Məhkəmə qərarları › İş №2(012)-1762/2022

Abşeron Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №2(012)-1762/2022

06.06.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-1762/2022 06.06.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Sultanov Əlisahib Həbib oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə 06 iyun 2022-ci il tarixdə, Xırdalan şəhərində, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək, Cavabdeh 2500 manat pul, dövlət rüsumu olaraq ödənilmiş 45 manat, ümumilikdə 2545 manat məbləğində pul vəsaitinin alınıb ona verilməsi barədə qətnamə çıxarılması xahiş etmişdir. İddiaçı iddia tələbi onunla əsaslandırmışdır ki, Cavabdeh onun tanışıdır, xx.xx.2021ci il tarixdə özünün torpaq alqı-satqısı sənədləri üçün ehtiyaclarını ödəmək məqsədi ilə iddiaçıdan 2500 manat məbləğində borc almışdır və 1 gün müddətinə qaytarmağı öz öhdəsinə götürmüşdür. Buna baxmayaraq, Cavabdeh hər dəfə müxtəlif cür bəhanələr gətirərək 2500 manat məbləğində pulu artıq 4 aydır ki qaytarmamışdır. O, dəfələrlə Cavabdeh pulunun ödənilməsini tələb etməyinə baxmayaraq, o hələ də pulu ödəməmişdir. Buna görə də məcburiyyət qarşısında qalıb pulun alınması tələbi barədə polisə ərizə ilə müraciət etməli olmuşdur. Bu barədə Binəqədi rayon Polis İdarəsinin 5-ci Polis bölməsi ərizəsinə cavab olaraq göstərdiyi xüsusatlar mülki xarakterli olduğundan məhkəməyə müraciət etməyini məqsədə müvafiq hesab etmişdir. Odur ki, hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək təmin edilməsini xahiş etdi. Eyni zamanda ərizə təqdim edərək, Cavabdeh dəfələrlə məhkəmənin göndərdiyi sorğuya əsasən məhkəməyə gəlmədiyindən işə qiyabi icraat qaydasında baxılması, Cavabdeh ona 2500 manatdan 100 manat qaytarmışdır. Odur ki, 2400 manatın qaytarılmasını qiyabi icraatda baxılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə Cavabdeh qeydiyyatda olduğu ünvana bildiriş göndərilməsinə baxmayaraq məhkəməyə gəlməmiş, səbəbləri barədə məlumat verməmişdir. İddiaçı işə gəlməyən Cavabdeh iştirakı olmadan baxılmasına yazılı razılıq verdiyindən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 238.5-ci maddəsinə əsasən işə qiyabi icraat qaydasında baxılmışdır. Məhkəmə iddiaçının izahatını dinləyib, işin materiallarını araşdırıb, işdə olan sübutlara qiymət verərək hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməlidir. Mülki işin materiallarında olan Binəqədi rayon Polis İdarəsinin 5-ci Polis Bölməsinin İddiaçı ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, onun xx.xx.2021-ci il tarixdə Binəqədi RPİ-nin 5-ci PB-nə etdiyi müraciətinə baxılmış və müraciətdə göstərilən xüsusatlar mülki xarakterli olduğu üçün, toplanmış material 5-ci PB-nin dəftərxanasında işə alınmışdır. Məsələ ilə bağlı ona olan 2500 manat borcu geri qaytarmadığına görə, xx.xx.1981-ci il təvəllüdlü, Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 6, İnzibati Bina ünvanında qeydiyyatda olan Cavabdeh barəsində mülki qaydada məhkəməyə müraciət etməyi məqsədə müvafiqdir Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə nəzərə çatdırır ki, hər bir tərəf istinad etdiyi halları sübut etməli olduğundan, tərəflərin üzərinə ayrı-ayrılıqda istinad etdikləri halları sübutetmə yükü düşmüşdür. Məhkəmə tərəfindən işin araşdırılan hallarından müəyyən edilir ki, Cavabdeh İddiaçı tanışıdır. Cavabdeh xx.xx.2021-ci il tarixdə özünün torpaq alqı-satqısı sənədləri üçün ehtiyaclarını ödəmək məqsədi ilə iddiaçıdan 2500 manat məbləğində borc almışdır və 1 gün müddətinə qaytarmağı öz öhdəsinə götürmüşdür. Buna baxmayaraq, cavabdeh hər dəfə müxtəlif bəhanələr gətirərək 2500 manat məbləğində pulu artıq 4 aydır ki qaytarmamışdır. İddiaçı dəfələrlə Cavabdeh pulunun ödənilməsini tələb etməyinə baxmayaraq, o pulu ödəməmişdir. Buna görə də məcburiyyət qarşısında qalıb pulun alınması tələbi barədə polisə ərizə ilə müraciət etməli olmuşdur. Bu barədə Binəqədi rayon Polis İdarəsinin 5-ci Polis bölməsi ərizəsinə cavab olaraq göstərdiyi xüsusatlar mülki xarakterli olduğundan məhkəməyə müraciət etməyini məqsədə müvafiq hesab etmişdir. Məhkəmə iclası zamanı iddiaçı cavabdeh tərəfindən borc məbləğindən 100 manat ödənildiyini bildirərək 2400 manatın cavabdehdən tutulmasını xahiş etmişdir. Qeyd edilənlərdən göründüyü kimi Cavabdeh 2500 (iki min beş yüz) manat məbləğində İddiaçı borclu olması onun iş materialları ilə təsdiq olunduğundan Cavabdeh 2400 (iki min dörd yüz) manat məbləğində pul vəsaiti alınaraq İddiaçı ödənilməli, bununla da iddia təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsində göstərilmişdir ki, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən, iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi 45 manat Cavabdeh alınaraq İddiaçı ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh 2400 (iki min dörd yüz) manat pul və iddia ərizəsinin verilməsinə görə ödənilmiş 45 (qırx beş) manat dövlət rüsumunun əvəzi alınaraq İddiaçı verilsin. Cavabdeh qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 gün müddətində həmin qətnamənin ləğvi üçün qiyabi qətnaməni çıxartmış Abşeron Rayon Məhkəməsinə ərizə verə bilər. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Cəmilə Səfiyeva 2(012)8218/2017 saylı iş QƏRARDAD 21 dekabr 2017-ci il Xırdalan şəhəri Abşeron rayon məhkəməsi X3 Səfiyevanın sədrliyi, İsmayıl Araz oğlu Cavadlının katibliyi İddiaçı, cavabdehin nümayəndəsi X4 və X2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul tələbi”nə dair mülki iş üzrə Cavabdeh işin ərazi aidiyyatı üzrə göndərilməsi barədə ərizəsinə Xırdalan şəhərində açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “pul tələbi”nə dair iddia ilə məhkəməyə müraciət edərək Cavabdeh birgə nikah dövründə ümumi vəsaitləri hesabına alınmış **-XL-*** dövlət qeydiyyat nişanlı 2015-ci il buraxılışlı “VAZ-21214” markalı avtomobilin satışından əldə olunmuş 10 000 manat məbləğində pulun 2/3 hissəsinin iddiaçının xeyrinə tutulmasını xahiş etmişdir. Cavabdehin nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək işin ərazi aidiyyatı üzrə Ağdam rayon Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Ərizəsini onunla əsaslandırmışdır ki, cavabdehin qeydiyyat ünvanı Ağdam şəhərinədir. Məhkəmə iclasında cavabdehin nümayəndələri vəsatətin təmin edilməsini, iddiaçı isə vəsatətin rədd edilməsini xahiş etdi. 2 Məhkəmə verilmiş vəsatəti işin materialları ilə birgə tədqiq edib hesab edir ki, vəsatət təmin edilməməlidir. Belə ki, işin materiallarından və tərəflərin izahatlarından müəyyən edilir ki, cavabdeh məcburi köçkündür və Abşeron rayonu ərazisində məcburi köçkün kimi qeydə alınmaqla orada yaşayır. Tərəflər arasında olan bir neçə məhkəmə mübahisəsi üzrə də Abşeron rayon məhkəməsinə müraciət etmişlər və bu barədə həmin məhkəmənin müvafiq qərarları da iş materiallarındadır. MPM-nin 35. 1 maddəsinə görə qanunla başqa hal nəzərdə tutulmamışsa iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Beləliklə, qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, vəsatət əsassızdır və təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq,məhkəmə QƏRARAALDİ: Cavabdeh işin ərazi aidiyyatı üzrə göndərilməsi barədə ərizəsi təmin edilməsin. Qərardad rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Abşeron Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən C.İ. Səfiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar