 (dörd yüz iyirmi bir manat on qəpik) manat əsas borc. 191.45 (yüz doxsan bir manat 45 qəpik) manat faiz borcu, 215.96 (iki yüz on beş manat 96 qəpik) manat gecikdirlmiş əsas borc məbləğinə hesablanmış cərimə borcu olmaqla, ümumilikdə 906.91 (doqquz yüz altı manat, 91 qəpik) manat məbləğində borcun və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçının nümayəndəsi məhkəmə iclasında iddianı müdafiə edərək onunla əsaslandırmışdır ki, ”İddiaçı” X5 Təşkilatı ilə Cavabdeh arasında bağlanmış xx xxxxx 2018-ci il tarixli, 5-0***-******* saylı kredit müqaviləsinə əsasən ödəniş planına uyğun olaraq 12 (on iki) ay müddətinə ödəmək şərti ilə 454.40 (dörd yüz əlli dörd manat 40 qəpik) manat məbləğində kredit verilmişdir. Hazırda borlcu kredit müqaviləsinin şərtlərini pozaraq, krediti ödəməkdən yayınmışdır. Borcluya rəsmi olaraq bir neçə dəfə xəbərdarlıq edilsə də öhdəlik yerinə yetirməmişdir. Borclunun xx xxxxx 2018-ci il tarixli N5-0***-******* nömrəli kredit müqaviləsinə görə xx xxxxx 2019-cu il tarixə gecikdirilmiş əsas borcu 421.10 (dörd yüz iyirmi bir manat 10 qəpik) manat, faiz borcu 191.45 (yüz doxsan bir manat 45 qəpik) manat və 215.96 (iki yüz on beş manat 96 qəpik) manat gecikdirilmiş əsas borc məbləğinə hesablanmış cərimə borcu, ümumilikdə 906.91 (doqquz yüz altı manat 91 qəpik) manat borcu yaranmışdır. Odur ki, iddiaçı göstərilənlərə və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442, 445.2.1, 448.1, 465.2-ci maddələrinə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişdir. Belə olan halda məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5. maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının nümayəndəsini dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 739.1. və 739.2. maddələrindən görünür ki, kredit müqaviləsinə əsasən borc verən pula mülkiyyət hüququnu borc alana keçirməyi, borc alan isə aldıqlarını müvafiq olaraq pul şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: -”İddiaçı” X5 təşkilatı ilə Cavabdeh arasında bağlanmış xx xxxxx 2018-ci il tarixli, 5- 0***-******* saylı kredit müqaviləsinə əsasən, Bank tərəfindən sonuncuya 12 (on i k i ) ay müddətinə ödəmək şərti ilə 454.40 (dörd yüz əlli dörd manat 40 qəpik) manat məbləğində kredit verilmişdir. -xx xxxxx 2018-ci il tarixli, 5-0***-******* saylı kredit müqaviləsinə əlavə 1-dən görünür ki, Cavabdeh 454.40 (dörd yüz əlli dörd manat 40 qəpik) manat məbləğində verilmiş, krediti xx.xx.2018-ci il tarixdən xx.xx.2019-cu il tarixədək, 12 ay müddətində, hər ay 48.65 manat ödəməklə, 129.44 manat faiz ödənilməsi şərtilə, cəmi 583.80 manat ödəməsi barədə tərəflər razılaşmışlar və imzaları ilə təsdiq etmişlər. -xx.xx.2014-cü il tarixli 06-01777-2014-saylı İddiaçı BOKT MMC-nə kreditlərin verilməsi üçün verilmiş Xüsusi razılıq (Lisenziya)-dan görünür ki, İddiaçı BOKT MMC xx.xx.2014-cü il tarixində BKT-24 saylı lizenziyaların mərkəzi reyestrinə daxil edilmişdir. -Azərbaycan Respublikası Vergilər Nazirliyi Yanında Milli X1 Şəxslərin Dövlət Qeydiyyatı İdarəsi ********** qeydiyyat nömrəsi ilə xx xxxxxx 2019-cu il tarixdə İddiaçı X5 X2 Cəmiyyətinin Nizamnaməsi (ikinci redaksiya) qeydiyyata alınmışdır. -xx xxxxxx 2019-cu il tarixli arayışdan görünür ki, xx xxxxx 2018-ci il tarixli, 5-0***- ******* saylı kredit müqaviləsi üzrə Cavabdeh İddiaçı BOKT MMC-yə olan borcu 421.10 manat əsas borc. 191.45 manat faiz borcu, 215.96 manat gecikdirlmiş əsas borc məbləğinə hesablanmış cərimə borcu olmaqla, ümumilikdə 906.91 manat məbləğində təşkil edir. -İddiaçı BOKT MMC 114 №-li Cavabdeh ünvanladığı xəbərdarlıqdan görünür ki, İddiaçı BOKT MMC borcalan Cavabdeh 770.05 manat məbləğində borcun olması və həmin borcun ödənilməsinin təmin edilməsi bildirilmiş, əks təqdirdə borcun ödənilməsi tələbi ilə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdar edilmişdir. -İş materiallarına fərdi məlumatların emalı üçün razılıq, ərizə anket, razılıq ərizəsi əlavə edilmişdir. Məhkəmə tələb ilə bağlı aşağıdakı hüquq normalarının qeyd olunmasını zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllənin); 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 425.1. maddəsində göstərilir ki, tərəflərdən hər biri öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə hərəkət etməlidir. 427.3. maddəsinə əsasən öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda, məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. 741 və 742.1-ci maddələrinin mənasından görünür ki, əgər tərəflər arasındakı müqavilədə borcun qaytarılmasına dair müddət nəzərdə tutulmuşdursa, borclu aldığı kredit məbləğini faizləri ilə birlikdə həmin müddət bitənədək qaytarmalıdır. 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. İşin müəyyən edilən hallarına əsasən, borclu Cavabdeh həmin müqavilə üzrə öhdəliklərini lazımınca yerinə yetirməmiş, nəticədə isə onun 906.91 manat məbləğində borcu yaranmışdır. İş materiallarına əsasən cavabdehə yaranmış borcun ödənilməsi, əks halda qanunvericiliklə nəzərdə tutulan tədbirlərin görüləcəyi barədə xəbərdarlıq göndərilmişdir. Kredit müqaviləsinin şərtlərindən görünür ki, xx xxxxx 2019-cu il tarixə, Cavabdeh Banka ödənilməmiş əsas borcu 421.10 (dörd yüz iyirmi bir manat 10 qəpik) manat, faiz borcu 191.45 (yüz doxsan bir manat 45 qəpik) manat təşkil edir. Eyni zamanda, yuxarıda qeyd edildiyi kimi, Cavabdeh ödəmələri vaxtında icra etməməsi onun üzərinə gecikdirilmiş əsas borc məbləğinə hesablanmış 215.96 (iki yüz on beş manat 96 qəpik) manat məbləğində hesablanması ilə nəticələnmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin; 448.1. və 448.2. maddələrinə əsasən əgər qanunla və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar və öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən içranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin şərh edilməsinə dair xx xxxx 2009-cu il tarixli qərarında göstərilir ki, borclu şəxsin mülkiyyət maraqları qorunmalı və onun həddən artıq maliyyə məsuliyyətinə cəlb olunmasının qarşısı alınmalıdır. Bank müştərilərinin depozitləri üzrə öhdəliklərin lazımınca yerinə yetirilməsində ifadə olunan ümumi maraqla borclu şəxsin mülkiyyət hüquqlarının müdafiəsi arasında ədalət tarazlığına riayət olunmalıdır. İstinad edilən maddi hüquq normalarının tələbləri baxımından məhkəmə hesab edir ki, əsas fəaliyyəti kreditlər təqdim etməklə bu kreditlərin faizləri hesabına gəlir əldə edilməsi olan kredit münasibətlərində dəbbə pulu gəlir kimi çıxış edə bilməz. Belə ki, dəbbə pulu (cərimə) öhdəliklərin icrasının təminatı vasitəsidir, öhdəliklərin icra olunmaması halında nəzərdə tutulan maliyyə sanksiyasıdır və bu səbəbdən onun miqdarı tənasübsüz surətdə yüksək ola bilməz. Əks halda, bu öhdəliklərin icrası üçün nəzərdə tutulan tədbirlərin mahiyyətinə zidd olardı. Ona görə də məhkəmə xx xxxxx 2018-ci il tarixli, 5-0***-******* №-li kredit müqaviləsi üzrə 421.10 manat məbləğində məbləğində əsas borc üzrə hesablanmış 215.96 manat məbləğində cərimənin azaldılaraq 10 manat məbləğində müəyyən edilməsini qanuni, əsaslı və ədalətli olmaqla, həm də iddiaçı təşkilatın əmlak mənafelərinə, həmçinin cavabdehin maddi, əmlak vəziyyətinə uyğun hesab edir. İş materiallarından görünür ki, iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman 30 (otuz) manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1. maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qanunun qeyd olunan tələbinə əsasən məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməli və ondan 30 manat alınaraq iddiaçının xeyrinə ödənilməlidir. Beləliklə, məhkəmə, yuxarıda göstərilənləri ümumiləşdirib, məhkəmə iclasında tədqiq edilən sübutları qiymətləndirib, qanunvericiliyin tələblərini rəhbər tutub hesab edir ki, iddiaçı «xxxx» İKB ASC ilə Cavabdeh arasında bağlanmış xx xxxxx 2018-ci il tarixli, 5- 0***-******* saylı kredit müqaviləsi ləğv edilməli, cavabdeh tərəfindən müqavilə öhdəliklərinin vaxtında və lazımınca yerinə yetirilməməsi və qanunvericiliyin tələbləri nəzərə alınaraq ondan iddiaçının xeyrinə 421.10 manat əsas borc, 191.45 manat faiz borcu, 10 manat cərimə borcu və ödənilmiş dövlət rüsumuna görə 30 manat, ümumilikdə 652.55 (altı yüz əlli iki manat əlli beş qəpik) manat məbləğində pul vəsaiti tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 217.4. maddəsində göstərilir ki, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3. maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. ”İddiaçı” X5 təşkilatı ilə Cavabdeh arasında bağlanmış xx xxxxx 2018-ci il tarixli, 5- 0***-******* saylı kredit müqaviləsinə əsasən Cavabdeh 421.10 (dörd yüz iyirmi bir manat on qəpik) manat əsas borc. 191.45 (yüz doxsan bir manat qırx beş qəpik) manat faiz borcu, 10 (on) manat cərimə borcu və ödənilmiş dövlət rüsumuna görə 30 (otuz) manat, ümumilikdə 652.55 (altı yüz əlli iki manat əlli beş qəpik) manat məbləğində pul vəsaiti ”İddiaçı” X5 təşkilatının xeyrinə tutulsun. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Habil Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar